Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-369/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və iddiaçıların vəkili Kərimov İlyas Həsən oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçılar x1 və x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə (səd rlik edən hakim H.Hüseynli) iddia tələbləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)9044/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)1273/2019 saylı iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları x1 və x2 x3 və x4 qarşı (5 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində göstərildikləri) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisində 30.01.2019-cu il tarixdə x3 və x4 arasında bağlanmış ünvan1 ünv anında yerləşən 0,04 ha torpaq sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən x4 verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar x1 və x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və iddiaçıların vək ili Kərimov İlyas Həsən oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan1 ünvanında yerləşən və ümumi sahəsi 110.3 kv.metr olan fərdi y aşayış evi x3 mülkiyyətindədir; onun oğlu olan x1, habelə gəlini x2 isə evdə pasport qeydiyyatında olmaqla orada yaşayırlar. Fərdi yaşayış evinin yerləşdiyi 0,10174 ha torpaq sahəsi də x3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və torpağın 0,01961 ha hissəsi tikinti altında qalmaqla qalan 0,08213 ha hissəsi evin həyətyanı sahəsidir. x3 mülkiyyətində olan sözügedən torpaq sahəsinin 0,04 ha hissəsini qızı x4 bağışlamış, iddiaçılar da məhz həmin müqavilə bağlanarkən onların razılığının alınmadığını bildirməklə hazırkı iddia tələblərini irəli sürmüşlər. İddiaçılar iddia tələblərinin qanuni əsası kimi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında Təlimat”ın 49-cu maddəsinə istinad etdiklərindən, kollegiya ilk növbədə onların bildirdiyi faktiki halın iddia təl əbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmadığına qiymət verməyi zəruri hesab etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Azərbaycan Respublikasında no tariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən, “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.” Göründüyü kimi, adı çəkilən Təlimatda yalnız yaşayış sahələri (ev, mənzil, otaq) üzərində sərəncam verilməsi zamanı həmin yaşayış sahəsin də qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını alınmalı olduğu nəzərdə tutulmuşdur və torpaq sahəsi belə əmlakların sırasında göstərilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 91-ci maddəsinə görə də, “Torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.” Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı bağışlanılan əmlakda qeydiyyatda olan şəxslərin razılığının alınmalı olması, bu müqavilənin bağlanma formasını v ə hansı subyektlər tərəfindən imzalanmalı olduğunu müəyyənləşdirən qanunda (Mülki Məcəllə) deyil, qanundan aşağı səviyyəli normativ akt olan təlimatda nəzərdə tutulmuşdur; həmin təlimat isə müqavilənin rəsmiləşdirilməsinin notarius tərəfindən əməl olunmalı olan qaydasını tənzimləməklə mülkiyyət hüququnun Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla biləcəyi haqqında həmin Məcəllənin 169.1-ci maddəsinin tələbi nəzərə alınmaqla şərh olunmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin lə ğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar x1 və x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-369/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-369/2020
15.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver