Məhkəmə qərarları › İş №2(103)-10053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10053/2021

08.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10053/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və satılmış əmlakın geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli qərardadından cavabdeh Ramil Xalıov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh1 tərəfindən verilmiş “mülki işin aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə” vəsatət təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, vəsatət və şikayət onunla əsaslandırılıb ki, Cavabdeh1 faktiki olaraq Sabunçu rayonunda yaşayır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh1 rəsmi qeydə alındığı ünvan Suraxanı rayonuna aiddir. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar