Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3672/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Miras şərikləri arasında mirasın bölüşdürülməsi, mirasda məcburi pay, qanun üzrə vərəsəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamələrin, çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və müəyən edilmiş vərəsəlik payı üzrə şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-787/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ
1. İş üzrə tərəflərin valideynləri Köçəri İsmayılova ilə Zeynəb İsmayılova 1962-ci ildən rəsmi nikahda olmuşlar. Köçəri İsmayılov xx.xx.2021-ci ildə, Zeynəb İsmayılova isə xx.xx.2011-ci ildə ölmüşdür. Onların Şəhla, Şakir, Yaşar, Gülarə və İddiaçılar adlı vərəsələri qalmışdır.
2. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai 46 saylı evin, 5 saylı mənzili mərhum Köçəri İsmayılovun mülkiyyətində olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi və sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən reyestrdə qeydiyyata alınmış, № ********** saylı Mülkiyyət hüququna dair çıxarışın və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən reyestrdə qeydiyyata alınmış xx. xx.2022-ci il tarixli, 2V-425 və 2V-430 №li Vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X5 (ölüm tarixi: xx.xx.2021-ci il) miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı adına Azərbaycan Respublikası Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə X9 tərəfindən verilmiş vəsiyyətnamə nəzərə alınaraq, İddiaçı miras əmlakı üzrə ¾ hissədə (əmlakın 75 % hissəsinə) vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payı üzrə (3/4 hissəyə uyğun) yenidən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X9 xx.xx.2014-cü il tarixdə oğlu İddiaçı adına Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə vəsiyyətnamə tərtib etmiş və q anunvericiliyə uyğun şəkildə şahidlərin iştirakı ilə imzalanmışdır. İddiaçı isə həmin vəsiyyətnamə üzrə miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən mənzili həm vəsiyyətnamə, həm də faktiki olaraq atası ilə birgə yaşayaraq və onun bütün dəfn xərclərini çəkərək qəbul etmişdir. Cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi vərəsəlik şəhadətnaməsi verərkən miras əmlakı üzrə bölgünü səhv aparmış, mərhumun vərəsəsi olan İddiaçı verdiyi vəsiyyətnaməni nəzərə almadan tərəflər arasında bərabər pay bölgüsü etmişdir. Cavabdeh Sumqayıt Regional Asan Xidmət” Mərkəzində Notariat Ofisi vəsiyyətnamənin mövcudluğuna istinad etmədən qanun pozuntusu ilə şəhadətnamələr vermişdir.
5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etirazla məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ə rizəsi tamamilə əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixli, V- 858/2021 nömrəli vərəsəlik hüququ haqqıda şəhadətnaməyə əsasən, miras əmlak X5 vərəsələri - övladları arasında bölünmüş, bir övladının payı açıq saxlanmışdır. Paylar 1- ci növbə vərəsələr arasında Qanuna uyğun olaraq bərabər bölünmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi vəsiyyətnamə mövcud olmamışdır. İddiaçı miras əmlak notarial qaydada bölünən zaman notariusa vəsiyyətnamə təqdim etməmiş, bölgüdə hər hansı bir mübahisəsinin olduğunu bildirməmişdir. Eyni zamanda bildirir ki, əgər həqiqətən vəsiyyətnamə olsaydı notarius qanun üzrə vərəsəlik şəhadətnaməni onlara verməzdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməmiş göstərmişdir ki, vəsiyyətnamənin tərtib edilməsi şübhə doğurmur, şübhə yarada n məqam vəsiyyətnamənin yazıldığı şəraitdir, Mülki Məcəllənin bu barədə olan noomalarının tələbləri pozulub. Belə ki, notariusda təsdiq edilmiş vəsiyyətnamənin 3 nüsxəsi biri notarius olmaqla rəsmi orqanlarda saxlanmalı idi, lakin onlarda olan nüsxədən başqa heç bir nüsxə yoxdur. Eyni zamanda iddiaçının nə marağı olmuşdur ki, yaşlı atası İsmayılov Köçərini yaşadığı Sumqayıtdakı evdə yox, Ağstafa rayonu, Həsənsu kəndinə apararaq vəsiyyətnaməni orada rəsmiləşdirmişdir. İddiaçı Mülki Məcəllənin 1184-cü maddəsini pozaraq vəsiyyətnamənin tərtibində özü də iştirak etmişdir. Habelə Mülki Məcəllənin 1185ci maddəsinin tələbi pozularaq vəsiyyətnamə notariusda, atada yox, iddiaçının özündə saxlanmışdır, varis vəsiyyətnaməni özündə saxlaya bilməz. Vəsiyyətnamənin tərtibində şahid olanlar iddiaçının sinif yoldaşı və dostları olmuş, bu isə qərəzlilikdir, habelə Mülki Məcəllənin 1189-cu maddəsinin məzmumunun məxfiliyinin pozulmasıdır. Qeyd etdi ki, əgər varis ölüm ayağında olarsa, qohum-əqrəbanın iştirakı ilə ev vəsiyyətnaməsi tərtib olunmalı, notarius tərəfindən təsdiq olunmalı və bir marağı olmayan şəxsə də göndərilməlidir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X13 göstərmişdir ki, iddiaçı və cavabdehlərin hər birini tanıyır. İddiaçı sinif yoldaşı olmuşdur. Cavabdeh3 sinif yoldaşının bacısıdır. İsmayılov Köçəri kəndə 7-8 il əvvəl tək özü gəlmiş, onu kənddə görüb özlərini təqdim edib İddiaçı sinif yoldaşları olduğunu bildirmişdir. Bundan sonra İddiaçı bütün əmlaklarını vəsiyyət edəcəyini bildirmiş, vəsiyyətnamənin tərtibində şahidlik etməsini xahiş etmişdir. Köçəri kişi ilə X1 6 getmiş, onun verdiyi vəsiyyətnaməyə şahid kimi qol çəkmişlər.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 göstərmişdir ki, İddiaçı tanıyır, sinif yoldaşı olmuşdur. Digər bacı-qardaşlarını da tanıyır, amma münasibəti olmamışdır. Tərəflərin heç biri ilə ziddiyətli münasibəti yoxdur. Bir neçə il əvvəl kənddə İsmayılov Köçərini görmüş, onunla söhbət etmişdir. Söhbət əsnasında İsmayılov Köçəri bildirmişdir ki, mülkünü İddiaçı vəsiyyət etmək istəyir, ona görə şahidlik etməsini xahiş etmişdir. Bundan sonra Bələdiyyə sədrinin yanına getmişlər. Vəsiyyətnaməyə özü, digər şahid X13 və İsmayılov Köçəri imza etmiş, bundan sonra da qayıdıb gəlmişlər.
9. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Ağstafa Rayon Notariat Ofisinin xx.xx.2022-ci il 596 saylı cavabında mərhum X5 heç bir vəsiyyətna məsinin Ağstafa rayon notariat ofisinə daxil olmadığı, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemində mərhum-X9 vəsiyyatnamə verdiyi barədə məlumatın aşkarlanmadığı qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Ağstafa RİHB-in X18 Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il 487/G saylı cavabında, Ağstafa rayonu X18 ərazi dairəsi üzrə nümayəndəliyinin vəsiyyət üzrə reyestri kitabında mərhum X5 vəsiyyət etməsi barədə notariat qeydiyyat işi olmadığı qeyd olunmuşdur.
11. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavabında, X5 öldüyü günədək ona məxsus olan bütün əmlaklarını oğlu İddiaçı vəsiyyət etməsi barədə xx.xx.2014-cü il tarixli, 12 reyestr nömrəli vəsiyyətnamənin olması barədə he ç bir məlumat olmadığı bildirilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1230/2023 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən V-858/2021 saylı vərəsəlik işi üzrə qeydiyyata alınmış 2V-425 və 2V-430 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələr və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras əmlak bölün ərkən vəsiyyətnamə nəzərə alınmamış, miras əmlakdan pay düzgün bölünməmişdir. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən reyesterdə qeydiyyata alınmış, № ********** saylı mülkiyyətdən çıxarışın və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış 2V-425 və 2V- 430 №li “vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir.
14. Məhkəmə iddia tələbinin X5 miras əmlakı olan ünvan 3 ünvanında yerləşən ev üzrə İddiaçı adına Azərbaycan Respublikası Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə X9 tərəfindən verilmiş vəsiyyətnamə nəzərə alınaraq, İddiaçı miras əmlakı üzrə ¾ his sədə (əmlakın 75 % hissəsinə) vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payı üzrə (3/4 hissəyə uyğun) yenidən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, ona görə iddia tələbi həmin hissədə təmin edilə bilməz.
15. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə həmin iş üzrə əlavə qətnamə qəbul edərək (hakim E.Hüseynov) X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin nəzərə alınmasını qət etmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlinsə də, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notaria t Ofisi tərəfindən V858/2021 saylı vərəsəlik işi üzrə qeydiyyata alınmış 2V-425 və 2V-430 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilmiş, lakin X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vəsiyyətnamənin nəzərə alınması məsələsi hakim tərəfindən həll edilməmişdir.
17. Bu səbəbdən əlavə qətnamə çıxarılmalı və X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin nəzərə alınm ası barədə əlavə qətnamə qəbul edilməlidir.
18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134.1, 1134.2, 1166, 1167, 1168, 1184, 1186, 1193-1197, 1255, 1274, 1300, 1301 və 1318-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 59 və 60-cı maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 229-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə İddiaçı xx.xx.2014-cü il tarixli 12 reyestr nömrəli tərtib edilmiş vəsiyyətnamənin mövcud olduğunu bildirmiş və ona görə də miras əmlakı üzərində ¾ pay almalı olduğunu iddia edərək bu barədə məhkəməyə vəsiyyətnaməni təqdim etmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin Ağstafa Rayon Notariat Ofisi, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının X18 ərazi dairəsi üzrə nümayəndəsi və Ağstafa rayonu Həsənsu Bələdiyyəsinə göndərdiyi sorğular ilə məlum olmuşdur ki, notariat qaydasında təsdiq olunmuş belə bir vəsiyyətnamə mövcud deyildir. Bütün bunlar sözügedən vəsiyyətnamənin tərtib edilmədiyi, vəsiyyətnamənin mövcud olmamasını sübut edir. Amma buna baxmayaraq məhkəmə yekun akt qəbul edərkən tərəflərindən verilmiş sorğulara cavabı nəzərə almamış və yalnız İddiaçı şifahi məlumatlarına əsaslanmış və buda onun, digər cavabdehlər olan Cavabdeh1 və Cavabdeh3 hüquqlarının kobud şəkildə pozularaq qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Halbuki məhkəmə verilmiş sorğuların cavablarına, vəsiyyətnamənin mövcud olmamasını rəhbər tutaraq iddia tələbini rədd etməli idi. Göründüyü kimi məhkəmə tərəfindən mülki iş tam araşdırılmayaraq onların hüquqları kobud surətdə pozulmuşdur. Eyni zamanda, İddiaçı məhkəmə gedişində etiraf etmişdir ki, vəsiyyətn amə ona bələdiyyə sədri tərəfindən göndərilib və bələdiyyə də təsdiq olunub. Halbuki Ağstafa rayon Bələdiyyəsinin belə bir səlahiyyəti yoxdur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə şərh olunan maddəyə daxil olan 1179.2-ci maddədə “yerli özünüidarə orqanı” sözləri, “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir. Buradan aydın olur ki, məhkəmə işi araşdırarkən və qətnamə qət edərkən bələdiyyə orqanının belə bir səlahiyyəti olubolmadığına diqqət yetişdirməmişdir. Hətta, xx.xx.2011-ci il tarixli Prezidentin fərmanına əsasən şərh olunan maddədə nəzərdə tutulan icra hakimiyyət orqanlarının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonlarda icra hakimiyyəti orqanları nın həyata keçirmələri qeyd edilmişdir. Müvafiq qanunvericiliyin şərhinə əsasən, vəsiyyətnaməni yerli özünü idarə orqanı deyil, müvafiq icra hakimiyyəti təsdiqləməlidir və yenə də vəsiyyətnamənin əsli mərhum X7 qalmalı idi. Qeyd edilən 2011-ci il tarixli qanun bələdiyyələrin həmin vaxtadək vəsiyyətnaməni təsdiq edə bilmək səlahiyyətini qeyd etmiş, dəyişiklik qəbul edildikdən sonra isə bələdiyyələrin belə bir səlahiyyətlərinin olmadığı öz təsdiqini tapmışdır. Sözü gedən mübahisələndirilən vəsiyyətnamə isə 2014-cü il tarixində yəni qanuna dəyişiklik edildikdən sonra (səlahiyyəti olmadığı bir vaxtda) tərtib edilmişdir. Həmçinin, şahidlərin verdiyi məlumatlarda üst-üstə düşmədiyindən rəsmi vəsiyyətnamənin olmamasını dəlalət edir. Belə ki, şahid X4 Kənd Sovetinə gedərək şahid kimi qol çəkdiyini bildirsə də, digər şahid X1 yanına gedərək X13 ilə imza çəkdiklərini bildirmişdir. Buna baxmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə qətnamə qət edərkən sorğulara gələn cavabı, şahidlərin verdiyi məlumatların üst-üstə düşmədiyini və bələdiyyənin vəsiyyətnaməni təsdiq etmək ixtiyarı olmadığını nəzərə almamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-787/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ilə ((hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iş üzrə iddiaçının bir neçə t ələbi olduğundan və şəhadətnamənin hüquqi nəticəsi digər iki tələbləri (vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsini) özündən asılı etdiyindən ilkin olaraq şəhadətnamələrin ləğvi tələbinə hüquqi qiymət verilməsi zəruridir.
23. İşdən görünür ki, iddiaçı Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası Köçəri İsmayılovun vərəsəsi kimi xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və bu zaman onu etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə təmsil etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə sonuncuya miras əmlakda ¼ hissədə pay qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Mərhumun digər vərəsələri olan Şəhla, Gülarə və Cavabdeh1 isə xx.xx.2022-c i il tarixdə həmin miras əmlakda ¼ hissədə qanun üzrə vərəsəlik şəhadətnamə verilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi mövcud şəhadətnamələrdən 27, 28 mart 2022-ci il tarixlərdə artıq məlumatı olduğu halda, hazırkı iddianı xx.xx.2022-ci il tarixdə yəni 4 ay, yeddi gün sonra qaldırmaqla Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddət ötürmüşdür.
24. Bu baxımdan məhkəmə kollegiyası hesab edtmişdir ki, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 2V- 425 və 2V-430 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddia tələbinin vəsiyyət üzrə vərəsəlik hüququnun tan ınması, miras əmlakda payların müəyyən edilməsi və ¾ hissədə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində iddianın məhkəmə səlahiyyətinə aid olmaması əsası ilə rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı əsaslara görə razılaşmaq olmaz.
26. Belə ki, iddiaçı mövcud iddiaları məhz mərhum atası Köçəri İsmayılov tərəfindən xx.xx.2014-cü il tarixdə vəsiyyətnamə qoyduğunu, lakin vərəsəlik şəhadətnamələri verilərkən miras əmlakın vəsiyyətnamənin nəzərə alınmadığı və nəticədə bölgünün düzgün aparılmamasına istinad etmişdir. Bu baxımdan məhkəmə kollegiyası xx.xx.2014cü il tarixli vəsiyyətnamənin (əqdin) etibarlılığına hüquqi qiymət verilməsini də zəruri hesab edir. 27. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan R espublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə şərh olunan maddəyə daxil olan 1179.2-ci maddədə “yerli özünüidarə orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir. Habelə xx.xx.2011-ci il tarixli Prezidentin fərmanına əsasən şərh olunan maddədə nəzərdə tutulan icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonlarda icra hakimiyyəti orqanlarının həyata keçirmələri qeyd edilmişdir. Qeyd olunduğu kimi Bələdiyyənin vəsiyyətnaməni təsdiq etmək (xx.xx.2014-cü ildə) səlahiyyəti olmadığı halda səlahiyyət həddini aşaraq imzalamaqla qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini kobud şəkildə pozmuşdur.
28. Həmçinin Ağstafa Rayon Notariat Ofisi, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının X18 ərazi dairəsi üzrə nümayəndəsi və Ağstafa ray onu Həsənsu Bələdiyyəsinin məhkəməyə ünvanladığı cavab məktublardan da müəyyən edilir ki, mərhum-X9 tərəfindən xx.xx.2014-cü il tarxli vəsiyyatnamə verildiyi barədə məlumat aşkar edilməmişdir (iş vərəqə 107, 109, 129).
29. Bu baxımdan məhkəmə kollegiyası xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin etibarlılığına qiymət verərək hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və Mülki Məcəllənin 1179.2, 337.1 və 337.3-cü maddələrinin tələbləri baxımdan bu vəsiyyətnamə (əqd) əhəmiyyətsiz əqddir.
30. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payların müəyyən edilməsi və ¾ hissədə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində iddia tələbi əsassız olduğundan, eləcə də iddia tələbi şəhadətnamələrin ləğvi hissəsində təmin edilmədiyindən, iddia tələbləri bu hissələrdə də təmin edilə bilməz.
31. İddia tələbinin çıxarışın ləğvi hissəsinə gəldikdə qeyd olunmuşdur ki, mülki məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. İşdən görünür ki, iddiaçının ləğvini xahiş etdiyi çıxarış mərhum atası K.İsmayılovun mülkiyyət hüququnu təsdiq edən hüquqi akt olmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil, bundan əvvəl xx. xx.1997-ci il tarixdə mərhum atası Köçəri İsmayılovun alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə adına mövcud olmuş qeydiyyat vəsiqəsi ilə əvəzləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası çıxarışın ləğv edilməsi hissəsində də iddia tələbini əsaslı hesab etmir.
33. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 337.1, 337.3, 1133.2, 1179.2, 1272, 1274, 1291, 1321 və 1325-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. İddiaçı şikayətin i onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində vərəsəliyin açılmasına dair müddətin ötürülməsi ilə bağlı dəlil olmasa da, məhkəmə kollegiyası qanunvericiliyin tələbini pozaraq müddətin ötürülməsina istinad edib birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.
36. Kassasiya şikayətinin digər dəlilinə görə, cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, məhkəmə kollegiyası qətnaməni bütün cavabdehlərə münasibətdə ləğv etmişdir.
37. Kassasiya şikayətində o da qeyd edilmişdir ki, Cavabdeh2 apellyasiya şikayəti vermə müddətini ötürsə də, məhkəmə kollegiyası əsassız olaraq şikayəti icraata qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq şikayət vermə müddətinin hesablanmasını əlavə qətnamənin tərəfin elektron kabinetinə yerləşdirildiyi vaxtdan hesablanmalı olduğu qənaətinə gəlmişdir. Halbuki, əlavə qətnamə ilkin qətnaməyə qısa əlavədir və tərəf ilkin qətnaməni aldığı vaxtdan 1 ay müddətində şikayət verməli idi.
38. İddiaçı şikayətini Mülki Məcəllənin 1133, 1134, 1172, 1159, 1196 və 1272-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Eyyub qızı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək şikayətin əsassız olduğu göstərilmiş, ona görə də şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
40. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, birinc i instansiya məhkəməsinin Ağstafa Rayon Notariat Ofisi, Ağstafa RİH Başçısının X18 Ərazi Dairəsi üzrə Nümayəndəsi və Ağstafa Rayon Həsənsu Bələdiyyəsinə göndərdiyi sorğular ilə məlum olmuşdur ki, iddia tələbinə göstərilmiş notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə mövcud deyildir, sözügedən vəsiyyətnamə əhəmiyyətsizdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edil ir.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
45. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
46. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
47. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
48. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
49. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
50. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
51. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
52. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
53. Maddə 1325.Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.
64. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi 65.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur. 66.Kassasiya şikayətinin dəlillərində qeyd olunan iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 67.Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən üzrlü səbəblər olmadan ötürülmə si, miras qoyan Köçəri İsmayılov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş vəsiyyətnamənin əhəmiyyətsiz olması qənaəti nə gəlmişdir. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Nəzərə almaq la zımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-787/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.