Məhkəmə qərarları › İş №2(102)-3696/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3696/2022

14.07.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3696/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)2421/2022 nömrəli qətnaməsindən iddiaçı tərə findən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 08 may 2013-cü il tarixli müqavilə ilə İddiaçı MTK tərəfindən inşa edilən ünvan 1 ünvanında yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 178,4 kv.m. olan 78 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi Cavabdeh verilmiş, sonuncu mənzilin 1 kv.m. sahəsi üçün 280 ABŞ dolları olmaqla, cəmi 178,4 kv.m. sahəsi üçün 50000 ABŞ dolları məbləğində pul ödəmişdir.

2. İddiaçı MTK üzvlərinin 18 mart 2018-ci il tarixli ümumi iclasının 132 nömrəli protokolu ilə X1 üzv qəbul olunmaqla, ünvan 2 ünvanda giriş 2, mərtəbə 13, ümumi sahəsi 178,4 kv.m. olan, 4 otaqlı, 84 nömrəli mə nzilin payçısı olması təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 08 may 2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m. olan 78 saylı mənzilinin (yeni: 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə formal ola raq bağlanmış, müqavilənin bağlanmasının əsas səbəbi Cavabdeh tanışı olan Seyfəddin adlı şəxsin MTK-ya dəmir materiallarının (armatur) verilməsini təmin edilməsi, MTK isə həmin materialların qarşılığında Seyfəddin adlı şəxsin xahişi ilə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməsi olmuşdur. Seyfəddin adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü İddiaçı MTK tərəfindən Cavabdeh borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı Cavabdeh verilmişdir. Cavabdeh həmin mənzildə konstruksiya dəyişikliyi edərək təmir işlərini görmüşdür. Daha sonra Seyfəddin adlı şəxs dəmir materiallarının (armatur) İddiaçı MTK-ya verilməsini təmin etməmişdir. Eyni zamanda MTK müqavilə bağlayan Cavabdeh bu barədə məlumat vermiş və o, bildirmişdir ki, mənzilin dəyəri olan 50000 ABŞ dollarını özü ödəyəcəkdir. MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs Cavabdeh maddi sıxıntılarının olmasını bildirmiş, ona pulun qeyri-müəyyən vaxta ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və MTK rəhbərliyi buna etiraz etməmişdir. Təxminən 2015-ci ilin avqust ayında Cavabdeh MTK-ya bildirmişdir ki, o, evi təmir etdikdən sonra satmaq qərarına gəlmişdir. Evi satdıqdan sonra MTK-ya olan borcu ödəyəcəkdir və evin satılması zamanı MTK müqavilənin dəyişdirilməsinə sonunculara kömək etsin. MTK Cavabdeh ilə razılaşmış və 12 avqust 2015-ci il tarixdə mübahisəli mənzilin X2 ilə bağlı razılığı qəbul etmişdir. Mənzilin satışından sonra MTK Cavabdeh borcun ödənilməsini tələb etsə də, sonuncu mənzili nağd pul şəkilində satmadığını bildirmişdir. MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs MTK-ya çatacaq olan 50000 ABŞ dollarına zamin durduğunu, heç bir narahatçılıq olmamasını bildirmişdir. Daha sonra MTK-ya məlum olmuşdur ki, Cavabdeh ilə Mehman Köçərli arasında məhkəmə mübahisəsi olmuşdur. Mənzil Cavabdeh təhvil verildikdən sonra sonuncu həmin mənzildə konstruksiya dəyişikliyi etməklə təmir etdirmişdir. Konstruksiya dəyişikliyin olunması isə həmin mənzilə gələcəkdə çıxarış verilməsində imtinaya səbəb olacaqdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4391/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337.1, 337.1, 337.3, 337.4, 339.4, 354.1, 354.2-ci, Mülki Prosessual Məcəlləsinin 77, 78, 88 və s. maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin bir neçə qərarlarına istinad edərək hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi əsaslıdır.

7. İddiaçının müqavilənin hüquqi nəticələrinin etibarsızlığı ilə yanaşı həm də ləğv edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin cavabdehin mənzil qarşılığında dəmir materialların (armatur) verilməsini öz üzərinə öhdəlik götürməsini əsas gətirsə də, tərəflər arasında bağlanmış mübahisələndirilən 08 may 2013-cü il tarixli müqavilənin surətində cavabdehin belə öhdəlik götürməsi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır.

8. İddiaçının təqdim etdiyi sübutların əksinə olaraq iş materiallarında olan İddiaçı MTK-nın direktoru Əhmədov S.R. tərəfindən imzalanmış 18 mart 2018-ci il tarixli maliyyə arayışından da göründüyü kimi X5 iddia predmeti olan mənzilin tam dəyərini ödəmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4391/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)-2421/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4391/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia üzrə iddiaçı cavabdehlə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi görüntüsü yaratmağa cəhd etsə də, əslində mübahisələndirdiyi müqavilənin predmeti olmuş mənzil artıq üçüncü şəxs Mehman Köçərlinin mülkiyyətindədir və sonuncu ilə cavabdeh və onun arasında həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddiaçı Köçərli Mehmanın apellyasiya şikayəti qismən təmi n edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 78 saylı mənzildən çıxarılması, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X5 və İddiaçı MTK-ya qarşı həmin mənzilinə dair X3 adına bağlanmış 12 avqust 2015-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Göründüyü kimi, ünvan 1 nömrəli evin 78 saylı mənzilinə dair X3 adına bağlanmış 12 avqust 2015-ci il tarixli müqavilənin tərəfi İddiaçı MTK olmuş və həmin vaxt sonuncuya məlum idi ki, bu müqavilə Cavabdehlə onun arasında bağlanmış 08 may 2013cü il tarixli müqavilənin predmeti olmuş mənzilə görə bağlanılır. Demək, mübahisələndirdiyi 08 may 2013-cü il tarixli müqavilə 12 avqust 2015-ci il tarixli müqavilə bağlandığı vaxtdan artıq əhəmiyyətini itirərək qüvvədən düşmüşdür. Eyni zamanda elə MTK verdiyi maliyyə arayışlarına əsasən də qeyd olunan mənzilin dəyərinin Mehman Köçərli tərəfindən tam ödənildiyini təsdiq etmişdir. Yəni, Cavabdehlə müqavilə formal bağlanmışdırsa, Mehman Köçərli tərəfindən həmin mənzil əldə edilərkən ödədiyi vəsaitdən yararlana bilərdi. Ona görə də, iddiaçının hazırda bu cür iddia irəli sürməsi məhkəmə müdafiəsi hüququ ilə bağlı olsa da hüquqdan pis niyyətlə sui-istifadə edilməsi də yolverilməzdir.

13. Bundan əlavə, iddiaçı zərərlə bağlı istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində də ona zərər vurulma sı ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya zərər vurması isə inandırıcı və ağlabatan görünmür.

14. Göstərilənlərdən əlavə, mübahisələndirilən müqavilənin predmeti olmuş mənzilə mülkiyyət hüququ artıq üçüncü şəxs Mehman Köçərlinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və o, həmin mənzilin tam mülkiyyətçisidir.

15. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İV hissəsi, Mülki Məcəllənin 152.1, 203.5-ci maddələri ilə əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)-2421/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci, Mülki Məcəlləsinin 152, 159, 164-cü, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 217.4, 218.1, 220.4-cü maddələri pozulmuş, işin halları düzgün müəyyən edilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yaz ılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına d əlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1 -ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkil də, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçir məklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41 6.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müqavilə üzrə ödənilməli olan vəsaiti MTK-ya ödəməmişdir.

27. Lakin iddiaçı istinad etdiyi hallarla bağlı hər hansı bir sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Əksinə mübahisəli müqavilənin 4.2-ci bəndində cavabdehin mənzilin dəyərinin 100%-ni, yəni 50000 ABŞ dolları məbləğinin ödənilməsi qeyd olunmuşdur.

28. Eyni zamanda, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının ləğv etmək tələb etdiyi müqavilə üzrə cavabdehin sahibliyinə və istifadəsinə verilməsi nəzərdə tutulan mənzil artıq üçüncü şəxs X3 mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən sonuncunun adına verilən 18 mart 2018-ci il tarixli maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir.

29. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki mə hkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetiril məyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)-2421/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar