Məhkəmə qərarları › İş №2(102)-3693/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3693/2021

08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3693/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3693/21 (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 08 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil Zeynəddin oğlunun və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-8510/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəşidağa oğlu, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1021/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tə ləbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib tələbinni təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-8510/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarından göründüyü kimi qətnamə 15.09.2020-ci il tarixində iddiaçının nümayəndəsi X1 tərəfindən məhkəmə qəbzinə imza edilməklə alınmışdır (iş vərəqi 125). Qətnamə qanuni qüvvəyə minm iş və icraya yönəldilmişdir. 19.10.2020-ci il tarixdə iddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçının nümayəndəsi tərəfindən alınmasından sonra, yəni 15 sentyabr 2020-ci il tarixində başlamışdır. Beləliklə apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmiş, habelə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı hala istinad edilməmişdir. Yaranmış vəziyyət isə işə apelyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının i zahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil Zeynəddin oğlu) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, onun Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1021/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin mümkün hesab edilərək mahiyyəti üzrə baxılıb müvafiq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsindən qanunla nəzərdə tutulan 30 gün müddətində apelyasiya şikayəti verilməsi müddətini ötürməmişdir. Hətta ondan 1 gün qabaqcadan apelyasiya şikayəti yazaraq Binəqədi Rayon Məhkəməsinə poçtla göndərmişdir. Yəni 14.10.2020-ci il tarixdə. Buna dair poçt qəbzi də vardır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə ka sasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Maraqlı şəxs ünvan 1 ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil Zeynəddin oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında və kilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPm-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümk ün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində birinci insta nsiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verdiyini, bunu təsdiq edən poçt qəbzinin əlavə edildiyini göstərsə də, nə həmin qəbzi vermiş olduğu apelyasiya şikayətinə əlavə etməmiş, nə də apelyasiya şikayətində məhkəmə qətnaməsini nə zaman əldə etməsini göstərməmişdir. Apelyasiya kollegiyası da apelyasiya şikayətinin qeyri mümkünlüyünü yoxlayarkən iddiaçının qeyd etdiyi sənədə iş materialları ilə rast gəlmədiyindən haqlı olaraq qətnamənin 15.09.2020-ci il tarixində iddiaçının nümayəndəsi X1 tərəfindən məhkəmə qəbzinə imza edilməklə alınmasına istinad edib həmin zamandan apelyasiya şikayəti vermə müddətini hesablamaqda haqlı olmuş, 03.11.2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual pozuntuya yol verməmişdir. Belə olan halda kasasiya ş ikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin 03.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8510/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar