Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3681/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızı və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızına, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (104)-696/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızına və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli, reyestr nömrəli 4Ə-03-274 nömrəli, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1933/2024 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə iddia tələbinin təmin edilməsi, Şəmkir rayonu Təzəkənd kəndində 0.1260 ha torpaq sahəsinə və onun üzərində yerləşən 304.4 kv.m əmlak kompleksi kimi müəssisəyə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli, 4Ə-03-274 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdi r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh2 (vəkil: Vəkil2) birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-696/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Loğman Süleymanov (məruzəçi), İslam Həsənov və Mustafa Mustafayev) apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızına və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” t ələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Qətnamə iddiaçının vəkilinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, post vasitəsilə iddiaçının öxünə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
6. İddiaçı (vəkil: Vəkil3) apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-696/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Fikrət Mehtiyev (məruzəçi), Rəhman Muradov, Mustafa Mustafazadə) kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Məhkəmə kollegiyası Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 135.2, 135.3, 135.6, 135.8, 405.0, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad edərək kassasiya şikayətinin geri qaytarılmasına səbəb kimi qərardadda kassasiya şikayətinin qanunvericiliklə müəyyən edilən prosessual müddətin ötürülməklə verilməsini və bununla bağlı buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin verilməməsini, eyni zamanda kassasiya şikayəti vəkil qismində Vəkil3 tərəfindən imza olunsa da, iddiaçı və ya səlahiyyətli nümayəndə tərəfindən imzalanmamasını göstərmişdir.
9. İddiaçı (vəkili və nümayəndəsi Vəkil3) Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (104)-696/2024 saylı, 5 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Loğman Süleymanov (məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-696/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil3 verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun hesab edilməsi və kassasiya şikaytətinin işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Qərardadla müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-696/2024 saylı qərardadı xx.xx.2024-cü ildə rəsmi qaydada İddiaçı təqdim edilmiş və tərtib edilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə sürətli poçt xidməinə təqdim edilmiş və bununla da, qanunla müəyyən edilən 10 günlük şikayət etmə müddəti ötürülməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Kassator Mülki Prossesual Məcəllənin 128.1, 133.1, 133.2, 405.0.2-ci maddələrinə istinad edərək, kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyasının qəbul etdiyi qərardad prossesual hüquq normalarının tələblərinin pozulması ilə tam əsassız qəbul olunmuşdur. Belə ki, qətnamə 16 may 2024-cü il tarixdə deyil, 21 may 2024-cü il tarixdə təqdim edilmişdir. Çünki yaşadıqları kənd yerlərində yerləşən poçt məntəqələri 5-7 gün ərzində vətəndaşlara poçt məktublarını çatdıra bilir. Belə ki, Şəmkir rayonu, Təzəkənd kəndinin poçt şöbəsinin Bağırov soyadlı işçisi tərəfindən 7 avqust 2024cü il tarixdə ver ilmiş arayışdan görünür ki, qətnamə 21 may 2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı Cavabdeh2 tərəfindən məhkəməyə etiraz daxil olmuşdur.
14. Etirazda, Şəmkir Rayon Məhkəməsinin qəbul etdiyi 2(076)-1933/2024 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsinin tamamilə əsassız olduğu, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-696/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin isə tam əsaslı olduğunu qeyd edən cavabdeh kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayə ti verilə bilər.
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
28. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmçinin kassasiya şikayəti Mülki Prossesual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
29. Göründüyü kimi, qətnamədən verilmiş kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq qaytarılmışdır.
17. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnamənin ona post tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə istinad edərək xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərəkən müddətin buraxılmadığına istinad edir. Lakin iddiaçı tərəfin vəkilinin elektron kabinetinə məhkəmənin qətnaməsi xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilir. Buna görə də, həmin tarixdən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün müddət 15 gün buraxılmışdır və iddiaçı həmin müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir.
18. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılma sının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixli 2(104)-696/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.