Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-787/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X15 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamələrin, çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və müəyən edilmiş vərəsəlik payı üzrə şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(060)-5490/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən V-858/2021 saylı vərəsəlik işi üzrə qeydiyyata alınmış 2V-425 və 2V-430 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələr və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim E.Hüseynov) X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamə nəzərə alınması qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, V-858/2021 №li “vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X7 (ölüm tarixi: xx.xx.2021-ci il) miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı miras əmlakı üzrə ¾ hissədə vərəsəlik hüququnun tanınması və yenidən vərəsəlik üzrə şəhadətnamənin verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən reyesterdə qeydiyyata alınmış, № ********** saylı mülkiyyətdən çıxarışın və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 2V-425 və 2V-430 №li vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X7 (ölüm tarixi: xx.xx.2021-ci il) miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı adına Azərbaycan Respublikası Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə X10 tərəfindən verilmiş vəsiyyətnamə nəzərə alınaraq, İddiaçı miras əmlakı üzrə ¾ hissədə (əmlakın 75 % hissəsinə) vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payı üzrə (3/4 hissəyə uyğun) yenidən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X10 öldükdən sonra (ölüm tarixi: xx.xx.2021 -ci il) vərəsəsi iddiaçı tərəfindən Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsəlik şəhadətnamələri verilmişdir. X10 xx.xx.2014-cü il tarixində oğlu İddiaçı adına Azərbaycan Respublikası Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə vəsiyyətnamə tərtib etmiş və qanunvericiliyə uyğun şəkildə şahidlərin iştirakı ilə imzalanmışdır. Məlumat üçün bildirilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı X5 (ölüm tarixi: xx.xx.2021-ci il) xx.xx.2014-cü il tarixdə verilmiş həm vəsiyyətnamə, həm də faktiki olaraq atası ilə birgə yaşayaraq və onun bütün dəfn xərclərini çəkərək faktiki qəbul etmişdir. Cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi vərəsəlik şəhadətnaməsi verərkən miras əmlakı üzrə bölgünü səhv aparmış, mərhumun vərəsəsi olan İddiaçı verdiyi vəsiyyətnaməni nəzərə almadan tərəflər arasında bərabər pay bölgüsü etmişdir. Cavabdeh Sumqayıt Regional Asan Xidmət” Mərkəzində Notariat Ofisi vəsiyyətnamənin mövcudluğuna istinad emədən qanunu pozan şəhadətnamələr elan etmişdir. Sözügüdən şəhadətnamələrin ləğv edilməsi, vərəsə İddiaçı miras əmlaka dair payının böyük hissədə (vəsiyyətnamə və miras əmlakının bütünlükdə faktiki qəbul etməsi halı nəzərə alınaraq) müəyyən edilməsi mütləq və zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırdakı prosesdə İddiaçı xx.xx.2014-cü il tarixli 12 reyestr nömrəli tərtib edilmiş vəsiyyətnamənin mövcud olduğunu bildirmiş və buna görə də miras əmlakı üzərində ¾ pay almalı olduğunu iddia edərək bu barədə məhkəməyə vəsiyyətnaməni təqdim etmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin Ağstafa Rayon Notariat Ofisi, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ağstafa rayonu Həsənsu Bələdiyyəsinə göndərdiyi sorğular ilə məlum olmuşdur ki, notariat qaydasında təsdiq olunmuş belə bir vəsiyyətnamə mövcud deyildir. Belə ki, Ağstafa Rayon Notariat Ofisinin xx.xx.2022-ci il 596 saylı cavabına əsasən, mərhum X7 heç bir vəsiyyətnaməsi Ağstafa rayon notariat ofisinə daxil olmamışdır. Əlavə olaraq isə bildirilmişdir ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən mərhum-X10 vəsiyyatnamə verdiyi barədə məlumat aşkar edilməyib. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2022-ci il 487/G saylı cavabına əsasən, Ağstafa rayonu Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsiyyət üzrə reyestri kitabında mərhum X7 vəsiyyət etməsi barədə notariat qeydiyyat işi yoxdur. Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavabına əsasən, X7 öldüyü günədək ona məxsus olan bütün əmlaklarını oğlu İddiaçı vəsiyyət etməsi barədə xx.xx.2014-cü il tarixli, 12 reyestr nömrəli vəsiyyətnamənin olması barədə heç bir məlumat olmadığı bildirilmişdir. Bütün bunlar həqiqətən də sözü gedən vəsiyyətnamənin tərtib edilmədiyi, vəsiyyətnamənin mövcud olmamasını sübut edir. Amma buna baxmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə yekun akt qəbul edərkən tərəflərindən verilmiş sorğulara cavabı nəzərə almamış və yalnızca İddiaçı şifahi məlumatlarına əsaslanmış və buda onun, digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh3 hüquqlarının kobud şəkildə pozularaq qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Halbuki, məhkəmə verilmiş sorğuların cavablarına, vəsiyyətnamənin mövcud olmamasını rəhbər tutaraq iddia tələbini rədd etməli idi. Göründüyü kimi məhkəmə tərəfindən mülki iş tam araşdırılmayaraq onların hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı təqdim etdiyi vəsiyyətnamənin rəsmi qaydada Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə X10 tərəfindən Ağstafa rayonu Notariat Ofisində verilmiş rəsmi vəsiyyətnamənin olduğunu bildirmişdir. Notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamənin mövcudluğunun yoxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin tərəfindən müvafiq orqanlara sorğular göndərmiş, Ağstafa Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 596 saylı cavabına əsasən, mərhum X7 heç bir vəsiyyətnaməsi Ağstafa rayon notariat ofisinə daxil olmamışdır. Əlavə olaraq isə bildirilmişdir ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən mərhum-X10 vəsiyyatnamə verdiyi barədə məlumat aşkar edilməyib. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2022-ci il 487/G saylı cavabına əsasən, Ağstafa rayonu Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin vəsiyyətnaməsinin reyestri kitabında mərhum X7 vəsiyyət etməsi barədə notariat qeydiyyat işi yoxdur. Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavabına əsasən, X7 öldüyü günədək ona məxsus olan bütün əmlaklarını oğlu İddiaçı vəsiyyət etməsi barədə xx.xx.2014-cü il tarixli, 12 reyestr nömrəli vəsiyyətnamənin olması barədə heç bir məlumat olmadığını bildirmişdir. İddiaçı notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamənin olmasını bildirsədə sorğulara gələn müvafiq cavablara əsasən, belə bir vəsiyyətnamə mövcud deyildir. Lakin İddiaçı məhkəmə gedişində etiraf etmişdir ki, vəsiyyətnamə ona bələdiyyə sədri tərəfindən göndərilib və bələdiyyə də təsdiq olunub. Halbuki Ağstafa rayon Bələdiyyəsinin belə bir səlahiyyəti yoxdur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə şərh olunan maddəyə daxil olan 1179.2-ci maddədə “yerli özünüidarə orqanı” sözləri, “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir. Buradan aydın olur ki, məhkəmə işi araşdırarkən və qətnamə qət edərkən bələdiyyə orqanının belə bir səlahiyyəti olub-olmadığına diqqət yetişdirməmişdir. Hətta, xx.xx.2011-ci il tarixli Prezidentin fərmanına əsasən şərh olunan maddədə nəzərdə tutulan icra hakimiyyət orqanlarının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonlarda icra hakimiyyəti orqanlarının həyata keçirmələri qeyd edilmişdir. Müvafiq qanunvericiliyin şərhinə əsasən, vəsiyyətnaməni yerli özünü idarə orqanı deyil, müvafiq icra hakimiyyəti təsdiqləməlidir və yenə də vəsiyyətnamənin əsli mərhum X8 qalmalı idi. Qeyd edilən 2011-ci il tarixli qanun bələdiyyələrin həmin vaxtadək vəsiyyətnaməni təsdiq edə bilmək səlahiyyətini qeyd etmiş, dəyişiklik qəbul edildikdən sonra isə bələdiyyələrin belə bir səlahiyyətlərinin olmadığı öz təsdiqini tapmışdır. Sözü gedən mübahisələndirilən vəsiyyətnamə isə 2014-cü il tarixində yəni qanuna dəyişiklik edildikdən sonra (səlahiyyəti olmadığı bir vaxtda) tərtib edilmişdir. Həmçinin, şahidlərin verdiyi məlumatlarda üst-üstə düşmədiyindən rəsmi vəsiyyətnamənin olmamasını dəlalət edir. Belə ki, şahid X4 Kənd Sovetinə gedərək şahid kimi qol çəkdiyini bildirsə də, digər şahid X1 yanına gedərək X13 ilə imza çəkdiklərini bildirmişdir. Buna baxmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə qətnamə qət edərkən sorğulara gələn cavabı, şahidlərin verdiyi məlumatların üst-üstə düşmədiyini və bələdiyyənin vəsiyyətnaməni təsdiq etmək ixtiyarı olmadığını nəzərə almamışdır. Yalnızca İddiaçı şifahi məlumatlarına əsaslanmış və bununla da yalnızca onun deyil, digər cavabdehlər olan Cavabdeh1 və Cavabdeh3 hüquqlarını kobud şəkildə pozularaq qanunsuz qətnamənin qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini miras əmlak bölünərkən vəsiyyətnamənin nəzərə alınmaması, miras əmlakdan payın düzgün bölünməməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin qətnamə ilə yanaşı əlavə qətnamədən də şikayət verdiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, onlar ayrı-ayrı prosessual sənədlərdə əks etdirilsə də, vahid hüquqi akt kimi qətnamənin tərkib hissəsidir. Elə bu səbəbdən də əlavə qətnamədən verilən şikayət eyni zamanda bütövlükdə qətnamədən verilən şikayət hesab olunur. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Köçəri İsmayılov, Zeynəb İsmayılovla xx.xx.1962-ci ildə rəsmi nikahda olmuş, Köçəri İsmayılov xx.xx.2021-ci ildə, mərhum arvadı Zeynəb İsmayılova isə xx.xx.2011-ci ildə vəfat etmiş, onların Şəhla, Şakir, Yaşar, Gülarə və Tofiq adlı vərəsələri qalmışdır. İşin digər mübahisə olunmayan halı isə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai 46 saylı evin, 5 saylı mənzilin mərhum Köçəri İsmayılovun mülkiyyətində olması və onun ölümündən sonra vərəsələrə miras qalmasıdır. Baxılan iş üzrə iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1272, 1133.2, 1274, 1291, 140-cı maddələri təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Lakin qeyd olunmalıdır ki, iş üzrə iddiaçının bir neçə tələbi olduğundan və şəhadətnamənin hüquqi nəticəsi digər iki tələbləri (vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsini) özündən asılı etdiyindən ilkin olaraq şəhadətnamələrin ləğvi tələbinə hüquqi qiymət verilməsi zəruridir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən görünür ki, iddiaçı Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası Köçəri İsmayılovun vərəsəsi kimi xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və bu zaman onu etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə təmsil etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə sonuncuya miras əmlakda ¼ hissədə pay qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Mərhumun digər vərəsələri olan Şəhla, Gülarə və Cavabdeh1 isə xx.xx.2022-ci il tarixdə həmin miras əmlakda ¼ hissədə qanun üzrə vərəsəlik şəhadətnamə verilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi mövcud şəhadətnamələrdən 27, 28 mart 2022-ci il tarixlərdə artıq məlumatı olduğu halda, hazırkı iddianı xx.xx.2022-ci il tarixdə yəni 4 ay, yeddi gün sonra qaldırmaqla Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddət ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 2V- 425 və 2V-430 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payların müəyyən edilməsi və ¾ hissədə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində iddianın məhkəmə səlahiyyətinə aid olmaması əsası ilə rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı əsaslara görə razılaşmaq olmaz. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə isə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qərarı). Nəzərə almaq lazımdır ki, iddiaçı mövcud iddiaları məhz mərhum atası Köçəri İsmayılov tərəfindən xx.xx.2014-cü il tarixdə vəsiyyətnamə qoyduğunu, lakin vərəsəlik şəhadətnamələri verilərkən miras əmlakın vəsiyyətnamənin nəzərə alınmadığı və nəticədə bölgünün düzgün aparılmamasına istinad etmişdir. Bu baxımdan məhkəmə kollegiyası xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin (əqdin) etibarlılığına hüquqi qiymət verilməsini də zəruri hesab edir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə şərh olunan maddəyə daxil olan 1179.2-ci maddədə “yerli özünüidarə orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir. Habelə xx.xx.2011-ci il tarixli Prezidentin fərmanına əsasən şərh olunan maddədə nəzərdə tutulan icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonlarda icra hakimiyyəti orqanlarının həyata keçirmələri qeyd edilmişdir. Qeyd olunduğu kimi Bələdiyyənin vəsiyyətnaməni təsdiq etmək (xx.xx.2014-cü ildə) səlahiyyəti olmadığı halda səlahiyyət həddini aşaraq imzalamaqla qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin Ağstafa Rayon Notariat Ofisi, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin məhkəməyə ünvanladığı cavab məktublardan da müəyyən edilir ki, mərhum-X10 tərəfindən xx.xx.2014-cü il tarxli vəsiyyatnamə verildiyi barədə məlumat aşkar edilməmişdir (iş vərəqə 107, 109, 129). Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarda vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi mövqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu baxımdan məhkəmə kollegiyası xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin etibarlılığına qiymət verərək hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və Mülki Məcəllənin 1179.2, 337.1. 337.3-cü maddələrinin tələbləri baxımdan bu vəsiyyətnamə (əqd) əhəmiyyətsiz əqddir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payların müəyyən edilməsi və ¾ hissədə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində iddia tələbi əsassız olduğundan, eləcə də iddia tələbi şəhadətnamələrin ləğvi hissəsində təmin edilmədiyindən, iddia tələbləri bu hissələrdə də təmin edilə bilməz. İddia tələbinin çıxarışın ləğvi hissəsinə gəldikdə qeyd olunmalıdır ki, mülki məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dölət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" ASC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı). Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İşdən görünür ki, iddiaçının ləğvini xahiş etdiyi çıxarış mərhum atası K.İsmayılovun mülkiyyət hüququnu təsdiq edən hüquqi akt olmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil, bundan əvvəl xx.xx.1997-ci il tarixdə mərhum atası Köçəri İsmayılovun alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə adına mövcud olmuş qeydiyyat vəsiqəsi ilə əvəzləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası çıxarışın ləğv edilməsi hissəsində də iddia tələbini əsaslı hesab etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamələrin, çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və müəyən edilmiş vərəsəlik payı üzrə şəhadətnamənin verilməsi tələbi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-787/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-787/2023
22.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver