Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (DƏDRX-nin 01 saylı Ərazi İdarəsinin və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarının, mənzillərin pay haqlarının ödənilməsinə dair maliyyə arayışlarının, mənzillərə dair xüsusi mülkiyyət hüququ haqqında qeydlərin etibarsız hesab edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkilləri Vəkil2, X4, Cavabdeh2 nümayəndəsi və vəkili X1, Üçüncü şəxs X8 və vəkili İbrahimov Telman Sadət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-672/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 04.11.2011 tarixli mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Kübra Məmmədova tərəfindən sayğaclar üçün Meridian” MTK-ya 600 AZN ödənilmişdir. 3. “Kooperativ binada mənzil tikintisi” haqqında 24.04.2012-ci il tarixli müqavillərin təsdiq edilmiş surətlərindən gör ünür ki, bir tərəfdən payçı adlanan Kübra Məmmədova və digər tərəfdən icraçı adlanan "xxxx" MTK arasında ünvan 1 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilə və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzili payçıya təhvil verilməsi barədə razılığa gəlmişlər. 4. 23.04.2013-cü il tarixli 276 və 277 saylı maliyyə arayışlarının təsdiq olunmuş surətlərindən görünür ki, Kübra Məmmədova Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 A 2 blok 11-ci mərtəbə 2 otaqlı 75 saylı və 76 saylı mənzillərin dəyərini Meridian MTK-ya tam ödəmişdir və borcu yoxdur. 5. 23.04.2013-cü il tarixli 64 və 65 saylı Forma 2 arayışının təsdiq olunmuş surətindən görünür ki, Kübr a Məmmədova ünvan 1 16 mərtəbəli evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 və 1 otaqlı 76 saylı mənzillərdə qeydiyyatsız yaşayır. 6. 23.04.2013-cü il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 2 saylı protokoldan Çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, X15MTK-ya üzv qəbul olunmaqla MTK-nın ünvan 1 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.
7. Meridian” Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli protokollarının surətinə əsasən, Cavabdeh2 ünvan 1 binanın 2 girişində yerləşən 75 və 76 saylı mənzillərin payç ısı olması təsdiq edilmiş, mənzillərin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışları verilmişdir.
8. Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1171-ci məhəllə, Nəcəfqulu Rzayev küçəsi ev 25 A, 75 saylı və 76 saylı mənzillər 19.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 9. 11.12.2015-ci il tarixdə verilmiş 2№-li forma arayışına əsasən, Cavabdeh2 ünvan 1 16 mərtəbəli evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 nömrəli mənzildə qeydiyyatsız yaşayır. 10. 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.05.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnəmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 26.04.2016-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kita bında 05.05.2016cı il tarixdə 635 nömrə ilə qeyd edilmişdir.
11. İş materiallarında olan 30.12.1965-ci il tarixli, V-TÖ 897947 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 23.09.1965-ci il tarixdə anadan olmuş, onun atası X12, anası X6.
12. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən X3 ünvanlanmış 26.04.2019cu il tarixli 811 saylı məktubdan görünür ki, X5 aid Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin arxiv materiallarında qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlak aşkar edilmədiyindən iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 17.07.2019-cu il tarixli **********57 saylı məktuba təsdiq edilmiş sürətlə ri əlavə edilmiş RX seriyalı, ******* №-li Çıxarış, 11.12.2015-ci il tarixli 57 saylı Maliyyə Arayışı, 11.12.2015-ci il tarixli 2№-li forma Arayışı, "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477733 saylı Çıxarış, RX seriyalı ******* №li Çıxarış, 11.12.2015-ci il tarixli 2№-li forma Arayış, "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477735 saylı Çıxarış və 11.12.2015ci il tarixli 56 №-li Maliyyə Arayışından görünür ki, Cavabdeh2 Meridian MTK-ya üzv qəbul olunmaqla ünvan 1 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəs i 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzillərin payçısıdır, həmin mənzillərin dəyəri müvafiq olaraq 23000 manat və 14916 manat məbləğində pul onun tərəfindən ödənilmişdir və mənzillərə görə borcu yoxdur və həmin mənzillərdə qeydiyyatsız yaşayır, qeyd edilən mənzillər tam mülkiyyət hüququ əsasında ona məxsusdur.
14. İş materiallarına əlavə edilmiş abunə haqqına əsasən Azərişıq, Azəriqaz və Azərsunun elektron sistemindən alınmış çıxarışlardan görünür ki, mübahisələndirilən mənzillər üzrə abunəçi qismində Kübra Məmmədova çıxış edib və bütün ödənişlər onun adından aparılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil T ikinti Kooperativinə üzvlüyü haqqında MTK-nın üzvlərinin ümumi yığıncağının ümumi iclasının 2 nömrəli protokolundan çıxarışın (qərarın) etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 75 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 75 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 76 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 76 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı qardaşı oğludur, iddiaçının anası X9 05.05.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir, ondan 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə "xxxx" MTK-dan müqavilə əsasında aldığı ünvan 5 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının İİ blokundakı 75 və həmin blokun 76 saylı mənzillər, digər əşyalar qalmışdır, onun bütün şəxsi əşyaları, miras əmlakı bacısı və qardaşı ilə razılıq əsasında iddiaçıda qalmışdır və o hal-hazırda həmin əşyalara faktiki sahiblik edir, eyni zamanda onlar razılaşmışlar ki, analarından miras qalan Bakı şə həri Xətai rayonu N.Rəfiyev küçəsi, ev 25 “A", 75 və 76 saylı birləşdirilmiş mənzillərdə qardaşı oğlu Cavabdeh2 ailəsi ilə birlikdə müvəqqəti yaşadığına görə, mənzil hələlik onun istifadəsində qalsın, lakin iddiaçı bu yaxınlarda miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdikdə ona məlum olmuşdur ki, anasının adına hər hansı daşınmaz əmlak yoxdur, Cavabdeh2 hansısa yolla mənzilin maliyyə arayışını vəfat etmiş anasının adından öz adına yazdırmış, bunun üçün heç bir hüquqi əsas olmadığı halda mənzili öz adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə aldırmaqla özəlləşdirmişdir, halbuki, 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə anası "xxxx" MTK ilə iki müqavilə bağlamış, bu müqavilələrə əsasən MTK ünvan 5 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda yerlə şən ümumi sahəsi 105,1 kv.m. olan 2 otaqdan ibarət 85 saylı mənzili və eyni blokda bu mənzillə yan-yana olan ümumi sahəsi 67,8 kv.m. olan 1 otaqdan ibarət 86 saylı mənzil tikilərək anası K.Ə.Məmmədovanın istifadəsinə verməyi, o isə qarşılığında həmin mənzillərin dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür, K.Ə.Məmmədova həmin müqavilənin şərtlərinə uyğun olaraq payına düşən öhdəlikləri tam şəkildə icra etmiş, müqavilələri bağladığı günlərdə ilkin ödənişləri ödəmiş, son ödənişləri isə gecikdirmədən 28.02.2011-ci il tarixdə həyata keçirmişdir, 24.04.2012-ci il tarixdə K.Ə.Məmmədova ilə "xxxx" MTK arasında bağlanmış 30.10.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilərək mənzillərin nömrələri 75 və 76 kimi göstərilmişdir, "xxxx" MTK tərəfindən verilmiş müqavilələrin üzərində olan qeydlərdə a nası tərəfindən yuxarıda göstərilən mənzillərin dəyəri tam ödənilməsi təsdiq olunmuş, həmçinin qaz, işıq və su sayğacların onun tərəfindən tam ödənilməsi qəbzlərlə təsdiq olunmuş, “Meridian" MTK tərəfindən 2013-cü ildə verilmiş və möhür ilə təsdiqlənmiş maliyyə arayışından, iclas protokolunun çıxarışından və forma 2 üzrə arayışından da görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25 “A”, 75 və 76 saylı mənzillərin dəyəri məhz K.Məmmədova tərəfindən ödənilmiş, K.Məmmədova həmin MTK-nın payçı-üzvüdür, "Meridian-M” MMC "Meridian” MTKnın hüquqi varisidir, Cavabdeh1 MMC heç bir hüquqi əsas olmadan anasının ölümündən sonra yuxarıda göstərilən mənzillərin pay haqqının ödənilməsi barədə qanunsuz və əsassız olaraq Cavabdeh2 adına maliyyə arayışı və MTK-nın payçısı olması barədə pro tokoldan çıxarış vermişdir ki, sonuncu da həmin sənədlərə əsasən mənzili öz xüsusi mülkiyyətinə rəsmiləşdirməklə iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdur.
17. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, həqiqətən də mübahisəli mənzilləri nənəsi K.Məmmədova öz hesabına almış, evlənəndən sonra uzun müddət keçmiş arvadının və onun anasının mənzillərində yaşamış, nənəsinin təkidi ilə 2013-cü ilin aprel ayında ailəsi ilə birlikdə nənəsinə məxsus olan mənzillərə köçmüş və o vaxtdan orada yaşayır, bu vaxta qədər ondan başqa mübahisəli mənzillərdə yaşayan olmamışdır, 2015-ci ilin dekabr ayında onsuz da 6 il ərzində yataq xəstəsi olan nənəsinin səhhəti çox ağırlaşmış və məhz buna görə sağlığında olarkən, ö öz mənzil lərini ona bağışlamaq istəmiş, lakin mənzillərin çıxarışları olmadığından bunu notariat qaydada edə bilməmişdir, bu səbəbdən onun xahişi ilə mənzillər əvəzsiz olaraq və faktiki bağışlama kimi adına keçirilmişdir.
18. Cavabdeh1 MMC birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə ünvanlandığı ərizədə bildirmişdir ki, 19.09.2019-cu il və 30.10.2009-cu il tarixlərdə Meridian MTK (icraçı kimi) və Kübra Məmmədova (payçı kimi) arasında iki müqavilə bağlanmışdır, müqavilələrə əsasən K.Ə.Məmmədova Cavabdeh1 MMC tərəfindən tikilmiş ünvan 6 ünvanı üzrə yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yan-yana olan 85 nömrəli, sahəsi 105,1 kvm olan 2 otaqlı mənzili və 86 nömrəli, sahəsi 67,8 kvm olan 1 otaqlı mənzili əldə etmişdir, bununla əlaqədar olaraq K.Ə.Məmmədov a Meridian MTK-ya ilkin ödənişləri və tədricən hissələr üzrə qalan ödənişləri, o cümlədən 28.02.2011-ci il tarixdə sonuncu ödənişləri həyata keçirərək, hər iki mənzilə görə öz öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Bundan başqa K.Ə.Məmmədova həmçinin mənzillərə su, qaz və işıq sayğaclarının dəyərini ödəmiş, 24.04.2012-ci il tarixdə K.Ə.Məmmədovanın xahişinə əsasən ona məxsus olmuş mənzillər heç bir əlavə ödəniş almadan eyni blokda üç mərtəbə aşağı, lakin eyni layihə üzrə, eyni ölçüdə və yan-yana olan 75 və 76 nömrəli mənzillər ilə dəyişdirilmiş, 05.08.2012-ci il tarixdən başlayaraq bir neçə ay müddətində K.Ə.Məmmədovanın hesabına, oğlu - E.B.Məmmədov vasitəsilə hər iki mənzildə təmir və tamamlama işləri aparılmış, o cümlədən qeyd olunan mənzillər bir mənzildə birləşdirilmişdir, təmir başa çatdıqdan sonra 2013-cü ilin aprel ayında K.Ə.Məmmədovanın icazəsi ilə nəvəsi - Cavabdeh2 həmin mənzilə köçmüşdür, 23.04.2013-cü il tarixdə K.Ə.Məmmədovanın xahişi ilə ona məxsus mənzillərin dövlət qeydiyyatından keçirilməsi üçün Cavabdeh1 MMC tərəfindən Dövlət Reyestr Xidməti üçün lazımı sənədlər, (Meridian MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyə arayışı, forma 2 üzrə arayış) verilmişdir. Lakin bu məsələ Cavabdeh1 MMC-yə məlum olmayan səbəblərə görə həll olunmamış qalmışdır. 11.12.2015-ci il tarixdə E.B.Məmmədov Cavabdeh1 MMC-yə bildirmişdir ki, anasının səhhəti həddindən artıq ağırdır və o, mənzillərin dövlət reyestrindən keçmədiyi üçün onları notarial qaydada nəvəsinə bağışlaya və ya miras qoya bilmir və xahiş edir ki, faktiki bağışlama kimi həmin mənzillə r əvəzsiz olaraq nəvəsinin adına keçirilsin, bunu və oğlu tərəfindən bütün ödənişlərin həyata keçirilməsini nəzərə alaraq ünvan 6 ünvanı üzrə yerləşən 75 və 76 nömrəli mənzillərə dair lazımı sənədlər, o cümlədən Meridian MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyə arayışı, forma 2 üzrə arayış Cavabdeh2 adına verilmişdir.
19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 26 iyul 2019-cu il tarixli, 2(011)5466/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 "xxxx" MTK üzvlüyü haqqında ümumi yığıncağın iclasının 02 saylı protokolundan çıxarışın (qərarın), həmçinin Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin dəyərinin Vahid Məmmədzadə tərəfindən ödənilməsinə dair "xxxx" MTK tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışlarının, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75-ci mənzilinə dair Cavabdeh2 adına verilmiş 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın, həmin evin 76-cı mənzilinə dair 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 10 manatın Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X9 ünvan 1 ünvandakı ümumi sahəsi 105.1 kv.m olan 75 saylı və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 76 saylı mənzillərin payçısı kimi 23.04.2013-cü il tarixdə MeridianMTK-ya üzv qəbul olunmuş və həmin mənzillərin dəyəri onun tərəfindən tam ödənilmişdir, qeyd edilən mənzillərin Meridian M TK-ya üzv qəbul olunmaqla tam dəyərinin Kübra Məmmədova tərəfindən ödənilməsini tərəflər etiraf edir və onlar arasında bu barədə mübahisə mövcud deyil. Bununla belə, məhkəmə tərəfindən Cavabdeh2 mübahisəli əmlakı əldə etməsinin hüquqi əsası, həmçinin payçı kimi "xxxx" MTK-ya üzv qəbul olunmasına əsas verən və mənzillərin dəyərinin onun tərəfindən ödənilməsini təsdiq edən hallar müəyyən olunmadı. K.Ə.Məmmədova mübahisəli mənzillərin dəyərini tam ödədiyi vaxtdan etibarən həmin əmlaka dair mülkiyyət hüququ əldə etmiş, Cavabdeh2 isə payçı kimi "xxxx" MTK-ya üzv qəbul olunmasına əsas verən və mənzillərin dəyərinin onun tərəfindən ödənilməsini təsdiq edən halların məhkəmə tərəfindən müəyyən olunmaması, həmçinin mənzilə dair ödənişlərin K.Məmmədova tərəfindən ödənilməsinin cavabdehlər tərəfində n etiraf edilməsi, cavabdehin Meridian MTK-ya üzv qəbul olunması barədə ümumi yığıncağın qərarının qismən və həmin iclasın protokoluna dair Çıxarışın və mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsinə əsasdır, bu isə həmin əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən çıxarışların etibarsızlığı barədə nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə, Cavabdeh2 mülkiyyət hüququnun əsası kimi istinad etdiyi əmlakın bağışlanması barədə K.Məmmədovanın şifahi razılığına münasibətdə hesab edir ki, əvvəla, mübahisəli mənzilin bağışlanmasına mülkiyyətçinin razılığını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı, ikincisi, şifahi razılıq daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün əsası kimi çıxış edə bilməz. Məhkəməsi hü quqi mövqeyini Mülki Məcəllənin 329.1-ci, 337-ci və 340.1-ci maddələri ilə əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) 19 noyabr 2019-cu il tarixli, 2(103)-13172/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Kübra Məmmədova rəsmi qaydada kooperativə üzv qəbul edilməklə hər iki mənzilin payçısı olub və həmin mənzillərin pay haqqı onun tərəfindən ödənilib. Kübra Məmmədovanı n kooperativ üzvlüyündən çıxması və ona pay haqqının dəyərinin ödənilməsi və ya digər əmlak verilməsi, həmçinin onun pay haqqını nəvəsi Cavabdeh2 bağışlaması hər hansı mötəbər yazılı sübutla təsdiq olunmur. Ona görə də mənzillərin pay haqqlarının Cavabdeh2 adına keçirilməsinə dair sənədlər, o cümlədən həmin sənədlərə əsasən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu barədə verilmiş Çıxarışlar etibarsız hesab edilməlidir. Çünki həmin sənədlərin verilməsi nəticəsində İddiaçı anası Kübra Məmmədovadan miras qalmış mənzillərə vərəsəlik hüququ pozulub. Belə ki, sözügedən mənzillər Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilməsəydi İddiaçı vəfat etmiş anası Kübra Məmmədovanın qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin mənzillərə pay hüququ əldə edə və ya ko operativdən payının dəyərinin ödənilməsini tələb edə bilərdi. Bu baxımdan İddiaçı hazırkı iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub və iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 2(102)-2658/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs X14 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)-13172/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi mövqey ini belə əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Kübra Məmmədovanın adına qeydə alınmayıb. Həmin mənzillər onun öz sağlığında mülkiyyət hüququ üzrə 19 dekabr 2015-ci il tarixdə nəvəsi Cavabdeh2 adına qeydə alınıb və bundan 4 ay sonra, yəni 26 aprel 2016-cı il tarixdə Kübra Məmmədova ölüb. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirməyib və Kübra Məmmədovanın öz sağlığında qeyd olunan mənzillərə dair nəvəsi Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirməməsini nəzərə almayıb. Digər tərəfdən Kübra Məmmədova 05 may 2016-cı il tarixdə öldüyü halda, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 10 may 2019-cu il tarixdə, yəni 3 ildən so nra müraciət edib və hazırki iddianı nümayəndəsi Rəhim Əhmədov vasitəsilə qaldırıb. Bundan başqa İddiaçı Özbəkistan Respublikasının vətəndaşıdır və onun Azərbaycan Respublikasında ümumiyyətlə daimi yaşayış yeri yoxdur. Apellyasiya instansiyası məhkəməsi qətnamədə hazırkı iddianı qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri) tələblərinə uyğun olaraq hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmadan, mərhum Kübra Məmmədovadan miras qalmış daşınar və daşınmaz əmlakların kütləsini, onun vərəsələrinin dairəsini müəyyən etmədən, ümumiyyətlə digər vərəsələrin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, bir sözlə vərəsələrdən hansının razılığı ilə İddiaçı anası Kübra Məmmədovdan miras qalmış hansı şəxsi əşyalara sahiblik etməyə faktik başladığını, həmin əşyaların nədən ibarət olduğunu, bunun mirasın qəbulu üçün yetərli olub-olmadığını araşdırmadan, İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin (Mülki Məcəllənin 1246, 1255 və 112.4-cü maddələri) tələbləri baxımından iddianın əsaslılığına hüquqi qiymət vermədən, digər və mübahisəli mənzillərə dair mərhum Kübra Məmmədova ilə bağlanmış, lakin onun özü tərəfindən imzalanmamış çoxsaylı, ziddiyyətli müqavilələrin, o cümlədən maliyyə arayışlarının, kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarının və sair həqiqiliyini yoxlamadan, zərurət yarandığı halda həmin sənədlərin əslini məhkəməyə təqdim etməyi "xxxx" MMC təklif etmədən və bu barədə Sitarə Vəliyevanın apelyasiya şikayətində göstərdiyi dəlillər üzrə ümumiyyətlə heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən onun apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, 3 ildən sonra İddiaçı iddia tələbinə əsasən mübahisəli mənzillərə dair Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri etibarsız saymaqla, ödənilmiş pay haqqlarını deyil, sözügedən mənzilləri mirasın kütləsinə, yəni Kübra Məmmədovanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna aid etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflər ə təklif edə bilər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 26 may 2021-ci il tarixli, 2(103)-672/21 nömrəli qətnaməsi ilə üçüncü şəxs X8 apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)5466/2019 saylı qətnaməsinın ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiasının təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
26. Apellyasiya məhkəməsi qətnamənin əs aslandırıcı hissəsində kassasiya instansiyası məhkəməsinin qərarındakı mövqeləri olduğu kimi təkrarlamışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
27. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilləri Cavabdeh2 nənəsi K.Məmmədova 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə "xxxx" MTK ilə müqavilələr bağlayaraq almış, hər ay mənzillərə görə haqq nənəsi tərəfindən ödənilmiş, hər dəfə ödəniş olunduqda, müqavilələrin özündə qeyd aparılmaqla, qeydlər imza və MTK-nın möhürü ilə təsdiq edilmiş, 28.02.2011-ci il tarixdə mənzillərin ödənişi tam həyata keçirilib qurtarmışdır. Cavabdeh2 S.Vəliyeva ilə 21.10.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Toydan sonra onlar 3 ay cavabdehin valideynlərinin yanında, bundan sonra S.Vəliyevaya məxsus və hal-hazırda da qeydiyyatda olduğu Yasamaldakı mənzilində, daha sonra isə onun anasının adına olan təzə alınmış Statistikadakı mənzildə yaşamışlar. Nənəsi cavabdehin keçmiş arvadının və qayınanasının mənzillərində yaşamağını heç cürə qəbul etməmiş onun uşağı olandan sonra ailəsilə köçüb mübahisəli mənzillərdə yaşamağını təkid etmişdir. Buna görə də onlar 2013-cü ilin aprel ayında mübahisəli (birləşdirilmiş) mənzillərə köçərək orada yaşamağa başlamışlar. 2015-ci ildə nənənin səhhətində olan problemlər kəskin şəkildə ciddiləşməyə başladığından nənə mənzillərin Cavabdeh2 bağışlamasını rəsmiləşdirmək istəmişdir. Lakin həmin vaxt mənzillərə dair nənənin adına müvafiq çıxarış olmadığından notarial qaydada mənzillərə dair bağışlama müqaviləsi bağlamaq mümkün olmadığından nənə mənzilləri faktiki olaraq nəvəsinə bağışlamışdır. Bu mövqe MTK-ya bəlli idi və buna görə də MTK mənzillərə dair Cavabdeh2 adına maliyyə arayışları və protokoldan çıxarışlar təqdim etmişdir. Odur ki, mübahisəli mənzillər nənəsinin öz iradəsinə uyğun olaraq (onun arzusu və istəyi əsasında) faktiki olaraq Cavabdeh2 bağışlanılmış və mənzillərə dair 19.12.2015-ci il tarixdə ona çıxarışlar verilmiş, mənzillərin alınmasına və təmirinə görə Cavabdeh2 tərəfindən hər hansı məbləğ ödənilməmişdir. S.Vəliyevanm indiyə qədər əsas və yeganə dəlilli bundan ibarət olmuşdur ki, mübahisəli birləşdirilmiş mənzillər ər-arvad tərəfindən nikah dövründə alınmışdı r. Bu mövqe məhkəmədə sübutla təsdiq olunmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (sonradan MPM) 77-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin o məhkəmələrə bu dəlili təsdiq edən heç bir sübutu təqdim edə bilməmişdir. Xüsusi qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 26.05.2021-ci il tarixli iclasında V.Məmmədov məhkəməyə iş üzrə aparılmış 24.07.2020 və 11.09.2020-ci il tarixli məhkəmə iclaslarının video-audio yazısının maddi daşıyıcıda müvafiq məhkəmə protokollarına əlavə edilməsi haqqında vəsatət təqdim edən zaman sədrlik edən hakim çox aqressiv şəkildə məhkəmə iclaslarının uzandığını, işi artıq yekunlaşdırmaq üzrə olduğunu bildirərək, vəsatətin tam səslənməsinə imk an vermədən, tələm-tələsik, vəsatəti təmin etməmiş, araşdırılması müəyyən vaxt tələb edən hazırkı işin hallarını araşdırmağa səy belə göstərmədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli qərarının məcburi göstərişlərini nəzərə almadan 5-6 dəqiqə içində qətnamə qəbul etmək üçün müşavirə otağına getmişdir. Halbuki MPM-nin 420-ci maddəsinə görə kassasiya instansiyasında isə baxan məhkəmənin qərarında sərh edilən göstərişlər həmin isə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsi tərəfindən mövcud qanunvericiliyinin tələblərinə “necə ciddi yanaşıldığınıgözəl təsdiq edir. Həmçinin xüsusi qevd olunmalıdır ki, apellyasiya və kassasiya instansiyası məhkəmələrində hazırkı is üzrə dəfələrlə vurğulanmış məsələlərdən biri - S. Vəlivevanın isə qoşulmasıdır. O maraqlı şəxs kimi apellyasiya şikayəti verməyinə, məhkəməyə ünvanlanmış onun üçüncü şəxs kimi mülki isin icraatına buraxılması barədə ərizə mövcud olmadan, bu şəxsin mülki işdə iştirak etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsi sübut əsasında məhkəmə iclasında müzakirə edilmədən, bu barədə məhkəmə qərarı qəbul olunmadan növünü də belə müəyyən etmədən apellyasiya qətnaməsində sadəcə üçüncü şəxs adlandırmaq tamamilə mülkiprosessual normalarına ziddir. Bakı Apellyasiya Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsi çox ziddiyyətli yazılıb və onun nəticə hissəsi əsaslandırıcı hissə ilə ziddiyyət yaradır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi qətnamədə göstərmişdir ki: “... birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yeti rməmiş və KMəmmədovanın öz sağlığında qeyd olunan mənzillərə dair nəvəsi Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirməməsini nəzərə almamışdır. " K. Məmmədovanın öz sağlığında mübahisəli mənzillərə dair VMəmmədzadənin adına verilmiş hüquq müəyyənedici sənədləri mübahisələndirməməsinin özü də bir daha V.Məmmədovun dəlillərindən əsaslı olduğunu təsdiq edir ki, həqiqətən də K.Məmmədova öz istəyi və iradəsi ilə ona məxsus mənzilləri əvəzsiz olaraq, hər hansı şərt və ya öhdəlikdən asılı olmadan faktiki olaraq nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin “birinci instansiya məhkəməsinin mübahisəli mənzillərə dair müqavilələrin X13 özü tərəfindən imzalanmamasma əhəmiyyət verməməsi, maliyyə arayışlarının, koope rativ üzvlərinin ümumi yığıncağının protokol qərarının və sair həqiqiliyini yoxlamamasına” dair digər yerində ifadə olunmuş mövqeyi tam əsassızdır. Belə ki, mübahisələndirilən müqavilələrin tərəfləri mərhum K.Məmmədova və MTK olmuş, müqavilə MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış, möhürü ilə təsdiq edilmişdi Ümumiyyətlə, müqavilənin K.Məmmədova tərəfindən imzalanmaması mülki qanunvericiliyin tələblərinə görə gələcəkdə MTK ilə K.Məmmədova arasında mənzillərlə bağlı hər hansı mübahisə yaranan zaman K.Məmmədovanm MTK qarşısındakı məsuliyyətini istisna edir, K.Məmmədova üçün MTK qarşısında hər hansı Öhdəlik yaratmır. K.Məmmədova üçün əhəmiyyətli olan məsələ müqavilələrdə MTK-nın səlahiyyətli şəxsinin imzası və möhürünün olmasıdır ki, gələcəkdə MTK-dan öhdəliyinin icrasını tələb edə bilsin. Mübahisəli mənzillərə dair müqavilələrin tərəfləri olan MTK bu mənzilləri həqiqətən də mərhum K,Məmmədovaya satdığını, ondan sonra da onun iradəsi və istəyi ilə nəvəsi Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair müvafiq sənədlər verdiyini hər zaman təsdiq etmiş, buna dair hər məhkəmə instansiyasına müvafiq ərizələr göndərmişdir. Mülki işin materiallarında mübahisəli mənzillərin ilkin olaraq məhz mərhum K.Məmmədovaya aid olmasını azacıq da olsa, şübhə altına alan hər hansı sübut mövcud deyildir. Əksinə mülki işin çoxsaylı, biri-digərini tamamlayan sübutları ilə mübahisəli mənzillərin ilkin olaraq məhz mərhum K.Məmnıədovaya aid olması öz təsdiqini tapır. MM-nin 112.1-ci maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Lakin mətndən də açıq-aşkar göründüyü kimi həmin norma kooperativ üzvünün məhz kooperativdən çıxması halı ilə bağlı məsələni tənzimləyir. Hazırkı halda isə K.Məmmədova ona məxsus mənzillərin nəvəsi Cavabdeh2 adına keçirilməsini xahiş edərək, kooperativ üzvlüyündən çıxması barədə məsələyə toxunmamış, öz mənzillərini əvəzsiz olaraq Cavabdeh2 bağışlayaraq, mahiyyət etibarilə kooperativ üzvü kimi özünün Cavabdeh2 ilə əvəzlənməsini-dəyişdirilməsini xahiş etmişdir. Belə olan halda da onun pay haqqının dəyərinin ödənilməsi və ya digər hər hansı haldan söhbət gedə bilməzdi. Bu kimi əqdlərin yazılı formada və notariat qaydasında təsdiq edilməsi qanunvericiliklə tənzimlənmir. MTK K.Məmmədov anm istəyinə uyğun olaraq mənzillərin sahibliyini onun adından nəvəsinin adına keçirərək Cavabdeh2 MTK-nın üzvü kimi qəbul etmiş və buna müvafiq olaraq da mübahisəli mənzillərə dair Cavabdeh2 adına maliyyə arayışları və protokoldan çıxarışlar təqdim etmişdir. Bununla bağlı MTK tərəfindən formallığa əməl edilməməsi və rəsmiləşdirilmənin tam aparılmaması (hər hansı iclasın keçirilməməsi və sair) Cavabdeh2 hüquqlarının pozulmasına səbəb ola bilməz.
29. İddiaçı kassasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya Məhkəməsi qətnaməsində “Sonuncu məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı mülki işin icraa tda olduğu vaxt kəsiyində İddiaçı başqa bir iddia ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Qeyd olunanlara və MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir” sitatına dair aşağıdakıları qanunsuz halları qeyd olunmalıdır: həmin nəticəyə gəlmək üçün hansısa “sübutun” mövcudluğuna işarə olunsa da, məhkəmə öz qətnaməsində nədənsə onun adını göstərmir və onun məzmununa və hüquqi mənasına toxunmur. Sonuncu məhkəmə iclasının protokolunda maraqlı şəxs adı altında işə buraxılmış şəxsin nümayəndəsi tərəfindən hansısa “sübutun” təqdim edilməsi göstərilsə də, onun adı və hansı yolla əldə edilməsi göstərilmir. Halbuki MPM-nin qaydalarına görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə) və Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3-cü maddə); Məhkəmə protokollarından görünür ki, təqdim olunmuş “sübut” məhkəmə araşdırılmasının və işin iştirakçılarının müzakirə predmetı olmamışdır. Lakin MPM-nin qaydalarına əsasən bu sənəd (əgər o sonradan deyil, həqiqətən məhkəmə iclasında təqdim olunmuşdursa) məhkəmə tərəfindən müayinə edilməli və işdə iştirak edən şəxslərə təqdim olunmalı idi (201.1-ci maddə), müayinə ilə bağlı təkliflər məhkəmə iclasının protokoluna yazılmalı idi ( 201.2-ci maddə) və bunlar hamısı məhkəmə iclasında elan olunmalı idi (201.3-cü maddə); Əgər Apellyasiya Məhkəməsi müəmmalı şəkildə işin materiallarına əlavə olunmuş Xətai Rayon Məhkəməsi qətnaməsinin 25.01.2021-ci tarixli qətnaməsinə işarə edərək iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edirsə, niyə o qanuni qüvvəyə minmiş həmin qətnamənin məzmununa əsaslanaraq onun preyudisiya əhəmiyyətinə qəbul etməsin? Ona görə deyildir mi ki, iş üzrə Ali Məhkəmə tərəfindən təkrar apelyasiya baxışına qaytarmaq qərarı üçün əsas formal səbəb kimi götürülmüş və bu da artıq aradan götürülmüş və belə halda Apelyasiya Məhkəməsi bunun ziddinə iddiaçının subyektiv hüququna dair hər hansı yeni qərar qəbul edə bilməzdir? Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı rayon məhkəməsinə apellyasiya məhkə məsi göstərdiyi kimi iddia ərizəsi ilə deyil, xüsusi icraatın (yəni sadələşdirilmiş məhkəmə icraatının) aparılması üçün ərizə ilə müraciət etmişdir. MPM-də nəzərdə tutulduğu kimi bunun əsasında başlanılmış çox sadə iş tam mübahisəsiz öz həllini tapmışdır. Lakin o zaman həmin işdən fərqli olaraq hazırkı iş üzrə iddia icraatı üzrə aparılan iş iki ildən artıq dəfələrlə məhkəmələrin baxışın predmeti olmuş, bu zaman heç bir əsas olmadan çox qəlizləşdirilərək iki cildliyə çevrilmiş, ikinci dəfə apellyasiya instansiyasında baxılması mərhələsində olmuşdur. Buna görə mübahısəsiz və sadələşdirilmiş icraatda İddiaçı onun adından həmin bu işdə iştirakını cavan bir nümayəndəyə həvalə etmişdirsə, ikinci işin mürəkkəbləşdirilməsini nəzərə alaraq o bu işdə şəxsən özü iştirak və çıxış etmək niyyətində olmu şdur. Təkrar apellyasiya araşdırması zamanı o həmçinin əlində olan əlavə sübutları məhkəməyə təqdim etmək, işin digər iştirakçılarına, o cümlədən maraqlı şəxs adı altında işə qoşulmuş saxtakar “üçüncü şəxsin gözlərinə baxaraq mübahisənin bütün incəliklərinə dair sualları vermək və məhkəmədə onlarla bərabər və açıq şəkildə çəkişmək istəyirdi. Bu onun həm konstitusiya, həm də prosessual hüquqlarıdır. Odur ki, İki müxtəlif və hüquqi təbiətinə görə biri-birindən tamamilə fərqli olan iş üzrə yalnız özünə xas olan prosessual hüquqlarını necə həyata keçirmək iddiaçının öz seçimindən asılıdır, bu məsələyə başqa şəxslərin və ya məhkəmənin müdaxilə edə bilməz. Kassasiya instansiya məhkəməsi işi təkrar apellyasiya baxışına göndərərkən özünün 11.09.2020-ci il tarixli qərarında göstərmişdir ki, “işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini aydın izah etməlidir”. Həmin qərarda həmçinin iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinin araşdırılması ayrıca qeyd olunmuşdur. MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarının göstərişləri işə yenidən baxan məhkəmə üçün məcburi olsa da, apellyasiya Məhkəməsi belə göstərişlərə ə məl etməyərək bu maddənin tələblərini də aşkar surətdə pozmuşdur. Apellyasiya Məhkəməsi nəinki Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etmədiyi, iddiaçının hüquqlarını kobudcasına pozulduğu, işin digər iştirakçıları tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığı, iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş çoxsaylı sübutların “dilə gətirmədiyi”, işə əlavə olunmuş Xətai rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsinin qətnaməsində ona sadəcə öz məqsədilə işarə etdiyi və onun heç adını da çəkmədiyi kimi halların mövcudluğunda, hətta həmin rayon məhkəməsinin qətnaməsi ilə iddiaçının subyektiv hüququnun qəti şəkildə müəyyən edildiyinə göz yumaraqiddiaçının həmin hüququnun olmadığı kimi absurd nəticəyə gəlməklə və tamamilə açıq aşkar olan faktları yanlış formada təqdim etmə klə iddiaçı tərəfə olan qərəzini şəkildə nümayiş etdirmişdir. Əslində işdə olan sənədlər təsdiq edir ki, iddiaçının anası – K.Məmmədova həqiqətən 26.04.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı iddiaçı dəfn və ilkin yas mərasimində iştirak etmək üçün yaşadığı Özbəkistan Respublikasından bir neçə günlüyə Bakıya gəlmişdir.O zaman vəsiyyətnaməsi olmadığı üçün mərhumun 3 övladı razılığa gəlmişdilər ki, anasından miras qalmış şəxsi əşyalar iddiaçıya verilsin. Buna görə iddiaçı anasından miras qalmış bir çox əşyaları özünə götürməklə mirası qəbul etmişdir. Bununla bağlı mərhumun övladları, yəni varisləri bu faktı inkar etmirlər və aralarında bu günə qədər mübahisə olmamışdır. Onlar həmçinin razılaşmışdırlar ki, mərhumun mənzillərində onun nəvəsi - Cavabdeh2 ailəsi ilə birl ikdə müvəqqəti yaşadığına görə həmin mənzillər hələlik onun istifadəsində qalsın, gələcəkdə mərhumun övladları yenidən yığışıb miras paylarını müəyyənləşdirib məsələni həll edəcəklər. Yasdan sonra iddiaçı Bakıdan Özbəkistana qayıtmış və bir də Bakıya gəlməmişdir. Buna əmin olmaq üçün təkrar apelyasiya icraatında məhkəməyə yeni sübutları təqdim etmək hüququndan məhrum olunmuş S.Abdurahovanın o vaxtdan dəyişdirilmədən qalmış pasportunun notarial qaydada təsdiq olunmuş surətini gözdən keçirmək kifayətdir. 2019-cu ilin mart ayında isə xaricdə yaşayan İddiaçı xəbər tutmuşdur ki, Cavabdeh2 2018-ci ilin noyabr ayından həmin mənzillərdən çıxaraq 2019-cu ilin yanvar ayında nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir, anasından miras qalmış mənzillərdə isə onun keçmiş arvadı S.Vəliyeva və o nun anası qalıb yaşayırlar. İddiaçı bu barədə xəbər tutanda onun miras evində yad adamların yaşamasına qəzəblənərək iddiaçı 29.03.2019-cu il tarixdə vəkilə etibarnamə vermişdir ki, anasından miras qalmış mənzillərlə bağlı məsələni həll etmək üçün lazımi işləri aparsın. 15.04.2019-cu il tarixdə vəkil onun adından miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin 26.04.2019-cu il tarixli məktubu ilə ona cavab verilmişdir ki, iddiaçının anasının adına hər hansı daşınmaz əmlak yoxdur. Vəkil vəziyyəti dəqiqləşdirmək üçün miras əmlakın yerləşdiyi Cavabdeh1 MMC-yə sorğu vermişdir. Cavabından məlum olmuşdur ki, Cavabdeh2 sözü gedən mənzilləri öz adına keçirərək özəlləşdirmişdir. Bu halları təsdiq edən sübutlar işin materiallarında mövcuddur. Bundan sonra mübahisəli mənzillərin başqa şəxsin adına rəsmiləşdirilməsini bilən İddiaçı mirası faktiki qəbul etmiş bir şəxs kimi vərəsəlik və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Çünki o, anasının ölümündən sonra vərəsələrin arasında olan razılığı ilə miras əmlakından bir sıra əşyaları özünə götürərək vərəsəlik əmlakının sahibliyinə və idarə olunmasına daxil olmuşdur. Bunu da təsdiq edən sübutlar iş materiallarında mövcuddur. Odur ki, məhz onu qəzəbləndirilən xəbəri alan kimi o, öz hüquqlarının bərpası üçün lazımi tədbir görmək məcburiyyətində qalmış və Azərbaycan Respublikasının qanunvericiliyində hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını məhkəmədə müdafiə etmək hüququnun mövcudluğunu nəzərə alaraq, pozulmuş hüquqlarının müdafiəsi üçün vəkilin vasitəsilə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək anasından miras qalmış mənzillərin Cavabdeh2 adına rəsmiləşdirilməsi ilə bağlı sənədlərin etibarsız sayılmasını xahiş etmişdir. İşin materiallarında bu halın mövcudluğunu təsdiq edən sübutu vardır. Bununla bağlı nəzərə alınmalıdır ki, iş üzrə tətbiq olunmalı, lakin tətbiq olunmamış MM-in 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə-hüquq praktikası vərəsənin miraslıqdan imtina etmədiyi və onu əldə etmək iradəsini ifadə etdiyi aydın göründ üyü əməllərin mövcudluğu vərəsənin mirasın faktiki qəbulu barədə xəbər verir. Bu zaman vərəsə tərəfindən miras əmlakın heç olmasa bir hissəsinin sahibliyinə daxil olması nədən ibarət və harada olmasından asılı olmadan bütün miras əmlakının faktiki qəbulu kimi hesab olunur. Belə halda isə məhkəmə tərəfindən 3 illik iddia müddətinin pozulmasına işarə edilməsi tamamilə yersizdir. Apellyasiya Məhkəməsi qətnaməsindəki “mərhum K.Məmmədovanın mübahisəli mənzillərin Cavabdeh2 adına rəsmiləşdirilməsindən 4 ay sonra vəfat etdiyi, bu müddətdə isə həmin halı (rəsmiləşdirməni) mübahisələndirməməsi” ifadəsi ilə bir tərəfdən elə iddiaçının mövqeyini möhkəmləndirir (o bu mənziillərin K.Məmmədova tərəfindən alınmasına görə mənzillərin başqa şəxsin adına rəsmiləşdirilməsini mübahisələndirir), digər tərəfdən isə qətnamənin əsaslandırıcı hissəsində hər hansı sübuta deyil işə maraqlı şəxs adı altında qoşulmuş şəxsin boş-boş sözlərinə görə həmin mənzillərin birgə nikah dövründə keçmiş ər-arvad tərəfindən alınmasına dair məhkəmənin işarə edir. Bu hal qətnamənin tam ziddiyyətli olmasına dəlalət edir. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, mübahisəli mənzillərin həqiqətən iddiaçının mərhum anası tərəfindən alınması hazırkı işin içində olan tərəfimizdən məhkəmələrə təqdim olunmuş çoxsaylı və bir-biri ilə sıx bağlı və əlaqəli sübutlarla təsdiq olunur. İş üzrə əsl tərəflər inkar etmirlər ki, K.Məmmədova ömrünün son aylarında çox ağır yataq xəstəsi idi. Onun bu vəziyyətdə məhkəmə dediyi kimi bundan mənzillərin başqa şəxsin adına rəsmiləşdirilməsinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməs i mümkün deyildi. İş üzrə əsl cavabdehlər isə birinci gündən bu günə qədər etiraf edirlər ki, mübahisələndirilən mənzillərə dair K.Məmmədovanın adına mülkiyyət hüququna dair çıxarışların olmadığına görə onun adına bağışlama notarial qaydada rəsmiləşdirilməmişdir. Mənzillərin addan ada keçirilməsini faktiki bağışlama kimi qəbul olunması isə mövcud qanunvericiliyinin tələblərinə ziddir. S.Vəliyeva və onun nümayəndəsi apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən verilmiş fürsətdən axıra kimi istifadə etməklə iş üzrə məhkəmə icraatını sadəcə uzadırlar. Mübahisəli mənzillərin K.Ə.Məmmədova tərəfindən alınmasına və onun dəyərinin tam ödənilməsinə və bu mənzilin nənəsinin adından nəvəsinin adına hüquqi əsas olmadan keçməsinə dair iş materiallarında bir-birinə bağlı və əlaqəli olan çoxsaylı sübutların mövcudluğunda, hətta həmin faktları iş üzrə olan əsl cavabdehlər tərəfindən etiraf edildiyi halda S.Vəliyevanın həqiqəti təkzib etmək üçün heç bir qanuni əsas yoxdur və təsadüfi deyildir ki, onlar tələblərini əsaslandırmaq üçün boş sözlərdən başqa heç bir sübut ortalığa qoya bilməmişdirlər. İşin materialları təsdiq edir ki, məhkəmələrin S.Vəliyevanı işə “üçüncü şəxs” adı altında buraxılması aşağıdakıların mövcudluğunda baş vermişdir: O birinci instansiya məhkəməsində icraat sona çatdıqdan sonra özünü maraqlı şəxs adlandıraraq apelyasiya şikayəti versə də, şikayətdə özünü üçüncü şəxs qismində tanınması barədə xahiş etməmiş və bundan sonra da məhkəməyə bu barədə heç bir ərizə verməmişdir; İddiaçı tərəfi onun subyektiv hüququnun olmamasına və ümumiyyətlə mübahisə predme tinə heç bir aidiyyəti olmadığına görə yazılı və şifahi etiraz bildirsə də, apellyasiya instansiyası məhkəməsi nədənsə bu məsələni araşdırmamış və iclasda müzakirə edib buna heç bir hüquqi qiymət verməmişdir; Məhkəmə tərəfindən qanuna uyğun heç bir qərar qəbul olunmadan işə qanunsuz buraxılmış S.Vəliyeva məhkəmələrdə (iki dəfə apelyasiya icraatında, bir dəfə kassasiya icraatında) “üçüncü şəxs” qismində iştirak etmişdir, halbuki belə əsl üçüncü şəxsin növü və onun statusu müəyyənləşdirmədən işə buraxılması mülki-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır (üçüncü şəxsin növü və kimin tərəfində çıxış etməsi çox fərqli prosessual-hüquqi statusu təşkil edir). Apellyasiya Məhkəməsi iddiaçının iştirakını təmin etmədən, onun yoxluğunda həqiqətə nail olmaq üçün heç bir iş görmədən, işi ümu miyyətlə araşdırmadan, təkrar apelyasiya icraatına gələn işə xüsusi diqqətlə və ciddi yanaşmaq əvəzinə ona tələsik, tərəfli və qərəzli baxmış, vahid prosesin tərkibi olan işin həqiqi faktiki hallara lazımi diqqət yetirmədən, onları hərtərəfli, tam və obyektiv araşdırmadan, işin materiallarında olan çoxsaylı sübutları tədqiq etmədən və onlara hətta toxunmadan, hüquqi məsələlərə isə çox səthi yanaşaraq digər şəxslərin heç bir sübutu olmadığına “göz yumaraq” onların xeyrinə tam əsassız və çox ziddiyyətli qətnaməni qəbul etməklə bir sıra kobud səhvlərə yol vermişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilləri Vəkil2 və X10 verdi kəri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
32. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
33. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 və vəkili İbrahimov Telman Sadət oğlu kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdilər.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
35. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə 29,İ, İİ, İİİ, İV, Vİİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
38. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)olan fiziki və (və ya) hüquqi şəxsdir.
39. Maddə 112.1. Kooperativ üzvünün koo perativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativinmaliyyə hesabatlarıtəsdiq edildikdən sonra həyata keçirilir.
40. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
41. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
42. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
43. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (09.02.2018-ci ilədək olan redaksiya).
47. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
48. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
49. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ə rizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
52. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
53. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
54. Maddə1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi:
55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
61. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
63. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
64. Kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. İddiaçı, özünün vərəsəlik hüququna istinad edərək, 26.04.2016-cı il tarixdə vəfat etmiş anası Kübra Məmmədovaya məxsus, ünvan 1 ünvanındakı yaşayış binasının 2-ci girişində yerləşən 75 və 76 saylı mənzillərin 11.12.2015-ci ildə "xxxx" MTK tərəfind ən hüquqi əsas olmadan Cavabdeh2 adına rəsmiləşdirilməsini və bundan sonra daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına aparılmış qeydiyyatı mübahisələndirir. İddiaçı hesab edir ki, həmin sənədləşmələr mülkiyyətçi Kübra Məmmədovanın iradəsi xaricində aparıldığı üçün etibarsızdır, hüquqi nəticə yaratmır, reyestrdə Cavabdeh2 adına aparılmış qeydiyyat da əsassızdır. İddiaçının mövqeyinə görə, sözügedən sənədləşmələr aparılmasaydı həmin əmlakdan vərəsəlik payı alacaqdı.
66. Cavabdeh2 bildirir ki, mübahisəli mənzilləri nənəsi K.Məmmədova öz hesabına almış, sonuncunun təkidi ilə 2013-cü ilin aprel ayında ailəsi ilə birlikdə həmin mənzillərə köçmüş və yaşamışdır. K.Məmmədova mənzillərini ona bağışlamaq istəmiş, lakin reyestrdən çıxarışlar olmadığından bunu notarial qaydada sənədləşdirə bi lməmişlər. Bu səbəbdən onun xahişi ilə mənzillər əvəzsiz olaraq və faktiki bağışlama kimi onun adına keçirilmişdir.
67. Cavabdeh1 MMC isə bildirmişdir ki, payçı Kübra Məmmədova ilə Meridian MTK arasında bağlanmış 19.09.2009 və 30.10.2009-cu il tarixli müqavilələrə əsasən ünvan 6 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yan-yana olan 85 və 86 nömrəli mənzillər payçıya verilmişdir. K.Məmmədova mənzillərə pay haqqının ödənilməsinə dair öhdəliklərini tam həcmdə yerinə yetirmiş, habelə kommunal xərcləri ödəmişdir. 24.04.2012ci il tarixdə K.Məmmədovanın xahişinə əsasən ona məxsus olmuş mənzillər heç bir əlavə ödəniş almadan eyni blokda yan-yana olan 75 və 76 nömrəli mənzillər ilə dəyişdirilmişdir.
68. Məhkəmələr müəyyən etmişlər ki, 75 saylı və 76 saylı mənzillərin dəyərinin Meridian MTK-ya tam ödənilməsinə dair 23.04.2013-cü il tarixli, 276 və 277 saylı maliyyə arayışları verilmişdir. Bununla yanaşı, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 23.04.2013-cü il tarixli, 2 saylı protokolundan çıxarışa əsasən, Kübra Məmmədova MTK-ya üzv qəbul olunmaqla onun qeyd edilən mənzillərin payçısı olması təsdiq edilmişdir.
69. Cavabdeh1 MMC-nin verdiyi məlumata görə, mənzillər faktiki olaraq birləşdirilməklə, 2013-cü ilin aprel ayında K.Məmmədovanın icazəsi ilə nəvəsi - Cavabdeh2 oraya köçmüşdür. 11.12.2015-ci ildə E.B.Məmmədov Cavabdeh1 MMC-yə bildirmişdir ki, anasının səhəti ağırdır və o, mənzillərin dövlət reyestrindən keçmədiyi üçün onları notarial qaydada nəvəsinə bağışlaya və ya miras qoya bilmir, xahiş edir ki, faktiki bağışlama kimi həmin mənzillər əvəzsiz olaraq nəvəsinin adına keçirilsin, bunu və oğlu tərəfindən bütün ödənişlərin həyata keçirilməsini nəzərə alaraq, ünvan 6 ünvanı üzrə yerləşən 75 və 76 nömrəli mənzillərə dair lazımı sənədlər, o cümlədən Meridian MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyə arayışı, forma 2 üzrə arayış Cavabdeh2 adına verilmişdir.
70. Üçüncü şəxs Sitarə Vəliyeva bildirir ki, 21 oktyabr 2011-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə qurub. Birgə nikahları müddətində Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75 və 76-saylı mənzillərini satın almışlar. Mənzillərə dair Kübra Məmmədovanın adına olan sənədlər sonradan tərtib edilməklə saxtadır və həmin sənədlərin əsli yoxdur. X13 tərəf olduğu müqavilələr ümumiyyətlə onun özü tərəfindən imzalanmayıb. Həmin mənzillər K.Məmmədovanın pul vəsaiti hesabına əldə edilməyib və sonuncu heç vaxt həmin mənzillərdə yaşamayıb. Bu səbəbdən də mənzillər K.Məmmədovadan miras qalmış əmlakın kütləsinə aid deyil. İddiaçı qanunla müəyyən edilmiş qaydada X13 vərəsəsi olması rəsmi sənədlərlə təsdiq olunmur.
71. Kollegiya bildirir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli üçün əvvəlcə, mənzillərin "xxxx" MTK-da ilkin olaraq Kübra Məmmədovanın adına rəsmiləşdirilməsi və onun MTK-ya üzv qəbul olunması ilə əmələ gələn hüquqi vəziyyətə düzgün qiymət verilməsi əhəmiyyət kəsb edir.
72. Apellyasiya məhkəməsi bu xüsusat üzrə qətnaməsində qeyd etmişdir ki, “Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələbləri baxımından iddianın əsaslılığına hüquqi qiymət vermədən, digər və mübahisəli mənzillərə dair mə rhum Kübra Məmmədova ilə bağlanmış, lakin onun özü tərəfindən imzalanmamış çoxsaylı, ziddiyyətli müqavilələrin, o cümlədən maliyyə arayışlarının, kooperativ üzvlərinin ümumi yığıncağının protokol qərarının və sair həqiqiliyini yoxlamadan, zərurət yarandığı halda həmin sənədlərin əslini məhkəməyə təqdim etməyi "xxxx" MMC təklif etmədən, 3 ildən sonra İddiaçı iddia tələbinə əsasən mübahisəli mənzillərə dair Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri etibarsız saymaqla, ödənilmiş pay haqqlarını deyil, sözügedən mənzilləri mirasın kütləsinə, yəni Kübra Məmmədovanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna aid etmişdir...”
73. Bununla belə, məhkəmə həmin məsələlər barədə özünün hansı nəticəyə gəldiyini göstərməmiş, sözügedən sənədləşmənin əhəmiyyətsiz olduğunu və hüquqi nəticə yaratmadığını qətnaməsində təsbit etməmişdir. Başqa sözlə, mənzillərin kooperativ üzvü Kübra Məmmədovaya məxsus olması və pay haqqının onun tərəfindən ödənilməsi məhkəmə tərəfindən təkzib olunmamışdır.
74. Qanunvericiliyə görə kooperativ, iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan, şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyünə əsaslanan könüllü birliyidir. Kooperativ üzvü müvafiq qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş fiziki və (və ya) hüquqi şəxsdir (§ 37-38).
75. Mülki Məcəllənin 178.8-ci maddəsinin 09.02.2018-ci ilədək olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına h üququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
76. Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçinin iradəsi xaricində, yaxud qanunla müəyyən edilmiş əsaslar olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 35-36, 44-45).
