Məhkəmə qərarları › İş №2(102)-3683/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3683/2021

09.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3683/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək haqqı tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1149/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 26 dekabr 2016-cı il tarixdə “xxxx” ASC ilə İddiaçı arasında Əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı bankın “Kreditlərin yığımı Departamenti”nə regional menecer vəzifəsinə qəbul olunmuşdur. Müqavilə birinci üç ayı sınaq müddəti hesab olunmaqla bir il müddətinə - 26 dekabr 2017-ci il tarixədək bağlanmış, aylıq əmək haqqı vergilər və məcburi ödənişlər daxil olmaqla 1700 manat müəyyən olunmuşdur. Əmək müqaviləsinə olan 27 oktyabr 2017-ci il tarixli 4 №-li əlavəyə əsasən İddiaçı aylıq əmək haqqı vergilər və digər məcburi ödəmələr daxil olmaqla 2000 manat və tarif haqqına (vəzifə maaşına) 500 man at əlavə müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 10 iyul 2018-ci il tarixli əmri ilə 13 iyul 2018-ci il tarixdən İddiaçı ilə bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2018-ci il tarixdə ona son haqq hesab ödənilərkən əmək haqqının ayda 2500 manatdan deyil 2000 manatdan hesablanmaqla ona ödənilməsini əsas göstərməklə 2018-ci ilin may, iyun, iyul ayları üzrə əmək haqqının və işdən çıxarılan zaman əksik ödənilmiş son haqq-hesabın yenidən hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4588/2019 saylı, 16 sentyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia təmin edilərək 26.12.2016-cı il tarixli 2263 saylı əmək müqaviləsinə və ona edilmiş 4 saylı əlavəyə əsasən 2018-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əksik ödənilən əmək haqqının və işdən çıxarılan zaman əksik ödənilmiş son haqq-hesab cəmi 4000 (dörd min) manat məbləğində vəsaitin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı Rafail oğluna ödənilməsi qət edilmişdir. Apellyasiya in stansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək Əmanətlərin Sığortalanması Fondunun iş üzrə iddiaya cavab verməli olan hüquqi şəxs olmamasını, son haqq-hesab məbləğinin ekspertiza keçirilmədən müəyyən olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-973/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(006)-4588/2019 saylı qətnaməsi ləğv ed ilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin qüvvəsinin düzgün tətbiq edilmədən qanun pozuntusu ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4599/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(103)-973/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1149/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və F.F.Babayev) apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4588/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayət i verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 71.3 Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səh mdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinə görə Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh olmadığından hazırkı tələb ona qarşı yönəldilə bilməz. İşdən görünür ki, Fond apellyasiya şikayətində də həmin dəlilə əsaslanaraq iddianın rədd edilməsini xahiş etmiş və həmin dəlil işə təkrar apellyasiya qaydasında baxılarkən yoxlanılmış və əsassız sayılaraq rədd edilmişdir. “Banklar h aqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Müəyyən olunduğu kimi bank müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Bununla əlaqədar bankın orqanlarının bütün səlahiyyətləri ləğvediciyə keçmiş, iddiaçıya bankın işçisi kimi işdən azad olunan günədək əmək haqqının hesablanması və ödənilməsi bankın yeganə təmsilçisi kimi ləğvedici tərəfindən həyata keçirilmiş, həmçinin ləğvedici tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tələbi də məhz ləğvedi cinin ona 2018-ci ilin mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqının düz ödənilməsi və son haqq-hesabı düzgün hesablamamasından ibarətdir. Göstərilən vəziyyətdə ləğvedicinin hazırkı iş üzrə cavabdeh olmaması və tələbin banka qarşı irəli sürülməli olmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddia tələbinin ləğvediciyə qarşı yönəldilməsi qanuni olmuş və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər t utaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1149/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar