Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3698/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları: İddiaçı 2000-ci ildə X3 ilə rəsmi nikaha girmiş, həmin nikahdan 4 uşaqları olmuşdur. İddiaçının əri X3 gözdən əlil olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli əmri ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində mənzil növbəsində olması əsas göstərilməklə ona nazirlik tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş yaşayış evində üç otaqlı mənzil verilmişdir. 02 aprel 2018-ci il tarixdə onların birgə nikahlarından olan oğlanları X4 vəfat etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə N arasında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Hazırda iddiaçı 3 uşağı ilə birlikdə N-də yerləşən həmin yaşayı ş sahəsində qeydiyyatdadır. 24 iyul 2019-cu il tarixdə X3 vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin ərinin gözdən əlil olduğu üçün onun və ailəsinin istifadəsinə verilməsini, əri ilə boşandıqdan sonra uşaqların onun himayəsinə verilməsini, ərinin ruhi xəstə olmaqla onlarla aqressiv rəftar etdiyi üçün uşaqları ilə başqa yerdə yaşamaq məcburiyyətində qalmasını, Nun vəfatından sonra isə keçmiş qayınanası Cavabdeh2 oğlu X2 ilə Xırdalan şəhərində 4 otaqlı evlərinin olmasına baxmayaraq onların istifadəsinə verilmiş mənzili zəbt etmələrini əsas göstərməklə üç uşağı ilə birlikdə həmin mənzilə köçürülmələrinə, cavabdehlər in isə həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1438/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: K.F.Əmirxanova) iddia qismən - İddiaçı uşaqları ilə birlikdə N-yə köçürülməsi hissəsində təmin edilmiş, cavabdehlərin həmin mənzildən çıxarılmaları tələbinə dair hissədə isə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh X2 apellyasiya şikayəti verərək mübahisəli mənzilin Etibar Rəhimova gözdən əlil olması ilə əlaqədar verilməsini, Nın həmin mənzilə köçdüyü gündən onunla birlikdə göstərilən mənzildə yaşayıb ona qulluq etmələrini, İddiaçı isə ümumi razılıq əsasında N küçəsində yerləşən 6 sot torpaq sahəsini və orada yerləşən 10 otaqlı fərdi yaşayış evini verm ələrini, işə baxan məhkəmənin isə həmin halları nəzərə almadan iddiaçını uşaqları ilə birlikdə mənzilə köçürməsini və s. əsas göstərməklə qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilib həmin hissədə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(005)-1438/2020 saylı qətnaməsi İddiaçı uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair hissədə ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli mənzildə uşaqları ilə birlikdə qeydiyyatda olmaqla həmin mənzildən istifadə hüququna malik olmalarını, iddia tələbinin rədd edilməsi üçün qanuni əsasların olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən ol unmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab e dilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4 Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. 2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kass asiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız hesab edərkən iddiaçının uşaqları ilə birlikdə bir müddət mübahisəli mənzildə yaşadıqdan sonra könüllü olaraq Masazır qəsəbəsindəki evinə getməsini, Nla birgə yaşadığı dövrdə əldə etdiyi istifadə hüququnu 2019-cu ildə itirməsini, iddiaçının mənzildə qeydiyyatda olmasının onun mənzildən istifadə hüququna malik olması üçün əsas verməməsini, mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvü ilə ailə münasibətlərinə xitam verildikdə onun yaşayış sahəsindən istifadə hüququnun saxlanılmamasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilmədən çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli mənzil mərhum Na gözdən İ qrup əlil kimi güzəştli şərtlərlə əvəzsiz verilsə də, evli olmaqla ailə tərkibinin 6 nəfərdən ibarət olması nəzərə alınmaqla ona 3 otaqlı mənzil verilmiş və iddiaçı əri ilə birlikdə həmin mənzilə köçüb ora qeydiyyata alınmaqla və orada yaşamaqla mənzildən istifadə hüququ əldə etmişdir. İşdən görünür ki, mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvəzsiz olaraq Na verilsə də, onun həmin mənzilə dair mülkiyyət hüququ yaranmamışdır. Belə olduqda apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddə sinin qüvvəsini tətbiq etməklə mübahisəni həll etməkdə haqlı olmamışdır. Belə ki, qanunun həmin norması mülkiyyətçi ilə onun keçmiş ailə üzvü arasında olan münasibətləri tənzimləyir. N, qeyd olunduğu kimi, mənzilin mülkiyyətçisi olmamış və mübahisənin yarandığı ərəfədə sağ olmamaqla göstərilən vəziyyətdə mülkiyyətçi - keçmiş ailə üzvü münasibətləri prizmasından mübahisə həll edilə bilməzdi. Müəyyən olunduğu kimi, N vəfat etmiş, onun ölümündən sonra isə mənzildə qanuni əsaslarla istifadə hüququ əldə etməsi müəyyən olunmayan şəxslər yaşamaqda davam edirlər. Mənzildən istifadə hüququ əldə etmiş iddiaçı və onun üç uşağı isə həmin hüquqlardan istifadə etmək imkanından məhrum olunmuşlar. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə əldə etdiyi istifadə hüququnu itirməsi barədə nəticəyə yenə də Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından gələrkən nəzərə almamışdır ki, həmin norma hazırkı vəziyyətdə göstərilən anlama gəlmək üçün əsas vermir. Mənzilin hazırda hansı hüquqi statusa malik olması, iddiaçının mənzildən istifadə hüququnu kimə münasibətdə itirməsi qətnamədən görünmür. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2) “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxıla n iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası qətnaməni qanunsuz və əsassız sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İşə yenidən baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab verən qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil sin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3698/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3698/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver