Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3693/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4 Services LTD” Şirkətinin Bakı Filialına qarşı (X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş vaxtından artıq işə görə əməkhaqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “X4 Services LTD” Şirkətinin Bakı Filialına qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-3933/2024 nömrəli 9 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşçi İddiaçı ilə işəgötürən “X4 Services LTD” Şirkətinin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixində bağlanmış DR-19/021 saylı əmək müqaviləsi ilə İddiaçı 1 ay müddətinə şirkətə sürücü vəzifəsinə işə qəbul edilmişdir.
2. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərində isə 40 saatdan çox olmayaraq işləyir. 4.9-cu bəndinə görə əsas iş vaxtı “vəzifə təlimatı”na əsasən müəyyən olunur. 3. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətini n bitməsi) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “X4 Services LTD” Şirkətinin Bakı Filialına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödənilməmiş əmək haqqına görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat və vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 96091 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saa t olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin həftənin 6-cı günü, yəni iş vaxtından əlavə də işləmişdir. 2019-cu ilin yanvar ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh filialda ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək işləmişdir. Buna baxmayaraq, əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. Cavabdeh ilə arasında əmək müqaviləsinə xitam verildikdən sonra şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin ona hər hansı verəcəyi ödəniş qalmamışdır. X6 “X4 Services LTD” Şirkətinin filialında 2019-cu ilin aprel ayından 2023-cü ilin ok tyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddəti hesablansa, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 50.004 (5004 saatX10AZN=50004 AZN) manat, qeyri iş günlərinə görə 11454 (2019-cu il 47 gün, 2020-ci il 27 gün, 2021-ci il 25 gün, 2022ci il 31 gün və 2023-cü il 8 gün qeyri iş günləri) manat olmaqla, ümumilikdə 61494 manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, əmək haqqı ödənilmədiyi üçün ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçü n uzun müddətdir ki, o, psixoloji və mənəvi sarsıntı keçirmişdir.
6. Cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilir ki, İddiaçı 2019-cu ilin aprel ayından etibarən əlavə iş saatlarına və qeyri-iş günlərində işə cəlb olunub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, şəxs 2019-cu ilin aprel ayından etibarən öz hüquqlarının pozulduğunu bilirdi və ya bilməli idi.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Nail Abbasov) 23 aprel 2024-cü il tarixli 2(006)-1469/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin işçinin iş vaxtından artıq işləməsinə dair hər hansı əmri mövcud olmamaqla, iddia tələbi qeyd edilən hissədə iddiaçının özü tərəfindən tərtib edilmiş cədvələ və mülahizələrinə əsaslanmışdır. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilməmişdir.
9. İddia müddəti ilə bağlı məhkəmə qeyd etmişdir ki,, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddiaçı işəgötürən tərəfindən yol verilməsi iddia edildiyi pozuntunun sübutu kimi özü tərəfindən tərtib edilmiş cədvəl əlavə etmişdir, bu isə işəgötürən tərəfindən sənədləşdirmədən edilmiş qəsdin təsdiq edilməsində mötəbər sübut hesab edilməməlidir. İddiaçının hüquqlarının pozulmasının aşkar etdiyi gün kimi həmin cədvəl lərin tərtib edilməsinə başlandığı gün hesab edilə bilməz. Beləliklə, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 89, 99, 296, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, işin faktiki halları nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) 2(103)-3933/2024 nömrəli 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı tələbində iş vaxtından əlavə işlədi yini iddia edərək, əlavə işlədiyi saatlara və qeyri-iş günlərinə görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat, həmçinin bu hallarla bağlı mənəvi zərərə məruz qaldığından 10000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Tələbinin əsası kimi özü tərəfindən tərtib edilmiş cədvəllər təqdim etmişdir.
15. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci bəndində göstərilmişdir ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir.Müqavilənin 4.9-cu bəndində göstərilmişdir ki, Əsas iş vaxtı Vəzifə Təlimatına əsasən müəyyən olunur.Müqavilənin 4.10-cu bəndində göstərilmişdir ki, istirahət günləri Vəzifə Təlimatına əsasən müəyyən olunur.
16. İddiaçının özü tərəfindən imzalanmış Vəzifə Təlimatında iş saatı- gündə maksimum 6 saat 40 dəqiqə sükan arxası nda; istirahət vaxtı- həftədə bir gün qeyd edilmişdir.
17. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə görə əsas iş vaxtının müəyyən edildiyi Vəzifə Təlimatında iddiaçının iş saatı gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında nəzərdə tutulmuşdur.
18. Qanunvericiliyin tələbinə görə iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulur.Baxılan iş üzrə isə işəgötürənin işçinin iş vaxtından artıq işləməsinə dair hər hansı əmri mövcud olmamışdır.
19. İddiaçı isə tələbini özü tərəfindən tərtib edilmiş cədvəllərlə əsaslandırır.Həmin cədvələ nəzər yetirdikdə belə müəyyən edilir ki, onun sükan arxasında olma saatları və qət etdiyi məsafələr təxminən eynidir.
20. İşəgötürən tərəfindən təqdim edilmiş növbəlilik planından görünür ki, işçinin iş saatları iki hissədən ibarət olmaqla 07:00-dan 10:00-dək və 15:40-dan 18:50-dək, 2023-cü ilin iyun ayından isə 08:30-dan 11:30-dək və 13:30-dan 16:30-dək olmuşdur.
21. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, heç bir cədvəldə əlavə iş üçün ödəniş nəzərdə tutulmamışdır və “alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qrafasını işçi imzalamışdır.
22. Beləliklə, iddiaçının iddia etdiyi kimi iş saatından əlavə saatlarda və qeyri-iş günlərində işləməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçının bu hissələrdə tələbi əsassız olduğundan məhkəmə də haqlı olaraq iddianı rədd etmişdir.
23. Əsas tələb hissəsində iddia tələbi rədd edildiyindən mənəvi zərər hissəsində də iddia tələbi h aqlı olaraq təmin edilməmişdir.
24. Kollegiya əlavə olaraq qeyd edir ki, iddia müddətinin tətbiqi əsaslı iddialar üzrə yolverilən olduğundan, hazırki işdə isə iddia əsaslı sayılmadığından, iddia müddətinin tətbiqinə ehtiyac qalmır.
25. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi 89-cu maddəsinə, 99-cu maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3933/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin filialı İddiaçı məlumatı və imzası olmadan birtərəfli qaydada, elektron sistemdə iş vaxtı ilə bağlı müqavilədə dəyişiklik etmişdir. Cavabdeh tərəfindən birtərəfli qaydada dəyişdirilən əmək müqaviləsində işə başlama və işin vaxtı qeyd olunmamışdır. Həmçinin, iş vaxtı və iş rejimi düzgün qeyd olunmamış, bu Əmək Müqaviləsində deyil, yalnız vəzifə təlimatında öz əksini tapmışdır. Məhkəmə baxışı zamanı i ş üzrə şahidlərin dindirilməsi barədə məhkəməyə vəsatət verilsə də, vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə prosesində cavabdeh iddiaçı tərəfindən tərtib olunmuş taym şitləri qəbul etmiş və qeyd etmişdir ki, bu avtomobillərin kilometrajının müəyyən edilməsi üçündür. Lakin orada yazılanları qəbul etməmiş, proses zamanı əmək haqqının hesablanması barədə sənəd tələb olunsa da, cavabdeh tərəfindən əmək haqqının hesablanması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin, məhkəmə prosesində X5 tərəf qismində cəlb edilsə də, tərəflərindən tələb olunsa da, məhkəmə prosesində iştirakı təmin olunmamışdır.
29. Məhkəmə prosesinin gedişində əlavə saatların hesablanması, əlavə saatlara görə əməkhaqqının hesablanması xüsusi bilik tələb edən bir sahə olduğu üçün iş üzrə m ühasibatlıq ekspertizası təyin olunmamışdır. Tərəflərindənn bununla bağlı məhkəmənin gedişində, çıxışlarında vurğulasalar da, məhkəmədə buna əhəmiyyət verilməmişdir. Vəzifə təlimatında iddiaçının 6.40 saat sükan arxasında olmağı qeyd olunsa da bununla bağlı işçinin əmək müqaviləsində hər hansı bir qeyd göstərliməmişdir. Onu da bildirmək istəyirlər ki, əmək qanunvericiliyndə işçinin xüsuilə sürücünün vəzifə öhdəliyi sırf sükan arxasında olmaqdan ibarət deyil və qanunvericilikdə sükan arxasında olması ilə bağlı xüsusi bir qeyd yoxdur. Cavabdeh iddiaçının növbəli iş rejimində işlədiyini qeyd etsə də, işçinin əmək müqaviləsində növbəli iş rejiminə dair normativ qeydlər olmamışdır. Belə ki, işçinin əmək müqaviləsində hansı növbədə işləməyi, növbənin başlama bitmə tarixi, növbələr arası fasilə vaxtı qeyd olunmamışdır. Cavbdeh məhkəmə prosesi zamanı bildirmişdir ki, işçilər növbəli iş qrafiki ilə bağlı tanış edilmişdir. Lakin işçilərin növbəli iş rejimi və onun iş qrafiki ilə bağlı tanış edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əməkhaqqının hesablanması vaxtamuzd olsa da, iddiaçının vaxtamuzd hesablanması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan əsaslar nəzərə alınmadan və araşdırılmadan qətnamə qəbul olunmuşdur.
30. Məhkəmə öz qətnaməsini düzgün əsaslandırmamış, yalnız öz fərziyyələri əsasında və düzgün hüquq normalarına istinad etmədən qərar qəbul etmiş, zəruri olan hüquq normalarına istinad etməmişdir. Bununla da iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyan ın 6-cımaddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.
31. Apellyasiya instansiya məhkəməsi tərəfindən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır.
32. Məhkəmə iddiaçının hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki iddiaçı özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin qanunsuz mövqeyini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyi prinsipi və iddiaçının konstitusion hüquqları pozulmuşdur.
33. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Kassasiya şikayətinin İ hissəsində göstərildiyi kimi, məhkəmə qətnaməsində ziddiyyət mövcuddur. Belə ki, məhkəmə işə aidiyyəti olmayan normalarına istinad etməklə, zəruri olan hüquqi sənədlərə (sübutlaraa) isə münasibət bildirmədən, öz mövqeyini, işin hallarını düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir.
34. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırma üçün düzgün hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir.Bu isə məhkəmə qətnaməsinin əsaslı olmamasını təsdiq edən hallardır.
35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinə, 127-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə, 43-cü, 46-cı maddəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 102-ci, 165-ci maddəsinə, 172-cı maddəsinin 5-ci hissəsinə, 172-cı maddəsinin qeyd hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 217.4, 218.1 və 220.4-cü maddələrinə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4 və 6.2-ci bəndlərinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən etiraz verilərək kassasiya şikayətinin rədd edilməsi xahiş olunmuşdur.
37. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci maddəsinə əsasən işçi gündə 8 saatdan və həftədə 40 saatdan artıq olmayaraq işləyir. Müqavilənin 4.9-cu maddəsinə əsasən əsas iş vaxtı vəzifə təlimatına əsasən müəyyən olunur. Müqavilənin 4.10-cu maddəsinə əsasən istirahət günləri v əzifə təlimatına əsasən müəyyən olunur. İddiaçı tərəfindən imzalanmış vəzifə təlimatına əsasən gündəlik iş saatları 6 saat 40 dəqiqə, həmçinin istirahət günü həftədə bir gün müəyyən olunmuşdur. Beləliklə buradan aydın və birmənalı göründüyü kimi, müqavilənin şərtlərinə əsasən istirahət günü həftədə bir gün müəyyən edildiyindən həftənin şənbə günü iş günü kimi müəyyən edilmişdir. Buna görə də şənbə günü qeyri-iş günü olmadığından həmin gün işlədiyinə görə iddiaçının əlavə əmək haqqı tələbi tamamilə qanunsuz və əsassızdır.
38. İddiaçının əmək müqaviləsinə əlavədə qeyd olunur ki, iş vaxtının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmçinin gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İddiaçı gündə 6 saat 40 dəqiqə, həftədə isə 40 saatdan çox olmayaraq həftədə 6 gün işləmişdir. Beləliklə də qanunvericiliyin bununla bağlı heç bir tələbi pozulmamışdır.
39. İddiaçı tərəfindən imzalanmış əmək müqaviləsinə “əlavə”nin şərtlərinə əsasən iş saatlarının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir, iş və istirahət vaxtları növbə cədvəlləri ilə tənzim olunur. İş materiallarında olan növbə cədvəllərindən (Shift plan) göründüyü kimi işçi səhər saat 07:00 dan 10:00 qədər və günortadan sonra isə 15:40 dan 18:50 qədər işləməlidir. Bu zamanlar arasında olan müddət isə iş vaxtı hesab olunmur və işçinin sərbəst qeyri-iş saatlarıdır. Əvvəllər işçilərə bu fasilə za manı şirkətin onlara həvalə edilmiş maşınları ilə evə getməyə də icazə verilmiş, lakin sonradan sürücülərin şirkətin maşını ilə bu zaman kəsiyində taksi xidməti göstərdikləri aşkar edildiyindən buna qadağa qoyulmuş və fasilə zamanı ictimai nəqliyyat ilə evə gedib qayıtmağa icazə verilmişdir. Bu sürücülərin, o cümlədən iddiaçının yeganə işləri şirkətin əməkdaşlarının Bakı şəhərinin müxtəlif yerlərindən səhər dərin özüllər zavoduna aparmaq, axşam isə geriyə gətirməkdən ibarət olmuşdur. Bunun üçün səhər maksimum 1,5 saat, axşam da 1,5 saat vaxt sərf olunur. Qalan bütün müddət ərzində isə sürücülər boş qalır və heç bir iş görmürlər. Məhz buna görə də müəssisədə iş vaxtının cəmlənmiş uçotu rejimi tətbiq edilməklə iş vaxtı ortada 5,7 saat fasilə müəyyən edilməklə iki hissəyə ayrılmışdır. Sürücül ər isə gündə ən çoxu 3-4 saat işləyirlər. Bunu iddiaçinin özünün məhkəməyə təqdim etdiyi cədvəldə əks olunan idarə etdiyi maşının gündəlik qət etdiyi kilometrlərdən də aydın şəkildə görmək olar. İddiaçı gündəlik olaraq təqribən 70-120 kilometr məsafədə maşını idarə etmişdir
40. İddiaçının öz iddiasını sübut etmək üçün məhkəməyə təqdim etdiyi yeganə sənəd onun yalnız öz imzası ilə təsdiq edilmiş cədvəldir. Bu cədvəl iddiaçının özü tərəfindən doldurulmuş və imzalanmışdır. Orada onun imzasından başqa heç kəsin imzası yoxdur. İddiaçı tərəfindən hər ay doldurularaq “Bos Shelf’ şirkətinə verilən bu cədvəllərin əsilləri ilə məhkəməyə təqdim olunan surətləri arasında ciddi fərqlər mövcuddur. Belə ki, cədvəllərin əsillərində işçinin artıq işləməsi barəsində heç bir məlumat olmamasına baxmayaraq məh kəməyə təqdim edilmiş surətlərində işçinin özü tərəfindən iş vaxtından artıq işləməsi barəsində məlumatlar yazılmışdır. İş vaxtından artıq iş vaxtlarının qeyd olunduğu məlumatlar gündəlik sürülən kilometrlər, doldurulan yanacaq və dəyişdirilən yağlar sütunlarında yazılmışdır, çünki bu cədvəllər işçinin iş vaxtının hesablanması üçün deyil maşına texniki nəzarət üçün nəzərdə tutulduğundan burada belə sütunlar mövcud deyildir.
41. Bu cədvəllərlə bağlı başqa bir uyğunsuzluq da ondan ibarətdir ki, iddiaçı bu cədvəllərdə əslində məzuniyyətdə olduğu günlərdə, işə çağırılmayaraq evdə olduğu günlərdə (lakin maaşı hesablanan günlərdə) də iş vaxtından artıq işlədiyini qeyd etmişdir. Bəzi günlərdə işçi işə gəlməmiş, lakin cədvəldə guya işdə olduğunu bildirmişdir, bəzi günlərdə işə gəlmiş və qeyri iş -günü olduğu üçün ikiqat ödəniş almış lakin cədvəldə həmin gün ümumiyyətlə işdə olmadığını qeyd etmişdir. Bu cür uyğunsuzluqlar etiraza əlavə edilmiş cədvəldə qeyd olunmuşdur.
42. Etiraza cədvəllər əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə 89.
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
44. Maddə 99. 45.
1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş gün ü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
46. Maddə 296.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə prosesində X5 tərəf qismində cəlb edilsə də, tərəflərindən tələb olunsa da, məhkəmə prosesində iştirakının təmin olunmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır.Belə ki, iş materialları ilə təsdiq edilir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən bu məsələ tərəflərlə(o cümlədən iddiaçı və onun nümayəndəsi ilə də) müzakirə edilmiş, işdə iştirak edən şəxslər işə baxılmasını xahiş etmiş, məhkəmə tərəfindən də işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
61. Məhkəmə kollegiyası əlavə saatların hesablanması, əlavə saatlara görə əməkhaqqının hesablanması xüsusi bilik tələb edən bir sahə olduğu üçün iş üzrə mühasibatlıq ekspertizası təyin olunmadığı, tə rəflərindən bununla bağlı məhkəmənin gedişində, çıxışlarında vurğulasalar da, məhkəmədə buna əhəmiyyət verilmədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, mülki prosessual qanunvericilikdə hakimin öz təşəbbüsü ilə ekspertiza təyin etçəsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Məhkəmə zəruri hesab edərsə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.Digər tərəfdən, iddiaçı tərəfin ekspertiza təyini barədə əsaslandırılmış yazılıə vəsatət verməsi də iş materialları ilə təsdiqlənmir. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rə dd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Cavabdeh tərəf etirazına cədvəllər əlavə etmiş, eləcə də elektron kabinet vasitəsilə başqa cədvəllər (time sheet) təqdim etmişdir.Məhkəmə kollegiyası bununla əlaqədar bildirir ki, kassasiya instansiyası məhkəməsi yeni sübutlar qəbul etmir və sübutların qiymətləndirməsini həyata keçirmir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegi yası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlərə görə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)3933/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.