Məhkəmə qərarları › İş №2(102)-3680/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3680/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3680/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili xxxoğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-13038/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(006)1228/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabde h qarşı “icarə müqaviləsinə əsasən hər ay 150 manat olmaqla, cəmi 4.500 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış “evin müvəqqəti istifadəyə verilməsinə dair” 12 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən 12 dekabr 2014-cü ildən 01 iyun 2017-ci il tarixədək hər ay 150 manat olmaqla, cəmi 4.350 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-13038/2018 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehlə aralarında bağlanmış 12 dekabr 2014-cü il tarixli “evin istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən 12 dekabr 2014-cü il tarixdən 01 iyun 2017-ci il tarixədək hər ay üçün 150 manat olmaqla, cəmi 4.500 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məh kəməsi məruzəçini, Cavabdeh izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli evin iddiaçının mülkiyyətində olmasına, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçının həmin evi cavabdehin icarəsinə verməsinə və sonuncunun həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə və iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 425.1, 442, 675-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 07 oktyabr 2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Sabirabad rayonu, Qalağayın kəndində, 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 100,9 kv.metr olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və sonuncu 12 dekabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş “evin müvəqqəti istifadəyə verilməsinə dair” müqaviləyə əsasən hər ay 150 manat icarə haqqı ödəmək şərti ilə 12 dekabr 2017-ci il tarixədək cavabdehə icarəyə vermişdir. Daha sonra işdən görünür ki, Sabirabad rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdehun İddiaçı qarşı iddiası təmin edilərək, tərəflər arasında notarial qaydada 12 dekabr 2014-cü il tarixdə bağlanmış “evin müvəqqəti istifadəyə verilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Lakin sonradan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, sözügedən qətnamə ləğv edilmiş, iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 425.1 və 442-ci maddələrinin tələblərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında “evin müvəqqəti istifadəyə verilməsinə dair” müqavilə bağlansa da, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, 29 ay üçün evdən istifadə haqqını iddiaçıya ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin müqavilə mənzil kirayə müqaviləsidir. Çünki həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan yaşayış evini cavabdehin istifadəsinə verməyi, sonuncu isə bunun əvəzində iddiaçıya müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər arasındakı müqavilə bağlandığı andan qüvvəyə minmiş və kirayə haqqının 12 dekabr 2017-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ötən dövr ərzində kirayə haqqını ödəmədiyini mübahisələndirməmişdir. İşə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə başqa məhkəmədə işə baxıldığını bildirmiş və bununla bağlı iş üzrə icraat dayandırılmışdır. İşin dayandırılmasına əsas olmuş iş üzrə yekun məhkəmə aktları ilə cavabdehin iddiası təmin olunmamışdır. Həmin məhkəmə aktlarından göründüyü kimi cavabdeh müqavilənin etibarsızlığı tələbini onunla əsaslandırmışdır ki, müqavilə formal xarakter daşımış, evdə yaşamaq niyyəti olmamış, orada yaşamamış, evin harada yerləşməsini belə bilməmişdir. Beləliklə tərə flər arasında bağlanmış müqavilənin etibarlı əqd olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, həmin faktlar hazırkı işdə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Cavabdeh ilk dəfə apellyasiya şikayətində iddiaya etirazının əsası kimi müqavilə predmeti olan evin onun faktiki istifadəsinə verilmədiyinə istinad etmişdir. Halbuki həmin dəlil onun iddiaçı ilə aralarında bağlanmış müqavilənin mübahisələndirilməsi üzrə qaldırdığı iddianın dəlilləri ilə tam ziddiyyət təşkil edir. Cavabdeh digər işdə müqavilənin formal xarakter daşıdığını, həmin evdə yaşamaq niyyətinin olmadığını bildirdiyi halda, apellyasiya şikayətində iddiaçının yaşayış sahəsini razılaşdırılmış şərtlərlə ona təhvil vermədiyini bildirir. B u baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşmış və bunu cavabdehin mülki məsuliyyətdən əsassız olaraq yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Digər tərəfdən cavabdeh həqiqətən də müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğu, evə köçüb yaşamaq istəsə də, iddiaçının buna mane olduğu, mənzilin ona təhvil verilməsini iddiaçıdan tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş yerli icra hakimiyyəti orqanının 21 dekabr 2018-ci il tarixli arayışına münasibətdə apellyasiya instansi yası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə müvafiq olaraq yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh yeni sübutların birinci instansiya məhkəməsinə təqdim etməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Digər tərəfdən həmin sübutların hazırkı mərhələdə verilməsi mümkün hesab edilsə belə, istinad olunan halları təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Çünki həmin arayışların da məzmunundan görünür ki, eyni orqan əvvəllər cavabdehin ailə üzvləri ilə birlikdə kirayə müqav iləsinin predmeti olan evdə yaşadığı barədə rəsmi arayışlar verdiyi halda, hazırkı arayışlarda cavabdehin qeyd olunan evdə heç vaxt yaşamadığı təsdiq edir. Bununla yanaşı, kirayəçinin ona kirayə verilmiş mənzildə yaşamaması faktı özüözlüyündə kirayə haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz. Kirayəçi yalnız o halda kirayə haqqını ödəməkdən imtina edə bilər ki, yaşayış sahəsinə məhz kirayəyə verənin təqsiri üzündən və ya yaratdığı maneələr nəticəsində köçüb yaşaması mümkün olmasın. Yuxarıda qeyd olunduğu kimi isə hazırkı işdə bu halı təsdiq edən sübutlar mövcud deyil. Əksinə müqavilənin bağlandığı üç ilə yaxın müddət ərzində cavabdehin yaşayış sahəsinin ona təhvil verilməsini tələb etməməsi etirazın bu dəlilinin əsassız olduğunu təsdiq edir. Nəhayət cavabdeh ötən dövr ərzində müəy yən edilmiş xəbərdarlıq müddətini gözləməklə müqavilənin ləğv olunması təklifi ilə qarşı tərəfə, sonradan isə eyni tələblə məhkəməyə müraciət etməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-13038/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar