Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5052/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İmanov Azad Nizam oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin (mülki işin təzələnməsinin rədd olunması barədə) 2(005)-2655/2020 saylı, 25 may 2022-ci il tarixli qərardadından və (iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə) 2(005)-2655/2020 saylı, 25 may 2022-ci il tarixli qərardadından İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Cavabdeh4na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2655/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, işin yenidən baxılması üçün təzələnməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2655/2020 saylı, 25 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırkı halda Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsi barədə üzürlü hal göstərmədiyindən, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən rayon məhkəməsi icraatın təzələnməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassızdır və təmin edilə bilməz. Həmin iş üzrə işə baxılarkən iddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə mahiyyəti üzrə işə baxılanadək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,7 kv.m olan qeyri-yaşayış binası və onun istifadəsində olan 1,5 ha torpaq sahəsinin, eləcə də ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və onun istifadəsində olan 1,2 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı bütün hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5009/2018 saylı 03 oktyabr 2018ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,7 kv.m olan qeyri-yaşayış binası və onun istifadəsində olan 1,5 ha torpaq sahəsinin, eləcə də ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və onun istifadəsində olan 1,2 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2765/2019 saylı 11 fevral 2019-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5009/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2655/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,7 kv.m olan qeyri-yaşayış binası və onun istifadəsində olan 1,5 ha torpaq sahəsinin, eləcə də ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və onun istifadəsində olan 1,2 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2655/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5009/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,7 kv.m olan qeyri-yaşayış binası və onun istifadəsində olan 1,5 ha torpaq sahəsinin, eləcə də ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və onun istifadəsində olan 1,2 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2655/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. MPM-in 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından rayon məhkəməsi müvəqqəti təminat tədbirini ləğv etməkdə haqlı olmuşdur, şikayət əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin (mülki işin təzələnməsinin rədd olunması barədə) 2(005)-2655/2020 saylı, 25 may 2022-ci il tarixli qərardadından və (iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə) 2(005)-2655/2020 saylı, 25 may 2022ci il tarixli qərardadları onun şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Azad İmanov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5052/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5052/2022
07.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver