Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3706/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və ünvan 1 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X12 xx.xx.1973-cü il tarixdə X2 ilə nikaha daxil olmuş, həmin nikahdan İddiaçı (iddiaçı) xx.xx.1974-cü il tarixdə doğulmuşdur.
2. X12 xx.xx.1988-ci il tarixdə X6 ilə nikaha daxil olmuş, arvada “Seyidova” soyadı verilmiş, həmin nikahdan xx.xx.1987-ci il tarixdə Cavabdeh2 (cavabdeh) doğulmuş, nikaha M.Seyidovun xx.xx.1997-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə xx.xx.2008ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi, ev 100, 1 saylı mənzilə xx.xx.2021-ci il tarixdə X9 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçmişdir.
4. X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
5. Cavabdeh2 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olan anası X9 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və ondan başqa vərəsə olmadığını bildirərək miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və B akı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
6. Reyestrdə 2V-288 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 2a, mənzil 46 - yeni qaydalarla: AZ-1008, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.3 kv/m olan mənzildən ibarətdir.
7. Reyestrdə 2V-289 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməy ə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43,70 kv.m olan mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə verməklə, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız sayılması, bu sənəd əsasında sözügedən mənzillərə dair verilmiş çıxarışların qey dlərinin ləğv edilməsi, həmin miras əmlaklarına ½ hissədə iddiaçının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, X2 və X12 arasında Salyan rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.1973-cü il tarixdə 40 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Dadaşova soyadı olmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X7 məlum olur ki, X2 və X14 xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ata və anasıdır. X1 Leyla Yusif qızı arasında Yasamal rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.1988-cü il tarixdə 598 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Seyidova soyadı olmuşdur. X6 xx.xx.1997-ci ildə vəfat etmişdir. X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən aldığı məlumata əsasən Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı DNK-nın 2v288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil xx.xx.2008-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 118a, 19 saylı mənzil xx.xx.1997-ci il il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 s aylı DNK-nın 4Ə/2-148 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə vəfat edən X8 miras qalan əmlaklara dair Bakı şəhəri 15 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 15 saylı DNK-na ərizə ilə müraciət edərək mərhum X8 miras qalan əmlaklara ondan başqa vərəsənin olmamasını bildirmişdir. Maraqlı hal ondan ibarətdir ki, 15 saylı DNK vərəsəlik işi açanda yalnız Cavabdeh2 təqdim etdiyi – Ölüm haqqında Şəhadətnaməni, çıxarışları, nikah haqqında Şəhadətnaməni, doğum haqqında Şəhadətnaməni, şəxsiyyət vəsiqəsinin surətini almışdır. 15 saylı DNK mərhum L.Seyidovanın ailə tərkibi barədə arayışı almamışdır, ümumiyyətlə vərəsələrin aşkar olunması ilə bağlı aidiyyəti ünvan lara lazımi sorğular verməmişdir. Cavabdeh2 L.Seyidovanın ölümünü mərhumun bacısından, qızından və digər yaxın qohumlarından gizlətmişdir və məqsədi mərhumun miras əmlaklarını ələ keçirmək olmuşdur. Mərhum L.Seyidovanın ölməsi faktını qəbiristanlıqda bilmişlər. Cavabdeh2 15 saylı DNK-na verdiyi ərizədə qeyd etmişdir ki, ondan başqa vərəsə çıxarsa həmin vərəsəyə miras əmlakdan ona çatası hissəsini qaytaracağı öhdəsinə götürmüşdür. Miras qalan daşınmaz əmlakların təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən alınmış arayışlardan məlum olmuşdur ki, vərəsəlik açılan anda miras əmlakları üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Cavabdeh2 iddiaçının vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməmişdir.
10. Cav abdeh2 vəkili iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri miras əmlakı nə formal üsulla, nə də ki qeyri-formal üsulla qəbul etməmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəf X8 qalmış mirasın onun tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ancaq hər bir halda məlum olduğu kimi mirasın açılmasından 2 ilə yaxın vaxt keçmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçı qanunda nəzərdə tutulmuş müddəti də buraxmışdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərdən biri miras kütləsinə daxil olmuş mənzillərə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsidir. Bundan başqa, iddiaçının mübahis əli fərdi yaşayış evinə dair hər hansı bir hüquqları yaranmadığından (mövcud olmadığından), onun qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, eləcə də həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə dair tələblər irəli sürməsi ümumiyyətlə yolverilməzdir və əsassızdır. İddiaçının qeyd olunan tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Hazırkı iş üzrə irəli sürülmüş iddia tələblərindən də göründüyü kimi iddiaçı, mübahisəli mənzillər üzrə mirasdakı payının müəyyən edilməsini, yəni hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, həmin faktı müəyyən edən sənədləri məhkəmədən kənar qaydada ala bilməməsinin mümkün olmamasını əsaslandırmamış, bu barədə sübut əlavə etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar notariat orqanına müraciəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir. Notariat orqanından rədd cavabı alacağı təqdirdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Lakin qeyd etdiyi kimi, iddiaçı qeyd olunan halları, ümumiyyətlə iddiasının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırmamışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, iddiaçının bibisinin qızıdır. X4 ölməmişdən bir ay əvvəl “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq ondan nigaran olduğunu və görüşmək istədiyini bildirmişdir. İki dəfə evlərinə“Çapayev 2” ünvanında yerləşən mənzilinə getmiş, lakin qapını açan olmamışdır. Bibisinin qonşularını da tanıyır. Aşağı mənzildə yaşayan qonşusunun qapısını döymüş, lakin o da açmamışdır. Daha sonra bibisinin “Facebook” sosial şəbəkəsinə yazmış, ondan nigaran olduğunu, telefonu format olunduğu üçün nömrəsinin silindiyini bildirmişdir. Bunları yazandan sonra onu oradan əngəlləmişdirlər. Bir müddət sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, X4 vəfat edib. Ondan nə vaxt vəfat etdiyini soruşmuş, iddiaçı isə iki il olduğunu bildirmişdir. Cavabdeh2 özü böyütmüşdür və evlərində nələr baş verirsə hamısını bilmişdir. Məlumatları olmadığına görə onlar tərəfdən dəfndə iştirak edən olmayıb. Mərhum xəstəxanadan birbaşa dəfn olunmağa aparılıb. Xəstəxanada o lması barədə də məlumatları olmamışdır. Bibisi ona zəng vurub ürəyinin xəstə olduğunu, müalicə aldığını, lakin indi yaxşı olduğunu demişdir, hətta görüntülü də danışmışdırlar. Bibisi onu görmək istədiyini demiş, o da Arzu evdə olmadığına görə getmişdir. Evdə o, birtəhər oturmuşdur və ondan nə olduğunu soruşanda Arzu ilə aralarında problemlər olduğunu demişdir. Arzu onu itələmiş və yıxılaraq qolu göyərmişdir, lakin bibisinin özündən soruşanda bildirmişdir ki, sadəcə iynənin yeridir. Daha sonra bibisi ona demişdir ki, yumurtanı soyuducudan götürəndə yerə düşüb qırılmış və onun üstündə anasına ağır sözlər demişdir. Bibisi onu həmin evdə böyütmüşdür. Özünün 43 yaşı var, cavabdehin təvəllüdü isə yadında deyil. O, həmişə ona “ikinci ana” demişdir. Cavabdehlə münaqişəsi olmayıb. Hazırki gündə mün aqişəsi ondan ibarətdir ki, hansı səbəbdən cavabdeh anasını gizlin dəfn edib edib və qohumlara məlumat verməyib. Cavabdeh2 bibisinə əzab verib, çünki o, ölən bir xanım deyildi. O, çox sağlam xanım idi və ən azı beş il də yaşayardı. Bibisi xəstə olmayıb və dedikləri kimi “Covid-2019” xəstəliyindən də vəfat etməyib. Bibisinin nömrəsini itirmişdir və Arzu da onun telefonunu əlindən alaraq qohumlarının nömrələrini silmişdir. Bu səbəbdən “Facebook” vasitəsilə bibisi ilə əlaqə saxlamışdır. İddiaçının anasının vəfat etməsindən iki il sonra məlumatı olub.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)360/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)360/2024 nömrəli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, Abşeron r ayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə ½ hissədə iddiaçının payının müəyyən edilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh A. Seyidzadə mərhumun vəfatından 1 il müddət sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı DNK-ya yazılı ərizə ilə müraciət edərək, anası X8 qalmış miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə başqa vərəsələrin olmadığı qeyd edilmişdir. Cavabdeh2 bu müraciətinə əsasən ona cavabdeh Bakı şəhəri 15 saylı DNK tərəfindən miras əmlaklara dair qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X9 ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Notariat orqanı tərəfindən iddiaçı məlumatlandırılmamış, vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. Bununla da, iddiaçının açılmış vərəsəlik işi barədə məlumatı olmamışdır və miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Digər tərəfdən, mirası rəsmi qaydada sənədləşdirən vərəsə A. Seyidzadə isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırkı iş üzrə iddiaçın ın iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Beləliklə, qanun üzrə vərəsəliyi qəbul edən Cavabdeh2 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan bacısı iddiaçı barəsində notariat orqanına məlumat verməməklə Mülki Məcəlləin 1300-cü maddəsinin, digər cavabdeh Bakı şəhəri 15 saylı DNK isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçının vərəsəlik hüquqları pozulmuş, anasından miras qalmış əmlaklara dair bacısı digər vərəsə A. Seyidzadənin adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1163, 1243.1, 1243.2, 1246, 1256, 1274, 1300, 1301.1, 1301.2, 1301.3, 1318, 1321.1, 1322-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1, 55, 59-cu maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119.1, 124.1, 220.5-ci maddələrinə istinad la əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh2 (vəkili Vəkil3) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı miras əmlakları nə formal, nədəki qeyri-formal üsulla qəbul etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illər ərzində anası X13 ilə ünsiyyəti olmamış, həmçinin ölümündən əvvəl müəyyən müddət ərzində xəstə olmasına baxmayaraq, anasının səhhəti, xəstəliyi ilə maraqlanmamışdır. Həmçinin, iddiaçı tərəf anasının ölümündən xeyli müddət sonra məlumat əldə etdiyini bildirs ə də, bununla bağlı da hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işin qeyd olunan hallarına birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir münasibət bildirilməmiş, əsassız olaraq iddia tələbi təmin edilmişdir. İş materiallarına əsasən iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar notariat orqanına müraciəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4303/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh miras qoyan X9 yeganə vərəsələridir. Miras xx.xx.2021-ci il tarixdə açılmış və Cavabdeh2 15 saylı DNK-ya xx.xx.2022-ci il tarixdə müraciət edərək anası L.Seyidovanın xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və ondan başqa vərəsə olmadığını bildirmiş, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən vərəsələrin dairəsi yoxlanılmamış, nəticədə digər vərəsə olan iddiaçının konstitusiyon hüququ pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddə sinin Vİİ-ci hissəsinə, Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151, 1159.1.1, 1159.1.3, 1291.1, 1301.1, 1301.2, 1301.3-cü, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 374.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki məcəllənin 1291 və 1321.1-ci maddələrinin MPM-in 24.1ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Mülki məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh A. Seyidzadə (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd dilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoya n vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda mə hkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məh kəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiy ası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2024-cü il tarixl 2(103)4303/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.