77. Bu baxımdan Kübra Məmmədovanın adına olan mənzillərin 2015-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə keçərli bir iradə bəyan edib-etməməsinin, K.Məmmədovanın kooperativ üzvlüyündən çıxarılmaqla, Cavabdeh2 MTK-ya üzv qəbul edilməsinə, habelə mənzillərin həmin sənədlər əsasında daşınmaz əmla kın dövlət reyestrində sonuncunun adına qeydə alınmasına keçərli əsasların olub-olmamasına düzgün hüquqi qiymət verilməsi hazırkı işin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
78. Belə ki, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir (§ 39).
79. Odur ki, kooperativdən çıxarılan üzvün öz əmlakına sərəncam verməsi (satması, bağışlaması və s.) barədə iradəsi qanunla müəyyən edilmiş formada ifadə edilməli, üzvlükdən çıxmağın səbəbi, əsası və nəticələri müvafiq qaydada sənədləşdirilməlidir.
80. Apellyasiya məhkəməsi isə hazırkı işdə bu tələblərə riayyət olunub-olunmamasına, yəni Kübra Məmmədovanın kooperativin üzvlüyündən çıx arılmasının, Cavabdeh2 MTK-ya üzv qəbul olunmasının və mübahisəli 75 və 76 saylı mənzillərin payçısı kimi təsdiq edilməsinin əsaslarına dair mövqeyini bildirməmiş, bu hallara hüquqi qiymət verməmişdir.
81. Halbuki, mənzillərin 19.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyatı həmin sənədlər əsasında aparılmışdırsa, göstərilən hallara düzgün qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir.
82. Ona görə ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s. sənədlər əsasında aparıla bilər (§ 40).
83. Bununla belə, adı çəkilən reyestr sistemində “səbəbə bağlılıq” prinsipi rəhbər tutulur. Bu p rinsipə görə, reyestrdəki qeydin hüquqi səbəbi (məsələn, əsasında qeydiyyat aparılan müqavilə, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s.) etibarsızdırsa, onun əsasında aparılmış qeydiyyat da əsassız hesab edilir. Bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydin məzmunu ilə həqiqi hüquqi vəziyyət uzlaşmır. Başqa sözlə, reyestrdə hüquq sahibi kimi görünən şəxslə həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs eyni olmurlar.
84. Qanunverici bu halı Mülki Məcəllənin 141-ci maddəsində tənzimləmişdir. Həmin normaya əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud möv cud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəlişin aparılmasını tələb edə bilər (§ 41-43).
85. Belə tələbə baxan məhkəmənin vəzifəsidir ki, düzəldilməsi istənilən qeydin aparılmasına səbəb olmuş əsasların etibarlı olub-olmamasını yoxlasın və nəticəsindən asılı olaraq qeydiyyatın əsaslılığına hüquqi qiymət versin.
86. Hazırkı işdə isə apellyasiya məhkəməsi mübahisəli mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın hüquqi əsasları üzrə dəyərləndirmə aparmamış, reyestr qeydiyyatının həqiqi hüquqi vəziyyətə uyğun olub-olmamasına müvafiq qiymət verməmişdir.
87. Halbuki, həmin xüsusatların araşdırılması və düzgün müəyyən edilməsinin iddiaçının istinad etdiyi vərəsəlik hüquql arı baxımından mühüm əhəmiyyəti olmuşdur. Çünki, sözügedən qeydiyyatın əsassız olduğu və həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçinin Kübra Məmmədova olduğu təsbit edildiyi halda, sonuncunun 26.04.2016-cı il tarixdə ölməsi ilə mənzillərin miras kütləsinə daxil olması qənaətinə gəlinə bilər, bundan doğan vərəsəlik münasibətləri yoxlanıla bilər.
88. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini bəyan etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
89. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras ə mlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları birinci növbədə vərəsələr sayılırlar. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 47-52, 54).
90. Kollegiya bildirir ki, mirasın qəbulu ilə bağlı mübahisə qayda olaraq vərəsələr arasında yaranan fikir ayrılığıdır. Bu səbəbdəndir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (§ 53).
91. Apellyasiya məhkəməsi qətnaməsində bu xüsusatla bağlı: “Birinci instansiya məhkəməsi qətnamədə hazırki iddianı qaldırm ış İddiaçı müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmadan, mərhum Kübra Məmmədovadan miras qalmış daşınar və daşınmaz əmlakların kütləsini, onun vərəsələrinin dairəsini müəyyən etmədən, ümumiyyətlə digər vərəsələrin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, bir sözlə vərəsələrdən hansının razılığı ilə İddiaçı anası Kübra Məmmədovdan miras qalmış hansı şəxsi əşyalara sahiblik etməyə faktik başladığını, həmin əşyların nədən ibarət olduğunu, bunun mirasın qəbulu üçün yetərli olub-olmadığını araşdırmadan, İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir... mənzillərə İddiaçı sahi blik etməyə və ya idarə etməyə faktik başlaması mülki iş materialları ilə istisna edilməməlidir” kimi fikirləri qeyd etsə də, işə mahiyyəti üzrə baxan məhkəmə kimi özünün həmin hallar üzrə hansı nəticəyə gəldiyini göstərməmişdir.
92. Apellyasiya məhkəməsi iddiaçının anası Kübra Məmmədovanın mirasını qəbul edib-etməməsi barədə nəinki bir qənaətə gəlməmiş, hətta K.Məmmədovadan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair işdə olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsinə münasibət bildirməmiş, bu məhkəmə aktının mirasın qəbulu baxımından əhəmiyyətini müzakirə etməmişdir.
93. Kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 11.09.2020-ci il tarixli qərarında yuxarıda sadalanan halların araşdırılmasına dair ço xsaylı göstərişlər verilsə də, apellyasiya məhkəməsi həmin xüsusatları işdəki sübutlar əsasında tədqiq etməmiş, iddianın söykəndiyi faktlara, mübahisəli və sübut edilməli olan hallara dair konkret bir nəticəyə gəlməmiş, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normaları ilə işin müəyyən edilmiş halları arasında təhlil aparmamış, yalnız kassasiya məhkəməsinin qərarında əks olunan fikirləri təkrarlamaqla kifayətlənmişdir.
94. Halbuki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (§ 60).
95. Bu hallar, kassasiya məhkəməsinin qərarında şərh edilən və həmin işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişlərin yerinə yetirilməməsinə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tə dqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normaların pozulmasına, yuxarıda sadalanan maddi hüquq normalarının tətbiq olunmadığına dəlalət edir (§ 55, 57-59, 62).
96. Beləliklə, Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün mənzillərin Kübra Məmmədovanın mülkiyyətində olub-olmaması, onun sağlığında həmin əmlaka mülkiyyətçinin iradəsi xaricində sərəncam verilib-verilmədiyi, başqa sözlə mənzillərin "xxxx" MTK tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilməsinin və daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydiyyatın əsaslı olub-olmadığı, həqiqi hüquqi vəziyyətə görə K übra Məmmədovanın mülkiyyətçi kimi qalıb-qalmadığı və öldüyü məqamda mənzillərin onun miras kütləsinə daxil olub-olmadığı, əgər olmuşsa iddiaçının mirası qəbul edib-etmədiyi və mənzillər üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun yaranıb-yaranmadığı, adı çəkilən reyestrdəki mövcud qeydiyyatın onun hüququnu pozub-pozmadığına dair hüquqi dəyərləndirmə aparılmalıdır.
97. Bu məqsədlə iddia tələblərinin qanuni əsasları kimi Mülki Məcəllənin 141, 157.2, 1133 və 1255ci maddələri və digər əlaqədar normaları nəzərdən keçirilməli, onların dispozisiya şərtlərinin işin müəyyən edilmiş halları ilə uyğunluğu təhlil edilməklə iddiaya yekun hüquqi qiymət verilməlidir.
98. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
99. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-672/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov