Məhkəmə qərarları › İş №2(102)-3699/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3699/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3699/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: döyüş əməliyyatlarında iştirak etmə faktı, məhkəmədə baxılmalı deyil Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil, maraqlı şəxsin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-685/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixl i qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra – DİN) 16.09.1991-ci il tarixli, 2284ş/h nömrəli əmri ilə Ərizəçi (bundan sonra – ərizəçi) Goranboy rayonu ərazisində ictimai təhlükəsizliyin təmin edilməsində iştirakına görə 500 manat və DİN-in 11.10.1991-ci il tarixli 2496ş/h nömrəli əmri ilə Xanlar, Goranboy, Cəbrayıl və Laçın rayonları ərazisində azərbaycanlılar yaşayan kəndlərinin erməni işğalçılarından qorunmasında iştirakına görə 500 manat məbləğində pul ilə mükafatlandırılmışdır. Ərizəçinin DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə Goranboy ra yonuna ezam edilməsi və bu müddət ərzində yaralandığına dair məlumat verilməsi ilə əlaqədar müraciətinə cavab olaraq DİN Baş Kadrlar İdarəsinin 20 yanvar 2020-ci il tarixli 022/22-104H-3220 nömrəli məktubu ilə bildirilmişdir ki, arxiv şəxsi işinin xidmət siyahısına baxış keçirilən zaman onun döyüş əməliyyatlarında yaralanmasına dair qeydiyyat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra – maraqlı şəxs)) məhkəməyə müraciət edərək, 08 oktyabr 1991-ci il tarixdə Goranboy rayonu ərazisində gedən döyüş əməliyyatı zamanı yaralanmağı, döyüşlərdə yaralanmağını təsdiq edən 3 saylı Şəhər Klinik Xəstəxanasının 29 oktyabr 2019-cu il tarixli, 1436 saylı məkt ubunda və adına açılmış 2811 saylı xəstəlik tarixində əksini tapan məlumatların ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən 1996-cı ilin fevral ayınadək daxili işlər orqanlarında xidmət etmişdir. Nazirliyin nəzdində yaradılmış keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi zaman, 1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bunun üçün xidməti rəhbərlik tərəfindən döyüş əməliyyatları rayonuna ezam edilmişdir. 1991-ci ilin oktyabr ayında Goranboy rayonu ərazisində gedən döyüşlərdə mərmi partlaması nəticəsində ağır şəkildə yaralanaraq kəllə-beyin travması almışdır. Bu xəsarətlə bağlı təci li Bakı şəhərinə gətirilmiş, 08 oktyabr 1991-ci il tarixdə Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir. 29 oktyabr 1991-ci il tarixədək müalicə olunmuş və həmin xəstəxanadan buraxılmışdır. 1996-cı ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından azad edilmişdir. Yaranmış zərurətlə əlaqədar sənədlərini toplayarkən döyüş əməliyyatlarında yaralanmağını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Xidməti tapşırığı yerinə yetirərkən döyüş əməliyyatında yaralanaraq həmin yaradan müalicə edilsə və bu barədə məlumat tibbi kartada öz əksini tapsa da, xəstəlik tarixi saxlanmadığı üçün həmin faktı təsdiq edən sənədi əldə edə bilmir, ona görə məhkəməyə müraciət etməli olmuşdur. Bu faktı təsdiq edən sənədlərin əldə edilməsi ona pensiya təyin edilməsi və digər hüquqların əldə e dilməsi üçün zəruridir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatında qanuni əsaslarla iştirak etmiş, yaralanmış, sağlamlığına zərər dəymişdir. Tibbi kartada və digər sənədlərdə əksini tapan məlumatlar mötəbər sübut qismində qəbul olunaraq faktın müəyyən edilməsi üçün yetərlidir. Xüsusən nəzərə alınmalıdır ki, xidmət və döyüş yoldaşları məhkəmədə ifadə verərək həmin faktları təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi ilə birlikdə DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etmişdir. Xidmət müddətində onlar müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam edilmişlər. 1991-ci ilin oktyabr ayının əvvəllərində növbəti ezamiyyət zamanı ərizəçi Goranboy rayonu əra zisində döyüşdə mərmi partlaması nəticəsində qəlpə yarası almış və müalicə olunmaq üçün Bakı şəhərinə gətirilmiş, 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi ilə birlikdə DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etmişdir. Xidmət müddətində onlar müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam edilmişlər. 1991-ci il oktyabr ayının əvvəllərində ərizəçi Goranboy rayonuna ezam edilmiş, bir neçə gün sonra eşitmişdir ki, ərizəçi döyüşdə yaralanmış və Bakı şəhərinə xəstəxanaya gətirilmişdir. 3 saylı Klinik Xəstəxanaya gedərək orada müalicə olunan ərizəçi ilə görüşmüşdür. Ərizəçi baş nahiyəsindən qəlpə yarası almış və xəstəxanada müalicə olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1309/2020 nömrəli iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) ərizə təmin olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçinin döyüş əməliyyatı zamanı yaralanması, döyüşlərdə yaralanmasını təsdiq edən sənədlərdə əksini tapan məlumatların ona aid olması faktı məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunur. Bu faktın müəyyən edilməsi ərizəçiyə pensiya təyinatı və digər hüquqların əldə edilməsi üçün lazımdır, ərizəçinin hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 305.1.1, 307.1, 307.2.11, 308, 309.1, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti ol an faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12.04.2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə xüsusi icraat qaydasında baxılmalı deyil. Belə ki, ərizəçi polis əməkdaşı olmuşdur və hazırkı məsələ ilə əlaqədar inzibati orqanla ərizəçi arasında mübahisə mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-685/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərr əmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarına əsasən, ərizəçinin 1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilməmişdir. Ərizəçinin döyüşlərdə iştirak etməsi üçün ezam edilməsi barədə əmr onun ərizəsinə əlavə edilməmişdir. Əksinə, onun barəsində 1991-ci ildə əmr verilmiş, o, ictimai asayişin qorunması üçün 9 aylıq ezam olunmuşdur. Buna görə də ərizəçinin yar alanması iş materialları ilə sübut edilsə də, onun məhz döyüş əməliyyatlarında iştirak etdiyi zaman yaralandığı təsdiq edilməmişdir. Qətnamədən ərizəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Ərizəçi (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarında olan mötəbər sübutlarla və şahid ifadələri ilə ərizəçinin 1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmuşdur. Məhkəmə isə iş materiallarında ol an sübutları əlaqəli şəkildə təhlil etmədən ədalətsiz və düzgün olmayan nəticəyə gəlmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə xüsusi icraat qaydasında baxılmalıdır və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə isə şikayətin dəlillərinə münasibət bildirmədən, şikayətin məzmunundan kənara çıxaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya baxışının həddi prinsipini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qəra r çıxarılmasını xahiş etdilər. Maraqlı şəxsin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər (maddə 305.2). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi h əmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmiyyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zama nda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi baxılan iş üzrə 08 oktyabr 1991-ci il tarixdə Goranboy rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatı zamanı yaralanmağı, döyüşlərdə yaralanmağını təsdiq edən 3 saylı Şəhər Klinik Xəstəxanasının 29 oktyabr 2019-cu il tarixli 1436 saylı məktubunda və adına açılmış 2811 saylı xəstəlik tarixində əksini tapan məlumatların ona aid olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli, 03 saylı qərarının 14-cü maddəsində ifadə edilm iş hüquqi mövqeyinə əsasən, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. MPM-ə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə (261.0.1) hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (417.1.5). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (418.1). Göründüyü kimi ərizəçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında yaralanması faktının müəyyən edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Eyni zamanda ərizənin 3 saylı Şəhər Klinik Xəstəxanasının 29 oktyabr 2019-cu il tarixli, 1436 saylı mək tubunda və adına açılmış 2811 saylı xəstəlik tarixində əksini tapan məlumatların ona aid olması faktının müəyyən edilməsi hissəsinə də xüsusi icraat qaydasında baxıla bilməz. Çünki istinad olunan sənədlər hüquq müəyyənedici sənədlər deyil, ərizənin birinci hissəsində göstərilən faktı təsdiq edən sübutlardır və həmin sübutların mötəbərliyi və ərizəçiyə aid olması barədə məsələ ayrıca məhkəmə icratının predmeti ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarında bununla bağlı qeyd edilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məx sus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birlik lərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər (bənd 6). Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam ve rilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-685/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın m üəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar