Məhkəmə qərarları › İş №2(102)-3671/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3671/2022

06.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3671/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)321/2022 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsind ə yerləşən Cavabdeh1 MTK məxsus binanın 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 kv.metr olan 173 saylı mənzilinə dair aşağıdakı müqavilələr bağlanıb: 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışınə əsasən, mənzil Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı2 satılıb və mənzilin 65.704 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən alıcı Zamiq Hüseynova satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı1 satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. 29 avqust 2009-cu il tarixli m üqaviləyə, maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən əvvəlcə 55.008 manata alıcı X; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata X; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata Cavabdeh2 satılıb və mənzilin pay haqqı onlar tərəfindən tam məbləğdə ödənilib. "xxxx" MTK-nin sədri X 07 avqust 2013-cü il tarixli ərizəsindən görünür ki, o, sözügedən binada yerləşən 173 saylı mənzili İddiaçı1 satıb və hazırda həmin mənzilə görə heç bir iddiası yoxdur. Həimçinin, Cavabdeh1 MTK-nin sədri X 13 avqust 2013-cü il tarixli digər ərizəsindən görünür ki, o, 76.400 manat pulu X alıb və gələcəkdə ona qarşı heç bir iddiasının olmayacağını, əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürəcəyini bildirib. Daha sonra, X 03 fevral 2016-ci il tarixli ərizəs indən görünür ki, o, 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən 73 saylı mənzili Cavabdeh1 MTK satın alıb, sonra həmin mənizili İddiaçı1 satıb. Eyni zamanda, işdən görünür ki, mübahisəli 73 saylı mənzilə kommunal xidmətlərin göstərilməsi üçün Cavabdeh2 ilə ayrı-ayrı qurumlar tərəfindən müvafiq müqavilələr bağlanıb və orada sayğaclar quraşdırılıb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nin İddiaçı2 və digərlərinə qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, sözügedən müqavilələr və maliyyə arayışları etibarsız hesab edilsə də, sonradan İddiaçı2 apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2012-ci il tarixli qətna məsi ilə sözügedən qətnamə ləğv eilərək, Cavabdeh1 MTK-nin iddiası rədd edilib. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə X Cavabdeh1 MTK və digərlərinə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, X vurulmuş zərərə görə 76.400 manat, illik 5 faiz hesablanmaqla 3.820 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 80.250 manat pulun tutulub X ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı iddiası təmin edilərək, “sözügedən mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzili n İddiaçı1 mülkiyyətinə qaytarılması qət edilib. Sonradan həmin işə dəfələrlə apellyasiya və kassasiya qaydasında baxılıb və sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla İddiaçı1 iddiası rədd edilib. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cahangir Alışov 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK-nin 15 yanvar 2007-ci ildən 11 mart 2011-ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən 15 may 2017-ci ilədək isə faktiki olaraq və 15 may 2017-ci ildən yenidən rəsmi qaydada sədri vəzifəsində i şləməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu qeyriləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək kooperativ tərəfindən ünvan 1 ünvanda 2006-cı ilin oktyabr ayından inşasına başlanılmış 2 girişli 16 mərtəbəli binadan müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən ayrı-ayrı şəxslərə mənzillər satıb, dəyəri ödənilmiş mənzilləri ilkin alıcıların məlumatı olmadan yenidən başqa şəxslərə sataraq onlardan müxtəlif məbləğlərdə pul qəbul edib adlarına rəsmiləşdirməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərin əmlakını ələ keçirmək məqsədilə, 2010-cu ilin əvvəlindən faktiki olaraq kooperativin səlahiyyətli nümayəndəsi, qeyd edilən mənzillərin faktiki satışını həyata keçirən vəzifəli şəxs olan X və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, təkrar satışlar üzrə mənzillərin guya alıcılara kooperativ tərəfindən ilkin olaraq, yaxud əvvəlki alıcıların adından satılması haqqında özü və qeyrilərinin köməkçiliyi ilə yalan vədlər verib, bir sıra hallarda qabaqcadan əlbir olduğu Xv, X və qeyrilərini qəsdən mənzil alıcılarına qanunsuz satılan mənzillərin əvvəlki sahibləri kimi təqdim edib aldatmaqla, kooperativin inşa etdiyi binanın həyətində yerləşən ofisdə rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının məzmununa mənzillərin alıcılara qanuni əsaslarla satılması barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar dax il edib, kooperativin dairəvi möhürü ilə sənədlərin qanuni şəkildə təsdiq edilməsi görüntüsü yaratmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı saxta möhürlə təsdiq etməklə şəxsən və ya qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə vəzifə saxtakarlığı edərək, bir sıra hallarda mənzili təkrar satdığı şəxsləri inandırmaq üçün onların həmin mənzilə qəsdən köçürülməsini təmin edib, mənzilin ilkin alıcıları olan qanuni sahiblərini faktiki olaraq əmlak hüquqlarından məhrum edərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, kopperativ tərəfindən inşa olunan həmin binadan 3 otaqlı, 152,8 kv.m sahəli 173 nömrəli mənzili 13 mart 2007-ci il tarixli müqavilə ilə X satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 2009-cu ilin avqust ay ında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını X yalandan bildirib, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun arvadı X adına rəsmiləşdirilmiş 29 avqust 2009-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında X satılması adı ilə ondan həmin tarixdə binanın həyətində 55.000 manatı alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakına külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, bundan başqa, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsəd ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, cinayətdən xəbərsiz olan X özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə Cavabdeh2 satmasına şərait yaradaraq, sonuncunun adından və onun pul vəsaitinə mənzili almaq məqsədilə müraciət etmiş X mənzilin digər sahibinin olmamasını, tam qanuni əsasla satılmasını yalandan bildirərək, onun tərəfindən X 52.000 manat ödənilməklə və sənədlərin rəsmiləşdirilməsi xərcləri adı ilə əlavə olaraq 3.000 manat aldatmaqla alaraq, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, X adına rəsmiləşdirilməklə tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edərək, 20162017-ci illərdə isə sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə Cavabdeh2 X göndərdiyi əlavə olaraq 3.000 manat pulu sonuncudan şəxsən alıb və mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh2 cəmi 58.000 manat vəsaitini- özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin cinayət əməlini müəyyən müddətdə gizlətmək məqsədilə mənzili sonuncuya təhvil verib, mənzilin ilkin alıcısı X həmin mənzili 2009-cu ilin noyabr ayında 76.400 manata satdığı İddiaçı1 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə isə Cavabdeh1 MTK inşa etdiyi binada qanuni sahibləri olan 109 mənzili saxta müqavilə və maliyyə arayışları əsasında 123 nəfərə yenidən sataraq həmin şəxslərə məxsus ümumilikdə 59.74361,85 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməklə, cəmi 29 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişdir. Qeyd olunan mənzilin müxtəlif şəxslərə satılması ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı1 17 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs, mülki iddiaçı qismində, Cavabdeh2 07 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, X 08 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınıblar. İddiaçı2, X və X cinayət işi üzrə hər hansı formada iştirak etməyib və X isə ibtidai istintaq zamanı şahid qismində dindirilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: 1-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat İddiaçı2 Cavabdeh1 MTK qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, sonuncu tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.metr olan 141 saylı mənzili, həmin binanın 2-ci blok, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,78 kv.metr olan 181 saylı mənzili, həmin binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümum i sahəsi 152,8 kv.metr olan 173 saylı mənzili üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi; onun həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi; habelə Cavabdeh1 MTK ilə X arasında ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141 saylı mənzilinə dair bağlanmış 29 iyun 2010-cu il tarixli; həmin binanın 181 saylı mənzilinə dair X bağlanmış 18 iyun 2010-cu il tarixli; həmin mənzilə dair X bağlanmış 23 iyun 2015-ci il tarixli; həmin binanın 173 saylı mənzilinə dair X bağlanmış 13 mart 2007-ci il tarixli; İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli; X bağlanmış 20 avqust 2009-cu il tarixli; Cavabdeh2 ilə bağlanmış 29 avqust 2009-cıı il tarixli; x ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı2 iddia tələblərini onunla əsaslandırıb ki, Cavabdeh1 MTK ilə müqavilə şərtləri ilə bağlı razılıq əldə etdikdən sonra aralarında 13 mart 2007-ci il tarixdə bağlanmış üç mənzilə dair ayrı-ayrı üç müqaviləyə əsasən sonuncu ünvan 4 ünvanda tikilmiş yaşayış binasının 141; 181 və 173 saylı mənzillərini onun mülkiyyətinə verib, o isə həmin mənzillərin tam dəyərini Cavabdeh1 MTK ödəyib. Mənzillərin hər birinə görə tərəfindən Cavabdeh1 MTK-nə 84.040 ABŞ dolları, ümumilikdə isə üç mənzilə görə 252.120 ABŞ dolları pul ödəyib və sonuncu həmin məb ləği almasına dair onun adına müvafiq maliyyə arayışları verib. Bir müddət sonra Cavabdeh1 MTK həmin mənzilləri ona təhvil vermək istəmədiyini bildirib və hətta ona qarşı həmin müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə məhkəmədə əsassız iddia qaldırıb və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilib və bağlanan müqavilələr və maliyyə arayışları etibarsız hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2012-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilib. Cavabdeh1 MTK onun həmin mənzillərə görə qanuni və əsaslı müqavilələr bağladığını, mənzillərin tam dəyərini ödədiyini bilsə də, həmin mənzilləri bu günədək ona təhvil vermək istəmir və mənzillərdə təmir işləri aparılmasına, mə nzillərə sərbəst surətdə daxil olmasına maneələr yaradır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK digər cavabdehlərlə də həmin mənzillərə dair müqavilələr bağladığı məlum olub. Belə ki, həmin binada ona məxsus 173 saylı mənzilə dair X 13 mart 2007-ci il tarixli, İddiaçı1 ilə 13 mart 2007-ci il tarixli, X 20 avqust 2009-cu il tarixli, Cavabdeh2 ilə 29 avqust 2009-cu il tarixli, X ilə 29 avqust 2009-cu il tarixli, 181 saylı mənzilə dair X 23 iyun 2015-ci il tarixli və 141 saylı mənzilə dair X ilə 29 iyun 2010-cu il tarixli müqavilələr bağlayıb. Sonradan həmin müqavilələrin görünüş üçün bağlandığı məlum olub. Belə ki, ona məxsus 173 saylı mənzilə dair onunla eyni gündə, yəni 13 mart 2007-ci il tarixdə X və İddiaçı1 ilə də müqavilələr bağlanıb. Halbuki, həmin vaxt mənzil yalnız ona satılıb və mənzilə dair başqa şəxslərlə müqavilə bağlanmayıb. Sadəcə olaraq Cavabdeh1 MTK mənzilləri ona təhvil verməmək üçün saxta müqavilələr bağlayıb. 173 saylı mənzillə bağlı iki il sonra eyni tarixdə, yəni 29 avqust 2009-cu ildə Xv, Cavabdeh2 və X ilə üç ayrı-ayrı müqavilələrin bağlanması bir daha göstərir ki, Cavabdeh1 MTK bu müqavilələri alıcıları aldadaraq bağlayıb və onlara qarşı dələduzluq edib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia təmin edilərək, Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141; 181 və 173 saylı mənzilləri üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanla rının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin Cavabdeh1 MTK qadağan edilməsi, Cavabdeh1 MTK ilə X arasında ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141 saylı mənzilinə dair bağlanmış 29 iyun 2010-cu il tarixli; həmin binanın 181 saylı mənzilinə dair Xbağlanmış 18 iyun 2010-cu il tarixli; həmin mənzilə dair X bağlanmış 23 iyun 2015-ci il tarixli, həmin binanın 173 saylı mənzilinə dair X bağlanmış 13 mart 2007-ci il tarixli, İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli, X bağlanmış 20 avqust 2009-cu il tarixli, X bağlanmış 29 avqust 2009-cu il tarixli və x ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi qət edilib. Birinci inst ansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli 173 saylı mənzil ilk öncə 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ZX, sonra isə onun razılığı ilə İddiaçı2 satılıb. Daha sonra, X və İddiaçı1 ilə bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu il tarixli müqaviləyə əsasən sözügedən mənzil X, sonradan eyni tarixli müqavilələrlə X və Cavabdeh2 satılıb. Göründüyü kimi, Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan mənzillər barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırki halda isə əhəmiyyətsiz əqd bağlayıb. Bu baxımdan İddiaçı2 cavabdehlərə qarşı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəll ənin 337-349, 354.2, 421-424-ci-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. 2-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat İddiaçı1 məhkəmədə Cavabdeh1 MTK və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 5 yaşayış binasının 173 saylı mənzilinə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən Cavabdeh2 çıxarılması v ə həmin mənzilin onun faktiki mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı1 iddiasını onunla əsaslandırıb ki, Cavabdeh1 MTK ilə X arasında bağlanmış 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən sonuncu kooperativdə payçı mülkiyyətiçisi statusu əldə edib. Cavabdeh1 MTK-dən aldığı payı mülkiyyətçi kimi X ona satıb. Mübahisəli 173 saylı mənzilə dair onunla Cavabdeh1 MTK arasında ilkin olaraq 13 mart 2007-ci il tarixli müqavilə bağlanıb, borcunun olmamasına dair onun adına maliyyə arayışı verilib, həm müqavilə, həm də maliyyə arayışı Cavabdeh1 MTK-nın sədri Xv tərəfindən imzalanaraq təsdiq edilib. Mənzilin təmir edilməsinə 2016-cı ilədək Cavabdeh1 MTK rəhbərliyi tərəfindən icazə verilməyib və bu müddətdən istifadə edən kooperativin rəhbərliyi mənzili təkrarən başq a şəxslərə satıb. 2016-cı ildə mənzili təmir etməyə icazə verilib və o, mülkiyyətində olan mənzili təmir etməyə başlamaq istəyərkən aldığı mənzilin başqa şəxs tərəfindən təmir edildiyini görüb, lakin mənzilin sahibini tapa bilməyib. Sonradan mənzilin Cavabdeh2 satıldığını öyrənib. Cavabdeh1 MTK-nin sədri X notarial qaydada ərizə verərək mənzili ona satdığını, mənzilə dair heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını qeyd etməsinə baxmayaraq, mənzili 29 avqust 2009-cu il tarixli müqavilə ilə təkrarən X, daha sonra sonuncunun adından Xə, sonuncu dəfə isə Cavabdeh2 satıb və hazırda mənzil sonuncunun sahibliyində, istifadəsindədir. Göründüyü kimi Cavabdeh1 MTK ona məxsus olan mənzili təkrar Cavabdeh2 satmaqla qanunun tələblərini pozub və hüquqi nəticələr yaratmaq niyyəti olmadan so nuncunu aldatmaqla uydurma əqd bağlayıb. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia təmin edilərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 5 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilinə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin Yaqut Əfədniyevanın faktiki mülkiyyətinə qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı1 ilə Cavabdeh1 MTK arasında 13 mart 2007-ci il tarixli müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə, Cavabdeh1 MTK ünvan 5 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilini payçı İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib mənzilin ümu mi dəyəri olan 76.400 manat pulu Cavabdeh1 MTK ödəməyi öhdəsinə götürüb. 13 mart 2007-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqı tam məbləğdə İddiaçı1 tərəfindən ödənilib və sonuncu həmin müqaviləyə və maliyyə arayışına istinad edərək hazırki iddianı qaldırıb. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan sözügedən mənzil üzərində sərəncam verməklə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırki halda isə əhəmiyyətsiz əqd bağlayıb. Bundan əlavə, qanunda başqa qayda nəzərdə tutulmadığı üçün hazırki tələblərə də iddia müddəti şamil edilməli və İddiaçı1 tərəfindən ötürülmüş müddət bərpa edilməklə iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 752.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin faktiki mülkiyyətə qaytarılması” iddiasına dair 2(103)-6959/2021 saylı və İddiaçı2 İddiaçı1 və digərlərinə qarşı “mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız sayılması” iddiasına dair 2(103)8133/2021 s aylı mülki işlər bir icraatda birləşdirilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılıb, habelə İddiaçı1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1 MTK tərəfindən ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının 173 saylı mənzili üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, onun mənzildən istifadə e tməsi, mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, mənzildə təmirtamamlama işlərinin aparılması üçün ona şəraitin yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; habelə həmin mənzilə dair X bağlanmış 13 mart 2007-ci il və İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli 73 saylı mənzil Cavabdeh2 və X əvvəl İddiaçı1 satılıb, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən həmin mənzil 29 avqust 2009-cu il tarixli müqavilə ilə X, sonradan eyni tarixli müqavilə ilə Oktay Abdullayevə və daha sonra isə X satıla bilməzdi. Bundan başqa, iddia, İddiaçı1 tərəfindən daha əvvəl qaldırıldığından, üstünlük də ona verilməli və mübahisəli 173 saylı mənzilə dair onunla bağlanmış müqavilə etibarlı sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 752.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya insansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və proses sual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Kassasiya baxışının hədləri Mülki prosessual qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, mülki iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəlsə də, kassasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğundan və o, qətnaməni İddiaçı1 ona qarşı olan iddia tələblərinə aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı onun kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəlləd ə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə görə, əqd etibarsız ol duqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 452.1-ci maddəsində göstərilir ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər; 752.2-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 Cavabdeh2 qarşı iddia tələblərini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, Cavabdeh1 MTK məxsus yaşayış binasının 2-ci girişi 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152.8 kv.metr olan 173 saylı mənzili 13 mart 2007-ci i l tarixli müqaviləyə və maliyyə arayışınə əsasən Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı2 satılıb və mənzilin 65.704 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. Həmçinin, 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən sözügedən mənzil Cavabdeh1 MTK tərəfindən alıcı X satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. Eyni zamanda, 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən həmin mənzil Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı1 satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. Bundan sonra, 29 avqust 2009-cu il tarixli müqaviləyə, maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən əvvəlcə 55.008 manata alıcı X; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata X; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata Cavabdeh2 satılıb və mənzilin pay haqqı onlar tərəfindən tam məbləğdə ödənilib. Hazırda İddiaçı1, sözügedən mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini, sözügedən mənzildən Cavabdeh2 çıxarılmasını və həmin mənzilin faktiki mülkiyyətinə qaytarılmasını iddia edir. Cavabdeh2 isə mənzili 29 avqust 2009-cu il tarixli müqaviləyə, eyni tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MTK-dən əldə etdiyini, mənzilin pay haqqı olaraq 55.008 manat pulu ödədiyini, mənzili əldə etdikdən dərhal sonra orada 80.000 manat dəyərində təmir işləri aparıb ora köçdüyünü və hazırda ailə üzvləri ilə birlikdə orada yaşadığını göstərib, iddiaya etiraz edir. İddiaçı1 iddi a ərizəsindən həmçinin görünür ki, 2016-cı ildə ona sözügedən mənzildə təmir işləri aparmağa icazə verilib və o, həmin mənzildə təmir işləri aparmaq istərkən, mənzilin Cavabdeh2 satıldığını və sonuncu tərəfindən təmir olunduğunu bilib. Apellyasiya instansiyası məhkəməsi mübahisəli 73 saylı mənzilin Cavabdeh2 əvvəl İddiaçı1 satıldığı, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən həmin mənzilin yenidən X satılmasının yolverilməz olduğu, başqa sözlə mənzilə dair Cavabdeh2 ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız sayıldığı qənatinə gəlsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb. Halbuki, mülki qanunverciliyə görə, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onun tərəfindən etibarsız sayılmamışsa qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur. Restitusiya- mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur. Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 1) ikitərəfli restitusiyanın tətbiq edilməsi; 2) birtərəfli restitusiyanın tətbiq edilməsi; 3) restitusiyanın rədd edilməsi. Başqa sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Eyni zamanda, mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Cavabdeh2 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunu n olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 55.008 manat pay haqqı ödəyib və etirazına görə mənzilin təmirinə 80.000 manat xərc çəkib. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Eyni hüquqi mövqe “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməs i Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda daha sonra göstərilir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nətic ələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Göründüyü kimi, qeyd olunan maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Lakin, apellyasiya instansiya məhkəməsi sözügedən müqaviləni etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməyib və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmayıb. Bu baxımdan kassasiya instansiyası məhkəm əsi Cavabdeh2 kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkməsi mübahisəli mənzilə dair müqaviləni etibarsız hesab edərkən, Cavabdeh2 həmin mənzilə görə ödədiyi 55.008 manat pulun ona geri qaytarılmasını həll etməyib və nəticədə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməməklə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozub. Bu prosessual pozuntu isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sözügedən qərarda həmçinin qeyd edilib ki, etibarsız hesab edilən müqaviləyə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına da səbəb olur və müqavilənin etibarsız hesab edilməklə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması təkcə əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edildiyi halda mübahisəli əmlakın yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsinin tələb edilməsinin mümkünlüyü Mülki Məcəllənin 21-ci maddəsinin müddəasından irəli gəlir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında öz əksini tapıb. Hazırda, Cavabdeh2 sözügedən mənzili öz vəsaiti hesabına təmir etdirməklə, ailə üzvləri ilə birlikdə xeyli müddətdir ki, həmi n mənzildə yaşadığını göstərib iddiaya etiraz edir. İddiaçı1 da iddiasında mənzilin Cavabdeh2 tərəfindən təmir olunduğunu inkar etmir və sonuncunun ailə üzvləri ilə birlikdə mənzildə həqiqətən 2016-cı ildən yaşadığını iddia edir. Beləliklə, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənİddiaçı1 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən Cavabdeh2 çıxarılması və həmin mənzilin onun faktiki mülkiyyətinə q aytarılması” hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-321/2022 saylı qətnaməsi qismən- İddiaçı1 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilindən Cavabdeh2 çıxarılması və həmin mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması” hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar