Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3685/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X1nun iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12242/2018 nömrəli iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Elmar Rəhimov) 28 avqust 2018-ci il tarixli, 2(009)-2297/2018 sa ylı qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 2a nömrəli evin 50 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Səbail rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məh kəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 2a nömrəli evin 50 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 2a nömrəli evin 50 nömrəli mənzil 02 may 2018-cı il tarixli, seriya RX № ******* saylı «Çıxarış» əsasında İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Bank tərəfindən mənzilin boşaldılması üçün mənzilin əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdehin evdən çıxmaması iddiaçının hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək məcbur iyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, mübahisə obyekti olan Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 2a nömrəli evin 50 nömrəli mənzil iddiaçı bankın mülkiyyətindədir. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin (Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(009)-599/2017 saylı qətnaməsi) icrası ilə bağlı cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırki tələbində cavabdehin həmin mənzildən istifadə h üququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsini xahiş etmişdir. «İpoteka haqqında» Qanunun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya m ənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mülkiyyətçi kimi mənzili ipoteka müqaviləsi üzrə aldığı kreditin qaytarılması üçün ipoteka qoymuş, sonda yuxarıda qeyd edilən əsaslarla mənzil iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdeh ən geci bir ay ərzində mənzili tərk etməmişdir. Cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqın da» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi yuxarıda sadalananlara əsasən iddia tələbini təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka müqaviləsini ayrıca iddia ilə mübahisələndirdiyinə görə, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə icraatın dayandırılmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin izahatından, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron saytından (E-xidmət – İşlərin haqqında məlumat bölməsi) görünür ki, Ali Məhkəmənin 25 oktyabr 2018-ci il tarixli, 2(102)-6821/2018 saylı qərarı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla yanaşı, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı vəsatət verərək, cavabdeh tərəfindən hərracın nəticələrinin məhkəmə qaydasında mübahisələndirildiyini, bu səbəbdən də hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatəti əsass ız sayaraq, qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, bu səbəbdən də qanunla müdafiə olunur. Həmçinin qeyd edilməlidir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd həqiqi hesab edilir (MM-nin 140-cı mad.) İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, cavabdehin hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirmə si hazırki vaxtda iddiaçının tələb hüququnu aradan qaldırmır. Belə olan halda isə, icraatının əsassız dayandırılması mülkiyyətçinin daha uzun müddətə əmlakından məhrum olması ilə nəticələnə bilər ki, bu da mülkiyyət hüququnun mahiyyətinə ziddir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12242/2018 nömrəli iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3685/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3685/2019
03.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver