Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3694/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ələsfər oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Ələsfər oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Ələsfər oğlu ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ASC, iddiaçıya məxsus olan “Mercedes Benz EQB 300 4Matic” markalı, **-LT-*** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə tam sığortalamış, bununla bağlı olaraq ASC tərəfindən iddiaçıya **********3 nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir.
2. Şəhadətnamədə qeyd edilmişdir ki, avtomobilin bazar dəyəri 70.000 manat, sığorta məbləği 70.000 manat, sığorta haqqı 1.960 manat, aylıq ödəniş 392 manat, azadolma məbləği 200 manat təşkil edir, sığorta haqqı 5 ay müddətinə hissə-hissə, hər ayın 8-də ödənilməlidir, sığorta müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədəkdir. 3. “Sığorta şəhadətnaməsində” qeyd edilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı özünə məxsus həmin avtomobil ilə yolnəqliyyat hadisəsini törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür.
4. İddiaçı hadisə barədə ASC-yə məlumat vermiş, ASC-nin əməkdaşları iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" Firmasının Azərbaycandakı rəsmi dillerinə - “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də, iddiaçı həmin şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. 5. “X3” X2 verdiyi xx.xx.2023-cü il tarixli “ilkin təmir sifarişi aktı” ilə müəyyən edil mişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə salınması üçün ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri ƏDV-siz 24.045,28 manat, ƏDV daxil olmaqla 28.373,43 manat təşkil edir.
6. Cavabdeh ASC iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanlayaraq aralarında xx.xx.2023-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə, müqavilə şərtinin iddiaçı tərəfindən pozulması, yəni sığorta haqqının xx.xx.2023-cü il tarixdə ödənilməli olan üçüncü hissəsinin ödənilməməsi səbəbindən ASC tərəfindən birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsi bildirilmişdir.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-M-9728/2-42-13429/2023 nömrəli məktubunda göstərilmişdir ki, daha əvvəl Mərkəzi Banka daxil olmuş mür aciətinə əsasən sığortaçı olan iş üzrə cavabdeh ASC-yə sorğu göndərilmişdir. ASC-nin xx.xx.2023-cü il tarixli, 6-1/128334/2023 nömrəli məktubuna əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobil xx.xx.2023-cü il tarixində ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası” üzrə **********3 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Həmin avtomobilin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. “Sığorta şəhadətnaməsinə” əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023) ödənilməmişdir. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra xx.xx.2023-cü il tarixində ASCnin hesabına 400 man at məbləğində vəsait ödənilmişdir. Mülki Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan sığortaçının sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddia ərizəsi və iddia tə ləbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdə onunla bağladığı “Nəqliyyat vasitəsinin tam sığortası haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi nəticəsində ona verilməli olan 30.145,02 manat məbləğində sığorta ödənişinin ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə səhər saat 09:24-də 400 manat məbləğində ödəniş edilmi şdir. Noyabr ayında ödəniş olmamışdır, çünki iddiaçı həmin ay ölkə hüdudlarından kənarda olmuşdur. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı özünə məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisəsini törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçı hadisə barədə hadisədən dərhal sonra ASC-yə telefon vasitəsi ilə məlumat vermişdir. ASC-nin əməkdaşları iddiaçını ASC-yə dəvət etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X3” Mersedes-Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də iddiaçı həmin Şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Şirkət avtomobilə baxış keçirmiş və müəyyən etmişdi r ki, avtomobilin istismara yaralı vəziyyətə salınması üçün 28.373,43 manat məbləğində vəsait tələb olunur. Şirkət bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli "xxxx" vermiş və iddiaçı həmin aktı cavabdeh ASC-yə təqdim etmişdir. Cavabdeh ASC-nin əməkdaşları ilkin olaraq dəymiş ziyanı ödəmələrini qeyd etsələr də, sonradan, yəni xx.xx.2023-cü il tarixdə günorta iddiaçı ilə əlaqə yaradaraq sığorta ödənişindən imtina edəcəklərini bildirmişlər. Onlar bunu onunla izah etmişlər ki, hadisə baş verdiyi zaman aylıq sığorta haqqı ödənilməmişdir. Bundan sonra iddiaçının ünvanına cavabdeh tərəfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Məsələnin aydınlaşdırılması üçün iddiaçı xx.xx.2023-cü il tarixində ASC-yə getmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişin arxa tarix ilə, yəni xx.xx.2023-cü il tarixi ilə rəsmiləşdirilməsi qanunsuzdur. Çünki o, aylıq ödənişi (noyabr ayı üçün nəzərdə tutulmuş 3-cü ödənişin qalıq hissəsini və artıq məbləği, cəmi 400 manat) xx.xx.2023-cü il tarixdə səhər 09:24-də artıq ödəmişdir. Lakin müraciəti müsbət həllini tapmamışdır. Halbuki iddiaçı ilə ASC arasında bağlanmış müqavilənin 17-ci bəndinə müvafiq olaraq, sığorta haqqının ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığo rta haqqı məbləğini tutmaq hüququna malikdir. Müqavilənin 19-cu bəndinə müvafiq olaraq, sığorta müqaviləsi sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk hissəsinin ödənildiyi və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir və sığorta təminatı sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi tarixdən başlanır. Tərəflər arasında bağlanmış müqaviləsinin yuxarıda göstərilən bəndlərindən də göründüyü kimi, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixi vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən 116 manat ödənildiyindən, artıq onun tərəfindən sığorta haqqının üçüncü ödənişinin ilk hissəsi üzrə ödəniş aparılmış və müqavilə öhdəlikləri davam etmişdir. Digər tərəfdən müqavilənin 17-ci bəndində n də göründüyü kimi, sığorta haqqının ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malik olduğundan, cavabdeh ona sığorta ödənişini xx.xx.2023-cü il tarixində, yəni dərhal həyata keçirsəydi, bu zaman sığorta ödənişindən müqavilənin üçüncü hissəsi üzrə ödənilməmiş 276 manat məbləğini tuta bilərdi. Cavabdeh ASC xx.xx.2023-cü il tarixə sığorta ödənişini həyata keçirmədiyindən və tutulmalı olan 276 manat məbləğini tutmadığından, tərəfindən xx.xx.2023-cü il tarixdə saat 09:24-də artıq 400 manat məbləğində sığorta haqqı üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh özünün müqaviləyə xitam verilməsinə dair göndərdiyi qanunsuz və əsassız bildirişindən sonra, xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli məktubu ilə sığorta ödənişinin həyata keçirilməsindən imtina edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-da tərəfindən 400 manat ödəniş edilmiş və həmin ödəniş də ona geri qaytarılacaqdır. İlk növbədə, iddiaçı tərəfindən 400 manat ödəniş xx.xx.2023-cü il tarixdə saat 12:00-da deyil, saat 09:24-də həyata keçirilmişdir. Daha sonra qeyd olunmalıdır ki, cavabdeh ASC öz məktubunda göstərir ki, “Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü il tarixinə çıxarışdan göründüyü kimi, hadisə anına onda 276 manat 30 günədək gecikdirilmiş borc olmuşdur”. Digər tərəfdən o da qeyd olunmalıdır ki, ASC xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edərək göstərir ki, “Sığorta haqqının n övbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, hadisənin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onda 30 günədək gecikdirilmiş borc olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cü maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyildir.” Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh ASC qarşısında ödənişi həyata keçirmək öhdəliyi hər növbəti ayın 8də olmuşdur. xx.xx.2023-cü il tarixə olan vəziyyətə isə cavabdehin qeyd edildiyi 30 gün deyil, sadəcə olaraq 22 gün edir. Digər tərəfdən cavabdeh ASC özü də məktub unda etiraf edir ki, iddiaçının xx.xx.2023-cü il tarixə 276 manat ödənilməmiş öhdəliyi olmuşdur. Bu isə onu göstərir ki, müqavilədə nəzərdə tutulan üçüncü ödəniş üzrə 392 manat sığorta haqqı mənbləğinin artıq 116 manatını ödəmişdir. Qeyd olunmalıdır ki, “”AG Global Logistic” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiy i təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müd dətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır.
10. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ASC tərəfindən sığortalanmış iddiaçı, xx.xx.2023-cü il tarixdə ASC-yə müraciət edərək, özünə məxsus və iddiaçıya verilmiş **********3 nömrəli “Sığorta şəhadətnaməsində” qeyd edilən avtomobilin, xx.xx.2023-cü il tarixdə saat 14:00-də qəzaya uğramasını, bunun nəticəsində avtomobilin zədələnməsini bildirmişdir. Bundan sonra iddiaçı ərizə ilə ASC-yə müraciət edərək, qeyd edilən yol-nəq liyyat hadisəsi ilə bağlı ona sığorta ödənişinin verilməsini xahiş etmişdir. Ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmış və müəyyən edilmişdir ki, “Sığorta şəhadətnaməsinə” əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023-cü il tarixdə) ödənilməmişdir. Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü (hadisə tarixinə) il tarixə olan çıxarışdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi anına 276 manat məbləğində pul 30 günədək (yəni 15 gündən artıq) sığorta haqqı üzrə gecikdirilmiş borc mövcuddur. Bu hal iddiaçı tərəfindən də iddia ərizəsində etiraf edilmişdir. ASC-nin nümayəndələri tərəfindən bu barədə iddiaçıya məlumat verildikdən sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ASC-nin hesabına 400 manat məbləğində vəsait ödənilmişdir. Mülki Məcəllənin iddiaçının istinad etdiyi 903.5-ci maddəsi imperativ qaydada sığortaçının üzərinə öhdəliyin yerinə yetirilməsi üçün sığortalıya 15 günədək müddət müəyyən etmək vəzifəsi qoymur və qeyd edilən hal yalnız hüquq subyektinə (sığortaçıya) diskresion səlahiyyət, yəni öz istəyi ilə hərəkət etmək imkanı verir. Başqa sözlə qeyd edilən halda sığortalıya öhdəliyin icra edilməsi üçün 15 günədək müddət müəyyən etmək sığortaçının öhdəliyi deyil və bu baxımdan iddianın göstərilən dəlilinin heç bir hüquqi əsası yoxdur. Hətta sığortaçı 15 günədək müddət müəyyən etsə belə, hazırkı iş üzrə yolnəqliyyat hadisəsi baş verdiyi tarixdə sığorta haqqının üçüncü hissəsi üzr ə sığorta haqqı məbləğinin ödənilməli olan tarixdən 15 gündən artıq müddət keçmişdir. Eyni zamanda, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin imperativ normasına əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yəni sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş tarixdən sonrakı 15 gün ərzində sığorta haqqı məbləği ödənildikdə sığorta ödənişi ödənilməlidir. Belə olan halda sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş (yəni ödənilməli olan tarixdən 15 gün ərzində gecikdirilmiş) sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Mülki Məcəllənin 935.1.9-cü maddəsinin məzmunundan da müəyyən olunur ki, sığortalı tərəfindən sığorta haqqının hissəsinin müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməməsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır və iddiaçının qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixə iddiaçının müqavilənin üçüncü hissəsi üzrə 116 manat məbləğində ödənişinin olması cavabdeh tərəfindən həmin maddəyə müvafiq qaydada sığorta ödənişinin verilməsindən imtinanın qanunsuz olduğunu deməyə əsas vermir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli X1 qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin qərarda sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin ASC sığortalı olan iddiaçıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış, sığortalı özü tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını ödəməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci tarixli, 2(102)- 5021/18 saylı, xx.xx.2019-ci il tarixli, 2(102)-1668/19 saylı, xx.xx.2020-ci il tarixli, 2(102)- 3734/2020 saylı, xx.xx.2023cü il tarixli, 2(102)-1575/2023 saylı qərarlarında da analoji hal ilə bağlı q eyd edilmişdir ki, bu kimi halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ödənilmiş 400 manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixli imtina məktubunda sığortalının bank rekvizitləri təqdim edildikdən sonra onun hesabına geri qaytaralıcağı bildirilmişdir. Hazırkı məsələ ilə bağlı iddiaçı tərəfindən sığorta sahəsində nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilmişdir. Mərkəzi Bank bununla bağlı ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və müraciət ASC tərəfindən xx.xx.2023-cü il tarixli, BS-C-23/2769 saylı məktubla cavablandırılmışdır. ASC tərəfindən sığorta ödənişindən imtina edilməsi nəzarət orqanı tərəfindən qanunsuz və əsassız hesab edilsə idi, sonuncu bununla bağlı cavabdehə təqdimat verəcəkdi. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə rəy vermiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəydə yenisi ilə əvəz edilməli olduğu qeyd edilmiş bəzi ehtiyat hissələrinə zərər dəyibdəymədiyi, ümumiyyətlə müəyyən edilmədiyi halda (qanad altı arxa, oblisovka, yuyucu maye baçokun motoru, çöl qapı rezini, sükan mexanizmi və s.) ekspert həmin hissələrə dəymiş zərəri də hesablayaraq ümumi zərər məbləğinə daxil etmişdir. Həmin detalların ümumi dəyəri rəyə əsasən 7.984,5 manat təşkil edir. Bütün yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və bu tipli işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq rədd edilməlidi r.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1194-8/478 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla və ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.145,02 manat təşkil edir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsi e-2(009)-305/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnamə ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilməsi, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza xərcinin – 200 manatın 190 manat hissəsinin cavabdeh ASC-dən, 10 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında bağlanmış müqaviləsinin şərtlərinə əsasən, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixi vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən əvvəlki aylar üzrə müvafiq olaraq 500 və 400 manat ödədiyindən qrafik üzrə 116 manat əlavə ödəniş etmiş, 400 manat ödəniş isə xx.xx.2023-cü il tarixdə səhər saatlarında edilmişdir.
14. Məhkəmə, cavabdeh ASC-nin sığorta ödənişinin ödənilməsindən imtinasını əsassız hesab etmiş və etirazın bununla bağlı dəlillərini qəbul etməmişdir.
15. Rayon Məhkəməsi cavabdehin etirazının “X1 xx.xx.2021-ci il tarixli qərarının hazırkı mübahisəyə aidiyyəti olmaması barədə” dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, əvvəla Qərarda ümumiyyətlə qanunvericiliyin bəzi normalarına hüquqi və nəzəri baxımdan münasibət bildirilmiş, həmin hissələrdə mövqe işin faktiki halları ilə əlaqələndirilməmişdir. İkincisi isə, iddiaçı müqavilədə nəzərdə tutulmuş müddətdən gec 01 dekabr tarixində olsa belə 400 manat sığorta haqqı ödənişi etdikdən sonra sığortaçının onun ödənişini qəbul etməyərək (hadisə ilə bağlı şirkət tərəfindən ilkin araşdırma aparıldıqdan və zərərin həcmi müəyyən edildikdən sonra) xx.xx.2023-c ü il tarixdə xx.xx.2023-cü il tarixli məktubla haqq ödənişini gecikdirdiyi üçün sığorta ödənişinin ödənilməsindən imtina etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsini bildirməsi, eləcə də xx.xx.2023-cü il tarixli məktubu ilə ödənilmiş 400 manatın geri qaytarılacağını bildirməsi iddiaçıya sığorta haqqını ödəməsinə edilmiş maneə kimi qiymətləndirilir. Hazırkı iş üzrə də sığortaçının sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişini ödəmək öhdəliyi yaranmış, ödəniş gününədək sığortalı tərəfindən ödənilməmiş borc qaldığı halda sığorta ödənişindən tutmaq hüququ olmuşdur. Lakin iddiaçının xx.xx.2023-cü il tarixdən sonra sığorta ödənişini tələb etdiyi dövrdə hər hansı bir borcu qalmadığı halda cavabdeh ona sığorta ödənişini ödəməkdən imtina etmişdir.
16. Məhkəmə hesab etmişdir ki, c avabdehin bu əsasla imtinası əsassız olmaqla sığorta münasibətinin mahiyyətinə zidd olmuşdur.
17. Məhkəmə həmçinin bildirmişdir ki, o, iş üzrə keçirilmiş ekspertizanın rəyini mötəbər sübut kimi qəbul edir və rəy ilə razılaşır. Buna görə də iddiaçının avtomobilinə dəymiş zərərin həcmi 30.145,02 manat həcmində müəyyən olunmalıdır.
18. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hər hadisə üzrə 200 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini və müqavilənin şərtlərini nəzərə alaraq 200 manat azadolma məbləği çıxılmalı və (30.145,02-200=) 29.945,02 manat məbləğində sığorta ödənişi cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə iddianın “cavabdehin müqavilənin birtərəfli qayd ada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, sığorta hadisəsi müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair bildiriş iddiaçıya (xx.xx.2023) göndərilməmişdən əvvəl (xx.xx.2023) baş verib və cavabdehin sığorta ödənişini ödəmək öhdəliyi də həmin anda yaranmışdır.
20. Bundan əlavə, məhkəmə iddiaçının ona bildirişin göndərilməsinə baxmayaraq, məhkəməyə hazırkı iddia ilə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı sığorta müqaviləsinin vaxtından əvvəl xitam verilməsi ilə razılaşmamış, ASC tərəfindən də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair tələblə məhkəməyə müraciət edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 400 manat sığorta haqqının cavabdeh tərəfindən geri qaytarılacağ ı bildirilsə də, məhkəmə araşdırması zamanı ödənişin qaytarılmasına dair hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir.
21. Məhkəmə, sığorta hadisəsi törədildikdən sonrakı müqavilə müddəti ərzində tərəflərin münasibətinin davam edib-etməməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ASCnin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mövqeyi ilə sığortalı razılaşmadığı halda (hazırda razılaşmır) sığorta şirkəti müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edə, iddia tələbinin əsaslılığına isə işə baxan məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilə bilər.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 923.1, 926.1, 929, 935.1.9-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh ASC apellyasiya şikayəti verərək birinci instansiya qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası sərhədini Almaniya Federativ Respublikası istiqamətində tərk etdiyi, xx.xx.2023-cü il tarixdə geri qayıtdığı müəyyən edilir. Bu hal məhkəmə qətnaməsində göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaç ının xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsi üzrə ödəniş etmək imkanı olmuşdur və onun ölkə hüdudlarından kənarda olması ilə bağlı ödəniş etməyə texniki imkanının olmaması barədə dəlili işin hallarına uyğun deyil, iddiaçı qəsdən müqavilə üzrə ödəniş etməkdən yayınmışdır. Bununla yanaşı ölkə hüdudlarından kənarda olduğu halda belə iddiaçının internet vasitəsi ilə onlayn qaydada (kart və ya bank applikasiyası vasitəsilə) ASC-nin hesabına ödəniş etmək imkanı olmuşdur. İddiaçının yuxarı nəzarət orqanına - Azərbaycan Respublikası Mərkəzi Bankına müraciəti zamanı da Mərkəzi Bank tərəfindən cavabdeh ASC tərəfindən sığorta ödənişinin edilməsindən imtina edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilməmişdir.
25. Cavabdeh ASC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclas ında iştirak edərək, iddiaya etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə ödənilməli olan sığorta haqqının üçüncü hissəsinin ödənişinin qismən ödənilməsinə baxmayaraq ASC, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbini nəzərə alaraq sığorta haqqının ödənilməsini əlavə olaraq 15 gün müddətində gözləmişdir. Lakin həmin müddətdə, yəni xx.xx.2023-cü il tarixədək sığorta haqqının üçüncü hissəsi iddiaçı tərəfindən ödənilməmişdir. Bundan sonra da, ASC iddiaçının yaxşı müştəri olmasını nəzərə alaraq ödənişi əlavə 1 həftə, yəni xx.xx.2023-cü il tarixə kimi gözləmiş və yalnız bundan sonra müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Ödənişin edilməsi üçün 15 gün, daha sonra 1 h əftə gözlənilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4261/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir.
27. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı müqavilənin üçüncü hissəsi üzrə ödənişdən əvvəlki aylar üzrə müvafiq olaraq 500 və 400 manat ödədiyindən qrafik üzrə 116 manat əlavə ödəniş etmiş, 400 manat ödəniş isə xx.xx.2023-cü il tarixdə səhər saatlarında edilmişdir. Sığorta hadisəsi baş verdiyi vaxt sığorta müqaviləsi qüvvədə olmuş, cavabdeh ASC sığorta haqqının ödənişinin gecikdirilməsi, bunun nəticəsində də müqaviləyə xitam vermək niyyətində olması barədə iddiaçıya pretenziya bildirməmişdir. Sığorta müqavilənin 19-cu bəndinə uyğun olaraq, ilkin ödəniş edildikdən sonra müqavilə qüvvəyə minmişdir və həmin tarixdən sığorta təminatı başlamışdır. Cavabdehin yeganə dəlili xx.xx.2023-cü il tarixdə ödənilməli olan 3-cü ödənişin (392 manat) edilməməsi ilə bağlıdır, belə ki, cavabdeh hesab edir ki, həmin tarixdən sığorta hadisəsinin baş verdiyi tarixədək 15 gün keçdiyinə görə, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, sığorta ödənişindən imtina oluna bilər. Məhkəmə isə cava bdeh ASC-nin bu dəlili ilə razılaşmamışdır. Çünki işdə olan sənədlərdən görünür ki, sığorta haqqının ödənilməsi ilə bağlı ilk iki ödəniş də vaxtında ödənilməmişdir, birinci ödəniş xx.xx.2023-cü il tarixdə, ikinci ödəniş isə xx.xx.2023-cü il tarixdə edilmişdir. Yəni birinci ödəniş 6 gün, ikinci ödəniş isə 8 gün gecikdirmə ilə aparılmışdır. Buna baxmayaraq, cavabdeh ASC həmin gecikdirmələrlə bağlı iddiaçıya heç bir pretenziya bildirməmiş, iddiaçının gecikmələrlə ödəniş etməsi cavabdehin narazılığına səbəb olmamışdır.
28. Əsas olaraq isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə ödənilməli olan sığorta haqqının üçüncü hissəsinin ödənişin qismən ödənilməsinə baxmayaraq ASC, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbini nəzərə alaraq sığorta haqqının ödənilməsini əlavə o laraq 15 gün müddətində gözləmişdir. Lakin həmin müddətdə, yəni xx.xx.2023-cü il tarixədək sığorta haqqının üçüncü hissəsi iddiaçı tərəfindən ödənilməmişdir. Bundan sonra da, ASC, iddiaçının yaxşı müştəri olmasını nəzərə alaraq ödənişi əlavə 1 həftə, yəni xx.xx.2023-cü il tarixə kimi gözləmiş və yalnız bundan sonra müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Ödənişin edilməsi üçün 15 gün, daha sonra 1 həftə gözlənilməsi ilə bağlı ASC tərəfindən iddiaçıya bildiriş göndərilməmişdir. Belə olan halda müəyyən edilir ki, ASC, iddiaçı ilə onun arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən sığorta haqqının üçüncü hissəsi xx.xx.2023-cü il tarixdə saat 09:24-də edildikdən sonra xitam verməkdə haqlı olmamışdır.
29. Bundan başqa Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi (onun icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina edilməsi) şərti nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, müqavilə birtərəfli qaydada deyil, yalnız məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ASC-nin sığorta ödənişinin iddiaçıya verilməsindən imtinasını əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
30. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd etmişdir ki, Rayon Məhkəməsi ASC tərəfindən iddiaçıya verilməli olan sığorta ödənişinin məbləğini 29.945,02 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə ve rilmiş xx.xx.2024-cü il tarixli, 9/1194-8/478 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla və ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.145,02 manat təşkil edir.Qeyd edilən rəyin əsassız olması barədə ASC tərəfindən məhkəmələrə etibarlı sübut təqdim edilməmişdir. ASC tərəfindən ziyanın 7.984.5 manat məbləğində müəyyən edilməsi, xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş rəydə göstərilən məbləğdən üstün tutula bilməz. Buna görə də, Rayon Məhkəməsi ekspert tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyas ı həmçinin hesab etmişdir ki, Rayon Məhkəməsi iş üzrə tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən 200 manat azadolma məbləğini 30.145,02 manatdan çıxmaqda da haqlı olmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri də əsassızdır.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 922.1, 922.2, 923.1, 923.4, 926.1, 929, 935.1.9-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellya siya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və göstərilmişdir ki, Mülki Məcəllənin 903.5-ci maddəsi imperativ qaydada sığortaçının üzərinə öhdəliyin yerinə yetirilməsi üçün sığortalıya 15 günədək müddət müəyyən etmək vəzifəsi qoymur və qeyd edilən hal yalnız hüquq subyektinə (sığortaçıya) diskresion səlahiyyət, yəni öz istəyi ilə hərəkət etmək imkanı verir. Başqa sözlə qeyd edilən halda sığortalıya öhdəliyin icra edilməsi üçün 15 günədək müddət müəyyən etmək sığortaçının öhdəliyi deyil və bu baxımdan iddianın göstərilən dəlilinin heç bir hüquqi əsası yoxdur. Hətta sığortaçı 15 günədək müddət müəyyən etsə belə, hazırkı iş üzrə yolnəqliyyat hadisəsi baş verdiyi tarixdə sığorta haqqının üçüncü hissəsi üzrə sığorta haqqı məbləğinin ödənilməli olan tarixdən 15 gündən artıq müdd ət keçmişdir. Eyni zamanda, AR MM-nin 935.1.9-cu maddəsinin imperativ normasına əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yəni sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş tarixdən sonrakı 15 gün ərzində sığorta haqqı məbləği ödənildikdə sığorta ödənişi ödənilməlidir. Cavabdehin 01 dekabr 2023-cü il tarixli ödənişi qəbul etməkdən imtina etməsi Azərbaycan Respublikası MM-in 935.1.9-cu maddəsinin tə ləblərinə müvafiq olmuşdur. Nəzərinizə çatdırmaq istərdik ki, AR Ali Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(102)-5021/18 saylı, xx.xx.2019-ci il tarixli, 2(102)-1668/19 saylı, xx.xx.2020ci il tarixli, 2(102)-3734/2020 saylı, xx.xx.2023-cü il tarixli, 2(102)-1575/2023 saylı qərarlarında da məhkəmə kollegiyası analoji hal ilə bağlı hesab etmişdir ki, qeyd olunan halların mövcud olması AR MM-in 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Lakin həm birinci instansiya, həm də apelyasiya məhkəməsi həmin qərarlarda ifadə edilən hüquqi mövqelərdən kənara çıxaraq fərqli qəralar qəbul etmişlər. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Məcəlləsi
36. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
37. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
38. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə m üvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
39. Maddə 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
40. Maddə 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
41. Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
42. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin q üvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
43. Maddə
929. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
44. Maddə 935.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
58. Əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, kassatorun da qeyd etdiyi kimi Mülki Məcəllənin 903.5-ci maddəsi imperativ qaydada sığortaçının üzərinə öhdəliyin yerinə yetirilməsi üçün sığortalıya 1 5 günədək müddət müəyyən etmək vəzifəsi qoymur və qeyd edilən hal yalnız hüquq subyektinə (sığortaçıya) diskresion səlahiyyət, yəni öz istəyi ilə hərəkət etmək imkanı verir. Lakin hazırki işin halları və cavabdehin nümayəndəsinin apellyasiya məhkəməsində verdiyi izahatdan da görünür ki, sığorta şirkəti iddiaçıya sığorta haqqının ödənilməsi üçün Azərbaycan Respublikası MM-nin 935.1.9-cu maddəsinin imperativ normasına əsasən sığorta haqqının 3-cü hissəsinin ödənilməsini 15 gün gözlədikdən sonra, Mülki Məcəllənin 903.5-ci maddəsindəki diskresion səlahiyyətindən istifadə edərək iddiaçı yaxşı müştəri olduğundan ona əlavə də 1 həftə vaxt vermişdir.
59. Belə olan halda isə, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş 15 gün müddətdən və sığorta şirkətinin də əlavə verdiyi 1 həftə vaxt bitəndən 3 gün ərzində, yəni xx.xx.2023-cü ildə sığorta haqqının gecikdirilən hissəsi ödənildiyindən, sığorta şirkətinin həmin maddəyə istinad edərək verilmiş vaxt ərzində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina etməsi əsassız olmuşdur.
60. Məhkəmə kollegiyası həmçinin iddiaçının məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, Mülki Prossesual Məcəllənin 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
61. Hazırki mübahisə ilə bağlı hüquqi məsələyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları, habelə Mülki Prossesual Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyi mövcud deyil.
62. Kassasiya şikayətində qeyd edilən məhkəmə qərarlarına gəldikdə isə, məhkəmə kollegiyası həmin qərarlarla tanış olduqdan sonra müəyyən etmişdir ki, həmin işlərdə hazırki işin faktiki hallarından fərqli olaraq, sığorta haqqının müəyyən hissəsinin qanunla müəyyən edilmiş ödəniş müddəti bitdikdən sonra qanunla verilən 15 gün güzəşt müddətindən əlavə sığorta müəyyən edilməmişdir. Buna görə də, həmin işlərə baxan məhkəmələr MM-nin 935.1.9-cu maddəsinin tələblərinin pozulmasını müəyyən etməmişdirlər.
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)4261/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.