Məhkəmə qərarları › İş №2(102)-3707/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3707/2019

21.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3707/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/18) iddiaçı X1 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi” tələblərinə dair iddiası təmin olunaraq, xx xxx 2016-cı il tarixli hərracın yekunları barədə protokol və onun nəticələri etibarsız hesab edilmiş, Bakı şəhəri, ev1 satılmasına dair keçirilən xx xxx 2016-cı il tarixli 81/02 saylı hərrac əsasında hərracı udmuş şəxslə - ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış daşınmaz əmlakın alıqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv olunmuş, Bakı şəhəri, ev1 satılması məqsədilə təkrar hərracın keçirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 340.000 manat müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)-xxx/18) cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X3 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasi ya Şöbəsinə, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, ev1 satılmasına dair keçirilən hərracların və hərracın nəticəsi olaraq Hərrac Mərkəzinin tərtib etdiyi xx xxx 2016-cı il tarixli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərrac yekunları barədə protokol”un onun hüquqi nəticələrinin (Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının (çıxarışın) ləğv olunması, ipoteka predmetinin 340000 manat qiymətlə hərraca çıxarılması və təkrar hərracın keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya inst ansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. Kassatorun vəkili A.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil A.Məmmədovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24.06.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.11.2013-cü il tarixli qətnaməsi qismən – faiz borcunun tutulması hissəsində ləğv edilmiş, faiz borcunun tutulması hissəsində tələb qismən təmin ol unmuş, 119875,18 ABŞ dolları əsas borc və 23910,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 143786 ABŞ dolları borcun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) X4 Bankın xeyrinə tutulması, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi qət edilmiş, tələb qalan hissədə təmin olunmamışdır. Hərrac Mərkəzi tərəfindən 03.10.2016-cı il tarixdə ilkin satış qiyməti 200.000 manat olmaqla birinci, 07.11.2016-cı il tarixdə ilkin satış qiyməti 170.000 manat olmaqla ikinci hərrac keçirilmişdir. Hərrac barədə iddiaçıya göndərilmiş bildirişlər sonuncu həmin ünvanda yaşamadığından rabitə orqanı tərəfindən geri qaytarılmışdır. 01 dekabr 2016-cı il tarixdə ipoteka predmeti ikinci hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə - 127500 manata tələbkar tərəfindən əldə edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 59 saylı, 06 iyun 2018-ci il tarixli rəyə əsasən, ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan hərrac keçirilən vaxtda bazar qiyməti 300.000 manat, rəy verilən tarixə isə 340.000 manat müəyyən edilmişdir. Hazırkı işin mahiyyəti ondan ibarətdir ki, iddiaçı özünə məxsus, ipoteka predmeti olan əmlakın Hərrac Mərkəzi tərəfindən satılması barədə məlumatsız olub və nəticədə əmlakı dəyərindən xeyli ucuz qiymətə satılıb. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 415.1, 415.2 və 416.2-ci, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.3, 43.5, 43.7 və 43.8-ci maddə lərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarındakı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana deyil, qeyri-yaşayış sahəsi olan ipoteka predmetinin yerləşdiyi ünvana göndərilmiş, beləliklə, keçirilən heç bir hərracda ipoteka qoyanın iştirakı təmin edilməmişdir. Bununla yanaşı, keçirilmiş hərraclar etibarsız hesab olunduğundan yeni hərrac keçirilməsinə zərurət yaranmış olur. Əmlakın real bazar qiyməti ilə qətnamədə müəyyən olunmuş qiymət arasında kəskin qiymət fərqi olduğundan yeni qiymətlə hərraca çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edil məli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi hərracın təşkilatçısının üzərinə hərracın keçirilməsinə dair ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək öhdəliyini qoyur. X9 tərəfindən həmin öhdəliyin yerinə yetirilməsi iş materialları ilə təsdiqlənmir. Belə ki, bildirişlər iddiaçının onları ala biləcəyi qeydiyyat və ya yaşayış ünvanına deyil, qeyri-yaşayış sahəsi olan ipoteka predmetinin yerləşdiyi ünvana göndərilmiş və üzərində rabitə orqanı tərəfindən iddiaçının həmin ünvanda yaşamadığı barədə qeyd edilərək geri qaytarılmışdır. Bununla da iddiaçı hərracın keçirilməsində iştirak etmək, icra icraatının tərkib hissəsi olan həmin mərhələdə əmlakın ilkin satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuş, nəticədə onun əmlakı real dəyərində əhəmiyyətli dərəcədə aşağı qiymətə tələbkar tərəfindən əldə edilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə müvafiq olaraq icra icraatı üzrə tərəflərin icra zamanı əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki qanunvericilik, o cümlədən, ipoteka haqqında qanunvericilik hərrac zamanı ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ipo teka predmetinin yenidən qiymətləndirilməsini və hərraca daha yüksək ilkin satış qiyməti ilə çıxarılmasını qadağan etmir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin üzərinə həmin əmlakın ilkin satış qiymətini müəyyən etmək vəzifəsi qoyan “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi məhz ipoteka qoyanın mənafelərinə xidmət etməklə, əmlakın real dəyərindən aşağı qiymətə satılmasının qarşısını alır və ipoteka qoyanın əmlakının satılması zamanı onu sui-istifadə hallarından qoruyur. Bununla yanaşı, müəyyən səbəblərdən hərracın keçirilməsi mərhələsində əmlakın yeni qiymətləndirməsi zərurəti ortaya çıxa bilərdi. Buna misal olaraq məhkəmə aktının qəbul edilməsindən uzun müddətin keçməsi, əmlakın yerləşdiyi ərazidə onun bazar dəyərinə əhə miyyətli təsir edən infrastruktur dəyişikliklərinin baş verməsi və s. halları göstərmək olar. Belə hallar mövcud olduğu təqdirdə heç şübhəsiz ki, ipoteka saxlayanın hərrac barədə məlumatlı olması və yenidən qiymətləndirmə keçirilməsi barədə məsələ qaldırmaq imkanına malik olması vacib əhəmiyyət daşıyır. Baxılan iş üzrə hərrac ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə aktının qəbul edildiyi tarixdən təxminən 1 il 6 ay sonra keçirilmişdir. İşin mübahisəsiz və hamıya bəlli olan halıdır ki, ipoteka predmetinin yerləşdiyi ərazidə geniş miqyaslı söküntü və yenidən qurulma işləri aparılıb. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ərazidə ipoteka predmetinin yerləşdiyi binanın ətrafında yerləşən bütün tikililər sökülüb. Mövcud vəziyyətdə hərracın keçirildiyi dövrdə əmlakın dəyərinin əhəmiyyətli dərəcədə dəyişməsi və yenidən qiymətləndirməyə zərurət olduğu şübhə doğurmur. İşə birinci instansiya məhkəməsində baxıldığı dövrdə təyin edilmiş müstəqil qiymətləndirmə üzrə verilmiş xx xxx 2018-ci il tarixli rəydə ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar qiymətinin hərrac keçirilən vaxtda 300.000 manat, rəyin verildiyi günə isə 340.000 manat olduğu qeyd edilib. Rəy kifayət qədər əsaslandırılıb, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Eyni zamanda cavabdeh Bank ümumiyyətlə yenidən qiymətləndirməni yolverilməz hesab etdiyi üçün rəyin mötəbərliyi barədə mübahisə açmamış və həmin rəyin məlumatlarını təkzib edən başqa sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfi ndən təqdim edilmiş arayışla da təsdiq edilmişdir ki, ipoteka predmetinin yerləşdiyi ərazidə aparılan söküntü işlərindən sonra oradakı əmlakların dəyəri bir neçə dəfə artmışdır. Qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən sahələrin orta satış qiyməti hər kv.m üçün 4500-5000 manat təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən 3 mərtəbəli tarixi bina orada yeni salınan parka bitişik olduğu üçün söküntüdən sonra həmin əmlakın dəyəri bir neçə dəfə qalxmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbul edildiyi mülki işlə hazırkı iş üzrə tərəflər, iddianın predmeti və əsasları fərqli olduğu üçün əvvəlki qətnamənin mövcudluğu bu işin icraata qəbul edilməsinə və baxılmasına mane olmur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfək kür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublika sı MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar