Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3706/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3706/2021 (Açar sözlər: ilk iddia - mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, qarşılıqlı iddia – borc pulun, əldən çıxmış faydanın, dəbbə pulunun və dəymiş maddi və mənəvi zərərin alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-688/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 12.10.2019-cu il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən müəyyən olunur ki, bu müqavilə İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmışdır. Müqaviləyə əsasən Borclu (ikinci tərəf) İddiaçı1 bu Müqavilə ilə Borc Verənə (birinci tərəf) Cavabdeh1 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə Borc Verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Tərəflər bununla bildirirlər və təsdiq edirlər ki, bu Müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. Borc Verən öz növbəsində borc məbləği tam həcmdə qaytarıldıqdan sonra Borcluya qarşı bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. Borclu bu Müqavilə ilə etiraf etdiyi borcu 7 (yeddi) ay müddətinədək hər ayın 12-i 6 (altı) ay 9750 (doqquz min yeddi yüz əlli) ABŞ dolları, sonuncu ay 9800 (doqquz min səkkiz yüz) ABŞ dolları olmaqla Borc Verənə qaytarmağı öhdəsinə götürür. Bu Müqavilənin icrası ilə əlaqədar Borc Verən tərəfindən heç bir əlavə və (və ya) bildiriş verilməsi tələb olunmur. Borclu borc məbləğini vaxtından əvvəl qaytarmaq hüququna malikdir. Bu halda Borc Verən öhdəliyin icrasını qəbul etməlidir.Borc dollar ilə qaytarılacaq. Borcun digər qaydada qaytarılmasına yalnız Borc Verənin razılığı ilə yol verilə bilər. Borclu bu Müqavilə ilə etiraf etdiyi borcu birbaşa Borc Verənə və ya onun səlahiyyətli nümayəndəsinə ödəyə bilər. Borclu tam zəmanət verir ki, bu Müqavilənin 1-ci bəndində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Müqavilənin bu müddəası tərəflər arasında girov və (və ya) ipoteka kimi başa düşülmür. Bu müqavilə Müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün mə cburi olur. Müqavilənin ləğvi tərəflərin razılığı və ya saziş yolu ilə həll olunur. Müqavilə hər iki tərəfin iştirakı və imzası ilə Bakı şəhəri 52 saylı Notariat Ofisində təsdiqlənmişdir. X1 tərəfindən verilmiş 04.06.2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, 12.10.2019-cu il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1.1-ci bəndində göstərilən 68300,00 və 2.1-ci bəndində göstərilən aylıq 9750 ABŞ dollarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439-cu maddəsinin tələblərinə əsaslanıb illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları faiz borcu və aylıq 9750,00 ABŞ dollarının hər aya düşən faiz məbləği 284,58 ABŞ dolları müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə iddiaçı, qarşılıql ı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2019-cu ildə Bakı şəhəri, 52 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən rəsmiləşdirilmiş, 3M-1025 saylı Mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 bir neçə notariusa müraciət edərək, rədd cavabı aldıqdan sonra, 12 oktyabr 2019-cu ildə Bakı şəhəri, 52 sa ylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 3M-1025 saylı Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni rəsmiləşdirmişdir. Halbuki, bir neçə notariusda onlara belə bir müqavilənin artıq neçə müddətdir ki, rəsmiləşdirilməsi, nağd pul notariatda göstərilmədiyi üçün qadağan edilməsi deyilmişdir. Yəni, cavabdeh olan notarius qanuna zidd olaraq belə bir müqaviləni, pul məbləği və s. göstərilmədən rəsmiləşdirmişdir. Bunun da əsasında notariat qeydi ilə icra işi başlanmışdır. Lakin müqavilədə göstərilən məbləğin bir hissəsi 14000 ABŞ dolları, yəni 23800 manat tərəfindən qaytarılsa da, bu məbləğ əsas borcdan silinməmişdir, müqavilədə göstərilməmişdir. Cavabdehin təkidi və təzyiqi ilə məcburi qaydada bu müqavilə tərəfindən imzalanmışdır. 14000 ABŞ dolları ödədiyindən başqa, 7000 ABŞ dolla rı da cavabdeh faiz kimi öz bildiyi qaydada, onunla razılaşmadan əsas məbləğin üstünə hesablayıb. Əslində isə, cavabdeh tərəfindən, hüquqi şəxs kimi onun hesabına müqavilədə göstərilən qaydada pul köçürülüb. 6 ay müddətində ayda ******* manat onun hesabına 108460 manat pul, yəni 63800 ABŞ dolları məbləğində manatla köçürülüb. Bu manatla köçürülən pullardan 14000 ABŞ dolları, yəni 23800 manat cavabdehin özünə tərəfindən geri qaytarılmışdır. Qalan 84660 manat, yəni 49800 ABŞ dolları borcun qaldığı halda, ona 68300 dollar notariusda mücərrəd müqavilə imzalatmışdır. Müqaviləni yazan anda əsassız olaraq cavabdeh öz hesabladığı faizləri də artıq göstərməklə, müqavilədə 68300 dollar yazdırmışdır. Bu əməliyyatlar bir neçə ay çəkmiş, hər ay onun hesabına pul manatla köçürülmüş olsa da, müqavilədə t əzyiqlə və əsassız olaraq manat yerinə dollar yazdırılmışdır. Dollarla heç bir əməliyyat aparılmamışdır. Guya ki, cavabdeh pulu başqasından aldığı üçün, belə bir müqavilənin ona göstəriləcəyini deməklə, onu notariata aparmış və bu müqaviləni imzalatmışdır. Müqavilədə AZN yerinə yazılan 68300 ABŞ dolları borcunun olması cavabdehin təzyiqi ilə, onun tərəfindən bir neçə notariuslardan rədd cavabı alandan sonra, cavabdeh notariusda bu müqavilə məcburi imzalanmışdır. Halbuki, borcdan bir hissə cavabdehə qaytarılması göstərilməmişdir. Əslində isə borc az miqdarda təşkil edir. Cavabdeh tərəfindən bank əməliyyatlarına və vergidən yayınmağa görə qanunlar pozulmuş və məsuliyyət məsələsi də həll edilməmişdir. Cavabdeh onun bank hesabına 116100 AZN= 68300 dollar məbləğində vəsait köçürmüş, həmin pulda n tərəfindən ayda 2000 dollar, yəni 7x2000=14000 dollar=23800 AZN qaytarılmışdır. Aralarındakı razılaşmaya görə iyul 2020-ci ilə qədər borc tam bağlanmalı olduğu halda, pretenziya tələbi pozulmaqla notariat qeydi ilə əsassız müqavilə icraya yönəldilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “borc pulun, dəbbə pulunun və dəymiş zərərin alınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 12.10.2019-cu il tarixli movcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə nəzərdə tutulmuş, ümumilikdə 68,300 ABŞ dolları məbləğində borc pulun və öhdəliyin icrasının gecikdirildiyi hər ay üçün ümumi məbləğin 5 faizi həcmində dəbbə pulunun və dəymiş ziyan olaraq 20.000 ABŞ dolları məblə ğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin İddiaçı1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsində göstərdiyi faktiki hallar tamamilə yalan və uydurma olub, həqiqəti əks etdirmir. Belə ki, İddiaçı1 iddia ərizəsində 68.300 ABŞ dolları məbləğində pulun hüquqi şəxs kimi ona köçürüldüyünü və daha sonra ayda 2.000 ABŞ dolları olmaqla, ümumilikdə, 14,000 ABŞ dolları məbləğində hissəsinin onun tərəfindən geri ödənildiyini göstərmiş və bunun nəticəsində borc məbləğinin azaldığını bildirmişdir. Guya onun tərəfindən daha sonra faizlər artıq gö stərilməklə həmin borc 68,300 ABŞ dolları məbləğində borc kimi təqdim edilmişdir. Göstərilən hallar müqavilənin əsl mahiyyətini ifadə etməyib faktiki halların təhrif olunması kimi qəbul edilməlidir. Belə ki, İddiaçı1 qeyd etdiyi hüquqi şəxslər arasında olan hesablaşmanın hal-hazırki borcun etirafı haqqında mücərrəd müqavilədə göstərilən məbləğlə heç bir əlaqəsi yoxdur. Həmin işgüzar münasibətlər üzrə ödənilən pullar malların tədarükü ilə bağlı olub iki müstəqil hüquqi şəxs arasında mövcud olmuş və bu münasibət üzrə ödəmələr 2017-ci ildən başlayaraq ən sonuncu ödəmə 03.06.2019-cu il tarixinə təsadüf etmişdir. 2017-ci ildən başlayan bu ödəmələrdən yaranan öhdəliklərin vaxtında realizə edilməməsi, lakin buna baxmayaraq hüquqi şəxslər arasında iki il müddətinə normal işgüzar münasibətlərin dav am etməsi və yalnız 2019-cu ildə hər hansı bir müqavilənin bağlanaraq iddia irəli sürülməsi, hətta bu müqavilənin hüquqi şəxslər arasında deyil, fiziki şəxslər arasında olması kimi faktlar nə işgüzar və professional münasibətlər baxımından, nə də real həyati şərtlərə münasibətdə mümkün görünmür. İddiaçı1 iddia ərizəsində göstərilənlərin əksinə, müqavilədə sözügedən 68,300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc pulu o, İddiaçı1 şəxsi münasibətlərimiz zəmnində 2019-cu ilin avqust ayında fərdi şəkildə və birdəfəlik qaydada vermişdir. Aralarında olan münasibətə görə o, İddiaçı1 güvənmiş və bu məbləği borc verərkən heç bir tərəddüd etməmişdir. İddiaçı1 isə öz növbəsində ona həmin borcu bir ay ərzində qaytaracağını bildirmişdir. O, mübahisəli məbləği müxtəlif şəxslərdən borc alar aq toplamış və İddiaçı1 təqdim etmişdir. Bu səbəbdən də, İddiaçı1 borcunu razılaşdıqları vaxtda qaytarmaması onu xeyli çətin vəziyyətə salmış, belə ki, o, bu borcları həqiqətən də İddiaçı1 verdiyini və tez bir müddət ərzində onlara qaytaracağını göstərə bilmək üçün “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlamaq zərurətində qalmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı1 hər ayın 12-i ona 9750 (doqquz min yeddi yüz əlli) ABŞ dolları qaytarılmalı və o, isə bununla öz borclarını ödəməli idi. Lakin müqavilənin bağlandığı vaxtdan bu yana heç bir məbləğin ödənilməməsi nəticəsində çıxılmaz vəziyyətə düşmüş, həm digər şəxslər qarşısında etibarını itirmiş, həmçinin borcları tez bir zamanda qaytara bilmək üçün banklardan xeyli miqdarda borc pul götürmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını, 12 oktyabr 2019-cu il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1.1-ci bəndində göstərilən 68,300 ABŞ dolları məbləğində borc pulun və 2.1-ci bəndində göstərilən aylıq 9750 ABŞ dolları məbləğində pulun öhdəliyin icrasının gecikdirildiyi üçün illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda müqavilənin bağlandığı 12 oktyabr 2019-cu il tarixdən qətnamənin icra oldunduğu tarixədək öhdəliyin icrasının gecikdirildiyi hər aya düşən 284,58 ABŞ dolları faiz məbləğində dəbbə pulunun və dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 20.000 ABŞ dolları məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tutularaq onun xeyrinə ödənilməsinə və 300 manat məbləğində ekspertiza xərcinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 aid edilərək geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, həmçinin, ilk iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh1, iş № 2(010)-1470/2020) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Cavabdeh1 xeyrinə 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyərinin – 300 (üç yüz) manatın İddiaçı1 tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bir inci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 12.10.2019-cu il tarixli borcun etirafına dair mücərrəd müqaviləsinin etibarsız hesab edilməsinə və onun ləğv olunmasına əsas olan yuxarıda qeyd olunan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəaları həm subyekt tərkibinə, həm məzmununa, həm formasına həmdəki iradə və iradə ifadəsinə görə qanunvericiliyin tələblərinə uyğundur. İlk iddiaçıların mübahisələndirdiyi əqdin bağlanması zamanı kontragent tərəfindən aldatma, təzyiq və ya və məcburetmə üsullarından istifadə etməsi, bunun nəticəsi olaraq bağlanmış müqavilənin ilk iddiaçının iradə ifadəsini əks etdirməməsi halları müəyyən olunmamışdır. Müqavilənin məzmunundan tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qə bul edildiyi, onun imzalanması ilə bağlı yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan öhdəlik tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində də öz əksini tapmışdır. İlk iddiaçı müqavilədə göstərilən pul məbləğin bir hissəsinin cavabdehə qaytarıldığını göstərsə də, buna dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, qarşılıqlı iddiaçı m üqavilədə göstərilən 68300 ABŞ dolları məbləğinin digər tərəfdən tutularaq ona qaytarılması iddiasında haqlıdır. Eyni zamanda iddia tələbini aylıq 9750 ABŞ dolları məbləğində pulun öhdəliyin icrasının gecikdirildiyi üçün illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları məbləğində əldən çıxmış faydanın alınması hissəsində əsaslı hesab edir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), Z.Şirinov, R.Eyvazov, iş № 2(103)688/2021) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)1470/2020 saylı işi üzrə 24.08.2020-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığın Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-354, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-688/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, işin yenidən apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, mübahisə üzrə notariat qeydinin olması eyni tərəflər arasında eyni icraat üzrə işə baxılmasını mümkünsüz edir. Məhkəmə təkrar ekspertiza təyin olunmasına dair ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 329.1-ci maddəsinə əsasən ə gər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu jür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfın bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfmdən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəjəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayajağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vijdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yalnız məlumat verərk ən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçünjü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.3-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda b u qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icran ı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məh kəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi borc məbləğinin düzgün müəyyən edilməməsi, vəsatət verilməsinə baxmayaraq müvafiq ekspertiza keçirilməməsi, müvafiq müqavilə üzrə icra qeydinin mövcud olmasına baxmayaraq işə mahiyyəti üzrə baxılmalı olmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Digər dəlillə bağlı qeyd edilməlidir ki, mübahisələndirilən müqavilə üzrə Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən icra qeydi verilmiş və 16.11.2020-ci il tarixdə həmin icra qeydi üzrə icra icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi verilmiş apellyasiya şikayətinə baxarkən isə icra qeydi üzrə icra icraatı mövcud olmamışdır. Belə olan halda isə ilk iddiaçının göstərilən dəlilinin əsassız olması müəyyən olunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 3)-688/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi müahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3706/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3706/2021
29.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver