Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-605/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “mənzilə köçürülmə və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına istifadə hüququnun təmin edilərək, onun həmin ünvana köçürülməsi həmçinin ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinə dair Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-142 saylı “Vəsiyyətnamə uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin və həmçinin Quba şəhəri, Azadlıq kuçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53,4 kv. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi üzərində Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı vərəsəlikdə məcburi payı olan ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verməklə, ünvan 4 ünvanda yerləşən mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması təmin edilərək, onun həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadəsinə maneənin aradan qaldırılması, Quba şəhəri, Azadlıq kuçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53,4 kv. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi üzərində Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı vərəsəlikdə məcburi payı olan ünvan 2v. metr fərdi yaşayış evinin və mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinin 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, iddiada göstərilən digər tələblər barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 6 saylı evin 28 saylı mənzilinə ¼ hissədə mülkiyət hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 6 saylı evin 28 saylı mənzilinə köçürülməsi və mənzildən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X9). Qətnamədən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsi apellyasiya şikayəti verərək qətnamənin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin xx.xx.2022-ci il tarixdə verilmiş Quba şəhəri, Azadlıq küçəsi 26 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi hissəsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(103)- 7169/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 364.2-ci maddəsinin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayətinin məzmunundan görünür ki, məhkəmə qətnaməsi ilə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilən daşınmaz əmlak bütövlükdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2658 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmiş və sonuncunun adına torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. (evin qeydiyyatı hüquq sahibinin ərizəsi əsasında ləğv edilmişdir) Bununla da həmin daşınmaz əmlaka dair mülkiyyət hüququ Cavabdeh tərəfindən itirilmişdir. İşə baxılarkən məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti ilə müraciət edərkən qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin hansı maraqlarına (hüquq və vəzifələrinə) toxunub-toxunmaması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qətnamənin işdə iştirak etməyən şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və toxunduğu halda sonuncunun müraciəti əsasında bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(103)- 7169/2023 saylı qərardadı ləğv edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş verilmiş apellyasiya şikayətinə münasibətdə mülki prosessual məcəllənin tələblərinə uyğun müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(103)-7169/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-605/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-605/2024
24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver