Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3699/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X4 iştirakı ilə, İddiaçı və vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12816/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.A.Qasımov) 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsi ilə id dia qismən təmin edilməsi, X2 ilə Cavabdeh1 x arasında bağlanmış 22 fevral 2013-cü il tarixli, AN-1 ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 saylı bağ evi barəsində bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş xüsusi mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməsi, iddia tələbləri qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 x tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli qə tnaməsi dəyişdirilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 saylı bağ evinə görə Cavabdeh1 x tərəfindən ödənilmiş 13000 (on üç min) manat iddiaçı (İddiaçı) tərəfdən alınaraq ona qaytarılması, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 x, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Cavabdeh3nə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, Cavabdeh1 məcburi qaydada sözügedən mübahisəli bağ sahəsinin yerləşdiyi torpaq sahəsindən və evdən çıxarılması, həmin əmlakın ona t əhvil verilməsi və həmin bağa köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 x ilə mərhum atası arasında Bakı şəhəri Cavabdeh2 tərəfindən ünvan 1 ünvana dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 xna ********** nömrəli, 13 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Cavabdeh3 tərəfindən aparılmış reyestr qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 xnın məcburi sözügedən mübahisəli, yəni ünvan 1 ünvandan və bağ sahəsindən çıxarılması, əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda iddia ərizəsində göstərilən tələblərlə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstəril ən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili X6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12816/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 saylı bağ evinə görə Cavabdeh1 x tərəfindən ödənilmiş 13000 (on üç min) manat iddiaçı (İddiaçı) tərəfdən alınaraq ona qaytarılsın” hissəsində ləğv edilib, həmin hissənin qətnamədən çıxarılmasının xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏ RİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12816/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilm ədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Mülki işin materialları ilə müəyyən olunur ki, X2 (iddiaçının atası) tam mülkiyyət hüququ ilə özünə məxsus mübahisəli bağ evini Cavabdeh1 22 fevral 2013-cü il tarixdə 13000 manata satmış, buna əsasən həmin bağ evi 13 mart 2013-cü il tarixdə xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyat keçmiş, bu barədə RX0138916 saylı çıxarış verilmiş, X2 08 fevral 2014-cü il tarixdə ürək çatışmazlığından ölmüşdür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının iki ekspert rəyindən görünür ki, Kərimov X1 onda müəyyən olunmuş psixi xəstəliklə bağlı alğı-satqı və ya hər-hansı əqd bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşü b onlara rəhbərlik etmək iqtidarında olmamış, bu diaqnoz ilə olan xəstələr ümumiyyətlə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmurlar. Beləliklə yuxarıda qeyd olunanlardan da müəyyən olunduğu kimi mübahisəli bağ evi ilə bağlı alğısatqı müqaviləsi bağlandığı zaman X2 öz hərəkətlərinin mənasını şüurlu dərk etməmiş, onlara rəhbərlik etmək iqtidarında olmamışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsinə əsasən öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Qeyd olunan Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq sözügedən əqdlər etibarsız əqdlər olduğundan, hazırkı hala əqdlərin etibarsızlığı ilə bağlı MM-in 337.5-ci maddəsini tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını di gər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli Qərarında da xüsusilə göstərmişdir ki, məhkəmələr tərəfindən əqd etibarsız olduqda, tərəflərin hüquqi statusu ilkin (əvvəlki) vəziyyətə qaytarılmalı, etibarsız əqddən irəli gələn məsələlər həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12816/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili X4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12816/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3699/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3699/2019
31.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver