Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-368/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:özbaşına tikilinin sökülməsi 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh satmışdır. X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 2. ünvan 2 ünvanda yerləşən 60.2 kv.m qeyri-yaşayış binası 04 iyun 2024-cü il tarixli Çıxarışa və 16 iyul 2024-cü il tarixli Texniki Pasporta əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 3 ünvanda yerləşən torpaq sahəsində qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə məxsus 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektinin arxa hissəsi ünvan 3 ünvandadır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kvadrat metrə çatdırmış, hətta ikinci mərtəbəni də qeyri-qanuni olaraq inşa etdirmişdir ki, faktiki olaraq gələcəkdə onların binalarının qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə ki, yağış yağarkən cavabdehin qeyri-qanuni tikdirdiyi binanın 2-ci mərtəbəsinə yağış suyu yığılaraq mənzillərinin divarlarını rütubətləndirir. Eyni zamanda ikinci mərtəbədən onların mətbəxi qarşısında giriş-çıxış qapısı qoymuş və pilləkənləri də onların istifadəsində olan torpaq sahəsinə qoymaq niyyətindədir. Özünün şəxsi mənafeyi üçün sakinlərin ümumi istifadəsində olan torpaq sahəsindən ticarət obyekti kimi istifadə etmək qanunvericiliyə uyğun deyildir. Bundan əlavə, cavabdehin qeyri-qanuni tikinti işi aparmasına görə barəsində Gəncə şəhəri İcra Hakimiyyətinin 18 fevral 2021-ci il tarixli təqdimatına əsasən 14 mart 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış) sahəsi ticarət obyektinin 1-ci mərtəbə səviyyəsində inşa olunm uş qeyri- yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq cavabdehin mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın 2-ci, 3-cü, 4-cü və 5-ci sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Layihə - Tədqiqat idarəsinin mütəxəssislərinə aid olduğundan (mütəxəssis rəyi təqdim olunmadığından) bu suallar üzrə tədqiqat aparılmamışdır.
6. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçül əri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsinin **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsinin isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.
7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaş ayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yen obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxslərin mənzil hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilini n 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-104/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların tələbi ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin sahədə qoyulmuş maneənin aradan qaldırılması ilə əlaqədar olduğundan həmin münasibətlərə ümumi istifadədə olan torpaqla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Məhkəmə baxışı zamanı xüsusi biliyin tətbiqinə ehtiyac olduğundan iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********2906301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən istifadə edilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.3, 55.1, 84 və 111.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh apellyasiya şika yəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmadan, yalnız iddiaçı tərəfin izahatlarında qeyd etdiklərinə əsasən qətnamə çıxarmışdır. Belə ki, o, Qarabağ Əlilləri və X1 sədridir. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kv.m olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m idi və Z.Əsgərov ondan 40 kv.m-in pulunu alıb. O, alan zaman sahədə Zabil Əsgərov tərəfindən inşa edilmiş otaq və arxada 2 ədəd anbarı var idi. Oranı hətta peraşki sexi kimi istifadə ediblər. Həmin otaq və anbarlar bərbad halda olduğu üçün o, onları söküb yerində tikinti inşa etmişdir. O, faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. Göründüyü kimi iddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tərəfindən inşa edilmiş tikili də binaya bitişik olmuşdur. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir və hazırda onun obyek tinin sənədləri hazırlanır. Bundan başqa, iddiaçılar qeyd etmişlər ki, guya o, onların mətbəxinin qarşısına giriş-çıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd etmişdir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidiyyatı yoxdur. Məhkəmə hazırkı işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir hüququnu pozmamışdır. Buna görə hesab etmişdir ki, iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin o, pilləkəni də iddiaçıların torpaq sahəsinə qoymur. Çünki torpaq onlara məxsus deyil. O, torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa, bunu torpağın mülkiyyətçisi mübahisələndirə bilər, hazı rkı iş üzrə iddiaçılar deyil. Bundan başqa, məhkəmə qətnamə çıxararkən 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Belə ki, guya həmin protokolla o, ünvan 6 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd etmiş və protokola əsaslanmışdır. Bundan başqa, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kv.m sahəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyil. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Torpaq sahəsi heç vaxt, yaxud ən azından o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcuddur.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2366/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- Rəşad Məmmədov sədrlik edən, məruzəçi, Azər Bayramov və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
16. Belə ki, işdə olan Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış) ticarət obyektinin 1-ci mərtəbə səviyyəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq Cavabdeh mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir.
17. Həmçinin işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsini n yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsi Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.
18. Həmçinin işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanınd a Cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarix 160 No-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxslərin mənzil hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inş a edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********2906301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
19. Göründüyü kimi mübahisəli tikilinin 24,0 kv.m hissəsinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən istifadə edilməsi eksperiza rəyi ilə müəyyən edilmişdir.
20. Həmçinin məhkəmə kollegiyası tərəfindən qeyd olunan torpaq sahəsinə və əmlaka yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh inşa etdiyi tikili şəhərsalma və tikinti qanunvericiliyində qeyd olunmuş normalara uyğun t ikilməməklə iddiaçıların hüquqlarını məhdudlaşdırır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Ümumi istifadədə olan torpaqların mülkiyyətə verilməsini qanunvericilik nəzərdə tutmamışdır. Həmçinin qanunvericilikdə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
22. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinin, Torpaq Məcə lləsinin 47, 55, 84-cü maddələrinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 7.2, 16.1 və 16.2-ci maddələrinin, habelə MPM-in 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 55, 84, 111-ci maddələrinə istinad etsə də, tərəflər arasında yaranmış münasibətləri nəzərə almamışdır. Bundan başqa qeyd etmək istərdilər ki, məhkəmə kassasiya şikayətinin 7-c i paraqrafında göstərilən əsaslara görə sübutlara düzgün qiymət verməmiş və səhv olaraq qeyd edilən əsasən qeyd edilən normalara istinad etmişdi. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi oldüğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hiiquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə isə məhkəmə işdə olan sübutlara, düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh Qarabağ Əlilləri və X1 sədridir. ünvan 5 ünvanında y erləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kvm olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m idi və Zabil Əsgərov ondan 40 kv.m-in pulunu alıb. O, alan zaman sahədə Zabil Əsgərov tərəfindən inşa edilmiş otaq və arxada 2 ədəd anbarı var idi. Oranı hətta peraşki sexi kimi istifadə ediblər. Həmin otaq və anbarlar bərbad halda olduğu üçün o, onları söküb yerində tikinti inşa etmişdir. O, faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. Göründüyü kimi iddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tər əfindən inşa edilmiş tikili də binaya bitişik idi. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Üçüncüsü, tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir və hazırda onun obyektinin sənədləri hazırlanır. Bundan başqa iddiaçılar qeyd edirlər ki, guya o, onların mətbəxinin qarşısına giriş-çıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd edir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidiyyəti yoxdur. Məhkəmə hazırki işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir h üququnu pozmur. Buna görə də iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin o pilləkəni də iddiaçıların torpaq sahəsinə qoymur. Çünki torpaq onlara məxsus deyil. O torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa bunu torpağın mülkiyyətçisi mübahisələndirə bilər, hazırkı iş üzrə iddiaçılar deyil. Bundan başqa məhkəmə qətnamə çıxararkən 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Belə ki, guya həmin protokolla o, ünvan 6 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd e tmiş və protokola əsaslanmışdır. Bundan başqa məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Əraziİdarəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kvm sahəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021- ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyildir. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Daha dəqiq desə, həmin torpaq sahəsi heç vaxt, yaxud ən azından o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcud deyil. Lakin məhkəmə qeyd edilən prossesual normaların tələblərini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2(104)-2366/2023 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılmışdır.
26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müvafiq qənaətə gələrkən mübahisəli tikilinin 24,0 kv.m hissəsinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən istifadə edilməsinə istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıların konkret olaraq qanunla qorunan hər hansı hüquqlarının pozulub-pozulmadığı müəyyən edilməklə iddianın əsaslı olub-olmadığına qiymət verilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi dəyərləndirmə aparılmamış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.Göstərilən istiqamətdə araşdırma nın və hüquqi dəyərləndirmənin aparılması ona görə əhəmiyyətlidir ki, iddiaçıların müvafiq iddianı qaldırmağa subyektiv hüquqlarının olub-olmadığı müəyyənləşsin. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
54. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkəmələrin araşdırması Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində təsbit edilmiş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələblərinə cavab vermir.
27. İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinet vasitəsilə fotoşəkillər göndərilsə və Cavabdeh tərəfin dən müqavilə və rəy göndərilsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.
29. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Torpaq Məcəlləsinin 47, 55, 84 və 111-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci ic raat
30. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və İslam Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(125)-104/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi ” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbinin əsasını iş üzrə cavabdeh tərəfindən Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən 38 nömrəli binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin bir hissəsinin (24,6 kv.m) tutularaq tikinti işləri aparması və bunun nəticəsində həmin bina sakinlərinin ümumi istifadədə olan həyətdən (torpaqdan) istifadələrinə yaranan mane ilə əlaqədar olması təşkil edir. Belə olan təqdirdə, iddiaçılar hazırkı iddianı cavabdehə qarşı irəli sürməkdə sübyektiv hüquqa malikdirlər. Ona görə də apellyasiya şikayətinin bu iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququnun olmaması barədə dəlili əsassızdır.
32. İddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdi r ki, X3 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 12,4 kv.m ibarət qeyriyaşayış sahəsini 11 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Alqı-satqının predmeti 12,4 kv.m ibarət qeyri-yaşayış sahəsi olsa da, cavabdehin deməsinə görə qeyri-yaşayış sahəsi faktiki olaraq 40 kv.m ibarət olmuşdur. Tikili yararsız vəziyyətdə olduğundan sökülmüş və yerində iki mərtəbəli yeni obyekt inşa olunmuş, eləcə də sənədləşmənin aparılması üçün müvafiq orqanlara müraciət olunmuşdur. İddiaçı tərəf tikilinin ticarət obyekti olmasını qeyd etsə də, bu sübut olunmur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 04 iyun 2024-cü il tarixli Çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən 60,2 kv.m ibarət qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004 ha torpaq sahəsi dövlət mülkiyyəti olmaqla cavabdehə icarəyə verilmişdir. Göründüyü kimi, sökülməsi tələb olunan qeyri-yaşayış sahəsi artıq cavabdehin mülkiyyəti kimi qeydə alınmış və həmin obyektin yerləşdiyi torpaq sahəsi ona icarəyə verilmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitus iyasının 13 və 29-cu, Mülki Məcəllənin 180.1-ci, habelə Torpaq Məcəlləsinin 5, 45, 55, 56, 58, 84-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
39. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət dir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
41. Maddə
5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri -dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyə lər, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
42. Maddə
45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
43. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqaviləl ər; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
44. Maddə
56. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
45. Maddə
58. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
46. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminat torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafi q məhkəmədə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
57. Hazırkı kassasiya şikayətində İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq nor malarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbinin əsasını iş üzrə cavabdehin Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən 38 saylı binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin bir hissəsinin (24,6 kv.m) tutularaq tikinti işləri aparması və bunun nəticəsində həmin bina sakinlərinin ümumi istifadədə olan həyətdən (torpaqdan) istifadələrinə yaranan mane ilə əlaqədar olması təşkil edir. Belə olan təqdirdə, iddiaçılar hazırkı iddianı cavabdehə qarşı irəli sürməkdə sübyektiv hüquqa malikdirlər. Ona görə də apellyasiya şikayətini n bu iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququnun olmaması barədə dəlili əsassızdır.
61. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, X2 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 12,4 kv.m ibarət qeyri-yaşayış sahəsini 11 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Alqı-satqının predmeti 12,4 kv.m ibarət qeyri-yaşayış sahəsi olsa da, cavabdehin deməsinə görə qeyri-yaşayış sahəsi faktiki olaraq 40 kv.m ibarət olmuşdur. Tikili yararsız vəziyyətdə olduğundan sökülmüş və yerində iki mərtəbəli yeni obyekt inşa olunmuş, eləcə də sənədləşmənin aparılması üçün müvafiq orqanlara müraciət olunmuşdur. İddiaçı tərəf tikilinin ticarət obyekti olmasını qeyd etsə də, bu sübut olunmur.
62. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi 04 iyun 20 24-cü il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 60,2 kv.m ibarət qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla cavabdehə icarəyə verilmişdir.
63. Göründüyü kimi, sökülməsi tələb olunan qeyri-yaşayış sahəsi artıq cavabdehin mülkiyyəti kimi onun adına qeydə alınmışdır və həmin obyektin yerləşdiyi torpaq sahəsi ona icarəyə verilmişdir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə dax il edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
65. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 2(104)-1691/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.