Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3673/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Məhərrəmova Aysel Yusif qızı, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və cavabdehlərin vəkili Nağıyev İqbal Adil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5432/2018, hakim T.B.Axundov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, 31 saylı DNK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, mənzilin qanunsuz sahiblikdən tələb edilərək qaytarılması, vərəsəlik və mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin həvalə edilməsi, hüquqi yardımın göstərilməsinə dair ödənilmiş pulun, eləcə də dövlət rüsumunun ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3125/2019, hakimlər M. A.Məmmədov, X.Ə.Sarıyev, E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim G.Quliyev, Ə.Rüstəmov və T.Qoldman) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), T.Heydərov və T.Kərimov, 2(106)-566/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia t əmin olunmuş, Bakı şəhəri, X nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarış, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 və Cavabdeh5 adına aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş və reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılması, İddiaçı Bakı şəhəri, X nömrəli mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Bakı şəhəri 31 saylı notariat kontorundan hüquqi xidmət xərcinə görə 1.300 manat, iddianın qaldırılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.325,40 (bir min üç yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmət xərcinə dair tələb qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı, Cavabdeh1 verilmiş 31 saylı DNK-nın xx.xx.2018-ci il tarixli 2v-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin sənəd əsasında DƏDRX tərəfindən Cavabdeh1 verilmiş daşınmaz əmlaka dair çıxarışın, xx.xx.2018-ci il tarixli 4Ə reyestrdə 152 sıra nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Bakı şəhəri, X saylı mənzilin Cavabdeh5 qanunsuz sahibliyindən tələb edilərək qaytarılması, İddiaçı miras əmlakda üçdə bir payına dair vərəsəlik və mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin 31 saylı DNK-nın üzərinə qoyulması, hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə ödənilmiş 3.000 manatın və 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli miras əmlakdan miras almağa haqqı çatanlardan biri odur və qarşı tərəf bunu bilə-bilə qanunvericiliyin tələblərini pozaraq miras qoyan vəfat edəndən dərhal sonra qanunla müəyyən edilmiş müddəti gözləmədən əmlaka vərəsəlik şəhadətnaməsi almış, onun vərəsə olmasını gizlətmiş, notarius mirası qəbul etmə müddətini gözləmədən qanunsuz olaraq qarşı tərəfə vərəsəlik şəhadətnaməsi vermiş, qarşı tərəf mənzili öz adına keçirərək onu payından məhrum etmək üçün dərhal mənzili qonşusu və işçisi olan Cavabdeh5 satmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı uzun ill ərdir ki, onları tərk edib ərə getmiş, bundan sonra onlarla əlaqə saxlamamış, atası xəstə olanda ona baxmamış, atasına o və qadaşı baxmışdır. Cavabdeh5 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, mənzil satılarkən mənzilə dair hansısa vərəsənin olub-olmaması tam yoxanlmayıbsa və o notariat kontorunda bütün prosedur qaydalara əməl edərək alqı-satqı müqaviləsi bağlamışsa o zaman mənzildən məhrum edilməli deyildir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh5 və cavabdehlərin vəkili Nağıyev İqbal Adil oğlu kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili Məhərrəmova Aysel Yusif qızı kassasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Mə hkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyan Elmar Əliyevin övladlarıdır və sonuncunun başqa vərəsəsi yoxdur. Bakı şəhəri, X saylı mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2005-ci il tarixdə X-in adına qeydə alınmışdır. Elmar Əliyev xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Elmar Əliyevin övladı olaraq vərəsəsidir, digər vərəsə isə qardaşı Cavabdeh2dir, mərhumun başqa vərəsəsi yoxdur. Cavabdeh2 isə xx.xx.2018-ci il tarixli ərizə ilə miras əmlakdan ona düşən paydan bacısı Cavabdeh1 xeyrinə imtina etmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 31 saylı n otariat kontoru tərəfindən Cavabdeh1 “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş və qeyd olunan mənzil xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı isə mirası qəbul etmək üçün xx.xx.2018-ci il tarixdə həmin notariat kontoruna ərizə ilə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1, mənzili alqı-satqı müaviləsinə əsasən 70.000 manata Cavabdeh5 satmışdır. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydə alınmışdır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, doğum və ölüm haqqında şəhadətnamələr, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli ərizələri, xx.xx.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli məktubları, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiqlənir. Eyni zamanda, Bakı şəhəri, 31 saylı notariat kontorunun xüsusi notariusu Ramiz Hümmətov, xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh1 və qardaşı Cavabdeh2, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontoruna gələrək xx.xx.2018-ci il tarixdə vəfat etmiş ataları Xdən miras qalmış mənzilə dair Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq niyyətində olduqlarını bildirmişlər. Vərəsəlik işinin açılması üçün Cavabdeh1 tərəfindən təqdim olunan sənədlərə baxış keçirilmişdir. Həmin tarixdə də Cavabdeh2 mərhum atasından miras qalmış daşınar və daşınmaz əmlaklardan pay istəmədiyi, bütünlüklə payın bacısı Cavabdeh1 keçməsini, ona düşən paydan bacısı Cavabdeh1 xeyrinə imtina etmək istəyini bildirmiş və bu barədə ərizə və ərizənin qeydə alındığı reyestr kitabı onun tərəfindən şəxsən imza edilərək xx.xx.2018ci il tarixdə 7E-980 reyestrlə təsdiq edilmişdir. Cavabdeh1 və Cavabdeh2 ilə aparılan söhbət, təqdim edilmiş sənədlər, eyni zamanda avtomatlaşdırılmış informasiya sistemlərindən əldə edilmiş çıxarışlar əsasında mərhum Xin digər başqa vərəsəsinin olmaması qənaətinə gəlinmiş və xx.xx.2018-ci il tarixdə 2V-15 reyestrlə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr arasında mübahisə olmasını, notariat kontoruna gələn Cavabdeh1 və Cavabdeh2 daha bir bacılarının olmasını notariusdan gizlətmələri, bunu miras əmlakın qəbuluna dair ərizədə bəyan etmədiklərini nəzərə alaraq, vərəsələr arasında miras əmlakda paylarının yenidən müəyyən edilməsi zərurəti yaranır. Bununla əlaqədar verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə etirazı yoxdur. Azərbayvan Respublikasının Ədliyyə Nazirliyinin 05/Q-81/4-13-10 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə mübahisələndirilən vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı qanun pozuntularına yol vermiş Bakı şəhəri, 31 saylı notariat kontorunun xüsusi notariusu R.Hümmətova “Notariat haaqında” Qanunun 26-cı maddəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğuna, digər vərəsələrin miras qoyanın ölümü ilə miras açıldıqdan 23 gün sonra notariat kontoruna müra ciət edərək, başqa vərəsənin olmasını gizlətməklə vərəsəlik şəhadətnaməsi aldıqlarına istinad edərək, həmin vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş digər hüquq müəyyənedici sənədlərin etibarsız sayılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...Cavabdeh1 atasının ölümündən sonra xx.xx.2018-ci il tarixli ərizəsində özündən başqa digər vərəsə kimi yalnız Cavabdeh2 olmasını qeyd etməklə və mərhumun digər vərəsəsi olan İddiaçı adını göstərməməklə faktiki olaraq notariusu aldatmış və bununla da özü ilə qardaşının miras əmlaka münasibətdə vərəsə olmalarının təsbit edilməsinə nail olmuşdur ki, sonuncu da həmin tarixdə ona düşən payından bacısının xeyrinə imtina etməklə mübahisəli miras əmlakın bütünlüklə Cavabdeh1 adına rəsmiləşdirilməsinə hüquqi şərait yaratmışdır. Belə bir şəraiti sözügedən cavabdehə həmçinin 31 saylı X2 da yaratmış, ərizə veriləndən qanunla müəyyən edilmiş 6 aylıq müddəti gözləmədən, 4 gün sonra onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bunun da əsasında sonuncuya mübahisəli miras əmlakın xüsusi mülkiyyət kimi adına qeydə alınmasına dair xx.xx.2018-ci il tarixdə müvafiq çıxarış verilmişdir....cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 31 saylı X1 tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq iddiaçının vərəsəlik və bunun da əsasında yarana biləcək mülkiyyət hüquqlarına xələl gətirilmişdir. Cavabdeh1 verilmiş 31 saylı DNK-nın xx.xx.2018-ci il tarixli 2v-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yuxarıda sadalanan ə saslar və qanunvericilik normalarının tələblərinin pozulması ilə verilməsi, eləcə də, İddiaçı miras əmlakda 1/3 payına dair vərəsəlik hüququnun olması faktlarının mövcudluğuna baxmayaraq, sözügedən mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməməsi mübahisələndirilən əqdin etibarsızlığını mümkün etmir....Cavabdeh5 vicdanlı şəxs olduğundan iddiaçının iddia tələbi əsaslı hesab edilə bilməz.” Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məkəməsinin alqı-satqı müqaviləsinin etibarlı, Cavabdeh5 vicdanlı əldə edən olması və iddianın rədd edilməsinə dair qənaəti ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab etmişdir ki, iddia tələbləri haqlıdır və təmin olunmalıdır. AR Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şə xsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəll ənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən son ra mirasın qəbuluna yol verilmir. Müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixdə vərəsəliyə çağırıldığını bilmiş, xx xxx 2018-ci il tarixdə mirası qəbul etmək üçün ərizə ilə notariat kontoruna, xx xxxx 2018-ci il tarixdə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vərəsə kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddəti ötürməmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda, miras açıldığı andan, yəni xx.xx.2018-ci il tarixdən miras kütləsinə daxil olan Bakı şəhəri, X nömrəli mənzili üzərində başqa vərəsələrlə yanaşı İddiaçı da 1/3 pay nisbətində vərəsəlik (mülkiyyət) hüququ olmuşdur. Ona görə də, həmin miras əmlak vərəsələr arasında bölüşdürülərkən digər vərəsələrlə birlikdə birinci növbəli vərəsə kimi iddiaçının da əmlak mənafeyi nəzərə alınmalı idi. Bu səbəbdən apellyasiya instansiyası məhkəməs qeyd etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı konstitusion səviyyədə müəyyən edilmiş təminatlar İddiaçı da şamil edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Baxılan işin faktiki hallarında n görünür ki, Bakı şəhəri 31 saylı notariat kontoru, Mülki Məcəllənin 1318-ci və 1322-ci maddələrinin tələblərini pozaraq, miras qoyanın bütün vərəsələrinin axtarılması üçün tədbirlər görmədən və qanunla müəyyən edilmiş altı aylıq müddəti gözləmədən xx xxxxxx 2018-ci il tarixdə mübahisəli mənzilə dair Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hal, iddiaçının mənzil üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Odur ki, Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən İddiaçı mirasdakı payı nəzərə alınmadan Cavabdeh1 verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2V-15 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalıdır. Bu səbəbdən həmin şəhadətnamə əsasında miras əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyatı özündə əks etdirən çıxarış da etibarsızdır. Apelyasiya məhkəməsi aşağıdakılara əsasən hesab etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi həqiqi olmayıb, görüntü məqsədilə tərtib edilmiş uydurma əqddir. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tə rəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırkı işdən görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri, X saylı mənzildən miras payı almaq üçün ərizə ilə Bakı şəhəri 31 saylı notariat kontoruna müraciət etmişdir. Bundan cəmi bir neçə gün sonra - xx.xx.2018-ci il tarixdə Cavabdeh1 həmin mənzili 70.000 manata tanışı Cavabdeh5 satması barədə alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Birinci instansiya məkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə keçirilmiş məhəməəmtəəşünaslıq ekspertizası üzrə daşınmaz əmlakın qiymətləndirilməsi barədə LP145/18 saylı, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən mənzilin orta bazar qiyməti 126.500 manat təşkil edir. Apelyasiya məhkəməsi mənzilin Cavabdeh5 satmasının iddiaçının mirasdan pay almaq barədə ərizəsindən dərhal sonra rəsmiləşdirilməsini, alıcı Cavabdeh5 kənar şəxs olmayıb, Cavabdeh1 ilə qonşuluq münasibətləri olan tanışı olmasını, Cavabdeh5 uzun illər tərəflərin qonşusu olması (onları tanıması) səbəbindən mirasda İddiaçı payının mövcudluğunu bilməməsinin inandırıcı olmadığını, mənzilə görə ödənildiyi qeyd olunan 70.000 manat məbləğin mənzilin 126.500 manat həqiqi dəyərindən kifayət qədər aşağı olmasını, mənzil satıldıqdan sonra Cavabdeh1 bütün əşyalarını oradan götürməməsi və bəzi vaxtlarda mənzilə baş çəkməsi barədə izahatını bir likdə qiymətlənirərək belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, görünüş üçün tərtiblənməklə uydurma (əhəmiyyətsiz) əqddir. Belə əqd isə hər hansı hüquqi nəticə yarada bilməz. Ona görə də, Cavabdeh5 vicdanlı əldə edən şəxs sayılmır və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydiyyat da etibarsızdır. Məhkəmə kollegiyası apellyasiya icraatının bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilmə si və kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3673/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3673/2020
11.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver