Məhkəmə qərarları › İş №2(102)-3708/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3708/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3708/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliyə görə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyini, 2005-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini idarəetmə mühəndisliyi ixtisası üzrə bitirmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “Ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEKin müayinə aktına əsasən, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ona ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir.

3. Azərba ycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 717 saylı qərarında İddiaçı hərbi xidmət dövründə aldığı N nömrəli hərbi hissədə xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi “Nevrosteniya” diaqnozu ilə müayinə və müalicə olunduğu qeyd edilmiş və bu xəstəliyin hərbi xidmət dövründə alındığı qərara alınmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEKin sonuncu müayinəyə dair məlumatı ilə, 5 mart 20N-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə” müəyyən edilmişdir. Müalicəyə rezistent simptomlar və y a tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyaların səbəb olması qeyd olunmuşdur. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2-ci dərəcəli müddətsiz əlilliyə görə 6600 manatın ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsasland ırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır və daimi müalicə almışdır. Hər komissiyada ona 2-ci əlillik qrupu təsdiqlənmiş və yeni müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.20N-ci il tarixli rəyinə əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz “əmək qabiliyyətsiz” statusu verilmişdir. İddiaçının xx.xx.20N-ci il tarixli və təkrar xx.xx.20N-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qəbulda olmuş, lakin ərizə ilə bəra bər bütün sənədlərinin qəbulundan imtina edilmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı xx.xx.2011-ci ildə hərbi xidmətdən tərxis olunmuş, bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müalicə olunmuş və 2015-ci ilin fevral ayında xəstəlik haqqında şəhadətnamə əldə etmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin 1 nömrəli TSEK-nın xx.xx.2015-ci il tarixli, 085714 nömrəli aktına əsasən şəxsə ilk dəfə hərbi xidmət dövründə alınmış xəstəliyinə görə 2-ci qrup əlillik təyin edilmişdir. Eyni ƏƏSMN-nin TSEK-nin arayışına əsasən, ona sonuncu müayinəsi ilə əlaqədar xx.xx.20N-ci ildə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların döv lət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: İ dərəcə əlilliyə görə - 80 faiz; İİ dərəcə əlilliyə görə - 60 faiz; İİİ dərəcə əlilliyə görə - 40 faiz. Qanunun 1.1-ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunması hallarını təsbit edir. H əmin Məcəllənin 935.1.8-ci maddəsinə görə bu əsaslardan biri - baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsidir. Yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Sığorta qanunvericiliyini n istinad olunan normalarına əsasən, hərbi xidmət dövründə alınmış xəstəliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün sığorta olunan hərbi xidmətdən tərxis olunduğu gündən 3 il müddətində ona qeyd olunan əsasla əlillik təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Eyni zamanda qeyd olunan hüquqi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsi də nəzərə alınmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.20 22-ci il tarixli 2(102)-2406/2022 nömrəli qərarın 15-ci bəndində qeyd olunur: “Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur”.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli, 2(006)2771/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, cavabdehdən 6600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya hərbi xidmət dövründə alınmış (qazanılmış) “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar” diaqnozlu xəstəliklərə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi mübahisəsiz qaydada təsdiq olunur.

10. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir.

11. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə hesab etmişdir ki, müddətin ötürülməsinin səbəbi üzürlü hesab edilməli, iddiaçıya müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir.

12. İddiaçı hərbçi həyatı yaşamış, xidmət dövründə səhhəti pozulmuş və 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçı, əhalinin sosial qayğıya və diqqətə daha çox ehtiyacı olan, həmçinin bu cür diqqət və qayğı göstərilməsinə haqqı çatan hissəsini təmsil edir. Ona təyin olunmuş diaqnoz – “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosio nal qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar” psixoloji durumu ilə bağlıdır. İddiaçının İİ qrup əlil olması faktı aşkardır. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxmışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149cu, Mülki Məcəllənin 7.3-cü, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi, Azərbaycan Respublikasının xx.xx.1997-ci 377İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 151-ci maddəsi, xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, N7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi qalmamışdır. Sığorta olunan tərəfindən sığorta ödənişinin alınması üçün hərbi həkim komissiyasının müvafiq qərarı Şirkətə təqdim edilməmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.20N-ci ild ə isə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülmüşdür.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xəstəlik tarixindən çıxarışlardan və tibbi sənədlərdən görünür ki, iddiaçı davamlı şəkildə müalicə almışdır, lakin bu, iddiaçının sağlamlığında pozitiv dəyişikliklərə gətirib çıxarmamışdır.

18. Məhkəmə cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğund an Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyinin qalmaması ilə bağlı apelyasiya şikayətində qeyd edilənlərə münasibətdə qeyd etmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N-ci il tarixli Fərmanın 2.7-ci bəndinə göstərilmişdir ki, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Göründüyü kimi baxılan iş üzrə sığorta ödənişinin verilməsi öhdəliyi Şirkətə aid olduğundan, bununla bağlı cavabdeh tərəfin dəlili əsassız hesab edilir.

19. Sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun v ərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur.

20. İddiaçıya 2015-ci il tarixdə əlillik təyin edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxmışdır.

21. Məhkəmə daha sonra qeyd etmişdir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apelyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təy in olunmasının səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. Düzdür, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “Ə” bəndinə əsasən baş vermişdir, lakin bu hal onun hərbi xidmət dövründə xəstələnməsi və bununla bağlı ona əlillik təyin olunması halını aradan qaldırmır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, formal mülahizələrə görə isə qətnamənin ləğvinə yol verilmir. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

23. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Lakin kassasiya şikayətində verilmiş iddia üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin cavabdeh olması mübahisələndirilməmiş, DSMF-nin cavabdeh olduğu barədə dəlil irəli sürülməmişdir.

25. Azərbaycan respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər - X1 (məruzəçi), X2 və X5) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Kassasiya məhkəməsi qeyd etmişdir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin iddiaçıya sığorta ödənişini verməkdən imtina etməsi tam əsassız olmamışdır.

27. Ali Məhkəmənin qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən qanunun bu tələbi baxımından mübahisəyə düzgün qiymət verilməmişdir. İşin düzgün həlli üçün iddiaçıya alınan travmaya görə əlillik dərəcəsinin hansı tarixdə müəyyən edilməsi, göstərilən müddət ötürüldüyü halda müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmalı və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçını n psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə aldığını və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir. Lakin iş materiallarına əlavə olunmuş stasionar xəstənin tibbi kartından çıxarışlardan görünür ki, iddiaçı stasionarda xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək müddətlərdə olmuşdur. İddiaçının xx.xx.2011-ci ildə xidmətdən buraxılandan sonrakı üç il ərzində (xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək) müddətdə müalicədə bir dəfə - xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək olmuşdur. Yəni iddiaçının əlillik dərəcəsinin almaq üçün 3 illik müddətdə xəstəliyi səbəbindən müraciət etməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsaslandırılmamışdır. İddiaçının xidmətdən buraxılandan sonrakı üç il ərzində xəstəxanada müalicə olunduğu müddətdən sonra böyük fasilə dövrü var və bu müddətdə onun əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-ə müraciət etmək iqtidarında olmaması dəqiqləşdirilməmişdir.

28. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Odur ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3178/2023 nömrəli, x x.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilmişdir.

30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı hərbçi olmuş, 3 mart 2011-ci ildə ordudan tərxis edilmiş, iddiaçıya xx.xx.2015-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunun 2013-cü ilə qədər olan redaksiyasında qeyd olunur ki, sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda, ona ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir. İşin hallarında aydın olur ki, iddiaçı tərəfindən bu müddət buraxılmışdır.

31. Məhkəmə hesab etmişdir ki, hazırkı halda ilkin olaraq iddiaçı tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlilliyin müəyyən olunması üçün müraciət etməmənin buraxılmış müddətinin üzrlü səbəbinin olub-olmaması müəyyən olunmalıdır. Rayon məhkəməsi iddiaçının əlilliyin təyin edilməsinə dair müraciəti zamanı 3 illik müddətin ötürülməsinə dair hissədə ümumi sözlərdən istifadə edərək müddətin ötürülməsini üzrlü hesab etmişdir.

32. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır, çünki iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xidmətdən buraxılandan sonrakı üç il ərzində -xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək, cəmi bir dəfə xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək müalicədə olmuşdur. Həmin üç illik müddət daxilində olan sonrakı dövrdə iddiaçının müalicədə olmasına, başqa sözlə desək, əlilliyinin müəyyən olunması üçün müvafiq quruma müraciət etməsinə mane - əngəl ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda müəyyən edilmişdir ki, iddiaçının bu müddət ərzində əlilliyin verilməsi ilə bağlı müraciət etməyə kifayət qədər vaxtı olmuş, lakin o qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmiş, bununla da 3 illik müddəti hə r hansı üzrlü səbəb olmadan ötürmüşdür.

33. Apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi iş üzrə sübutlara və müəyyən olunmuş faktiki hallara düzgün hüquqi qiymət verməmiş, müvafiq olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)-3178/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması, cavabdehin kasassiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinə vəkil sorğusuna əsasən təqdim edilmiş (yuxarıda göstərilmiş) “Tibbi Ərazi Bölmə lərini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Bakı Baş Səhiyyət Mərkəzi” Publik Hüquqi şəxsin 16 nömrəli şəhər Poliknikasının verdiyi 28 aprel 2022-ci il tarixli, 243 nömrəli məktubun məzmununda göründüyü kimi, hazırda İddiaçı xx.xx.2011-ci ildən “baş beynin üzvü xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə psixotik daxilolmalar ilə” diaqnozu ilə psixiatrik kabinetinin qeydiyyatdadır, xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə psixiatrik kabinetinə müraciət etmiş, aparılan ambulator müalicə dövründə xəstəyə dərman müalicəsi təyin edilmişdir. Məlumatda göstərildiyi kimi, İddiaçı qeyd olunan müddətdə (xx.xx.2011-xx.xx.2014) bir dəfə (xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixlərdə) dey il, bir neçə dəfə müxtəlif tarixlərdə, o cümlədən xx.xx.2012, xx.xx.2012, xx.xx.2012-ci il tarixlərdə müalicədə olmuşdur. Yəni, təqdim edilən məlumatdan da bir daha təsdiq edilir ki, İddiaçı xidmətdən buraxıldıqdan sonrakı 3 il ərzində bir neçə dəfə müalicədə olmuş, səhhətində ciddi psixi problemlər (xəstəliklər) olduğundan onun əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-ə müraciət etmək iqtidarında olmamışdır. Bu əsaslara və səbəblərə görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilən Qərarın əsaslandırıcı hissəsində şərh olunanan “işin düzgün həlli üçün iddiaçıya alınan travmaya görə əlillik dərəcəsinin hansı tarixdə müəyyən edilməsi, göstərilən müddət ötürüldüyü halda müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmalı və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməlidir” göstərişi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarın tələblərinə uyğun işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən məcburi qəbul edilsə də, təqdim edilmiş sənədlərə və işin faktiki hallarına görə apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, nəticədə maddi və prosessual hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi ilə Qətnamə çıxarmışdır. b)

36. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haq qında” Azərbaycan Respublikasının Qanunu

37. Maddə

27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”

38. Maddə

151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqəda r sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir

39. Maddə 156 («ə» bəndi) Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanunu

40. Maddə 5 ( “ç” bəndi) Xidməti vəzifəsini yerinə yetirilməsi ilə ə laqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, ona ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir (xx.xx.2013-cü il tarixə kimi qüvvədə olmuş redaksiya). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Ha zırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hallar iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3178/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar