Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3700/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X16 və X4 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın faktiki qəbulu ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 q arşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxslər X16 və X4 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-423/2024 nömrəli, 8 may 2024-cü il tarixli, qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X16 kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X38 ilə XX arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanmışdır. Həmin ni kahdan 1950-ci ildə X18, 1954-cü ildə XXXX, 1956-cı ildə X19 və 1962-ci ildə XXX doğulmuşdur. xx.xx.1961-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 Bakı şəhəri, ünvan 1 saylı (hazırda ünvan 4) evi X2 almışdır (alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi haqqında notariat işində olan və Səkinə Məcidova tərəfindən yazılmış ərizəyə əsasən o, həmin evi çoxdan X1, lakin bügunədək rəsmiləşdirmədiyini bildirmişdir).
2. XXXX ilə X17 arasında 1974-cü ildə nikah bağlanmışdır. Həmin nikahdan 1975-ci ildə X8, 1976-cı ildə X11, 1978-ci ildə Cavabdeh1 və 1991-ci ildə X14 doğulmuşdur.
3. X18 ilə XX arasında xx.xx.1988-ci il tarixdə nikah bağlamışdır. Bu nikahdan X16, İddiaçı və X doğulmuşdur. Sonuncu xx.xx.1992-ci il tarixdə ölmüşdür.
4. XXX xx.xx.1976-ci il tarixdə, X39 xx.xx. 2007-ci il tarixdə, X18 xx.xx.2010-cu il tarixdə və XXXX xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
5. Evlə üzbəüz dayandıqda sağ tərəfdə 611 saylı fərdi yaşayış evi yerləşmişdir. Həmin ev X3 adına qeydiyyata alınmış və bağışlama müqaviləsinə əsasən bu evin ½ hissəsi X24 mülkiyyətinə keçmişdir. Bundan sonra X3 mülkiyyətində olan ½ hissə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X10 mülkiyyətinə, X24 mülkiyyətində olan ½ hissə isə “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Bu əmlakın ½ hissəsi xx.xx.2023cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə (əri X18), ½ hissəsi isə xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsinə (oğlu İddiaçı) əsasən xx.xx.2023-cü il tarixdə X4 mülkiyyətinə keçmişdir.
6. Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən arxiv qovluğunda həmin fərdi yaşayış evi ilə əlaqəli 2 ədəd texniki pasport mövcuddur. Onlardan biri X3 adı ilə bağlıdır və həmin evin ünvanı ünvan 1 qeyd olunmuş, digəri isə X24 adına tərtib edilmiş və fərdi yaşayış evinin ünvanı ünvan 2rilmişdir. Arxiv qovluğunda olan məlumatlardan aydın olur ki, hər iki ünvan fərqli girişləri olan eyni fərdi yaşayış evinə aiddir. Fərdi yaşayış evinə aid xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” nda texniki pasportdakı (ünvan 1, dalan 2, ev 1) 1 və 2 literli həyət tikililərinin sökülməsi və ərazidə əlavə tikililərin inşa edilməsi qeyd olunmuşdur. 7. ünvan 1 küçəsində yerl əşən 52 saylı evə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2nа 2V-247 reyestr nömrəli, Cavabdeh1 (X30 oğlu) 2V248 reyestr nömrəli və X15 2V-246 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər verilmişdir. Bu şəhadətnamələrə əsasən xx.xx.2022-ci il tarixdə qeyd edilən evə dair onların hər birinin 1/3 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətlərindədir. XXXX ilə X9 birgə nikahından olan digər uşaqlar, yəni X14, XXX və X11 notarial qaydada təsdiq edilmiş ərizələrlə babaları X20 qalmış mirasdan imtina etmişdilər.
8. XXX xx.xx.1976-ci il tarixdə öldükdən sonra ondan miras qalmış ünvan 3 ünvanında Cavabdeh2, X44 (ailəsi ilə birlikdə) və X19 qeydiyyatda olmaqla yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizələr) ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, ünvan 1, 52 saylı fərdi yaşayış evinə onun vərəsəlik hüquqlarını tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi babası X31 və nənəsi X32 m əxsus olmuşdur. Atası X18 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi cavabdeh (bibisi) Cavabdeh2, cavabdeh (bibisi) Cavabdeh3 və cavabdeh (bibisi oğlu) Cavabdeh1 adına 1/3 hissə paylı mülkiyyət olmaqla sənədləşdirilmiş və onlara çıxarış verilmişdir. Buna əsas isə Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-248 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-247 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri olmuşdur. O və ailə üzvləri birinci dərəcəli vərəsə olduqlarından onların hüquqları pozulmuş və əsassız olaraq sözügedən ev cavabdehlərin adına qeydə alınmışdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1134.1, 1145, 1159.1.11159.1.3, 1243.1, 1300, 1301.1-1301.3, 1318-ci, “Notariat haqqında” Qanunun 9, 36, 55 və 57-59-cu maddlərinə istinad etmişdir.
12. X16 və X12 da mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, ünvan 1, 52 saylı fərdi yaşayış evinə onların vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərə sə kimi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər öz iddialarını İddiaçı iddiasının məzmununa uyğun məzmunda əsaslandırmışlar.
14. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 məhkəmə baxışında iddiasını müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, o, və ailəsi mübahisəli ünvan 1, 52 saylı fərdi yaşayış evində yaşamayıb. Hazırda o, Türkiyədə yaşayır, lakin hesab edir ki, o, vərəsədir və buna görə də, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, onun və anasının vərəsəlik hüququ tanınmaqla iddiası təmin olunmalıdır.
15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12 məhkəmə baxışında iddiasını müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, o, 1988-ci ildə X ilə ailə qurmuş və başqa ünvanda olan evə gəlin gəlmişdir. Mübahisəli ünvan 1, 52 saylı fərdi yaşayış evində yaşamayıb və hazırda da yaşamır. 2010-cu ildə əri vəfat etmişdir. Buna görə də cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, onun və qızının iddiası təmin olunmalıdır.
16. Cavabdeh3 məhkəmə baxışında iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli ev onun atasına məxsus olmuşdur. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər, yəni nəvələr və gəlin vərəsə kimi tanınmamışlar və mülkə faktiki sahiblik də etməmişlər, belə ki, həmin ev atasına məxsus olmuş, orada o, və bacıları yaşamış, bundan əlavə, bacısı Lalənin uşaqları yaşamışlar. İddiaçı və üçüncü şəxslər b ir gün də ünvan 1, 52 saylı fərdi yaşayış evində yaşamayıblar. Atası 70-ci illərdə vəfat etmişdir, o vaxtdan bu günədək nəyə görə iddiaçılar mirasın qəbulu üçün müraciət etməyiblər, nəyi gözləyirdilər və harda idilər. İddia əsassızdır.
17. Cavabdeh2 məhkəmə baxışında iddiaya etiraz olaraq bildirmişdir ki, onun atasının əsas vərəsələri qızlarıdır, qardaşları Kəblə 2010-cü ildə vəfat etmiş və ölməmişdən öncə də tamamilə başqa ünvanda yaşamışdır. Mübahisəli evdə nə iddiaçı, nə də üçüncü şəxslər bir gün də belə yaşamayıblar, mirasın qəbulu üçün notariusa müraciət etməyiblər.
18. Cavabdeh1 da iddiaya etiraza edərək göstərmişdir ki, iddiaçı və üçüncü şəxslər X25 öldüyü tarixdən bu günə kimi mübahisəli miras əmlakla bağlı notariusa müraciət etməmişlər, bundan savayı, babasının sağlığında da müb ahisəli ünvan 1, 52 saylı fərdi yaşayış evində o, onun anası və xalaları yaşayıblar. Dayısı Kəblə, onun arvadı və uşaqları tamamilə başqa ünvanda yaşayıblar. İddiaçı və üçüncü şəxslər bir gün də mübahisəli evdə yaşamayıblar.
19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(003)1096/2023 saylı qətnaməsi ilə İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X16 və X4 iddiaları təmin edilməmişdir. (hakim Ramilə Xəzri)
20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə istinadən müəyyən etmişdir ki, X38 və XX xx.xx.1949-cu il tarixdə nikah bağlamışlar. Bu nikahdan X19, XXXX, X19, XXX və İddiaçı doğulmuşdur. ünvan 1ev 50 ünvanında yerləşən fərdi yaşayış evi X33, ünvan 1ev 52 ünvanında yerləşən fərdi yaşayış evi isə X34 məxsus olmuşdur. X7 qəsəbəsi C.Məmədqulizadə kü çəsi ev 50 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. X18 xx.xx.2010-cu il tarixdə, X39 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. XXX isə bundan əvvəl xx.xx.1976-ci il tarixdə vəfat etmişdir. X18 ilə X12 xx.xx.1988-ci ildə nikah bağlamışlar. Bu nikahdan X16, İddiaçı və X doğulmuşdur. Sona xanım Mustafayeva xx.xx.1992-ci il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixdə ölmüş XXXXnın X17 ilə birgə nikahından X14, X8, Cavabdeh1 və X11 doğulmuşdur. X14, X11 və X babaları X20 qalmış mirasdan imtina etmişdir. ünvan 5 ünvanına dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2nа 2V247 reyestr nömrəli, X36 (Cavabdeh1 anası) 2V-248 reyestr nömrəli və X15 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr əsasında ünvan 1, 52 saylı fər di yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər birinin payı 1/3 hissəsi olmaqla Cavabdeh1 (XXXXnın oğlu), Cavabdeh2 və Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Mirasın açıldığı dövrdə ünvan 6 ünvanında Cavabdeh2, X44 (uşaqları ilə) və X19 qeydiyyatda olmaqla yaşamışlar.
21. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən mirasın açıldığı vaxt qüvvə olan Mülki Məcəllənin normalarına əsasən qeyd etmişdir ki, iddiaçı ünvan 1, ev 50 ünvanında yerləşən X33 məxsus evdən istifadə etmiş, xx.xx.1976-ci il tarixdə ölmüş XXXndan qalmış mirası isə qəbul etməmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər də, XXXndan qalmış mirası qəbul etməmişlər. Belə ki, miras vərəsələr tərəfindən qəbul edilməlidir. Bunun üçün vərəsə mirası qəbul etdiyini şək siz nümayiş etdirməli, qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməli və ya mirasa sahiblik etməyə və ya idarə etməyə faktiki başlamalıdır. İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə mərhum XXXndan qalan mirasa subyektiv hüquqlarını itirdiklərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş şəxs olaraq onlar üçün hüquqi nəticələrə səbəb olmadığından onların tələbi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında aparılmış qeydiyyat etibarsız hesab edilə bilməz.
22. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı eyni zamanda anası X4 da vərəsəlik hüquqlarını tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsini tələb etsə də, anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sonuncu müstəqil tələblər irəli sürən üçüncü şəxs olaraq eyni iddia ilə müraciət etmişdir. İddiaçının anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranması halı sübut edilməmişdir
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532, 552, 553, 554-cü, Mülki Prosessual Məcəllənin 5.2, 14.2, 59.1, 77.1, 217-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ünvan 1, 52 saylı evdə qardaşı və o, qeydiyyatda olmaqla babası rəhmətə getdikdən sonra ailə üzvləri ilə birlikdə yaşamışdır. Məhkəmə qətnaməsində onun ifadəsi təhrif edilmiş, onun və ailəsinin mübahisəli ünvan 1, 52 saylı fərdi yaşayış evində yaşamaması qeyd edilmişd ir. Halbuki, məhkəmə iclasında o, 52 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını və hətta məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində də həmin evdə qeydiyyatda olduğunu bildirmiş, cavabdehlərin isə həmin evdə yaşamadıqlarını qeyd etmişdir. Türkiyə Respublikasında isə müvəqqəti yaşadığını bildirmişdir. ünvan 1, ev 50 və ünvan 1, 52 saylı mübahisə predmeti olan ev bir həyətdə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü XXX 1962-1981-ci illərdə, xx.xx.1954-cü il təvəllüdlü XXXX 1954-1977-ci illərdə, xx.xx.1956-cı il təvəllüdlü X 1956-1979-cu illərdə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Həmin ünvanda o və qardaşı da qeydiyyatda olsalar da, bu barədə arayış əlavə edilməmişdir ki, bunun da səbəbi bəlli deyil. Cavabdehlər miras əmlakı faktiki surətdə idarə etməmiş, mirasa yiyələnməmiş və mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş müddətdə notariat qaydada müraciət etməmişlər. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi babası X31 və nənəsi X32 məxsus olmuşdur. 2006-cı ilin fevral ayının 11-də XXXXnın, XXXXXXX, XXXnın “Əzizibəyov rayonu, ünvan 1 ev № yerləşən ata mülkündən mənə düşən payı qardaşım X13 bağışlayıram” məzmunda öz dəst xətləri ilə yazıları məhkəməyə təqdim olunmuş, həmin yazı da cavabdehlərin yeganə ata mülki olan 52 saylı evdə yaşamadıqlarını, həmin evin hazırda da onun, anasının və qardaşının sahiblik və istifadəsində olduğunu təsdiq edir. Həmin yazıları məh kəmə nəzərə almamışdır və qətnamədə buna heç bir qiymət verilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş Əzizbəyov rayonu, Buzovna qəsəbə üzrə nümayəndəsinin xx.xx.2008-ci il tarixli arayışına əsasən X18 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsiev 52-də yaşayır və onunla bir ailədə yaşamış və xx.xx.2007ci il tarixdə vəfat etmiş anası X41 özü dəfn etmişdir. Bu arayış da məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir qiymət verilməmişdir. Sözügedən fərdi yaşayış evinin cavabdehlərin adına qeydə alınmasının qanunsuz və əsassız olması məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunsa da, onun və ailə üzvlərinin hüquqları kobud şəkildə pozularaq birinci instansiya məhkəməsinin qətnaməsində işin bu kimi əhəmiyyət kəsb edən halına qiymət verilməmişdir. Bundan əlavə vərəsəlik şəhadətnamələri veril ərkən notarius digər vərəsələrin olması halını araşdırmamış, cavabdehlər isə vərəsəlik işi ilə bağlı düzgün məlumat verməmişlər.
26. Apellyasiya baxışında cavabdehlər Cavabdeh2 və Şəfaqət Abdullyeva apellyatorun istinad etdiyi ərizələri yazmadıqlarını göstərmişlər.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mirasdan imtina barədə apellyatorun istinad etdiyi ərizələrin cavabdehlər tərəfindən imzalanması məsələsinə aydınlıq gətirilməsi üçün 19 oktyabr 2023-cü il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1953 nömrəli rəyinə əsasən XXXnın və XXXXXXX adından olan xx.xx.2006-cı il tarixli ərizənin mətni (hər iki halda) və “Əliyeva S” yazısı önündəki imza, habelə “Abdullayeva” yazısı önündəki imza müvafiq olaraq Cavabdeh2 və X19 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-423/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1096/2023 saylı qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov, Xəyal Sarıyev)
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 iddiasının rədd edilməsi hissəsində y oxlayaraq, köhnə Mülki Məcəlləyə istinadən ilk növbədə qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
31. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırm ış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin faktiki hallarına əsasən X38 və XX xx.xx.1949-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan X19, XXXX, XXX və X18 doğulmuşdur. Onların birgə nikahda olduqları dövrdə, yəni xx.xx.1961-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 Bakı şəhəri, ünvan 1 saylı (hazırda ünvan 4) evi (bundan sonra mübahisəli ev) X2 almışdır.
33. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, X38 vəfat etdiyi xx.xx.1976-ci il tarixdə onun oğlu, X18 hələ nikahda olmamış və mübahisəli evdə deyil, onun qonşuluğunda, yəni ünvan 1ndə yerləşən və həmin vaxt anası ilə nənəsinin paylı mülkiyyətində olan 611 (sonradan 50 saylı və 1 saylı) fərdi yaşayış evində anası ilə birlikdə yaşamışdır. XX ilə xx.xx.1988-ci il tarixdə nikah daxil olduqdan sonra da sonuncu məhz bu evə köçmüş və onlar, birgə nikahlarından doğulmuş X16 və İddiaçı birlikdə həmin, yəni 50 saylı evdə yaşamışdılar. Mübahisəli evdə isə X26 olan X44 öz ailəsi ilə birlikdə (uşaqları, o cümlədən Cavabdeh1 da doğulduqdan sonra) 1995-1996-cı ilə kimi həmin evdə yaşamışdır. Bununla belə, mübahisəli ev onun mülkiyyətçisi olan X26 ölü mündən sonra miras əmlak olaraq faktiki olaraq X44 tərəfindən qəbul edilmişdir. İddiaçı (apellyator) bu evin miras əmlak olaraq həmçinin, onun atası tərəfindən qəbul edildiyini sübuta yetirə bilmir. Əksinə özü də etiraf edir ki, 1976-cı ildə həmin evdə bibisi X44 ailəsi ilə birlikdə yaşamış, atası İddiaçı isə həmin evə qedib-gəlmişdir. Halbuki, İddiaçı evə gedib-gəlməsi onun bu əmlakı miras olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz və ona münasibətdə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin tətbiqi üçün əsas yaratmış olmur. X30 ailəsi ilə birlikdə 1995-1996-cı illərdə bu evi tərk etməsi də ona münasibətdə 1976-cı ildə yaranmış hüquqi vəziyyəti dəyişmiş olmur.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə o halı nəzərə almışdır ki, mübahisəli əmlak X38 tərəfindən XX ilə birgə nikahda olduğu dövrdə alınmış və hüquqi nəticə etibarı ilə onların birgə mülkiyyəti olmuşdur. Bu baxımdan X18 həmin əmlakın yalnız atası X20 miras qalmış ½ hissəsini qəbul etməmişdir. Lakin anası XXnın həmin evdə olan payını miras əmlak olaraq hüquqi nəticə etibarı ilə qəbul etmişdir. Belə ki, XXnın xx.xx.2007-ci il tarixdə ölümündən sonra ondan miras qalmış 50 saylı evin ½ hissəsini faktiki olaraq qəbul etmiş və orada yaşayaraq, idarə etmişdir. Bu hal onun ölümündən sonra xx.xx.2023-cü il tarixdə həmin hissəyə dair onun arvadı X5 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə də öz təsdiqini tapır. Qeyd edilənlər öz növbəsində X10 anasından miras qalmış mübahisəli 52 saylı evin ½ hissəsini də miras əmlak olaraq qəbul etməsini özündə ehtiva edir.
35. Ap ellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, X6 miras qalmış bütün əmlakı isə X12 qəbul etmiş və hazırda bu əmlakın mülkiyyətçisidir. X13 münasibətdə onunla birlikdə birinci növbəli vərəsələr olan İddiaçı və X16 atalarından miras qalmış bütün əmlakın analarının mülkiyyətində keçməsinə etiraz etməyərək, bu nəticə ilə razılaşmışlar.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli 52 saylı evdən pay tələb etmək hüququ olmuşdursa da, bu hüquq məhz X6 miras qalmış bütün əmlakı onun vərəsəsi olaraq qəbul etmiş X5 məxsus olmuşdur. Lakin o, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. X16 isə mövcud vəziyyətdə qeyd edilən əmlakdan vərəsəlik qaydasında pay tələb etmək üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun apellyasiya şikayətini n əsassız olduğunu təsdiq edir.
37. Apellyasiya instansiyası məhkəməsi onu da bildirmişdir ki, 611a (52) saylı və 611 (50 və 1) saylı evlər yanaşı yerləşmişdir. 50 və 1 saylı evlər faktiki olaraq bir ev olmaqla iddiaçıların istifadə və sahibliyində olmuş, bir hissəsi miras əmlak olaraq, bir hissəsi isə (bundan əvvəl bu hissə də vəsiyyətnamə ilə mülkiyyətə keçmişdir) bağışlama müqaviləsinə əsasən iddiaçı X4 mülkiyyətinə keçmiş, hazırda da mülkiyyətindədir, hətta həmin əmlak iddiaçılar tərəfindən artıq sökülmüşdür. Lakin ötən dövr ərzində cavabdehlər 50 saylı mənzillə bağlı hər hansı pretenziya irəli sürməmiş, habelə həm bu evin miras olaraq rəsmiləşdirilməsi, həm də sökülməsi zamanı bu proseslərə hər hansı formada etiraz etməmişdilər. Halbuki, cavabdehlər anaları XXndan miras qalmış əmlakda n pay tələb edə bilərdilər. Eyni qaydada, iddiaçılar da X10 xx.xx.2010-cu il tarixdə ölümündən sonra, habelə 2023-cü il tarixdə ondan miras qalmış əmlakın X4 adına rəsmiləşdirilməsi zamanı mübahisəli 52 saylı evdən pay tələb etməmişdilər. 52 saylı evin açarları da hazırda cavabdehlərdədir. İddiaçılardan ikisi qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı (apellyator) X16 bir neçə ildir ki, Türkiyə Respublikasına köçmüş və ailəsi ilə orada yaşayır. Eyni zamanda, iddiaçılar tərəfindən təqdim edilmiş və cavabdehlərin ata mülkündə olan paylarını qardaşlarına bağışlanmasını təsdiq edən ərizələrin mətninin onlar tərəfindən yazılmadığı və imzaların da onlara məxsus olmadığı müəyyən edilmişdir. Bununla belə tərəflər öz aralarında həmin evləri qeyri-rəsmi bölmüş və aparılmış bölgüyə uyğun rə smiləşdirmişlər. Bu da öz növbəsində iddiaçı X16 hazırki hərəkətlərini cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməsi üçün əsas yaradır.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532, 552, 553, 554-cü, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 5.3, 560.3.4, 1301.1 və 1301.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Üçüncü şəxs X16 (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyanın nə vəsi olaraq üçüncü şəxslər – iddiaçı mübahisəli əmlakda doğulmuş, böyümüşlər və hazırda həmin əmlakda qeydiyyatdadır və yaşayırlar. Bu isə onların əmlakı faktiki olaraq qəbul etməklərinin sübutudur. Məhkəmələr işə baxarkən qeyd olunan halları nəzərə almamış, onların mirası faktiki olaraq qəbul etməklərini görməzlikdən gəlmişdir. Cavabdehlər öz üzərlərinə düşən vəzifələri vicdanla yerinə yertirməmiş, nə miras barədə müraciət edən zaman iddiaçılara məlumat verməmiş, nə də iddiaçıların mirasda payının olduğunu bildikləri halda paylarını ayırmadan onlara çatası paya da sahib olmuşlar. Baxılan iş üzrə maddi hüququn işin müəyyən edilmiş hallarına uyğun, düzgün təfsir və tətbiq edilməsi başa düşülür. Hazırki şikayət üzrə işin həqiqi hallarının düzgün müəyyən edilməməsi və düzgün qiymətləndirilməm əsi, maddi və prosessual hüququn tətbiqinə dair dəlilləri – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Şikayətin ayrı-ayrı bəndlərində şərh olunanlardan göründüyü kimi, məhkəmə işin hallarının düzgün müəyyən edilməsində səhvə yol vermiş, işin həqiqi halını təhrif etmişdir. Bununla bərabər, işdə olan mövcud sübutları – iddiaçıların 1-ci növbə vərəsə olmaqları, mirası faktiki olaraq qəbul etməklərini nəzərə almamış, qanuni əsaslarla müəyyən edilən hallara maddi və prosessual hüququn tətbiqi tələbinə riayət etməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi MPM-in 88ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə (1964) Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş ata sına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar; Maddə 552.Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət ü ç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir; Maddə 554.Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra on u qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2 17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs x apellyasiya şikayəti üzrə onun iddiasını təmin edilməyən hissəsi üzrə olub. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan həmin hissə başa düşülür.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasın da baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin iddia tələbi və onun apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
46. İşdən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs babasından miras qalan evdən vərəsə olaraq payının tanınmasını istəyir.
47. Mülki Prosessual Məcəllə nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını, buna uyğun olaraq, hüquq münasibətlərinin yarandığı vaxtı müəyyən edərək, mübahisəyə 1964-cü il Mülki Məcəlləsinin normalarını tətbiq etməklə üçüncü şəxsin iddiasını təmin etməyərkən düzgün nəticəyə gəlmişlər.
49. Mübahisəyə tətbiq edilən 1964-cü il Mülki Məcəlləsinin tələblərinə görə həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susm asını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.
50. İşin müəyyən edilən halına görə üçüncü şəxsin babası olan X38 vəfat etdiyi xx.xx.1976-ci il tarixdə onun oğlu (üçüncü şəxsin atası), X18 hələ nikahda olmamış və mübahisəli evdə deyil, onun qonşuluğunda, yəni ünvan 1ndə yerləşən və həmin vaxt anası ilə nənəsinin paylı mülkiyyətində olan 611 (sonradan 50 saylı və 1 saylı) fərdi yaşayış evində anası ilə birlikdə yaşamışdır. X18 həmin əmlakın atası X20 miras qalmış ½ hissəsini qəbul etməmişdir.
51. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxs B.Mustafayevanın iddiası üzrə apellyasiya instansiya məhkəməsinin hazırki qərarın 30-36-cı bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
52. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiy yətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, həmin dəlillər üzrə ekspertiza da təyin etmiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
53. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və qeyd edildiyi kimi məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətini və iddiasını təmin etməmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-423/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.