Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3690/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 Lənkəran Rayon Notariat Ofisinə və X9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdlərdə razılıq, bəyənmə, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X15 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 Lənkəran Rayon Notariat Ofisinə və X9 qarşı "torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-909/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin adına torpağa mülkiyyət hüququna dair JN 0185, KOD 80212018 saylı Dövlət aktı tərtib edilmişdir.
2. Lənkəran rayon Notariat Kontorunda (bundan sonra - Notariat Ofisi) təsdiq edilm iş xx.xx.2006-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 mübahisəli torpaq sahəsini X1.
3. Notariat işinə İddiaçı2, X4, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı1 adından imzalanmış, Lənkəran rayon, Kərgəlan kənd ərazi dairəsi üzrə İcra nümayəndəsi tərəfindən təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin satılmasına dair razılıq ərizələri əlavə edilmişdir.
4. Notariat işinə, həmçinin Lənkəran şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyasının rəyi əlavə olunmuşdur. Rəydə qeyd edilmişdir ki, Komissiya Lənkəran rayonu, Kərgalan kənd sakini X7 verilmiş torpaq payından azyaşlı övladı – 31 mart 1990-cı ildə anadan olmuş X6 düşən torpaq payının valideyni X12 tərəfindən satılıb uşağın gələcək həyatına, təlim-tərbiyəsinə sə rf olunmasına etiraz etmir.
5. X10 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər.
6. Lənkəran rayon Kərgalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 43 saylı arayışda mübahisəli torpaq sahəsinə görə torpaq vergisini X8 ödədiyi qeyd olunmuşdur. Baxılan iş üzrə birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, kassasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1132/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 50-62, İİ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=2188cd011b7d480e8b0 4836b70b0af51.edoc Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-909/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)1847/2022 saylı, 18 may 2022-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X13 və X2 mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, birinci instansiyada tədqiq edilmiş sübutları və müəyyən edilmiş halla rı araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, tərəflər arasında yaranmış hüquq münasibətinə düzgün hüquqi qiymət verməmiş, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi alqı-satqı olunan torpaq sahəsinin (mülkiyyətin) hüquqi statusunu düzgün müəyyən etməyərək, razılığı alınmayan mülkiyyətçilərin sonradan əqdi bəyənməsinə baxmayaraq, həmin şəxslərinin razılığının olmamasını, onların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmiş, nəticədə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da birinci instansiya məhkəməsi qət naməsinin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır.
9. Birinci instansiya məhkəməsi mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qənaətinə gəlməsini məhz yuxarıda adları qeyd olunan şəxslərin alqısatqı müqaviləsinin bağlanmasına razılıq verməmələrini əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
10. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçıların atası mərhum X11 Canıyev arasında 08 dekabr 2006-cı il tarixində alğı-satqı müqaviləsi bağlanmış, sonuncu qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini vicdanlı olaraq, 3500 manat ödəməklə almış və mübahisəli torpaq sahəsini mülkiyyət hüquqi əsasında dövlət qeydiyyatına aldırmış, tərəflər arasında keçən 15 il ərzində torpaqla bağlı mübahisə olmamış, həmçinin mülkiyyətçi olan maraqlı şəxs 0,72 ha pay torpaq sahəsinə görə hər il torpaq vergisini ödəmişdir. Torpaq sahəsini aldıqdan sonra qarşılıqlı razılaşma əsasında torpaq sahəsindən yonca əkib-becərməklə mal-qaranın saxlanılması üçün torpaq sahəsi onun qonşuluğunda olan Seyidağaya icarəyə vermiş və bunun müqabilində hər il ot biçən zaman ona 200 manat icarə haqqı ödəmişlər. Bir müddət keçdikdən sonra isə Mirkərim və X3 müraciət edərək, otu özlərinin biçməsini və bunun əvəzində 200 manat pul vermələrini təklif etmiş və bununla bağlı razılaşmışlar. Bu faktı apellyasiya icraatı zamanı mərhum Mirkərimin arvadı Xatirə təsdiq etmiş və göstərmişdir ki, hər il üçün 200 manat pulu əri mərhum Mirkərim sağlığında ödəmişdir, onun ölümündən sonra onun və digər ailə üzlərinin hər hansı biri tərəfindən Fəxrəddinə pul verilməmişdir. Torpaq sahəsindən istifadəyə görə verilən 200 manat pulu torpaq vergisi olaraq ödəmişdir. Hazırda isə 15 ildən çox vaxt keçmişdir. İddiaçıların ailə başçısı olan Mirkərim Miriyev vəfat etdikdən sonra hazırkı iddianı qaldırmışlar.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericiliklə müəyyən edilmiş forma tələbinin yerinə yet irilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi).
12. İddiaçılar iddialarında alqı-satqı müqaviləsindən xəbərdar olmadıqların ı, müqavilənin onların iştirakı olmadan bağlandığını, müqavilənin mövcudluğundan yalnız ataları X5 vəfat etməsindən sonra ondan qalan miras əmlakın qanun üzrə vərəsəlik qaydasında sənədləşmə işləri ilə məşğul olduğu vaxt xəbərdar olduqlarını qeyd edirlər. Lakin iddiaçıların bu arqumentləri iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul edilə bilməz. Ona görə ki, adları qeyd edilən şəxslərin alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə maddi üstün şərait yaranacağına görə onlar iddia tələbinin təminində maraqlıdırlar. Bu səbəbdən birinci instansiya məhkəməsi adları qeyd edilən iddiaçıların izahatlarını iddianın təmininə yönələn sübut kimi qiymətləndirmək əvəzinə, bunun tam əksinə alıcının hazırkı iddiaya qarşı etirazlarının sübut edilib edilmədiyini yoxlamalı, onun vicda nlı alıcı olub-olmadığını, iddiaçının hüquqlarının pozulmasında cavabdehlərdən hansının təqsirli olmasını, bağlanmış alqı-satqı müqaviləsinin razılığı alınmamış ailə üzvlərinin sonradan həmin əqdi bəyənib-bəyənməməsini, həmçinin iddiaçıların hərəkətlərində hüquqdan sui-istifadənin olub-olmamasını müəyyən etməli idi.
13. Məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 52-ci, Mülki Məcəllənin 222, 306.2 və 358-ci maddələrinə, habelə F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan, yalnız bağlanmış müqavilədə mülkiyyətçilə rdən Rəvanənin və Xatirənin imzasının olmaması, İddiaçı4 isə hərbi xidmətdə olmasını əsas götürərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gələrək alğısatqı müqaviləsini etibarsız hesab etmişdir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçıların hüquqlarının (burada razılığı alınmamış mülkiyyətçilər nəzərdə tutulur) torpaq sahəsinin satılmasında məhz öz ailə üzvü olan ailə başçısı mərhum Mirkərim Miriyev və digər ailə üzləri tərəfindən pozulması tam sübut olun ur. Əvvəla, iddiaçılar digər payçı mərhum Miriyev Mirkərimlə bir ailə üzvü olmuşlar ki, ümumi paylı mülkiyyətin satılmasını iddiaçılardan (burada razılığı imzalamayan şəxslər nəzərdə tutulur) gizlədilməsi onların iradə ifadəsi olmadan həyata keçirilməsi mümkünsüzdür. İkincisi, alqı-satqı müqaviləsi ilə bağlı toplanmış notariat işinə iddiaçılara məxsus şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamələrin, təsdiq olunmuş surətinin əlavə edilməsi, müqavilə bağlandığı vaxt azyaşlı olmuş X6 düşən torpaq sahəsinin satılmasına icazə verilməsi barədə Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyasının sədri tərəfindən verilmiş rəyin olması sübut edir ki, onun ailə üzvlərinin köməyi olmadan iddiaçılara məxsus şəxsiyyət vəsiqəsi və doğum haqqında şəha dətnamələrin notariusa təqdim edilməsi və ya bu hərəkətin Maraqlı şəxs tərəfindən icra edilməsi mümkünsüzdür. Üçüncüsü, mülkiyyətçilərdən biri olan ailə başçısı X5 Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyasına müraciətindən müəyyən edilmişdir ki, o, Lənkəran Rayon Aqrar İslahat komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə 7 nəfər ailənin mülkiyyətinə verilmiş, 0,72 ha torpaq sahəsini satmaq qərarına gəldiklərini və ailə üzvlərindən biri olan Miranə Miriyevanın azyaşlı olmasını, onun payına düşən hissənin satılaraq əldə olunmuş pul vəsaiti hesabına onun zəruri ehtiyaclarının qarşılanmasına xərcləyəcəyini bildirərək, Komissiyadan azyaşlı Miranənin razılığının alınması ilə bağlı müraciəti 01 noyabr 2006-cı ildə komissiyan ın iclasında müzakirə olunmuş, bu barədə iclas protokolu tərtib olunmuş və müvafiq rəy verilmişdir. Lakin hazırda iddiaçılar alqı-satqı müqaviləsindən xəbərdar olmadıqlarını, sanki mərhum Mirkərim Miriyevin alqı-satqı müqaviləsini bağlamasını belə şübhə altına almaqla, alqısatqı ilə bağlı əqdin subyekt tərkibinə, məzmununa dair şərtlərə, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinə, həmçinin əqdin formasına dair şərtlərə əməl edilməməsinə diqqəti yönəltməklə alıcı tərəfindən aldadıldıqları görüntüsü yaratmağa çalışmışlar.
15. Məhkəmə yuxarıda sadalanan hallara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı və onun ailə üzvləri alqı-satqı müqaviləsinə iddiaçıların (burada imzası saxtalaşdırılmış şəxslər nəzərdə tutulur) yerinə kimin imza etməsi ilə bağlı halları məhkəməyə bildirmə kdə birgə hərəkət edirlər və açıq-aşkar görünən odur ki, iddiaçılar qarşılıqlı razılaşmaya əsasən maddi maraq güdməklə Maraqlı şəxs ziyan vurmaq məqsədilə hüquqdan sui-istifadə edirlər.
16. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçı işin yuxarıda şərh edilmiş hallarına istinad edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpasını ailə üzvləri olan digər (burada müqavilənin bağlanmasına razılıq vermiş şəxslər nəzərdə tutulur) cavabdehlərdən tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçılar (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
18. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birmənalı olaraq digər mülkiyyətçilərin razılığı tələb olunacağını dərk edən mərhum X12 ailə üzvlərinin məlumatı olmasın deyə, daha asan və əlçatan vasitəyə əl ataraq (əlbəttə ki, bu vasitəni mülkiyyətçi X12 bilməyib, torpağı alan şəxs bələdiyyə işçisi olduğundan ona bu yolu izah edib, nəticədə mülkiyyətçi ilə öncədən sövdələşib), bütün ailə üzvlərinin adından razılıq ərizələri tərtib olunmaqla, digər mülkiyyətçilərin yerinə saxta imzalar atılmaqla, bunu Lənkəran rayon Kərgəlan Kənd ərazi icra nümayəndəliyində təsdiq etdirmişdir (bunu məhkəmədə şahid qismində dindirilən İcra nümayəndəsi X14 da təsdiq etmişdir). Beləcə, X12 həmin saxta ərizələr əsasında ailə üzvlərinin məlumatı olmadan bütün əmlakla bağlı sərəncam verərək torpağı satmışdır. Bu 15 il müddət ərzində torpağı alan şəxs aldığı t orpağın ona təhvil verilməsinə dair heç bir hərəkət etməyib, bu barədə iddiaçılara da heç bir məlumat verməyib, məlumat verməkdə maraqlı olmayıb. 2019-cu il tarixində X5 vəfatından bir müddət sonra ailə üzvləri mərhumdan miras qalan əmlakların vərəsəlik qaydasında rəsmiləşdirilməsinə başlamışlar. Əvvəlcə miras qalan evin rəsmiləşdirilməsini həyata keçirmişlər. Sonradan mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə başlayan zaman 2021-ci il tarixində iddiaçılara torpağın satılması məlum olmuşdur. Bununla əlaqədar araşdırma aparandan sonra, məhkəməyə müraciət etməyin zəruri olduğunu dərk etmişlər və iddia müddətini də ötürmədən məhkəməyə müraciət etmişlər.
19. Məhkəmə maddi və prosessual pozuntulara yol verməklə yanaşı, həm də iş üçün mühüm əhəmiyyət kəsb edən hallara da düzgün hüquqi qiym ət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
23. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 24.. Ma ddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçün cü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
28. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəf inin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsi
29. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
30. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
31. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
32. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
33. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı anda n geriyə təsir qüvvəsinə malikdir.
34. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
35. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Maddə 560.3.2 Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
41. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-909/2023 nömrəli, 22 may 2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.