Məhkəmə qərarları › İş №2(102)-3703/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3703/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3703/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızına qarşı ilk iddia tələbin, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızına qarşı “evə köçürülmə və evdən çıxarılma” barədə ilk iddia tələbinə, Məmmədxanlı (Cavadova) A yşən Vaqif qızının İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv olunmasıN” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-621/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən hər iki tərəfin kassasiya şikayətlərinə 26 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)7366/2018 №-li qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X14 ilə birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü Ümüd Cavadzadə ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan ye ni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsinə əsasən cavabdeh X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)7366/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adından X13 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv metr torpaq sahəsini İddiaçı satmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 17 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

5. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 08 avqust 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh Maştağa qəsəbəsi Savalan y/massivi 943F nömrəli evdə qeydiyyatsız yaşayır. 6. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 07 avqust 2014-cü il tarixli etibarnaməyə əsasən, X3 adından X13 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan y yaşayış massivində yerləşən 200 kv metr torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir

7. Tədiyyə (ver gi) bildirişlərindən görünür ki, Cavabdeh Savalan yaşayış massivi ümumi sahə № 943 üçün 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 20142017-ci illər, 2018-2020-ci illər üçün torpaq vergisini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı uşağı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 943F nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə adına çıxarış vardır. Buna baxmayaraq, o, mülkiyyətində olan evə köçə və öz əmlakından istifadə edə bilmir. Sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçıya və cavabdehə aidiyyəti yoxdur. Onun ailə üzvü olmayan iddiaçının evində yaşaması və evin yaşayış sahəsindən istifadə etməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnu kobudcasına pozur. Mülkiyyətindəki fərdi yaşayış evinə köçə bilməməsinin səbəbi cavabdehin qanunsuz hərəkətləridir. Belə ki, hər dəfə o, evinə gedərkən cavabdeh dava-dalaş salır, qəsdən münaqişəli vəziyyət yaradır.

10. Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat ofisində 31 iyul 2019-cu il tarixdə X10 ilə İddiaçı arasında bağlan mış 178,7 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 sentyabr 2019cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı oğlu X15 ilə birgə nikahda olan vaxt fərdi yaşayış evinin inşa edilməsi üçün ünvan 2 ünvanında 2009cu ildə torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində yaşayış evi tikildikdən sonra 2014cü ildə aralarında olan münaqişə nəticəsində yoldaşı onları ataraq Rusiya Federasiyasına getmişdir. Bundan sonra o, həmin evin inşasını davam etdirərək qapılarını, pəncərələr ini almış və evi yaşayış üçün tam yararlı vəziyyətə gətirmişdir. Həmin torpaq sahəsinə dair ona torpaq sahəsini aldıqları X10 tərəfindən 07 avqust 2014-cü il tarixdə etibarnamə verilmişdir. İnşa etdikləri yaşayış evinin bütün kommunal xidmətləri üzrə müqavilələr onunla bağlanmış və bütün sayğaclar bugün də onun adındadır. 2016-cı ildə yoldaşı ilə barışaraq yenə həmin evdə yaşamışlar. 2018-ci ildə artıq birgə yaşayışları mümkün olmadığı üçün ayrılmışlar. Bundan sonra yoldaşı öz valideynlərini həmin evə yerləşdirərək onu evə buraxmamışlar. Evə girmək istədikdə ona və övladına xəsarətlər yetirmişlər. Bundan sonra o, mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyas iya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsində izahat verərkən X15 torpaq sahəsinin bibisi oğlu X9 məxsus olmasını bildirmiş və 3-cü şəxs qismində iştirak edən X13 da bunu təsdiq etmişdir. İndi isə əmisi İddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Bu açıq aşkar onun inşa etdiyi və illərlə yaşadığı əmlakının əlindən alınması üçün qurulmuş bir oyundur. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədikdən sonra tələsik olaraq faktiki ona məxsus evə dair 31 iyul 2019-cu il tarixdə X10 ilə İddiaçı arasında 178,7 kv metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləni X3 əvəzinə X13 imza etmişdir. Bundan sonra 17 sentyabr 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən evə dair çıxarış alınmışdır. Halbuki, həmin evin onlar tərəfindən inşa olunması və onun orada davamlı yaşaması Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə tam sübuta yetirilmişdir. Qeyd etdiyi hallardan da həmin evə dair alınmış çıxarışın qanunsuz yollarla alınması açıqaşkar görünür.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3053/2020 nömrəli mülki iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hacıyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi 943F nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüqu qlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxmamaları ilə maneçilik törədir.

14. Məhkəmə qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair artıq məhkəmə qərarı ilə köçürülməsinə dair dəlliləri bağlı qeyd etmişdir ki, sözügedən məhkəmə qərarlarının hazırki işdə üstün hüquqi qüvvəsi yoxdur. Belə ki, həmin vaxtı mübahisəyə bağılarkən evin hüquqi statusu olmayıb, başqa sözlə özbaşına tikili olub. Bu işdə ilkin iddiaçı mülkiyyətçı qismində çıxış edərək onun hüquqlarının müdafiəsini məhkəmədən tələb edir.

15. Eyni zamanda Məmmədx anlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbinin əsaslarından biri kimi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair onun adına etibarnamə olmasını əsas gətirməsi tamamilə əsassızdır. Belə ki, həmin etibarnamənin verilməsi müddəti bitmişdir. Bundan başqa etibarnamənin mahiyyəti etibar edilən tərəfindən etibar etmiş şəxsin mənafeyinə uyğun hərəkət etməsidir, həmçinin etibar edən (keçmiş mülkiyyətçi) səxs mübahisəli evi özgəninkiləşdirməklə ora olan hüququnu artıq itirmişdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2 və 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Məmmədxanlı (Cavadova) Ayşən Vaq if qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)-3409/2021 nömrəli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsiinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi rədd, qarşılıqlı iddiası təmin edilərək Bakı şəhəri, 51 saylı notariat ofisində X10 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və tərəflər əvvəlki vəziyyətə qaytarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş 17 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X5 verilməsi üçün İddiaçı X6 xeyrinə AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsində qeyd edilən 2000 manatın tutulması qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nikahda olduqları dövrdə X16 ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs, Savalan yeni yaşayış massivində yerləşən, 2019-cu ilə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, M.V.Cavadovun bibisi oğlu X6 adına etibarnaməsi olan torpaq sahəsində birlikdə inşa edilmiş evdə uzun müddə t davamlı olaraq yaşamaları, həmin evin inşa edilməsində, saxlanmasında bu və ya digər formada Cavabdeh rolu, əməyi və zəhmətinin olması işin mübahisəsiz halı olmaqla apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş hallarındandır.

20. Mübahisəli evdə birgə nikah dövründə yaşadıqları dövrdə Bakı şəhəri, Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi X3 adından X1 Ayşən Vaqif qızına etibar edilməsinə dair 07 avqust 2014cü il tarixli etibarnamə də verilmişdir. Lakin ailə münasibətləri pozulandan sonra Cavabdeh müba hisəli evdə yaşamalarına maneələr olduğundan iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onun uşağı ilə həmin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə dəyişdirilmədən saxlanıldıqdan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X5 verilmiş **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyəti hüquq u üzrə qeydiyyata alınmışdır. AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən isə X3 adından X13 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini İddiaçı 2000 manata satmışdır. Müqavilədə satıcı yerində X3 əvəzinə xx.xx.2018-ci il tarixdə 17 saylı notariat ofisində verilmiş 1189 reyestr nömrəli etibarnamə əsasında X13 imza etmişdir. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 sentyabr 2019-cu il qeydiyyat tarixli çıxarış veriləndən 6 ay sonra İddiaçı hazırki ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Buna qədər isə xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi artıq icra edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadı ilə İddiaçı müraciəti əsassız olduğu üçün təmin edilməmişdir. Sözügedən müraciət Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsi ilə bağlı olmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianın hüquqi həllinin qarşılıqlı iddianın həllindən asılı olmasına diqqət yetirməyərək ilk növbədə ilk iddia üzrə tələblərə hüquqi qiymət verilməsini zəruri sa ymaqda səhvə yol vermişdır. Belə ki, ilk iddiaçı məhz mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ilk iddianı qaldırsa da, qarşılıqlı iddiaçı sözügedən mülkiyyətlə bağlı sənədin qanuniliyini mübahisələndirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi ilk növbədə ilk iddianın əsasını təşkil edən hüquqi sənədin mübahisələndirilməsinə dair dəlillərə qiymət verməli, mülkiyyət hüququna dair sənədin qanuniliyini şübhə altına alınmaması üçün kifayət qədər mötəbər sübutlar olduğu təqdirdə ilk iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməli idi.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində əksini tapmış məlumatların doğru olmaqla həqiqəti əks etdirməsinə dair sübutlar təqdim etməyə borclu olduğu halda birinci instansiya məhkəməsi qarşılıqlı iddianın dəlilləri üzrə ümumiyyətlə araşdırma aparmayaraq bu iddiaya mübahisəyə başlarkən evin hüquqi statusunun olmaması (özbaşına tikili olması) hazırda isə ilkin iddiaçının mülkiyyətçi qismində çıxış edərək onun hüquqlarının müdafiəsini məhkəmədən tələb etməsi baxımından yanaşmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının iddia tələblərini əsassız sayarkən mübahisəli evə köçürülməsinə dair sözügedən məhkəmə qərarlarının hazırki işdə preyudusiallığı olmamasını düzgün olaraq qeyd etsə də, hazırki işin halları baxımından nəzərə almamışdır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyəti ni müəyyən etməkdən ibarətdir.

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı mübahisəli evin alqı-satqı müqaviləsində əksini tapmış 2000 manat məbləğin formal olmasını, evi qardaşı oğlu X4 əslində 40000 manata almasını, müqavilə bağlanarkən evə baxmamasını, buna ehtiyac olmamasını, evin həmin vaxt boş olmayaraq orada Cavabdeh oğlu ilə yaşamalarını etiraf etmişdir. İş materiallarından görünür ki, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X12 qarşı mənzilə köçürülmə işinə baxılarkən həmin iş üzrə X13 şahid qismində ifadə verərək mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 2008-ci ildə etibarnamə əsasında almasını, Müşviq Cavadovun orada evin tikilməsində bənnalıq etməsinə dair kommunal xidmətlərin hamısının Cavabdeh adına keçirilməsini göstərərək, bunu kommunal xərclərdən a zad olunması məqsədi ilə edildiyini bildirmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında 3-cü şəxs qismində verdiyi izahatında mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, Maştağa sakini X10 adlı şəxsdən almasını, sonuncunun məhkəmədən məlumatı olmasını, lakin torpağı ona satdığından məhkəməyə gəlməyə maraqlı olmamasını, həmin torpaqdakı mübahisəli evin də onun puluna tikilməsini, yaxın günlərdə də çıxarışı alacağını göstərmişdir. Lakin bunlara baxmayaraq hazırki iş üzrə birinci instansiya məhkəməsi isə X3 adından X6 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və d igər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etməsinə dair 07 avqust 2014-cü il tarixli etibarnamə verməsinin səbəblərini araşdırmamış, evin bütün kommunal xidmətlərinin hamısının Cavabdeh adına olmasına, sonuncu tərəfindən də 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 2014-2017-ci illər, 2018-2020-ci illər üçün torpaq vergisini ödəməsi kimi işin mühüm və diqqətə layiq məqamlarına hər iki iddia tələblərinin əsaslılığı baxımından düzgün hüquqi qiymət verməmişdir. Mübahisəli evə dair mülkiyyət hüququ X3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq, o heç vaxt Cavabdeh mübahisəli evdən çıxması və mənzilin ona təhvil verməsi və ya evi satmaq niyyətinin olması barədə xəbardar etməmiş, bunu iddia etməmiş, xx.xx.2019-cu il tarixli alqı-sa tqı müqaviləsi barədə də ona məlumat verməmişdir. Həmçinin də İddiaçı mübahisələndirilən alqı-satqıdan və 17 sentyabr 2019-cu il qeydiyyat tarixli çıxarışı aldıqdan sonra Cavabdeh mübahisəli evdən çıxması və mənzilin ona təhvil verməsi ilə bağlı ona xəbərdarlıq etməmiş, bu barədə yalnız Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi icra edildikdən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsinə dair müraciətinin əsassız olduğu üçün təmin edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2020ci il tarixli 3m-01/2020 №-li qərardadının qəbul edilməsindən sonra hazırki ilk iddia ərizəsi ilə müraciət etmiş dir. İşin faktiki araşdırılmış halları ilə də müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsindən sonra mübahisəli evin sənədləşdirilməsi üçün Cavabdeh adına müvafiq etibarnamə qüvvədə olmasına baxmayaraq X3 adına özəlləşdirilməsi prosesinə başlanılmış, sözügedən qətnaməyə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsində baxılan dövrdə və 19 iyul 2019-cu il tarixli qətnaməsi qəbul edilən vaxt həmin prosesin getməsi barədə X4 fərqli olaraq X16 tərəfindən apellyasiya instansiyası məhkəməsinə məlumat (apellyasiya şikayətində) verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməklə evin xx.xx.2019-cu il tarixdə İddiaçı satılması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və müvafiq çıxarışın da verilməs i barədə məlumat vermək hüququndan istifadə etməmişdir. Halbuki, X2 Müşvüq Vəlhəd oğlunun bibisi oğlu olmaqla, şahid və 3-cü şəxs kimi məhkəmələrdə iştirak edərək Cavabdeh iddiası üzrə işə baxılmasının nəticəsi barədə məlumatlı olduqları halda bu barədə əmi İddiaçı xəbəri olmaması, eləcə də onun Ali Məhkəməyə ünvanladığı müraciətində göstərdiyi kimi məhkəmə qətnamələrindən xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra xəbər tutması qətiyyən inandırıcı olmamaqla işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamışdır. X3 (həmçinin X6) mübahisəli evi satmaq və İddiaçı isə həmin evi həqiqətən də almaq niyyətləri var idisə bu barədə həmin evə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürülmüş və hazırki vaxta kimi orada yaşamağa davam edən Cavabdeh məlumat landırmaqlarına onlara heç kim və heç nə maneə olmamışdır. Mübahisəli evin sənədləşməsinə dair Cavabdeh adına etibarnamə qüvvədə ola-ola, onun Müşviq Cavadovla ailə münasibətləri kəsildiyi üçün, birgə nikah dövründə birlikdə inşa etdikləri mübahisəli evə köçürülməsini və həmin evə hər hansı formada aidiyyatını tam kəsmək üçün ən azından X3 Cavabdeh adına olan etibarnaməni ləğv etdirmədən, onun X6 adına olan (xx.xx.2018-ci ildə verilmiş) digər etibarnamədən istifadə etməklə X3 adına özəlləşmə prosesinə başlayaraq müvafiq çıxarış əldə edilməsi, sonradan alqı-satqı müqaviləsi bağlayaraq əvvəl sonuncunun adına çıxarış alınması, daha sonra isə İddiaçıla alqı-satqı müqaviləsi bağlayaraq onun adına yeni çıxarış alınması kimi bütün hərəkətlər Cavabdeh uşağı ilə uzun müddət, davamlı olaraq yaşadığı, qanuni qüvvəsi almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdən çıxarılmasına hesablanmışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh ilə keçmiş ərinə faktiki məxsus olması isə 07 avqust 2014-cü il tarixli etibarnamənin məzmunundan aydın olur. Belə ki, X3 adından məhz X13 imza edərək özünün etibarnamə ilə aldığını və özünə məxsus olmasını iddia etdiyi mübahisəli 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir.

24. Birinci instansiya məhkəməsində işə baxılması dövründə qeyd edilən etibarnamənin artıq hüquqi qüvvədən düşməsinə baxmayaraq apellyasiya in stansiyası məhkəməsi bu sənədin mövcudluğu mübahisəli evin faktiki olaraq Cavabdeh ilə X8 birgə nikah dövründə birlikdə inşa etdikləri evin məhz onların yaşaması üçün nəzərdə tutulmasını təsdiq edən sübut növü kimi qiymətləndirmişdir. Cavabdeh torpaq vergisi ödəyicisi olmasını təsdiq edən iş materiallarında olan Maştağa bələdiyyəsinin müvafiq şəhadətnaməsi, eləcə də, həmin ünvanda elektrik enerjisi və qaz istehlakçısı olmasına dair sənədlər də bu sübut növlərinə aiddir. İlkin İddiaçı və qarşılıqlı iddia üzrə üçüncü şəxs X6, eləcə də X3 hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətlədirmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə hazırki mübahisənin araşdırılması zamanı Bakı şəhəri, 5 1 saylı notariat ofisində 31 iyul 2019-cu il tarixdə X10 ilə İddiaçı arasında bağlanmış 178,7 kv metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün formal bağlanmasına düzgün hüquqi qiymət verməyərək həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd olmasına müvafiq qaydada hüquqi qiymət verməyərək ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə səhv nəticəyə gəlmişdir.

26. Məhkəmə hesab etmişdir ki, Cavabdeh AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmasa da, bu müqavilə onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli ev də yaşamaq hüququnun birbaşa və tam məhdudlaşdırdığı üçün onun bu müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Belə ki, ilk növbədə Cavabdeh həmin evə münasibətdə evin yerləşdiyi torpaq sahəsini sənədləşdirmək üçün özündə geniş səlahiyyətlər əks etdirən etibarnaməsi olmuş və bu etibarnamə onu verən şəxs tərəfindən ləğv edilməmiş, hazırki iş məhkəmə baxışında olan dövrdə müddəti qutardığı üçün qüvvədən düşmüşdür. Halbuki, Cavabdeh bu etibarnamədən istifadə etməkdə sərbəst idi və ondan yararlana bilərdi. Lakin özünün məhkəmə kollegiyasında verdiyi izahatından göründüyü kimi, o bunu həyat yoldaşından kənar, onun icazəsi olmadan edə bilməzdi. Çünki yaşadıqları ev onların birlikdə inşa etdirdikləri ev olmaqla onun da həmin evin inşasında böyük zəhməti olmuşdur. O, üstünlük hüququndan istifa də edərək bu etibarnamədən ilk olaraq istifadə etsə idi, ona qarşı hazırki iddianın qaldırılmasına hüquqi əsas olmazdı. Beləliklə də, ona qarşı ədalətsizlik baş vermiş və bu haqsızlıq hazırki vaxta kimi davam edir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1 və 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4854/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Vüqar Həsənov – sədrlik edən və məruzəçi, X19 Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbinin rədd edilməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin və ilkin iddianın rədd edilməsinə əsas kimi mübahisəli evə ilk iddia üzrə cavabdehin köçürülməsi ilə bağlı qanuni qüvvədə olan qətnamənin olmasına, o cümlədən mübahisəli evin cavabdehlə onun həyat yoldaşının rəsmi nikahda olduqlar müddətdə birgə vəsait əsasında tikilməsinə, həmin evin yerləşdiyi torpaq sahəsinə ona etibarnamə verilməsinə istinad etmişdir. Bu nəticəyə gələrkən isə yalnız ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddiaçının izahatına və xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnaməyə əsaslanmışdır. İşdə olan digər sübutlar isə faktiki olaraq qiymətləndirmədən kənarda qoyulmuşdur.

31. Kassasiya məhkəməsi qanuni qüvvədə olan qətnamənin mövcud olması və həmin qətnamənin Cavabdeh mübahisəli evə köçürülməsinə əsas olması və Cavabdeh digər tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair subyektiv hüquq verməsi ilə bağ lı gəlmiş olduğu mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, Cavabdeh evə köçürülmə ilə bağlı tələbi İddiaçı yönəlməmişdir. Onun tələbi məhz öz həyat yoldaşına yönəlmişdir, həmin işin araşdırılmış hallarının nəticəsi olaraq Cavabdeh mübahisəli evə istifadə hüququnun tanınmasının (müəyyən olunmasını) mümkünsüzlüyü (özbaşına tikili olmasına görə) əsas götürülərək, yalnız evdə digər tərəfin yaşadığı şərtlər daxilində yaşamaq imkanı yaradılmışdır. Baxılan işin araşdırılmış halları isə onun mənzilə köçürülməsi və oradan əvvəlki şərtlər daxilində istifadə imkanını davam etdirməsi mübahisəsizdir. Belə olan halda məhkəmənin onun mənzildən çıxarılmalı olmaması ilə bağlı gəlmiş olduğu nəticəsi ədalətli və işin araşdırılmış hallarına uyğun olmuşdur.

32. Lakin kassasiya məhkəməsi qeyd etmişdir ki, həmin qətnamə heç bir halda mübahisəli evə münasibətdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh subyektiv hüquq verilməsi əsası kimi qəbul oluna bilməz. İlkin olaraq ona görə ki, həmin qətnamə işdə iştirak etməyən və tərəf olmayan şəxslər üçün məcburi olmadığı kimi baxılan iş üçün digər tələblərə münasibətdə preyudisial əhəmiyyəti də yoxdur. Hazırkı işin halları baxımından, apellyasiya instansiya məhkəməsi formal əsaslardan çıxış etməməli, müqavilənin etibarsızlığı üçün faktiki əsasların mövcud olması və bunların hansı maddi hüquq normaları ilə dəstəklənməsini müəyyən etməli və bundan sonra ilkin iddianın və qarşılıqlı iddianın qarşılıqlı olaraq qiymətləndirilməsini təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı a raşdırmanın aparılmasını təmin etməmiş və birinci instansiya məhkəməsinin həmin hissələr üzrə gəlmiş olduğu nəticəsi ilə razılaşmamasına dair mövqeyi isə ziddiyyətli olmuşdur.

33. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin nəticəsi olaraq tərəflərin ilkin vəziyyətə qaytarılmalı olmasını müəyyən edərkən faktiki olaraq mübahisəli evin yerləşdiyi torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin adına qeydiyyata alınan şəxsin mülkiyyətində qalmasına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələ lərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissələr üzrə nəticəyə gələrkən tələbin hüquqi əsasının seçilməsində ziddiyyətli mövqedən çıxış etmiş, hansı dəlillərin müqavilənin etibarsızlığı üçün əsas yaratması və bunun hansı maddi hüquq normaları ilə dəstəkləndiyini əsaslandırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-621/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında baxılan hissədə ləğv edilərək, hər iki idd ia tələbi təmin edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli evin mülkiyyətçisidir. O, iddia edir ki, Ayşən Məmmədxanlı onun evə köçməsinə və orada yaşamasına imkan vermir. Müəyyən olunur ki, həqiqətən də İddiaçı evə köçməsinə və orada yaşamasına Ayşən Məmmədxanlı etiraz edir, bu etirazı onunla əsaslandırır ki, əslində həmin evin İddiaçı aidiyyəti yoxdur, formal olaraq olnun adına sənədləşdirilib. Lakin Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, reyestrin məzmununun qeyri-dəqiqliyi isə sübuta yetirilməyib. Ona görə də apellyasiya i nstansiyası məhkəməsi Mülki Məcəllənin 152 və 157-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı evə köçürülməlidir.

37. Məhkəmə həmçinin qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi ev üzərində İddiaçı mülkiyyət hüququna dair reyestr qeydinin ləğv edilməsinə səbəb olmayacaq, çünki həmin müqavilənin predmeti torpaq sahəsidir. Ev torpaq sahəsinə bağlı olsa da ayrı daşınmaz əşyadır.

38. Qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi mübahisələndirilən əqd deyil, əhəmiyyətsiz əqddir. Ayşən Məmmədxanlı həmin müqavilənin əhəmiyyətsizliyinin tanınmasını tələb edə bilər, çünki yaşadığı ev həmin torpaqda yerləşir, evdən istifadə torpaqdan istifadə etmədən mümkün deyil. İlk iddianın Ayşən Məmmədxanlının evdən çıxarılması barədə hissəsinin bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən rədd edilməsi, qətnamənin həmin hissəsinin isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması təsdiq edir ki, evin yerləşdiyi torpaq sahəsinə münasibətdə Ayşən Məmmədxanlının qanuni marağı var.

39. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi, “ona uyğun hüquqi nəticələr” ifadəsindən istifadə olunub. Alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr Mülki Məcəllənin 567-ci maddəsində müəyyən edilib: satıcı əşyanı alıcının mülkiyyətin ə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin xx.xx.2019-cu ildə müqavilə bağlanarkən satıcı X27 torpağı alıcının mülkiyyətinə vermək, alıcı İddiaçı isə torpağı qəbul edib əvəzində qiyməti ödəmək öhdəliyi götürmək niyyəti olmayıb. X30 Həsənov 11 il əvvəl - 2008-ci ildə torpağı faktiki satıb. Həmin vaxt torpaq X27 mülkiyyətində olmayıb, sonradan X27 adına sənədləşdirilib, daha sonra isə onun adından alqı-satqı müqaviləsi bağlanıb. İşin bu halı alqı-satqı müqaviləsini satıcı X27 etibarnamə əsasında nümayəndəsi kimi bağlamış şəxsin – üçüncü şəxs Abdulla Əsədovun apellyasiya icraatı zamanı verdiyi izahatla təsdiq olunub. Bundan başqa, müxtəlif ödəniş sənədlərindən (əmlak vergisinə görə ödəniş, elekterik enerjisindən i stifadəyə görə ödəniş və s.) görünür ki, torpaq sahəsi alqı-satqı tarixindən (xx.xx.2019-cu ildən) əvvəl artıq satıcı X27 sahibliyində deyildi. Bu hal alqı-satqı müqaviləsinin uydurma əqd olduğunu təsdiq edir.

40. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin qiyməti kimi göstərilən 2000 manatın depozit hesab vasitəsilə ödənilməsi müqavilənin həqiqi olmasını təsdiq etmir. Depozit hesab vasitəsilə ödəniş məcburi prosedur qaydadır. Müqavilə uydurma sayıldıqda, onun bir elementi olan qiymət də uydurma sayılır. Müqaviləni satıcı X27 nümayəndəsi kimi bağlayan Abdulla Əsədov özü etiraf edir ki, 11 il əvvəl - 2008-ci ildə torpağın qiymətini satıcı X28 ödəyərək torpağı ondan alıb. Belə olan halda nümayəndənin alıcıdan məhz satıcıya vermək üçün pul alması həqiqi deyil. Hazırkı işin halları və işdə işt irak edən şəxslərin dairəsi müqavilə tərəfləri arasında restitusiya tətbiq etməyə imkan vermir. Müqavilənin etibarsız sayılması barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra müqavilə tərəfləri həqiqi hallara istinad etməklə bu barədə ayrıca iddia verə bilərlər. Ona görə də torpaq sahəsində dair alqı-satqı müqaviləsi uydurma əqd kimi etibarsız sayılmalı və həmin müqavilənin əsasında torpaq üzərində İddiaçı mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir.

41. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 337.3, 340.1 və 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismə n ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, etibarnamə saxtalaşdırılaraq müddəti 2020-ci ilədək uzadılsa da, məhkəmələr tərəfindən buna qiymət verilməmişdir.

44. Cavabdeh da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir.

45. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmələr tərəfindən üçüncü şəxs və şahidlərin ifadələri qiymətləndirilməmiş, formal mülahizələr əsasında qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

46. İddiaçı cavabdehin kassasiya şikayətinə yazılı etiraz verərək cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

64. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-621/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar