Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3669/2020 02.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh, nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X4 Kompani S.A" Şirkəti Cavabdeh qarşı iddia qaldıraraq, x koordinantlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həm in tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Z.Sadiqov) xx xxxxxxxx 2015-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynov (sərlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-910/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kol legiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx xxxxxxxx 2005-ci il tarixli qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ (sonradan adı dəyişdirilərək “Novatis Oil FZE” adlandırılmışdır) və ARDNŞnin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Qanunun 4 və 5-ci maddələrinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. “X4 Kompani S.A.” şirkətinin 100 faiz payçısı “Novatis Oil FZE” şirkətidir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin TikintiPlanlaşdırma İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, X saylı məktuba əsasən, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində 39 T 414794.09 mB; X mC koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 180.1, 180.2, 239.2 və 240.1-ci, Torpaq Məcəlləsinin 22.2, 46, 55, 62 və 111-ci maddələrini tətbiq edərək iddianı təmin etməsini əsaslı saymışdır. Apelyasiya baxışında təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5758 saylı rəyinə əsasən, iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mülki iş materiallarına əlavə edilməməsi səbəbindən, mübahisələndirilən torpaq sahəsinin cavabdehin istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin naturada iddia olunan torpaq sahəsinin koordin atları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilmişdir. Mütəxəsis tərəfindən aparılmış tədqiqat nəticəsində naturada iddia olunan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin elektron baza məlumatlarına əsasən, “X4 Kompanı S.A." Şirkətinə aid olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan torpaq sahəsində yerləşən tikilinin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilmədiyindən, həmin tikilinin tikinti norma və qaydalarına riayət edilmədən inşa olunduğu müəyyən edilir. Eyni zamanda apelyasiya baxışı zamanı iş üzrə rəy vermiş mütəxəssis məhkəmə iclasına dəvət edilərək Sazişdə olan cizgi ilə rəydə olan koordinatlar arasında qeyri-müəyyənliyə aydınlıq gətirmiş, həmç inin iddiaçının nümayəndəsi təmsil etdiyi şəxsin hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüquqa və təmsilçilik hüquqlarına malik olmasına dair nornmativ sənədləri, təsis və təmsilçilik sənədlərini məhkəməyə təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin onlara verdiyi hüquqi qiymətlə razılaşaraq bildirir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3669/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3669/2020
02.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver