Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3663/2024 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən möhürlənməməsı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı akt nəticəsində hesablanmış pulun azaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 2(107)1117/2024 nömrəli qərardadından cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə mülki işə 5 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azəriqaz” X1 X2 İdarəsi tərəfindən 2023-cü ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 4415,04 manat borc məbləğinin azaldılaraq 122,63 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə h esablanaraq İddiaçı **********01180 nömrəli abonent koduna vurulmuş 4415,04 manat cərimə məbləği azaldılaraq 181,44 manat müəyyən edilməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 2(107)-1117/2024 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)653/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmiş və Cavabdeh bu qərarın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində ap ellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehdiyevdən və Ə.T.Məcidovdan ibarət tərkibdə)
5. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti elektron imza ilə Cavabdeh nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Lakin şikayət hüquqi şəxs tərəfindən verilməsinə baxmayaraq möhürlə təsdiq olunmamışdır. Belə ki, qanunvericiliyə uyğun olaraq şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
6. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 361.2, 363.1.1, 363.4, 364 və 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kass asiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin 2(107)1117/2024 nömrəli 3 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işi təkrar araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 10-1 və 386-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh İB tərəfindən apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə verilmiş və şikayət etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən imzalanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən istifadə zamanı şikayətin möhürlə təsdiq edilməsi nəzərdə tutulmamış, ümumiyyətlə elektron qaydada verilən apelyasiya şikayətini möhürlə təsdiq etmək texniki cəhətdən mümkün deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qətnaməni qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
12. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elek tron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 13. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 14. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 15. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 16. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 17. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
18. Maddə 363.1 və 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində n əzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
19. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçini dinl əyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Belə ki, apellyasiyanı qeyri-mümkün hesab edən apellyasiya məhkəməsinin gəldiyi qənaətə görə Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti nümayəndə tərəfindən imzalansa da, şikayət hüquqi şəxs Cavabdeh möhürü ilə təsdiq olunmamışdır. Qanunvericiliyə görə isə şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
23. İş materiallarından görünür ki, apellyasiya şikayəti Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş, həmin etibarnamə hüquqi şəxsin qanuni təmsilçisi olan Baş direktor təfəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Etibarnamədə nümayəndənin “məhkəmə aktından şikayət vermək” səlahiyyəti nəzərdə tutulmuşdur. Belə olan vəziyyətdə qanunvericilikdə məhkəmə aktlarından verilən şikayətlərdə hüquqi şəxsin möhürünün vurulması barədə məcburi şərt nəzərdə tutulmamışdır.
24. Hazırkı iş üzrə apellyasiya şikayətinin elektron formada tərtib edilməsi, gücləndirilmiş elektron imzalanması və elektron kabinet vasitəsilə məhkəməyə göndərilməsi nəzərə alındıqda ümumiyyətlə şikayətə möhür vurulmasının mümkünsüzlüyünü də apellyasiya məhkəməsi nəz ərə almamışdır.
25. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın qeyrimümkünlüyü barədə qərardadı prosessual normaların pozulması ilə çıxarılmışdır. Ona görə də qərardad ləğv edilməli iş apellyasiyanın mümkünlüyü məsələsi müzakirə edilməsindən ötrü apellyasiya instansiyası məhkəməsi göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1117/2024 nömrəli iş üzrə 3 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan