Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3677/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkil Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evin iddiaçıya məxsus evə tə rəf, ikinci mərtəbədə mövcud olan pəncərə boşluğunun cavabdehin hesabına hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun pəncərələrinin önünü kəsən qanunsuz tikilinin və hasarın sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-185/2017) İddiaçı Cavabdeh qarşı pəncərə boşluğunun hörülməsi tələbinə dair ilk iddiası rədd edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı pəncərələrin önünü kəsən qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin olunaraq Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsi nin 1-ci və 2-ci otaqlarının pəncərələri qarşısında İddiaçı tərəfindən inşa edilmiş hasarın həmin pəncərələrin alt hissəsinə kimi (pəncərədən görüntünü, işıqlandırmanı və havalandırmanı tam bərpa edən səviyyədə) və 3-cü otağın pəncərəsinin qarşısında İddiaçı tərəfindən inşa edilmiş tikilinin sökülməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-238/18) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017 -ci il tarixli qətnaməsi iddiaçıya və cavabdehə (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov, Ə.Əhmədov və İ.Dəmirov) İddiaçı kassasiya şikayəti tamamilə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti isə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 mart 2018-ci il tarixli, 2(103)-238/18 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimov, İş № 2(103)-11279/2018) İddiaçı və Cavabdeh ayrı-ayrılıqd averdikləri apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkil Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə baxılarkən qanunvericiiyin normaları düzgün tətbiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və bunun nəticəsində qətnamə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətin d əlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, cvabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kass asiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb qiymətləndirərkən aşağıdakıları qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış evi iddiaçı istifadəsindədir (həmin yaşayış evi onun və ya hər hansı n mülkiyyətində deyil, yaşayış evi ilə bağlı yalnız Bakı şəhəri Nərimanov rayonu 30 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş plan-sxem mövcuddur). ünvan 3 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir, onun mülkiyyət hüququ 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin yaşayış evləri biri-b irinə bir tərəfdən qonşudur. Belə ki, İddiaçı istifadəsində olan yaşayış evinin (həyətinə daxil olduqda sol tərəfdə yerləşir) sol tərəfində Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi yerləşir. Bu istiqamətdə Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində 3 yaşayış otağı yerləşir, hər otağın bir pəncərəsi var. İddiaçı həyətindən girəcəkdə sol tərəfdə hasar inşa edilmişdir, həmin hasar Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ilk iki otağın pəncərəsinin qarşısında, 15-20 sm ara məsafəsi saxlamaqla həmin pəncərələrin təxminən yarısı (pəncərələrin təxminən yarısını hasar örtür) hündürlüyündə inşa edilmişdir. Həmin mərtəbənin 3-cü otağının pəncərəsinin qarşısında İddiaçı tərəfindən 15-20 sm məsafə saxlamaqla tikili inşa edilmiş, həmin tikili 3-cü otağın pəncərəsinin qarşısını tamamilə örtür. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində yeni pəncərə inşa edilmişdir. Həmin pəncərə texniki pasportda nəzərdə tutulmamışdır. Cavabdeh həmin pəncərənin alt tərəfindən 25-30 sm hündürlüyündə hissəsini xüsusi materialla örtmüşdür. Həmin pəncərədən İddiaçı istifadəsində olan yasayiş evinin həyəti görünmür. İddiaçı istifadəsində olan yasayiş evinin həyətindən qonşuluqda yerləşən 9 mərtəbəli binanın ən yan blokunun üst mərtəbələri görsənir. Hər iki tərəf, yəni həm İddiaçı, həm də Cavabdeh biri-birinə qarşı həm iddiaçı, həm də cavabdeh statusu ilə çıxış edirlər. İddiaçı Cavabdeh tərəfindən özünə məxsus olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa edilmiş və onun cərəni müvafiq qaydada razılıq alınmadan inşa e tdiyini (həm müvafiq dövlət orqanından, həm də ondan), həmin pəncərənin texniki pasporta nəzərdə tutulmadığını bildirir, iddia edir və bu əsasla Cavabdeh hesabına hörülməsini tələb edir. İddiaçı Cavabdeh öz növbəsində İddiaçı tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ilk iki otağın pəncərəsi qarşısında olan hasarın, habelə 3-cü otağın pəncərəsinin qarşısında olan tikilinin qanunsuz inşa edildiyini iddia edir və həm hasarın, həm də həmin tikilinin sökülməsini tələb edir. Hasar və tikili inşa ediləndə Cavabdeh tikilisi, o cümlədən hazırda mübahisələndirilən birinci mərtəbənin hər üç otağının pəncərəsi mövcud idi (texniki pasport 2001-ci ilə təsadüf edir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2017-ci il tarixl i 9472 nömrəli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış evinin 1-ci mərtəbəsində yerləşən pəncərələrlə, 2 saylı yaşayış evinə aid olan daş hasar və yaşayış evinin ara məsafəsi 15- 20 sm təşkil etdiyi nəzərə alınaraq, Cavabdeh yaşayış evinin yaşayış otaqlarının təbii işıqlanmasına və havalandırılmasına mənfi təsir göstərir və həmin tikililər, o cümlədən daş hasar sökülmədən həmin maneələrin aradan qaldırılmasının mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2017-ci il tarixli 23489 nömrəli rəyində ünvan 4-də istifadədə olan 0,02698 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan hissənin 2-ci mərtəbəsində onun tərəfindən açılmış pəncərə həmin evə bitişik ol maqla ünvan 5 ünvanında istifadədə olan tikilidə yaşayan şəxslər, o cümlədən İddiaçı tərəfindən hər hansı hüquqların həyata keçirilməsinə maneə yaradıb-yaratmamasını, eləcə də onların hər-hansı hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından məhkəmə tərəfindən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı iddia tələbinin “pəncərə boşluğunun hörülməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüquq unun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətl ərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı subyektiv hüquqa malik olduğu təqdirdə belə, onun iddiası əsaslı hesab edilib təmin edilə bilməz. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də məhkəməyə təqdim edilmişdir. Lakin həmin ərizədə də iddiaçının tələbi ilk iddia tələbi ilə eynilik təşkil etm işdir. Belə ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış evinin ikinci mərtəbəsində mövcud olan ünvan 3 ünvanında yerləşən 2 saylı yaşayış evinə baxan pəncərələr yaşayış evinin texniki pasportunda öz əksini tapmamasına baxmayaraq ünvan 3 ünvanında yerləşən 2 saylı yaşayış evinin istifadəsində hər hansı maneəçilik yaratmır və İddiaçı hər hansı hüququnu nə məhdudlaşdırır, nə də ki pozmur. Həmin pəncərə üzərində dəmir barmaqlıqlar mövcuddur və pəncərə ikinci mərtəbədə yerləşir. Bu da öz növbəsində həmin pəncərə vasitəsilə İddiaçı sahibliyində olan yaşayış evinin həyətinə daxil olmanı qeyri-mümkün edir. Bundan əlavə, məhkəmə İddiaçı mübahisəli pəncərənin onun həyətinə açılmasının onun şəxsi həyatını onun iradəsinə zidd olaraq müşahidə etməyə, izləməyə imkan verməsi ilə bağlı fikirləri də əsassız hesab etmişdir. Belə ki, mübahisəli pəncərənin şüşəsi daha qalın materialdandır və görüntü vermək imkanı bu baxımdan məhduddur. Eyni zamanda, Cavabdeh tərəfindən pəncərənin alt hissəsinin qabağı 25-30 sm hündürlükdə bağlanmışdır ki, bu da həmin pəncərədən İddiaçı istifadəsində olan yaşayış sahəsini görmək imkanını tam məhdudlaşdırır. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh İddiaçı qarşı pəncərələrin önünü kəsən qanunsuz tikilinin və hasarın sökülməsi tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, bu iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsinin birinci və ikinci otaqlarının pəncərəsinin qarşısında olan və İddiaçı tərəfindən inşa edilmiş hasarla (divarla) bağlı qeyd etmişdir ki, həmin hasar mübahisəl i pəncərələrin təxminən yarısı səviyyəsindədir və onun mövcudluğu qeyd edilən pəncərələr olan otaqların təbii işıqlanmasını və havalandırılmasını məhdudlaşdırır, 3-cü otağın pəncərəsinin təbii işıqlanmasını və havalandırılmasının tam olaraq qarşısını almış olur və süni işıq yandırmadan həmin otaqda hərəkət etmək mümkün deyil. Bu hallar yerli baxış zamanı da müəyyən edilmiş, ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu da öz növbəsində məhkəmə tərəfindən Cavabdeh mülkiyyətinə qəsd kimi qiymətləndirilmişdir. Bununla belə, məhkəmə 14 iyul 2017-ci il tarixli 9472 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edib belə qənaətə gəlmişdir ki, mübahisəli pəncərələrin qarşısında inşa edilmiş hasar və tikili sökülməlidir. Məhkəmə iddia tələbinin hasarın sökülməsi ilə bağlı hissəsində hesab etmiş dir ki, həmin hasarın tam sökülməsinə hər hansı zərurət yoxdur. Belə ki, bu hasar birinci və ikinci pəncərələrin təbii işıqlandırmasının və havalandırmasının qarşısını alır. Bu səbəbdən həmin hasar Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 1-ci və 2ci pəncərələrinin alt hissəsinə kimi, yəni həmin pəncərələrdən tam görüntünü, işıqlandırma və havalandırmanın bərpa səviyyəsinə kimi sökülməlidir. Məhkəmə iddia tələbinin pəncərənin qarşısında olan tikilinin sökülməsi ilə bağlı hesab etmişdir ki, həmin tikilini hər hansı hissədə sökmək mümkün deyil. Hətta bu tikilinin qismən sökülməsi ilə bağlı (məhkəmənin barışmaq təklifinə cavab olaraq) Cavabdeh təklifindən sonra mübahisəli yaşayış evində yenidən yerində müayinə keçirilmiş və bir daha həmin tikilinin hansısa hissəsin in sökülməklə onun arxasında yerləşən pəncərənin havalandırmasının və işıqlandırmasının təmin edilməsinin, habelə görüntünün bərpa edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, həmin pəncərənin havalandırmasının və işıqlandırmasının, habelə görüntünün bərpa edilməsi üçün maneə kimi çıxış edən divar və onun tavanı sökülməlidir. Bu da artıq həmin tikilini yararsız vəziyyətə salmış olur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tikili tam sökülməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, həmin tikili ümumiyyətlə hər hansı bir sənəddə, o cümlədən texniki pasportda da qeyd edilməmişdir. Bu tikilinin inşasını mümkün edən hər hansı sənəd mövcud deyil. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı istifadəsində olan yaşayış evində həmçinin onun anası X2 da pasport qeydiyyatında olmaqla yaşayır. Bu hal Cavabdeh nəzərinə çatdırılmış, lakin o, həmin şəxsin hər hansı formada hazırki mülki işə cəlb edilməsi barədə məhkəməyə müraciət etməmiş, o cümlədən ona qarşı tələb irəli sürməmişdir. Mübahisəli tikilinin və hasarın İddiaçı tərəfindən inşa edilməsi nəzərə alınaraq, məhkəmə həmin şəxsi öz təşəbbüsü ilə də cəlb edilməsinə hər hansı zərurət görməmişdir. İşə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi 09 mart 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq və 09 mart 2018-ci il tarixli qətnaməni ləğv edərək 04 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabde h tələbi üzrə sökülən hasarın və tikilinin maneçilik yaratdığı otağın və pəncərənin, həmçinin İddiaçı inşa etdiyi və Cavabdeh tələbi üzrə sökülən hasarın və tikilinin nə vaxt inşa olunduğu, evin texniki pasportunda nəzərdə tutulub-tutulmadığını araşdırmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, işə baxan məhkəmələr mənafeyinə toxunsa da, qanunsuz tikililərin inşa olunduğu yer üzrə müvafiq icra hakimiyyəti, yaxud bələdiyyə orqanını da işdə iştirak etməyə cəlb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən Nərim anov rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsi iş üzrə üçüncü şəxslər qismində cəlb olunmuşlar. Həmin 3-cü şəxslərin nümayəndələri tərəfindən verilmiş izahatlardan müəyyən olunmuşdu ki, hər iki tərəf, yəni həm İddiaçı, həm də Cavabdeh aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmələri təklif olunsa da, İddiaçı ilk iddia üzrə cavabdeh olan Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ilk iki otağın pəncərəsinin qarşısında, 15-20 sm ara məsafəsi saxlamaqla həmin pəncərələrin təxminən yarısı (pəncərələrin təxminən yarısını hasar örtür) hündürlüyündə inşa etdiyi hasarı və həmin birinci mərtəbənin 3-cü otağının pəncərəsinin qarşısında 15-20 sm məsafə saxlamaqla inşa etdiyi tikilini sökməklə razılaşdığı halda, sonradan bundan imtina etmiş və nəticə də tərəflər arasında yaranmış mübahisənin barışıq yolu ilə həll edilməsi mümkünsüz hala çevrilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilənlərlə bağlı məhkəmə araşdırması aparılarkən tərəflərin verdikləri izahatlardan müəyyən olundu ki, Cavabdeh sökülməsini tələb etdiyi hasar və tikili təxminən 2013-cü ildə inşa edilmiş, buna dair iddiaçıya hər hansı icazənin verilməsi və tikilinin hansısa sənədə əsasən aparılması müəyyən olunmamış, özbaşına tikilmiş həmin hasar və tikilinin fərdi yaşayış evinin texniki pasportunda nəzərdə tutulubtutulmadığına gəldikdə isə 2 saylı evin belə texniki pasportunun ümumiyyətlə mövcud olmadığı məlum olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayəti ndə göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillərin əksər hissəsi qarşılıqlı iddia tələbinin məzmunu ilə eynilik təşkil etdiyindən və bunlara birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və ədalətli hüquqi qiymət verildiyindən yenidən həmin xüsusatlara qiymət verilməsinə zərurət yoxdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iki dəfə ekspertizanın keçirilməsi zərurətdən yaranmış və işə baxılarkən məhkəmə məhz həmin ekspert rəylərinə istinad edərək Cavabdeh qarşılıqlı iddiasını qismən təmin etmişdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması və 150 manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutulması üçün əsas ola bilməz. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamənin əsassız və qanuna zidd olduğunu bildirsə də, bu əsassızlığın və qanuna zidd olmanın konkret olaraq nədə ifadə olunmasını açıqlamamışdır. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin olunmayan hissəsi və ondan ekspert xərcinin tutulmaması üzrə sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyi üçün onun apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası ilk iddia üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər ilk iddia tələbinin məzmunu ilə eyni xarakterli olduğundan və bunlara da birinci instansiya məhkəməs i tərəfindən tam, hərtərəfli və ədalətli hüquqi qiymət verildiyindən yenidən həmin xüsusatlara qiymət verilməsinə lüzum yoxdur. Əvvəla, ilk iddiaçının bu cür tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun yaranmadığı iş materialları tam təsdiq olunmuşdur. İkincisi, cavabdehin onun həyətinə açılan pəncərəsinin mövcudluğu onun konstitusion hüquqlarını pozduğunu, bir çox narahatçılıqlara səbəb olduğunu, istənilən vaxt həmin pəncərə vasitəsilə cavabdehin evindən onun həyətinə daxil olmağın mümkün olduğunu, cavabdehin onun şəxsi həyatını müşahidə etməyə, izləməyə imkan verdiyini, ailəsinin sərbəst istirahət edə bilmədiyini bildirsə də, bu halların heç biri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əraziyə apellyasiya instansiyası məhkəməsi tərəfindən ilki n olaraq baxıldığı zamanı keçirilən yerli baxış zamanı da, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilənlərlə bağlı məhkəmə araşdırması aparılarkən tərəflərin verdikləri izahatlardan müəyyən olundu ki, Cavabdeh məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsindəki 3 saylı sahəsi 39 kv.m. olan otaqdan həmin evə bitişik Rəhad Kərimovun istifadəsində olan 2 saylı evə məxsus tikililərin istiqamətinə bir ədəd ikilaylı plastik materialdan olan pəncərə ekspert rəyinə əsasən (i.v. 76) həmin fərdi yaşayış evinin texniki pasportunda nəzərdə tutulmasa da, yuxarıda göstərilənlərə əsasən həmin pə ncərə ilk iddia üzrə İddiaçı hər hansı hüquqlarının həyata keəirilməsində ona maneçilik yaratmır. Cavabdeh sökülməsini tələb etdiyi hasar və tikilinin maneçilik yaratdığı cavabdehə məxsus 1 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaq və pəncərə isə 1993-cü ildə inşa edilməklə, fərdi yaşayış evinin tərkib hissəsi olaraq Cavabdeh adına 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun xüsusi mülkiyyətindədir. Odur ki, məhkəmə kollegiyası ilkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni ə sasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilkin iddia üzrə İddiaçı irəli sürdüyü faktiki hallar həm məhkəmə araşdırmaları, həm də ekspert rəylərinə əsasən onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir k i, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya inst ansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3677/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3677/2019
27.05.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver