Məhkəmə qərarları › İş №2(102)-3687/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3687/2024

01.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3687/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X20, X11, X24 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iş üzrə icraata xitam verilməsi; iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X20, X11, X24 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(104)-1047/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Pirvəliyev X10 Gülnaz Məhəmməd qızı ilə 1 yanvar 1969-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər.

2. Birgə nikahlarından Cavabdeh, İddiaçı, X5, X12 və X20 doğulmuşd ur. Pirvəliyev İbrahim Hackərim oğlu 03 aprel 1977-ci ildə və X8 7 oktyabr 2022-ci ildə Qazax rayonu, Quşçu Ayrım kəndində vəfat etmişdir.

3. Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X4 ölən günə kimi Quşçu Ayrım kəndində yaşamış, ölənə kimi onunla birlikdə Cavabdeh və İddiaçı yaşamışdır. X5, X12 və X20 həmin ünvanda qeydiyyatda olmamış, başqa ünvanda yaşamışlar. X8 07 oktyabr 2022-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etdikdən sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi, X8, Cavabdeh, X5 və X15 ümumi birgə mülkiyyətlərinə verilmiş lakin İddiaçı mülkiyyətçi kimi tanınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X4 11 dekabr 2018-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış **********8510301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X5, X9, X16, İddiaçı və X20. Pirvəliyev İbrahim Hacıkərim oğlu 3 aprel 1977-ci il tarixdə Qu şçu Ayrım kəndində vəfat etmişdir. İddiaçı, qardaşı və bacıları anası ilə birlikdə Quşçu Ayrım kəndində atasına məxsus evdə yaşamışdır. 1992-ci il tarixdə müharibə zamanı evlərinə top mərmisi düşmüşdür və yaşayış evi dağılmışdır. Sözügedən evin otağın birini təmir edib orada yaşamışlar. 2002-ci il tarixdə yaşayış evi dövlət tərəfindən qismən təmir edilmişdir. Evin bir yataq otağı tam təmir edilmiş digərinin isə dam örtüyü və suvağı vurulmuş, qalan təmiri işləri tərəfindən həyata keçrilmişdir. X5 1995-ci ildən, ailə quran vaxtdan Bakı şəhərinə köçmüşdür hazırda da ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Atlaz Pirvəliyeva ailə qurub hazırda Qazax şəhərində yaşayır. X13 da ailə qurub Qazax şəhərində yaşayır. Cavabdeh qeyd olunan ünvanda anası ilə birlikdə evin bir otağında, iddiaçı evin d igər otağında ailəsi ilə birlikdə yaşayır. İddiaçı hazırda da orada yaşayır. Həmin vaxtdan sonra iddiaçı öz vəsaiti hesabına evin həyətində olan tövləni böyüdüb tam təmir etmiş, mətbəx inşa etmiş və hamam inşa edib həyəti tam abadlaşdırmışdır. X8 07 oktyabr 2022-ci il tarixdə Quşçu Ayrım kəndində ölmüşdür. X8 ölməmişdən əvvəl 2018-ci ildə özünə məxsus miras əmlakı X6 vəsiyyət etmişdir. X2 adına heç bir qeydiyyat vəsiqəsi və çıxarış olmamışdır. Eyni zamanda həmin kənddə torpaq islahatı aparılmamışdır, sözügedən yaşayış evin çıxarışı olmamışdır. Buna baxmayaraq Cavabdeh saxta sənədlər düzəldərək, fərdi yaşayış evini və 0,15 ha torpaq sahəsinə X8, Cavabdeh,X5 və X17 adına ümumi birgə paylı mülkiyyət hüququ ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Hacıkərim Pirvəliyev Bakı şəhəri Yasamal rayonu İnşaatçılar Prospekti ev 5 mənzil 125 də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Onun arvadı X24 və qızı X1 Ayrım kəndində qeydiyyatda olsalar da Bakı şəhərində yaşayırlar. Cavabdehin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini üçün çıxarışın verilməsi üçün müvafiq sənədləri mövcud olmamışdır. X8 öləndə ona məxsus heç bir miras kütləsi mövcud olmamışdır. Qeyd edilən torpaq sahəsi atası və anası birgə nikah dövründə alınmş və orada həmin yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında yalnz anası,bacısı,qardaşı və onun arvadı adına verilmə si qeyri- qanunidir və ləğv edilməlidir. Çıxarış üzrə birgə mülkiyyətdə pay sahibi olan X24 qardaşı H.Pirvəliyevin arvadıdır və o 1995-ci ildə ailə qurub həmin evə gəlin köçmüşdür. O birgə mülkiyyətdə pay sahibi ola bilməz. Anası birinci olaraq 2012-ci il tarixdə özünə məxsus əmlakı iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin tərtib edilməsində H.Pirvəliyevin qayınatası X31 şahid qismində iştirak etmişdir. 11 dekabr 2018ci il tarixdə isə anası özünə məxsus əmlakı harada olmasından asılı olmayaraq Ərkinaz Pirvəliyevə vəsiyyət etmişdir. İkinci vəsiyyətnamənin tərtibi zamanında X32 şahid qismində iştirak etmişdir. M.Hüseynov qardaşı H.Pirvəliyevin qayınatasıdır və onun yaxın qohumudur. Hazırki çıxarışda da onun qızı ümumi birgə mülkiyyətdə payçı kimi qeydə alınmışdır.

6. Cavabdeh iddia nı qəbul etməmiş və bildirmişdir ki, sözügedən ev mərhum anasından ona miras qalmışdır. Vəsiyyətnamə əsasında sözügedən evə çıxarış almışdır. Ata-anasından miras qalmış evə digər vərəsələrin payının müəyyən edilməsinə etiraz etmir.

7. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsi (hakim Nemət Musayev) ilə, iddianın qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarış ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə bildirmişdir ki, X8 7 ok tyabr 2022-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etdikdən sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi, X8, Cavabdeh, X5 və X15 ümumi birgə mülkiyyətilərinə verilmiş lakin İddiaçı mülkiyyətçi kimi tanınmamışdır. Sözügedən fərdi yaşayış evinin sənədləşdirilməsi qanunun tələblərinə riayət edilməməklə aparıldığından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır.

9. Mə hkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, X8 xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlikdən məhrum etmişdir. Sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur.

10. Məhkəmə hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməl dir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1,1159.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1248.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmə yaşayış sahəsinə çıxarışın verilməsinə əsas olan sənədləri iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsindən sorğu ilə tələb etmişdir. Verilən sorğuya əsasən dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan bütün sənədlər məhkəməyə təqdim edilmiş, həmin sənədlərdən də təsdiq olunur ki, evin rəsmiləşdirilməsi zamanı tələb olunan arayışlarda iddiaçının adı təsərrüfatda olmamışdır. Belə olan halda, iddiaçının adı, ümumi birgə mülkiyyətçilər sırasınd a reyestrdə haqlı olaraq qeydə alınmamış, çünki bunun üçün hər-hansı hüquqi əsas yoxdur. Buna əsaslanaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti haqlı olaraq yalnız adları təsərrüfatbaşı kitabda keçən şəxslərə münasibətdə onların ümumi birgə mülkiyyətinə dair dövlət reyestrindən rəsmiləşmə aparmış və müvafiq çıxarış vermişdir. Bu onu deməyə əsas verir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qanunun tələbinə uyğun aparılmışdır. Bu səbəbdən iddiaçının iddia tələbinin nə faktiki, nə də ki hüquqi əsası yoxdur. Lakin, nədənsə məhkəmə bütün bu halları diqqətəlayiq nəzərə almamış və qanunvericiliyin tələbinə uyğun şəkildə qeydə alınmış mülkiyyət hüququna dair müvafiq dövlət reyestrindən çıxarışın ləğvinə dair qərəzli və heç bir hüquqi əsası olmayan mövqeyi nümayiş etdirməklə, D aşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunvericiliyinin 8 və 9-cu maddələrinin tələbini kobud surətdə pozmuşdur. Belə ki, Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan, həmin Qanunun və 9-cu maddəsi isə, dövlət qeydiyyatının aparılması qaydasından bəhs edir. İş üzrə birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın ləğvinə dair heç bir hüquqi əsaslandırma aparmayıb. Qətnamədə əsaslandırma kimi, təqdim olunan hallar, işin nə faktiki, nə də ki hüquqi halları ilə uzlaşmır. Yəni, birinci instansiya məhkəməsi iş üzrə qətnamənin əsaslandırıcı hissəsində - mübahisəli yaşayış evində rəsmi olaraq təsərrüfatda olmayan və beləliklə həmin evə hüququ yaranmayan bir şəxsə münasibətd ə, həmin şəxsin evdə sadəcə yaşamasını əsas götürərək, birgə mülkiyyətçi kimi adının reyestrdə qeydə olunmasını əsaslı hesab etmişdir. Lakin məhkəmə, bu mövqeyini hüquqi əsaslandıran heç bir hüquq normasına istinad etməmişdir. Qətnamədə istinad olunan hüquq normaları isə, işin halları ilə uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsi, iddiaçının digər birgə mülkiyyətçilər kimi adının mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışda olmasının legitimliyinə dair qətnamədə heç bir əsaslı mövqe və bununla bağlı hüquq norması göstərməmişdir. İkinci tələb üzrə (mülkiyyət hüququna dair dövlət reyetrindən çıxarışın ləğvi), iddiaya cavab verməli orqan mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı verən orqan yəni Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi çıxış edir. Lakin, bu orqanın adı cavabdeh olaraq yox, maraqlı şəxs olaraq iddiada göstərilmişdir. Bu hal da prosessual baxımından doğru deyildir. Çünki, mübahisələndirilən çıxarışı verən orqan cavabdeh tərəfdir və iddiaya birbaşa cavab verməli şəxsdir. Bütün bunlara rəğmən, iddia ərizəsində ondan fərqli olaraq, digər birgə mülkiyyətçilər (Hacıkərim Pirvəliyev, Rəna Pirvəliyeva, Rəna Pirvəliyeva) cavabdeh olaraq yox, müstəqil tələb irəli sürməyən şəxslər kimi adları keçmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev) 12 iyun 2024-cü il tarixli 2(104)-1047/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsinin qismən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissəsi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi, iddiaçıya fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi barədə Gəncə İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mərhum X3 miras əmlak qalmış Qazax rayonu Quşçu Ayrım kəndində 0.15 ha torpaq sahəsində yerləşən 80 kv.m. olan fərdi yaşayış evi üzərində X8, Cavabdeh, X5 və X15 hüquqlarının dövlət qeydiyyatına hansı əsaslarla qəbul edilməsi müəyyən edilməmiş və sonuncuların mərhum X4 vərəsələri kimi tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması müəyyən edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışı isə Milli Arxiv İradəsinin xx.xx.2022-ci il tarixli, 491 nömrəli arayışı əsasında verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinə dair verilmiş çıxarışın Milli Arxiv İradəsinin xx.xx.2022-ci il tarixli, 491 nömrəli arayışı əsasında verilməsi, həmin əsasın Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmamasından qeyd olunan çıxarışın ləğv edilməsi barədə inzibati məhkəməyə müraciət etməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəm əsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 259.0.1-259.0.5, 259.0.8—259.0.12, 261.0, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qərardadını tam ləğv edib apelliyasiya şikayətinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu nun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına diqqət yetirməmişdir. Buna görə də əsassız və qanunsuz qərardad qəbul etmişdir.

21. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətini icraata qəbul etmiş və işə mahiyyəti üzrə açıq məhkəmə iclasında baxmağına baxmayaraq birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv etmiş və iddia tələbinin həmin hissəsi üzrə icraata ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Göründüyü kimi, məhkəmə kol legiyası aidiyyət məsələsini işi icraata qəbul edən zaman deyil, işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul edən zaman həll etmişdir. Buna görə də Mülki Prossesual Məcəllənin 24.3-cü maddəsinin tələbini pozmuşdur. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası aidiyyət məsələsini həll edib işi icraata qəbul edib mahiyyəti üzrə açıq məhkəmə iclasında baxdıqdan sonra həll etmişdir. Bununla da MPM-nin 31.2-ci maddəsinin tələbini pozmaqla qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin çıxarışın verilmə əsasına,eyni zamanda həmin çıxarışla digər varislərin miras əmlakdan onlara çatası paydan məhrum edilmələrinə hüquqi qiymət vermədən əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı ilə şəxsin öz hüquqlarını müdafiə etmək hüququ pozulmuşdur. Bununla şəxsin dövlət tərəfindən hüquqların müdafiəsini təminatı şübhə altına alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

25. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

30. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). 31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyy ətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (str uktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 32. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

34. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarış Milli Arxiv İradəsin in xx.xx.2022ci il tarixli, 491 nömrəli arayışı əsasında əmlak üzərində ilkin hüquqi qeydiyyata dair verilmişdir. İddiaçı həmin əmlakın ümumi birgə mülkiyyət əsasında yalnız anası, bacısı, qardaşı və onun arvadının adına verilməsini qanunsuz hesab edir.

37. Göründüyü kimi, bu tələb mahiyyəti üzrə hüquqları qeydə alan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir.

38. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qey diyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

39. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

40. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 41. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidi yyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (str uktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 42. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

44. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyrimüəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci ma ddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları).

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(104)1047/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar