Məhkəmə qərarları › İş №2(102)-3675/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3675/2021

30.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3675/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə maneçiliyin aradan qaldırılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 03.10.2019-cu il tarixli çıxarışına əsasən, Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində 0.21 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir.

2. İddiaçı mülkiyyətində olan daşınmaz əşyadan istifadəyə cavabdehin maneçilik yaratdığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 Cavabdeh iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ümumi istifadədə olan yolda, mülkiyyətində olan fərdi yaşayış evinə bitişik ərazidə metal konstruksiyadan quraşdırılan tikilinin sökülməsi və bu cür hallara gələcəkdə yol verilməməsinin cavabdehə qadağan e dilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona məxsus fərdi yaşayış evinə bitişik torpaq sahəsini zəbt edərək metal konstruksiyalar tikmiş və nəticədə mülkiyyətində olan fərdi yaşayış evinin arxa tərəfinə keçə bilməmişdir ki, bu da onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 09.09.2019-cu il tarixli çıxarışına əsasən Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. İddiaçının qeyd etdiyi torpaq sahəsini zəbt etməmişdir.

6. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 03 sentyabr 2020-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində yerləşən ümumi sahəsi 222.3 kv.m təşkil edən fərdi yaşayış evinə bitişik olan hissədə Cavabdeh tərəfindən eni 9.0 m və uzunluğu 15.5 m olan torpaq sahəsində inşa edilmiş metal konstruksiyadan olan hasarın cavabdehin hesabına sökülməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə bitişik hissədə, eni 9 metr uzunluğu 15.5 metr olan torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi metal konstru ksiyalı hasar iddiaçının fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) 01 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçməsini heç kim məhdudlaşdırmır, əksinə, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçə bilir və həmin ərazidən onun sərbəst istifadəsinə heç bir maneə yoxdur. Həmçinin İddiaçı1 fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçməsinin məhdudlaşdırılması ekspertiza rəyində müəyyən olunmur. Torpaq sahəsində tərəfindən inşa edilmiş metal konstruksiya 1985-ci il tarixdə quraşdırılmışdır. Həmin vaxtdan 35 il müddət keçmiş, lakin iddiaçı ötən 35 il ərzində sözügedən metal konstruksiyan ın sökülməsi barədə iddia qaldırmamışdır. Bununla da iddia müddətini ötürmüşdür. Bundan başqa, "M.Bağırovun şikayəti üzrə...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı1 müvafiq subyektiv hüquqa malik olub-olmamasının obyektiv araşdırılması baxımından qeyd edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. İddiaçı1 mülkiyyətindəki fərdi yaşayış evinə bitişik olmaqla eni 9 metr, uzunluğu 15.5 metr olan torpaq sahəsinin iddiaçıya aidiyyətinin olması barədə iş materiallarında heç bir sübut yoxdur. İddiaçı həmin torpaq sahəsinin metal konstruksiyalarla hasara alınması nəticəsində fərdi yaşayış evinin arxasına keçə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, nə də məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir. Həmçinin 03.10.2019-cu il tarixli dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.21 ha torpaq sahəsi ilə 09.09.2019cu il tarixli texniki pasporta əsasən (ştrixlənmiş sahə) onun (cavabdehin) istifadəsinə verilmiş eni 9,0 m və uzunluğu 15,5 m olan torpaq sahəsinin üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Əksinə, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 15.07.2020-ci il tarixli 28091 saylı ekspert rəyinin təsviri hissəsindən görünür ki, DƏDRX-nin 16saylı Ərazi İdarəsi tər əfindən verilmiş 09.09.2019-cu il tarixli texniki pasportda eni 9,0 m və uzunluğu 15,5 m olan ştrixlənmiş sahə Cavabdeh istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsində metal konstruksiyadan hasarın inşa edilməsi nəticəsində iddiaçının fərdi yaşayış evinin arxasına keçə bilməməsi halı İddiaçı1 izahatından başqa heç bir rəsmi sənəddə qeyd olunmur. Qətnamədə iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun məhdudlaşması göstərilsə də, iş materiallarında bu barədə heç bir sübut yoxdur. Ona görə də hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından və İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “tikililərin sökülməsi tələbinə dair” iddiası əsassız olduğundan kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, xnömrəli qətnaməsi ləğv edilməli, iddiaçının onun mülkiyyətində olan fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən ümumi istifadədə olan yolda metal konstruksiyadan quraşdırılan tikilinin sökülməsi və bu cür hallara gələcəkdə yol verilməsinin cavabdehə qadağan edilməsi barədə iddiası rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gə lməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 180.4. Özbaşına tikilmiş bina və qurğular maraqlı şəxslərin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mü lkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

18. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Göyçay rayonu 2-ci Ərəbəcəbirli kəndində hüquq müəyyənedici sənədlərə əsasən İddiaçı1 mülkiyyətində olan 0.21 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi arasında ümumi istifadə üçün yol kimi nəzərdə tutulmuş torpaq sahəsi olmuş, eni 9 metr və uzunluğu 15.5 metr olan həmin (mübahisəli) torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş, oranı bir tərəfi İddiaçı1 evinə bitişik olan metal konstruksiya ilə bağlamışdır (hasarlamışdır). Cavabdeh ölçüsü təxminən 0,015 ha olan mübahisəli torpaq sahəsini öz həyətyanı sahəsinə birləşdirmiş və oradan təsərrüfat məqsədləri üçün istifadə edirlər. İşdə olan 09.09.2019-cu il tarixli texniki pasportun surətindən də görünür ki, Cavabdeh qanuni mülkiyyətində olan torpaq sahəsi 0.08 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə bundan 0.0147 ha çox, yəni 0.0947 ha təşkil edir.

26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 03. 10.2019-cu il tarixli Çıxarışından görünür ki, Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində 0.21 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 09.09.2019-cu il tarixli Çıxarışından görünür ki, Göyçay rayonunun 2ci Ərəbəcəbirli kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. 28. 09.09.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi 0.08 ha, onun faktiki istifadəsindəki torpaq sahəsi isə 0.0947 ha təşkil edir.

29. Məhkəmə tikinti-texniki ekspertizasının 15.07.2020-cu il tarixli 28091 saylı ekspert rəyindən görünür ki, mülki iş materi allarında olan Cavabdeh adına verilmiş texniki pasportun məlumatları ilə yerində baxış zamanı əldə olunmuş məlumatlar müqaisə edilərkən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 09.09.2019-cu il tarixli texniki pasportda eni 9.0 m və uzunluğu 15.5 m (15.4 m) olan ştrixlənmiş sahə kimi Cavabdeh istifadəsində göstərilmişdir.

30. İddiaçının dəlillərinə görə, yol kimi ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinin cavabdeh tərəfindən inşa edilmiş metal konstruksiya ilə hasarlanması nəticəsində o, öz evinin arxa tərəfinə keçə bilmir və evindən istifadə hüququ məhdudlaşır. Bundan başqa, metal konstruksiya ilə h asarlanmış torpaq sahəsindən cavabdeh tərəfindən istifadə zamanı onun ailəsinin yaşlı və xəstə üzvlərinin gecə vaxtı və ya səhər erkən yuxularını pozan, onları narahat edən səslər eşidilir (avtomobilin mühərrikinin işə düşməsi və ya qapısının çırpılması, ev quşlarının və ya xırda buynuzlu heyvanların səslənməsi və s.). Öz evlərinin yaxın ətrafında sərbəst hərəkət imkanlarının cavabdeh tərəfindən məhdudlaşdırılması, habelə mübahisəli torpaq sahəsindən istifadə ilə əlaqədar ona və ailə üzvlərinə cürbəcür qıcıqlandırıcı təsirlərin göstərilməsi onu bu halların aradan qaldırılması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir.

31. Apellyasiya kollegiyasının qənaətincə, mövcud vəziyyətdə İddiaçı1 fərdi yaşayış evinə bitişik olan hissədə Cavabdeh tərəfindən eni 9.0 m və uzunluğu 15.5 m olan qanunsuz yiyələndiyi torpaq sahəsində metal konstruksiyadan quraşdırılan tikilinin (hasarın) sökülməsini tələb etməkdə haqlıdır.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ver ildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar