Məhkəmə qərarları › İş №2(102)-3665/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3665/2022

16.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3665/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Göyçay rayon notariat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Göyçay rayon notariat ofisi, AR ƏMDK yanında DƏDRX və Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğ v edilməsi, çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat ofisinin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 əmisidir. Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən 34 saylı ev 09 avqust 2010-cu il tarixdə vəfat etmiş, iddiaçıların ata nənəsi və Cavabdeh anası X4 mülkiyyətində olmuşdur.

3. X1 adına Göyçay rayon Notariat ofisində xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmaqla, Cavabdeh vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamə verilmiş, ev notarial qaydada Cavabdeh adına rəsmiləşmiş və xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır.

4. X4 digər vərəsələri olan Şahid və X12 mirası qəbul etməmiş, iddiaçıların atası X13 isə 18 oktyabr 2005-ci ildə vəfat etmişdir. 1.

2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Göyçay rayon notariat ofisi, AR ƏMDK yanında DƏDRX və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

1. Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 34 saylı evə - miras əmlaka dair Cavabdeh Göyçay rayon notariat ofisi tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv olunması;

2. Həmin şəhadətnaməyə əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş 26 iyul 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi;

3. İddiaçılar kimi onlara miras əmlaka dair Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsinin Ağdaş rayon notariat ofisinin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Cavabdeh özünü yalançı vərəsə kimi təqdim edərək onların nənələrindən qalmış evə vərəsəlik haqqında şəhadətnamə və reyestrdən çıxarış almışdır. Belə ki, Cavabdeh notariusa müraciət edərkən, vərəsələr qismində onlar barədə məlumat verməmişdir. Onlar həmin evdə doğulmuş, yaşamış, orta təhsillərini həmin evdə yaşayarkən almışlar. Cavabdeh isə 1980ci ilin əvvəll ərində mübahisəli evlə eyni həyətdə yerləşən, lakin başqa evdə yaşayan əmisi bbin evini alaraq ora köçmüşdür ki, həmin ev onun mülkiyyətindədir.

7. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini artırmışlar və iddia tələbində göstərilənlərdən əlavə olaraq Cavabdeh Ağdaş rayon Notariat ofisi tərəfindən 30 noyabr 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddiaçıların miras əmlak kimi mübahisələndirdikləri fərdi yaşayış evi onun mərhum anası X4 mülkiyyətində olmuşdur. Anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümünd ən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə, qardaşının ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri olan cavabdehlər qanunla müəyyən edilmiş müddətdə və qaydada miras əmlakda mərhum qardaşına çatası payını mübahisələndirmədiklərinə görə həmin dövrdə Ağdaş rayonu notariat kontorunun xüsusi notariusu M.Əliyev işdən azad olunduğuna, notariat hərəkətlərinin aparılması müvəqqəti olaraq Göyçay rayon Notariat ofisinin xüsusi notariusuna həvalə edildiyinə görə Göyçay rayon Notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vərəsə kimi anasından miras qalmış əmlakı qəbul etmişdir. Bundan sonra, o, reyestrdən fərdi yaşayış evinə dair çıxarış və texniki pasport almışdır. Beləliklə də, anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam haqlı olaraq miras əmlak kimi qəbul etmiş və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçılar mərhum anasının ölümündən sonra bütün yuxarıda qeyd etdiyi işin həqiqi hallarına “Cavabdeh Nümayəndə qarşı yaşayış evindən məcburi çıxarma, mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddiasına, Nümayəndə və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiasına dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-879/2020 saylı və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)-250/2021 saylı qətnamələri ilə hüquqi qiymət verilmiş və həmin hallar həmin qətnamələrlə təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, mübahisə predmeti olan miras əmlak olan fərdi yaşayış e vinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğuna görə həmin hallar təkrar mübahisələndirilə bilməz. Yuxarıda göstərdiyi həqiqi hallardan aydın görünür ki, iddiaçıların ona və digərlərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası yoxdur. Ona görə də, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində və məhkəməyə ünvanlandığı ərizəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və yyy Vasif qızı mərhum qardaşı Vasifin uşaqları, Cavabdeh isə onun qardaşıdır. Cavabdeh ilə münasibətləri yaxşı deyil. Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34 saylı ev onların ata-analarına məxsus olub. O, 1972-ci ildən həmin evdən çıxıb getmiş və Bakı şəhərində yaşayır. Ağdaş şəh əri, C.Məmmədquluzadə küçəsi 34 saylı evdə anasının sağlığında və anası vəfat etdikdən sonra mərhum qardaşı Vasifin arvadı və uşaqları yaşamışlar. Vərəsələr evin qardaşı VCavabdeh övladlarına qalmasına razılaşmışlar. Lakin, digər qardaşları Cavabdeh heç kimin xəbəri və məlumatı olmadan, saxtakarlıqla, qeyri-qanuni yollarla analarının ölümündən 10 il sonra evi öz adına keçirtmişdir. Cavabdeh vərəsələrin hüququnu pozmuş və mirası mənimsəmişdir.

10. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1325/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia rədd edilmişdir.

11. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, X6 vəfat etdikdən sonra Cavabdeh ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmiş, bununla bağlı müvafiq orqanlara müraciətlər etmiş, iddiaçılar isə əksinə X4 ölümündən yalnız 11 il sonra bu barədə məhkəməyə müraciət etmişlər və uzun müddət vərəsəliyi qəbul etmələri ilə bağlı müvafiq orqanlara müraciət etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Eyni zamanda, X6 vəfat etdikdən sonra İddiaçı1 hərbi xidmətdən geri qayıtmış və bundan sonra daimi yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı2 isə Mingəçevirdə kollecdə təhsil aldıqdan sonra ailə qurmuş və daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Beləliklə, iddiaçılar müvafiq olaraq hərbi xidmətdən geri döndükdən, kollecdə təhsilini bitirdikdən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməmişlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamadan Bakı şəhərinə köçmüşlər.

8. Məhkəmə iş ü zrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1243.2, 1246, 1248.1, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

13. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Cavabdeh Zahid oğlu reyestrdən çıxarışı nənələrinin ölümündən 9 il sonra almışdır. Hətta, o vərəsə olmuş olsa idi belə, müddətin keçməsinin üzürlü hesab edilməsinə dair məhkəmə qətnaməsi, yaxud digər vərəsələrin razılığı ilə çıxarış ala bilərdi. Odur ki, cavabdeh vərəsə kimi əmlakı nə faktiki, nə də ki, qanun üzrə qəbul etməmişdir. Ağdaş rayon notariat ofisi nənələri X3 miras qalmış və tərəflərindən faktiki olaraq qəbul edilmiş ünvan 1 ünvanda yerləşən miras əmlak a- evə qanun Üzrə Vərəsəlik hüququ Haqqında Şəhadətnamə verilməsindən imtina edir.

12. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Ağdaş Rayon Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvanında yerləşən 0.0692 ha həyətyanı torpaq sahəsi və 91 kv.metr ölçüdə fərdi yaşayış evi var idi. Cavabdeh 91 kv.metr ölçüdə yaşayış evi qəzalı vəziyyətdə olduğu üçün həmin evdə yaşamaq mümkün olmadığından Cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayında sökülüb götürülmüşdür.

15. Həmin faktı tərəflər məhkəmə kollegiyasının iclasında izahat verərkən təsdiq etmişlər.

16. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında olan ev X5 məxsus olmuşdur. Həmin evdə iddiaçılar ata X2, ataları X13, a naları Nümayəndə ilə birgə yaşamışlar. Anaları Nümayəndə 21 sentyabr 1991-ci ildə atası X13 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. 1990-cı ildən faktiki nikahda olmuşlar. Birgə nikahdan 30 iyun 1991-ci ildə İddiaçı1 və xx xxxxxxx 1994-cü ildə yyy Vasif qızı doğulmuşlar. Ataları öləndən sonra bu evdə yaşamışlar. X2 10 avqust 2010-cu ildə rəhmətə getmişdir. Nənələri rəhmətə gedəndən sonra da həmin evdə anaları ilə birgə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmişlər. Cavabdeh X6 ilə eyni həyətdə, lakin başqa evdə yaşayan bbin evini 1980-ci ilin əvvəllərində alaraq ora köçmüş və hal-hazırda da orada yaşayır. Həmin ev Cavabdeh mülkiyyətindədir. Cavabdeh Ağayev X14 rayon notariat ofisinə müraciət etmiş və sonuncu tərəfindən ona 18 iyul 2019-cu il tarixdə Qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamə verilmişdir. Göyçay rayon notariat ofisi tərəfindən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X4 başqa vərəsələrinin olub-olmaması araşdırılmamışdır.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) iddiaçılar İddiaçı1 və yyy Vasif qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və yyy Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinə qarşı iddia tələbinin ünvan 1 ünvanda yerləşən miras əmlaka – evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə aid olan hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) iddiaçılar İddiaçı1 və yyy Vasif qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh adına verilmiş 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı verilmiş xx.xx.2019-cu il tarixli, **********8310301 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 34 saylı evlə bağlı Cavabdeh adına verilmiş **********8310301 reyestr nömrəli çıxarış, etibarsız əqd əsasında verildiyindən, həmçinin çıxarış verilmiş daşınmaz əmlak tamamilə məhv olduğundan ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və k assasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli və tam araşdırmamış, mərhum anasının ölümündən sonra həmin miras əmlakı faktiki olaraq qəbul edərək istifadə və idarə etməyini, anasından miras qalmış əmlaka görə vergilərə dair bildirişlərin bu gün də onun adına olmasını, həmin vergilərin onun tərəfindən ödənilməsini, yəni miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirməyini, iddiaçı tərəfin isə mərhum anasının ölümündən sonra pay istəmələrini mübahisələndirilməmələrini, hazırda onların belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsaslarının olmamasını nəzərə almamış, qanunsuz və ədalətsiz qətnamə qəbul etməklə mülkiyyətçi kimi miras əmlak olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını məhdudl aşdırmaqla onu həmin hüquqlardan məhrum etmişdir. İddia tələbinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsi inzibati məhkəməyə aid olsa da, iddia tələbinin həmin hissəsinə baxmaqla prosessual hüquq normasının tələblərini pozmuşdur. 20. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçılar və onların vəkili Vəkil3 etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti əsassızdır. Şikayətdə iddiaçıların mirası qəbul etməməsini bildirsə də, bu həqiqət deyil. Belə ki, iddiaçılar mirası faktiki qəbul etmişdir. Şikayətdə iddiaçıların birinci dərəcəli vərəsə olmaması qeyd edilsə də, onların atası vəfat etdiyindən, vərəsəlik onlara keçmişdir. Cavabdeh şikayətdə vergilərin onu n tərəfindən ödənilməsini qeyd etmişdir ki, bu hal iddiaçıları vərəsəlikdən məhrum etmir. Digər tərəfdən, cavabdeh iddianın inzibati icraata aid olmasını bildirmişdir ki, mübahisə predmeti varislər arasında miras əmlaka hüquqlarla bağlı olduğundan mülki-hüquqi mübahisədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övla dlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.

29. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. Maddə 1255. Qəbul edilmiş mir as onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

43. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. Kollegiya hesab edir ki, vərəsəlik hüququ ilə bağlı yaranmış hazırki mübahisə həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

45. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlak münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir.

46. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında olan ev X5 məxsus olmuşdur. Həmin evdə iddiaçılar ata X2, ataları X13, anaları Nümayəndə ilə birgə yaşamışlar. Anaları Nümayəndə 21 sentyabr 1991-ci ildə atası X13 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. 1990-cı ildən faktiki nikahda olmuşlar. Birgə nikahdan 30 iyun 1991-ci ildə İddiaçı1 və xx xxxxxxx 1994-cü ildə yyy Vasif qızı doğulmuşlar. Ataları öləndən sonra bu evdə yaşamışlar. X2 10 avqust 2010-cu ildə rəhmətə getmişdir. Nənələri rəhmətə gedəndən sonra da həmin evdə anaları ilə birgə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmişl ər.

47. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, mirasın onun tərəfindən qəbul edilməsi və ödənişlərin onun tərəfindən həyata keçirilməsi ilə bağlı dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

48. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi miras açılarkən iddiaçılar öz anaları ilə birlikdə həmin evdə yaşamaqda davam etmiş və faktiki olaraq mirası qəbul etmişlər, onların sonradan başqa ünvanlarda yaşaması mirası qəbul etmədikləri nəticəsinə gəlməyə imkan vermir. Nəzərə alınmalıdır ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 3 ay müddətində edilməlidir. Yalnız ba şqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qeyd edilməlidir ki, iddiaçılar tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu miras üzrə hüququn itirilməsi üçün əsas ola bilməz.

49. Mübahisənin inzbati icraat qaydasında baxılmalı olmasına dair dəlilə münasibədə qeyd edilməlidir ki, cavabdehin mülkiyyət hüququ müvafiq mirasın qəbulu üzrə verilmiş şəhadətnamə əsasında yaranmışdır. Bu isə iddiaya mülki icraat qaydasında baxılmalı olmasını şərtləndirir.

50. Göstər ilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(107)-163/2022 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar