Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1855/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ təmin edilməklə mənzilə köçürülmə və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına istifadə hüququnun təmin edilərək, onun həmin ünvana köçürülməsi həmçinin ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinə dair Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-142 saylı “Vəsiyyətnamə uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin və həmçinin Quba şəhəri, Azadlıq kuçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53,4 kv. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi üzərində Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı vərəsəlikdə məcburi payı olan ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdehlə bacı-qardaşdırlar, iddiaçı, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamışdır. Həmin mənzil, iddiaçı və cavabdehin anası X1 mülkiyyətində olmuş, Gülnarə Hüseynzadə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, cavabdeh mütəmadi olaraq ünvan 5 ünvanda yerləşən evin 6 saylı mənzilinin giriş qapısının açarını iddiaçıdan gizlədərək, müxtəlif bəhanələrlə onun mənzilə girməsinə maneələr yaratmışdır. İddiaçı, qardaşı ilə uzun müddət danışıqlar apararaq mübahisənin məhkəmə müstəvisinə çıxmadan həll edilməsinə çalışmış, lakin bunun nəticə vermədiyini gördükdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab etmişdir ki, iddiaçının həmin mənzildən istifadə hüquqları təmin edilməklə, onun mənzilə köçürülməsi təmin edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verməklə, ünvan 5, mənzil 28 ünvanda yerləşən mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması təmin edilərək, onun həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadəsinə maneənin aradan qaldırılması, Quba şəhəri, Azadlıq kuçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53,4 kv. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi üzərində Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı vərəsəlikdə məcburi payı olan ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, iddiada göstərilən digər tələblər barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 arasında olan nikah qeydi xx.xx.2009cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, ünvan 1 ünvanının ¾ hissəsi Cavabdeh, ¼ hissə isə X1 (açıq saxlanır) adlarına Bakı şəhəri 5 saylı NO-nun 2v-84 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X8 ölən günədək ona məxsus olan, harada yerləşməsində, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklarını Bakı şəhəri, 28 May küçəsi, ev 6, mənzil 28-də qeydiyyatda olan oğlu X4 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 28 May küçəsi, ev 6, mənzil 28 X1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan oğlu- Cavabdehdur və o miras əmlakdan ¾ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X2 verilmiş çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən ümumi sahəsi- yaşayış sahəsi 28 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir. ¼ hissə məcburi pay açıq saxlanır. İş materiallarında olan 49 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, mərhum X10 ölənədək ünvan 7 ünvanda yaşamışdır. Vəfat edən zaman mənzildə oğlu Cavabdeh və qızı İddiaçı qeydiyyatda olmuşlardır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər bacı-qaraşdırlar. Onların anası-X3 ünvan 7-dən ibarət miras əmlak qalmışdır. X10 sağ olduğu dövrdə bütün əmlakını oğlu Cavabdeh vəsiyyətnamə tərtib etməklə vəsiyyət etsə də, digər övladı-İddiaçı məcburi pay almaq hüququ yaranmışdır. İş materiallarından da müəyyən edilir ki, mübahisəli miras əmlaka dair ¼ hissə məcburi pay açıq saxlanmışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Beləliklə də müəyyən olunur ki, İddiaçı miras qalan əmlak üzrə ¼ hissəsinə pay hüququ olmaqla həmin hissə üzrə onun mülkiyyət hüququ tanınmalıdr. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçiləridir, onun həmin evə köçməsi üçün hüquqi əsasları vardır. Lakin, cavabdehin onu mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də, cavabdehin iddiaçıya evdən istifadə etməsinə maneə yaratması sonuncunun mənzilə olan hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi “maneənin aradan qaldırılması”na dair hissədə də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ Məhkəmə iddia tələbinin “Quba şəhəri, Azadlıq kuçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53,4 kv. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi üzərində Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı vərəsəlikdə məcburi payı olan ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hisssədə də iddia əsaslı olmaqla təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ¼ hissədə X6, 2/4 X1 və ¼ hissədə X13 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********8410301 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin X2 məxsus olmuş 2/4 hissəsi Bakı şəhəri, 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V- 142 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hüseyn-X16 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X14 (1/4 hissə), X6 (1/4 hissə) və Hüseyn-X16 (2/4 hissə) mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan oğlu- Cavabdehdur və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci il tarixdə X2 verilmiş çıxarışa əsasən Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsindən 2/4 hissə paydan ibarətdir, 1/8 hissə pay açıq saxlanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ¼ hissədə X6, 2/4 Cavabdeh və ¼ hissədə X13 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında xx.xx.2023-cü il tarixdə təqdim edilmiş satıcılar Cavabdeh və X15 ilə X12 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcıların 2/4 hissədə pay hüququna malik olduqları Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin X7 87 200 manat dəyərində satmaları haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.0785 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin mərhum anaları Gülnarə Hüseynova tərəfindən miras qalmış Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsindən 2/4 hissəsi üzrə 3/8 hissəsinə dair Hüseyn-X17 Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin əmlaka dair 1/8 hissədə pay açıq saxlanılmışdır. Sonradan Hüseyn-X16 adına xx.xx.2022-ci il tarixdə həmin əmlaka dair 5 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilən 3/8 hissədə deyil 2/4 hissədə pay müəyyən edilən çıxarış verilmiş və özünə aid edilmiş hissədə özgəninkiləşdirilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Məhkəmə Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Hüseyn-X16 Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə dair 3/8 hissədə payı göstərildiyi halda ona verilmiş 2/4 hissədə pay müəyyən edilən xx.xx.2022-ci il tarixdə Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarışın 1/8 hissəsinə münasibətdə etibarsız olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “digər tələblərin təmin edilməsi” barədə hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə verilmiş tələbə baxmalı olduğundan, digər tələblərin nədən ibarət olması bəlli olmadığından bu hissədə tələb anlaşılmaz olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 5 saylı evin 28 saylı mənzilinə ¼ hissədə mülkiyət hüququ tanınmalı, İddiaçı ünvan 5 saylı evin 28 saylı mənzilinə köçürülməli və mənzildən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməli, əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 5 saylı evin 28 saylı mənzilinə ¼ hissədə mülkiyət hüququ tanınsın. İddiaçı ünvan 5 saylı evin 28 saylı mənzilinə köçürülsün və mənzildən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1855/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1855/2023
14.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver