Məhkəmə qərarları › İş №2(102)-3681/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3681/2019

27.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3681/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.Ə.Mirzəzadə; 2(011)-6612/2018)İddiaçı Cavabdeh ASC-yə qarş ı verilməsinin bərpası və borcun azaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı yaşadığı Bakı şəhəri,*************************** saylı mənzilinə su tətəchizatının bərpa edilməsi və 20(iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət eilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.N.İmanov; 2(103)-12212/2018) İddiaçı və Cavabdeh ASC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, təcili su verilişinin bərpa edilməsi və mövcud borcun 92,13 manatdan 12,13 manata endirilməsi cavabdeh barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,cavabdehlə 5 ildən artıq müddətə su borcunun miqdarının müəyyən edilməsi mümkün olmayıb. Müraciətlərinə cavab verilməyib. İddiaçının evinə su verilişi xəbərdarlıq edilmədən dayandırılıb. Su borusu 2 yerdən kəsilib. Öz hesabına su borusunu dəyişdirərək 80 manat xərc çəkib. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14,217,386-ci maddəlırinin tələblərinin pozulması ilə əsassız və qanunsuz çıxarılmışdır. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X3 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və məlumatlandırılmasına baxmayaraq,cavabdehheç məhkəmə kollegiyasının iclasına gəlməmişdir. vaxtı barədə lazımi qaydada bir üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 20.12.2006-cı il tarixli, ************ saylı müqavilədən görünür ki, müəssisə abonenti tələbatına uyğun içməli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent işə göstərilmiş xidmətlərin haqqını müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 01.05.2007-ci il tarixli müqavilə ilə ünvan 1 ünvanı üzrə 30.06.2011 -ci il tarixd ə SSS-15 markalı, 16.04.2014-cii il tarixdə SSS markalı, 23.05.2018-ci il tarixdə isə CSS-20 markalı su sayğacları quraşdırılmışdır. Sudan istifadəyə görə iddiaçının 92,63 manat borcu hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış *************** saylı, 01.05.2018-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə SSS-15 markalı, ******** nömrəli sayğacın göstəricisi 1041 kub.m olmaqla, həmin istifadəyə görə abonent hesabında 81,13 manat borc vardır. Qeyd edilən borc sayğac göstəricisinə əsasən, hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Cavabdeh tərəfindən 08.06.2018-ci il tarixdə iddiaçıya hesab faktura (bildiriş) göndərilməklə borcun qısa müddətdə ödənilməsi tələb edilmiş, əks halda, yəni borcun bildirişin təqdim edildikdən sonra 1 ay ərzində ödənilməsə, su təchizatının dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1 və 3-cü hissələrini, 62-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9.2, 8.1.8 və 8.2-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının su borusunu dəyişdirdiyi üçün çəkdiyi 80 manat xərcin sayğac əsasında hesablanmış ümumi borcdan çıxılması tələbi əsassızdır və təmin edilməməlidir. Çünki iddiaçı həmin halı təsdiq edən zəruri sübu tlar təqdim edə bilməmişdir. Su verilişinin dayandırılmasının iddiaçı üçün yarada biləcəyi ağır nəticələri nəzərə alaraq iddianı su təchizatının bərpa olunması hissəsində təmin etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.1.5-ci maddələrinə əsasən hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən və iddia qismən təmin olunduğundan 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nət icəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri müvafiq olaraq iddia tələbinin və etirazın dəlilləri ilə oxşardır və birinci instansiya məhkəməsi düzgün olaraq həmin dəlillərə əsaslanmışdır. Apellyasiya baxışı zamanı iddiaçı tətəfindən təqdim edilmiş aktlar kserosurət olmaqla, iddiaçının özü və kimliyi məlum olmayan digər iki şəxs tərəfindən imzalanmış, digər akt isə iddiaçının istinad etdiyi hadisədən 6 il sonra, iş apellyasiya baxışında olduğu dövrdə hadisənin birbaşa şahidi olmamış şəxslər tərəfindən ehtimallar əsasında tərtib edildiyindən mötəbər sübutlar kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş ü zrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə d ə kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar