Məhkəmə qərarları › İş №2(102)-3668/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3668/2024

04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3668/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı X2 cavabdehlər Cavabdeh*, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(*02)-3668/2024 (Açar sözlər: vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh*, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*04)-*267/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı X5 (Vəkili Nümayəndə Müşafiq oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X*6ovna 2*.0*.*964-cü ildə anadan olmuşdur. Ağstafa rayonu Köhnəqışlaq kəndində yaşamış X7 qızıdır. Qazaxıstan Respublikasının vətəndaşıdır.

2. Cavabdeh* *964-cü ildə anadan olmuşdur. Ağstafa rayonu Köhnəqışlaq kəndind ə yaşayır. X* ilə nikah bağlamadan ailə münasibətində olmuşdur.

3. Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 3* yanvar *998-ci il tarixli 0* nömrəli qərarı ilə X*3 və Cavabdeh* 0,45 ha torpaq sahəsi, Əsəd Abbasova 0,20 ha torpaq sahəsi verilmişdir. 4. 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə ilə, X*8 rayonu Köhnəqışlaq kəndində yerləşən yaşayış evini, bağını, pay torpağını, Köhnəqışlaq kəndində yaşayan *7 sentyabr *992-ci ildə ailə qurduğu həyat yoldaşı Cavabdeh* vəsiyyət etmişdir.

5. İddiaçı atası Əsəd Abbasov 04.0*.2020-ci ildə vəfat etmişdir. İddiaçı anası Səkinə Abbasova atası Əsəd Abbasov ilə rəsmi nikahda olmuşlar.

6. Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-286/202* nömrəli, *5 mart 202*-ci il tarixli və 2(0*5)-*0**/202* nömrəli, *7 noyabr 202*-ci il tarixli qətnamələri ilə Əsəd Abbasov dan miras qalmış torpaq sahəsinə və yaşayış evinə Cavabdeh* vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Qətnamələr üzrə Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarış almışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-286/202* nömrəli, *5 mart 202*-ci il tarixli və 2(0*5)-*0**/202* nömrəli, *7 noyabr 202*-ci il tarixli qətnamələri ləğv edilərək, ərizələr baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı X*6ovna (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh*, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə (bundan sonra cavabdehlər, ad, soyadı, İcra Nümayındəliyi, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası Əsəd Abbasovun adından 23.02.20*6-cı il tarixdə verilmiş Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyində verilmiş vəsiyyətnamənin etibarsız sayılması, vərəsəlik hüququ əsasında verilmiş vəsiyyətnamənin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mərhum atasından Ağstafa rayon Köhnəqışlaq kəndində 0,2029 ha torpa q sahəsi üzərində ümumi sahəsi 77,* kv.m. olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak tərəfindən qəbul edilmiş və mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilmişdir. Lakin miras əmlakı adına qeydə alınmasını vacib bilməmişdir. Belə ki, mərhum atasının anası ilə rəsmi nikahlarından 4 övladı olmuş və onların aralarında heç bir mülki mübahisə olmamışdır. Hazırda anası onunla birlikdə Qazaxıstan Respublikasında yaşamışdır. Cavabdeh onun atasının ikinci həyat yoldaşı olmuş və onların birgə yaşadığı dövrdə övladları dünyaya gəlməmişdir. Atası vəfat etdikdən sonra o, hazırkı cavabdehə öz şəxsi evinə getməməyi və atasına məxsus yaşayış evində ölənədək yaşamağı məsləhət görmüşdür ki, ev sahibsiz qalmasın. Bundan başqa cavabdehə məxsus Tovuz rayonu, Xatınlı kəndində yaşayış evi olmuşd ur. O, 2022-ci ilin ortalarında həmişə olduğu kimi ata yurduna gəlib və miras əmlaka sahib çıxmaq üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edərkən ona bildirmişlər ki, iki qətnamə mövcud olmuşdur. Həmin qətnamələr ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, bu işlə bağlı vəsiyyətnamə mövcuddur. O, həmin vəsiyyətnamənin əminliklə saxta olduğunu bildiyi üçün Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyinə qeydiyyat kitabının surətini verilməsini xahiş etmişdir. Qeydiyyat kitabında 4 saylı qeydiyyata alınan iş başqa adamın adına məxsus olmuşdur. Cavabdeh vəsiyyətnamədə 23.02.20*6-cı ildə atası tərəfindən şəxsən imzalanmaqla yazıldığını göstərmişdir. Belə ki, həmin vəsiyyətnamə tərtib olunarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmamış və saxta şəkildə tərtib olunmuşdur. Vəsiyyətnamə tərtib olunarkən notariat kontoruna məxsus blankdan istifadə olunmaqla şahid kimi tanımadığı şəxslər iştirak etmiş və vəsiyyatnaməni imzamışdır. Bu da qanuna zidd hərəkət olmuşdur. Hətta həmin vəsiyyətnamə mərhum atasının əvəzinə imza da atılmaqla, saxtalaşdırılmışdır. Eyni zamanda Ağstafa Rayon Məhkəməsinin 2(0*5)286/202* nömrəli, *5 mart 202*-ci il tarixli və 2(0*5)-286/202* nömrəli, *7 noyabr 202*-ci il tarixli qətnamələri ilə Əsəd Abbasovdan miras qalmış torpaq sahəsinə və yaşayış evinə cavabdehin vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilsə də, tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsi tərəfinfən qeyd edilən hər iki qətnamələr ləğv edilmişdir.

9. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, *992-ci ildə Əsəd Abbasov ilə qeyri-rəsmi olaraq ailə qurmuş, həmin zaman onların evləri olmamışdır. Onlar ilkin olaraq Əsəd Abbasovun qardaşının evində 4 gün qalmış, daha sonra qaynı qızının evində *0 gün yaşamışlar. Bundan sonra Tovuz rayonunda qohumunun evində yaşamağa davam etmişlər. Bir müddət sonra anası qardaşının həyətində ev tikib orada yaşamağı bildirmiş və onlar qardaşının həyətində bir otaq tikib orada qalmışlar. Bir müddət qaldıqdan sonra Əsəd Abbasov orada yaşaya bilməməsini, Ağstafa rayonunun Köhnəqışlaq kəndinə köçərək orada ev tikib yaşamalarını bildirmişdir. Onlar Ağstafa rayon Köhnəqışlaq kəndində ev tikənə kimi, Məhəmməd adlı şəxsin evində qalmışlar. Bundan sonra bir otaq tikərək orada yaşamışlar. O, X3 “atasının evindən pay istəyirsənsə gəl bura qeydiyyata düş və onu nla yaşamasını” bildirsə də Gülnara evi bütövlükdə istəmişdir. İddiaçının həmin evə heç bir haqqı olmamışdır. Əsəd Abbasov bir neçə dəfə uşaqları ilə əlaqə saxlayıb gəlmələrini demişdir. Onlar oranı istəməmişlər. Əsəd Abbasov qaynının qızının adına evi rəsmiləşdirməsini bildirsə də sonuncu qəbul etməmişdir. Bu səbəbdən Əsəd evi ona vəsiyyət etmişdir. O, həmin evdə 30 il yaşamış və əziyyət çəkmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdeh Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəsi X8 göstərmişdir ki, X9 vəsiyyatnaməsi 20*6-cı ildə tərtib edilmişdir. Təlimat ilə onlarda bütün notariat hərəkətlərini müavin həyata keçirir, o isə onu möhürü ilə təsdiq edir. İmza təsdiqi möhürdə müavinin ad və soyadı qeyd ed ilərək, bu formada bütün nümayəndəliklər notarial hərəkətləri həyata keçirmişdir. Vəsiyyatnamə verilən zaman vətəndaş müraciət etmişdir. O, da vətəndaşa izah etmişdir ki, iki nəfər qohum olmayan şəxsi şahid gətirdikdən sonra vəsiyyatnamə tərtib edilir. Həmin qaydada X*4 müraciət edərək idarədə vəsiyyatnamə tərtib edilmiş, həmin vəsiyyətnamə tərtib edilərkən Əsəd Abbasov, onun həyat yoldaşı Cavabdeh* və 2 nəfər şahid Həsənov Mayıl və Abbasov Adil olmuşlar. Bütün notarial hərəkətlərini müavin həyata keçirdikdən sonra öz möhürü ilə vəsiyyətnaməni möhürləmişdir. Əsəd Abbasov idarəyə yaxınlaşan zaman səhhətində heç bir problem olmamış, onun səhhətində problemlər vəsiyyətnamədən 2 il sonra başlamışdır. O, Cavabdeh* ilə Əsəd Abbasovun nikahlarının olmadığını bilməmişdir.

11. İddiaçı vəsiyyətnaməd ə olan imzanın Əsəd Abbasov tərəfindən imzalanmaması mübahisələndirildiyindən, həmin halın obyektiv həll olunması üçün mülki iş üzrə məhkəmə xəttşunaslıq ekpertizası təyin olunmuş və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/648 nömrəli ekspert rəyində imzanın Əsəd Abbasova aid olması göstərilmişdir.

12. Məhkəmə, Əsəd Abbasov tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 4 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin qeydiyyatdan keçməsinə dair reyestr jurnalı tələb olunaraq baxış keçirilmişdir. Jurnala keçirilmiş baxış zamanı isə vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs barədə məlumat lara dair notariat hərəkətlərinin aparılması həmin reyestr jurnalında aşkar olunmamışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində göstərmişdir ki, o, 20*3-20*8-ci illərdə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində işləmiş, hazırda isə orada mühasib vəzifəsində işləyir. X*2 Kərimovaya Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində vermiş olduğu vəsiyyətnamə onun tərəfindən hazırlanaraq imzalanmış və nümayəndəliyin möhürü ilə təsdiq olunmuşdur. Lakin vəsiyyətnamə hər hansı reyestr kitabına qeyd edilməmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərmişdir ki, o, X*2 Kərimovaya vəsiyyətnamə verən zaman Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində şahid kimi olmasını, vəsiyyətna məni icra nümayəndəsinin müavini Şəadət Əliyev təsdiqləməsini, vəsiyyətnamə tərtib və təsdiq edilərkən Cavabdeh* da orada iştirak etməsini bildirmişdir.

15. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi videodiskə baxış keçirilmişdir. Çəkilişdən görünür ki, iddiaçı atasının evində olan zaman çəkiliş aparılıb. Ailəvi toplantı, masa arxasında, süfrə açaraq mehriban şəkildə söhbət edirlər, bağa gəzinti edirlər. Hətta cavabdeh çəkiliş zamanı bildirir ki, gəlin ata yurduna sahib çıxın, bu sizin evinizdir. Cavabdeh evə hər hansı bir iddiası olması barədə fikir bildirmir. Video çəkiliş vəsiyyətnamə verilməsindən sonrakı dövrdə aparılsa da, vəsiyyətnamə barədə söhbət açılmır.

16. Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-**/2024 nömrəli, *9 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) i ddia tələbi təmin edilmiş, Əsəd Abbasov tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin etibarsız sayılması, Cavabdeh* adına verilmiş 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarışın ləğv edilməsi, iş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan *26 manat məbləğində pul Cavabdeh* tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, barəsində mübahisə edilən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən şəxs orada iştirak etsə də qanunvericiliyə zidd olaraq vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən deyil, yerli icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən tərtib edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən vəsiyyətnamədə olan imzanın Əsəd Abbasov tərəfindən imzalanmaması mübahisələndirildiyindən, həmin halın obyektiv həll olunması üçün mülki iş üzrə məhkəmə xəttşunaslıq ekpertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində imzanın Əsəd Abbasova aid olması göstərilsə də, həmin ekspertin rəyi kifayət qədər aydın və ya tam olmamışdır. Məhkəmə tərəfindən vəsiyyətnamənin qanunvericiliyin tələblərinə əsasən verilməməsi aşkar olunduğundan və onun həqiqiliyinə şübhə yarandığından əlavə ekspertizanın təyin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd edilən ekspertin rəyi məhkəmə üçün məcburi olmadığından sübutların qiymətləndirilməsi zamanı müəyyən edilmiş qaydalar üzrə qiymətləndiriləcəkdir.

18. Məhkəmə qeyd etmişdir ki, qanunla notariat hərəkətlərinin aparılması yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə edilsə də, həmin tələblər pozularaq qeyd edilən hərəkətlər onun müavini tərəfindən aparılmışdır. Belə ki, notariat hərəkətlərinin aparılması əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə olunmuşdur. Lakin, hazırkı vəsiyyətnamə tərtib və təsdiq edilərkən aparılan notariat hərəkətləri nümayəndə tərəfindən deyil onun müavini tərəfindən aparılmışdır. Yən i vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən tərtib və təsdiq olunmuşdur. Müavinə belə bir səlahiyyət verilməmişdir. Müavin yalnız bir halda, yerli icra hakimiyyəti başçısının nümayəndəsi məzuniyyətdə və ya digər səbəbdən işdə olmadığı halda müvafiq əmrlə onu əvəz etdiyi halda, müavin onun səlahiyyətlərini həyata keçirə bilər. Hazırkı vəziyyətdə yerli icra hakimiyyəti başçısının nümayəndəsi işdə olduğu halda, müavin vəsiyyətnaməni təsdiq etmiş, yerli icra hakimiyyəti başçısının nümayəndəsi isə onu möhürlə təsdiqləmişdir. Halbuki, qanunvericilikdə bir səxs tərəfindən vəsiyyətnaməni təsdiq edərək imzalanması, digər şəxs tərəfindən möhürlənməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilməklə “Notariat haqqında” Qanunun *5-ci maddəsinin və ondan irəli gələn “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndinin tələbləri pozulmuşdur.

19. Məhkəmə Əsəd Abbasov tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 4 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin qeydiyyatdan keçməsinə dair reyestr jurnalına keçirilmiş baxış zamanı isə vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs barədə məlumatlara dair notariat hərəkətlərinin aparılması həmin reyestr jurnalında aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə əsasən vəsiyyətnamənin təsdiq edilm əsi barədə aparılan notariat hərəkəti müvafiq reyestrdə qeyd edilməmiş və müstəqil nömrə verilməmişdir. Belə ki, vəsiyyətnamənin qeydə reyestr kitabında 3-4 nömrələri ilə qeyd edilməsi göstərilsə də nümayəndəliyin notariat hərəkətlərinin aparılmasına dair reyestr kitabına baxış zamanı həmin nömrələrdə, vəsiyyətnamənin qeydə alınması deyil, digər şəxslərin imzalarının təsdiq edilməsi qeyd olunmuşdur. Reyestrə, qeydə alınmamış notariat hərəkəti onun doğruluğunu, düzgünlüyünü şübhə altına almışdır.

20. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı atasının evində olan zaman çəkiliş aparılmış, ailəvi toplantı, masa arxasında, süfrə açaraq mehriban şəkildə söhbət edərək, bağa gəzinti etmişlər. Hətta cavabdeh çəkiliş zamanı bildirmişdir k i, gəlin ata yurduna sahib çıxın, bu sizin evinizdir. Cavabdeh evə hər hansı bir iddiası olması barədə fikir bildirməmişdir. Video çəkiliş vəsiyyətnamə verilməsindən sonrakı dövrdə aparılsa da, vəsiyyətnamə barədə söhbət açılmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, X*5 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 4 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə verilərkən “Notariat haqqında” Qanunun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulduğundan həmin vəsiyyətnamə etibarsız sayılmalıdır. Göründüyü kimi, Cavabdeh* 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Ağstafa Ra yon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ilə onun vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Bundan sonra həmin qətnamələr icra edilərək Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra iddiaçı tərəfindən məhkəmə qətnamələri yuxarı instansiya məhkəməsində mübahisələndirilərək apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-286/202* nömrəli, *5 mart 202*-ci il tarix li və 2(0*5)-286/202* nömrəli, *7 noyabr 202*-ci il tarixli qətnamələri ləğv edilərək ərizələr baxılmamış saxlanılmışdır. Yəni, çıxarışların və vərəsəlik haqqında şəhadətnamələrinin verilməsinə əsas olmuş məhkəmə qətnamələri ləğv edilmişdir. Bu səbəbdən həmin çıxarış və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ləğv edilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.*, 334.*, 337.*, 337.2, **59.*.*, **68, **79, *225 və *230-ci maddələrinə, “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndinə, “Notariat haqqında” Qanunun *5 və 43-cü maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydala rı haqqında” Təlimatın *60.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **6.*, **9.*-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədən Cavabdeh* apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmışdır. Belə ki, mərhum X*2 Kərimovaya verdiyi vəsiyyətnamə ekspert rəyi ilə də mərhumun özü tərəfindən icra olunması öz əksini tapmışdır. X*7 vəfatından 4 ildən çox bir vaxt ötmüş və onun həyat yoldaşı Cavabdeh* mirası faktiki vəsiyyət üzrə qəbul etmiş və o na sahiblik etməyi bu günə kimi davam etdirməklə yanaşı həmin mirası DƏDRX-də öz mülkiyyətinə almaqla qanuna uyğunluğu həyata keçirmişdir. Həmin evdə iddiaçı ümumiyyətlə yaşamamışdır. Həmin fərdi yaşayış evi onun və mərhum həyat yoldaşı tərəfindən öz əməyi ilə inşa olunmuşdur. Bundan başqa mərhum sağlığındaykən öz ayaqları ilə gəlmiş Ağstafa rayonu KöhnəQışlaq kənd icra nümayəndəliyində 23 fevral 20*6-cı il tarixdə öz imzası ilə və iradə ifadəsi ilə vəsiyyətnamə vermişdir. Vəsiyyətnaməni tərtib edən kənd icra nümayəndəsi və onun müavini olmuş, belə ki, vəsiyyətnamədə olan imza müavinə, möhür isə kənd icra nümayəndəsinə məxsus olmuşdur. Onun kitaba qeydə salınmaması mərhumun səhvi olmamış, o dövlət təşkilatında öz iradə ifadəsini artıq vermiş və bunu da imzalamışdır. Hansısa məmurun səhlank arlığı səbəbindən vəsiyyətnamənin etibarsız sayılması Mülki Məcəllənin prinsiplərinə zidd olmuşdur. Hər bir halda o yaşlı bir insan olmuş və evinə də yaxın olduğu üçün o, kənd icra nümayəndəliyinə etibar etmişdir. O, vəfat etsə də belə onun sağlığındaykən ötürdüyü iradə ifadəsi hələ də qüvvədə olmuşdur. Çünki həmin vəsiyyətnamədən başqa yaxşı və ya pis başqa vəsiyyətnamədə olmamışdır. Müvafiq dövlət təşkilatının səhlənkarlığı və səhvi səbəbindən o əziyyət çəkməməlidir. Hansı ki, o vəsiyyət üzrə mirası vaxtında qəbul etmiş və adına çıxarış belə alaraq, mirasa tam sahiblik etdiyi halda, məhkəmə onun qanuni mülkiyyət hüquqlarını belə pozaraq sözü gedən qətnaməni çıxarmışdır. İddiaçı tərəfindən həmin iddia tələbi verilərkən mirasdakı müddətlər hələ Məcəllə ilə qüvvədə olmuş və o da həmin müddə tlərin, yəni istər mirasın qəbulu üzrə, istərsə də vəsiyyətnamənin olmasını məhkəmənin nəzərinə çatdırmışdır. Vəsiyyətnamə o zaman saxta və etibarsız sayılardı ki, vəsiyyət edən şəxs başqa şəxs olsun və ya həmin şəxsin imzası olmasın və vəsiyyətnamənin qeydiyyat tarixi olmasın. Göründüyü kimi, şahidlər də ifadələrində mərhumun özü tərəfindən vəsiyyətnamə imzalandığını bildirmişdir. Həmin miras əmlakda 30 ildən çox əziyyət çəkmiş və hazırda da yaşamışdır. Bundan başqa vəsiyyətnamənin hansı tarixdə qeydə alınmasıdır. Ona görə də hesab etmişdir ki, maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmış məhkəmə qətnaməsinin ləğv olunması zərurəti yaranmışdır.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(*04)-*267/24 nömrəli, 28 iyun 20 24-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

26. Apellyasiya instansiya məhkəməsi giyası qeyd etmişdir ki, həmin vəsiyyətnamə vəsiyyət edən Əsəd Abbasovun sözləri ilə Ağstafa rayonu Köhnəqışlaq İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən iki şahidin yanında yazılması, vəsiyyət edən tərəfindən vəsiyyətnaməni tərtib etmiş şəxs və şahidlərin yanında imzalanması Mülki Məcəllənin **80.2-ci maddəsinin tələbinə uyğun olmuşdur. Vəsiyyətnamənin mərhum Əsəd Abbasov tərəfindən şəxsən imza edilməsi birinci instansiya məhkəməsində dindirilmiş ş ahid ifadələri ilə yanaşı iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur.

27. Məhkəmə kollegiyası vəsiyyətnamənin İcra Başçısının inzibati ərazi üzrə nümayəndəsi tərəfindən yox, onun müavini tərəfindən imza edilməsi ilə bağlı qeyd etmişdir ki, ümumiyyətlə vəsiyyətnamə şəxsin ölüm hadisəsi baş verdiyi halda əmlakı barədə sərəncam verməsi olmuşdur. Vəsiyyət edən şəxsin ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə etdiyi sərəncam iradəvi akt olaraq, vəsiyyət edən şəxsin iradə ifadəsidir.

28. Məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin vəsiyyətnamənin reyestrdə qeydiyyata alınmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamənin təsdiq edildiyi gün, yəni 23.02.20*6-cı il tarixdə Əsəd Abbasov əmlak ına dair vəsiyyətnamə qoyması üçün Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində olması həm işdəki sənədlər, həm də birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Bundan başqa, Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünmüşdür ki, Əsəd Abbasov tərəfindən *4 manat dövlət rüsumu da ödənilmiş, vəsiyyətnamədə şahid kimi imza edən şəxslər X** və X6 imzalarının təsdiq edilməsinə dair qeyd 3 və 4 nömrəsi ilə reyestrə daxil edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, Əsəd Abbasov yaxın ərazidə notariat ofisi olmadığına görə həqiqətən də notariat orqanının funksiyasını yerinə yetirən icra nümayəndəliyinə vəsiyyətnamə qoymaq üçün g etmiş, vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı Cavabdeh* vəsiyyətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini göstərsə də, lakin onun həmin dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Vəsiyyətnamə ləğv edilmədiyindən iddia tələbinin çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi hissədi də təmin edilə bilməz.

31. Məhkəmə kollegiyası, iddiaçı miras mülkdən məcburi pay tələb etmədiyindən həmin hissəyə dair münasibət bildirməmiş, lakin hesab etmişdir ki, iddiaçının, eləcə də mərhumun digər vərəsələrinin mirasdan məcburi paylarının müəyyən edilməsi üçün iddia ilə müraciət etmək hüquqları vardır.

32. Apellyasiya instansiya məhkəm əsi gəldiyi nəticəni Mülki Məcəllənin **33, **66, **67, **68, **79.*, **79.2, **80.*, **80.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun *8-ci maddəsinə və Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 2*7.3, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə Müşafiq oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Həmin iş üzrə heç bir sübuta düzgün qiymət verilməmişdir. Çünki xətşünasılıq ekspertizasının aparılmasına diqqət yetirsək görmək olar ki, ekspert bir tək vəsiyyətnamədə olan imza ilə qeydiyyat jurnalında olan imzaları uzlaşdırmaqla həmin imzların Əsəd Abbasova məxsus olduğunu bildirmişdir. Amma əslində isə həmin vəsiyyətnamənin etibarsız olmasını sübut edən əsas amil kimi, cavabdehin vərəsəliklə bağlı olaraq Ağstafa rayon notariat ofisinə müraciət etməsi və imtina alması, həmin imtina səbəbi kimi vəsiyyətnamənin heç bir yerdə qeydə alınmadığı əsas gətirilməsinə baxmayaraq və Əsəd Abbasovun imza nümunələri olan sənədlə rə diqqət yetirilməməsi, yəni təkrar ekspertizanın keçirlməsi ilə bağlı olan vəsatətin təmin edilməməsi işin düzgün araşdırılmamasına dəlalət edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. Cavabdeh* nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirləmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə **33. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə **66. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

38. Maddə **67. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

39. Maddə **68. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

40. Maddə **79.*. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

41. Maddə **79.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalas ın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

42. Maddə **80.*. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

43. Maddə **80.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamə.

44. Bənd 5.2. Bu əsasnamənin 5.*-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy yatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun *8-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

45. Maddə *8. Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər.

46. Maddə

47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.*. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

56. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 4*7.*.*. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə *2 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.*.4, 408.*.5 və 4*6- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*04)-*267/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar