Məhkəmə qərarları › İş №2(102)-3712/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3712/2024

06.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsi ilə bağlı icarə münasibətləri, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Şa mayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-29/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazis ində sahəsi 600 kv.metr olan 2333D saylı bağ torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir.

2. Sumqayıt şəhər bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv.metr olan 2333B saylı bağ torpaq sahəsi Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. 3. 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-42 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d saylı, 0,06 ha bağ sahəsini İddiaçı1 4600 manata satmışdır. 4. 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-43 sayla reyestrdə qeyd ə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Məcidov Ədalət Əhməd oğlu Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 0,06 ha torpaq sahəsi olan B-2333b saylı bağ sahəsini İddiaçı2 4600 manata satmışdır.

5. JN-2703B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-42 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d nömrəli 0,06 ha bağ sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir.

6. JN-2701B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-43 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333b nömrəli 0,06 ha bağ sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir.

7. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş 25 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 1998-ci il tarixdə ölmüş X4 vərəsələri X7, Cavabdeh2 və X5r, mirasdan hər biri 1/3 hissədə pay almalıdır, miras əmlak Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. 8. 25 iyun 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 3M-676 sayla reyestrdə qeydə alınmış miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X7 və X8 vərəsəlik hüququ haqqında şəhadə tnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh2 bağışlamışlar.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. 10. 2 iyul 2016-cı il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə/299 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 adından etibarnamə əsasında çıxış edə n Mirzəağayev Elşən Sabir oğlu ünvan 1 ünvanda yerləşən umumi sahəsi 0,12 ha torpaq sahəsini Cavabdeh1 12000 manata satmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsindən tələb edilərək işə əlavə olunmuş ünvan 1 bağ torpaq sahəsinə dair sənədlərdən görünür ki, Bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsinə dair 4580 saylı 27 dekabr 1982-ci il tarixli müqaviləyə əsasən Corat bağları ərazisində yerləşən sahəsi 0,20 ha olan 2332 saylı bağ sahəsi 5 nəfər ailə tərkibində X4 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) iddia ərizəsi ilə, daha sonra tələbin həcminin artırılması ilə bağlı əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, onun adına verilmiş Corat bağlar ərazisində yerləşən 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2016-cı il tarixli, 3m-676 nömrəli miras payına bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reye str nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar sözügedən ünvanda yerləşən 2333d və B-2333b saylı bağ torpaq sahələrinin mülkiyyətçiləridirlər. Həmin torpaq sahələrindən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 29 saylı qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 saylı, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X11 adına JN-2087B saylı (kod ********), xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı1 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı DNK-da təsdiq edilmiş 4Ə/1-42 saylı, xx.xx.2006cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək onun adına JN2703B (kod ********) saylı, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Digər sahəsi 0,06 ha olan 2333b saylı bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 32 saylı qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 saylı, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə Məcidov Ədalət Əhməd oğlunun adına JN-2435B saylı (kod ********), xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı2 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı DNK-nın təsdiq etdiyi 4Ə/1-43 saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək İddiaçı2 adına JN-2701B (kod ********) saylı, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olmaqla vaxtaşırı ora baş çəkmiş, lakin torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Bu yaxınlarda torpaq sahəsinə baş çəkərkən torpaq sahəsinin ərazisində hasar tikilməsini görmüş və müəyyən etmişlər ki, həmin torpaq sahəsinə başqa bir şəxsin də hüquq müəyyənedici sənədləri mövcuddur. Bundan sonra onlar məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr X idmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və orada sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də hüquq müəyyənedici sənədləri mövcuddur. 2 saylı Ərazi İdarəsində bildirmişlər ki, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (iddiaçılarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Bununla bağlı məhkəməyə müraciət edilməsinin zəruri olduğunu tövsiyyə etmişlər. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfi ndən verilmiş xx.xx.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləsi əsasında X4 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN” xidmət mərkəzinin notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahələri barədə dövlət reyestrində əlavə məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi eyni torpaq sahələrinə fərqli nömrə ilə qeydiyyata alınmaqla başqa şəxsin də adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Hətta sənədlərdə torpaq sahələrinin xəritədən görüntüsünə nəzər yetirdikdə həmin torpaq sahələrinin eyni ərazidə olan eyni torpaq sahəsi olduğu müəyyən edilir. Bu isə onların Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir.

15. Cavabdeh2 iddia tələbi ilə bağlı bildirmişdir ki, Sabir Həsənəliyev onun atasıdır. 2332 saylı bağ sahəsi onun atasının olmuş, atası 1998-ci ildə rəhmətə getmişdir. Sözügedən bağ sinə həmişə atası ilə gedib-gəlmiş və həmin bağa qulluq göstərmişdir. Atasının ölümündən sonra o da səhhətində yaranan problemlərlə əlaqədar həmin bağa gedib-gələ bilməmişdir. Sərdar onun qardaşı, İradə isə bacısıdır. Həmin torpaq üzrə bacısı və qardaşının hərəsinə 1/3 pay müəyyən edilmişdir. Sərdar və İradə onun xeyrinə öz paylarından imtina etmiş və öz paylarını ona bağışlamışlar. O, mübahisəli torpaq sahəsinin alqı-satqı və digər hüquqi məsələlərin həlli üçün Elşən Mirzəağayev adlı şəxsə etibarnamə vermiş, Elşən də onun adından həmin bağ sahəsini Nigar adlı şəxsə satmışdır.

16. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 32296 nömrəli ekspert rəyinə əsasən, Sumqayıt şəhər X22 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarıxli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı ərazidə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0,12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsində uyğun gəlir. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın verilməsinə baxmayaraq, Sumqayıt şəhər X22 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərın uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı hıssədə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülk iyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahələri ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.İddiaçı1 və İddiaçı2 Zakır oğlunun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəl i bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfındən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə daır JN2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordınatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin Torpağın mülkiyyət verılməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

17. Sumqayıt şəhəri Məhkəməsinin 2(060)-105/19 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim – Z. Hüseynov) iddianın rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, Corat b ağlar ərazisində 0,12 ha torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh1 istifadəsindədir və mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş olunmuşdur.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bununla da ədalətsiz məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, onların mülkiyyətlərində olan bağ torpaq sahələrini X9 Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-42 nömrəli və 4Ə/1-43 nömrəli, xx.xx.200 6-cı il tarixli alqı-satqı müqavilələri əsasında alaraq, adlarına JN-2703B və JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əldə etmişlər. Onlar qeyd edilən torpaq sahələrinin mulkiyyətçilərı olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin həmin ərazidə kommunikasiya və kanalizasiya xətləri olmadığından torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Həmin torpaq sahəsində hasar çəkilməsi prosesini gördükdə müəyyən etmişlər ki, bu torpaq sahəsinə başqa bir şəxsin də hüquqi sənədləri mövcuddur. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində olduqda, orada sənədlərə baxaraq bildirmişlər ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də çıxarışı mövcuddur, torpaq sahələrinin qeydiyy at nömrələri fərqli olsa da (onlarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir. Müqavilədən görünür ki, icarə müqaviləsinin müddəti 1991-ci ilədək müəyyən edilmişdir. X12 1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq u haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X3 bağlar zonasında sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə neçə illərdir qulluq etdiyindən və orada meyvə ağacları əkdiyindən Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin sahənin sənədləşdirilərək mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti nəzərə alınaraq Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən Corat bağları ərazisində sahəsi 600 kv.m olan 2333d saylı bağ torpaq sahəsinin X11 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tərəflər arasında həmin bağ torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsi ilə bağlı alqı-satqı və sənədləşmə eyni qaydada Məcidov Ədalət Əhməd oğlu ilə Sumqayıt bələdiyyəsi arasında həyata keçirilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı ilə həmin bağ sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alın mış Cavabdeh2 bildirmişdir ki, mərhum atası X12 ilə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmiş, atasının sağlığında torpaq sahəsi üzərində 100 ədəd şam ağacı əkilmiş və orada budka da yerləşdirmişdilər. Lakin atası rəhmətə gedəndən sonra o, torpaq sahəsinə baş çəkməmişdir. 2016-cı ildə qapılarını bir nəfər şəxs döyərək atasının adına torpaq sahəsinin olduğunu və satmaq istəyibistəməməsini soruşmuşdur. Beləliklə, 2000 manat müqabilində torpaq sahəsini həmin şəxsə satmışdır. Lakin sənədlərdən müəyyən o lunur ki, Cavabdeh2 həmin şəxsə etibarnamə vermiş və həmin şəxs də etibarnamə əsasında torpağın sənədləşmə işlərini həll edərək dövlət reyestrində qeydiyyata aldırmış və bundan sonra Cavabdeh1 satmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən də orada Cavabdeh2 qeyd etdiyi kimi hər hansı ağac əkilməsi və yaxud budka yerləşdirilməsinin şahidi olmamışdır. Boş torpaq sahəsi və ətrafında vətəndaşlara məxsus bağ sahələri və tikililər olmuşdur. Torpaq sahələrinin üst-üstə düşməsi və digər məsələlərlə bağlı vəsatətləri əsasında məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında coxsaylı suallar qoyulmuşdur. Əsasən də o sual qoyulmuşdu ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi hansı ərazidə yerləşir və Cavabdeh1 hazırda mülkiyyətində olan Corat bağlar ərazisində yerləşən 2332 nömrəli sahəsi 0,12 ha olan bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin hansı hissəsini təşkil edir. Lakin ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş və ümumiyyətlə, ekspert bütün suallara üzrə cavabında müəyyənləşdirmək mümkün olmamışd ır cavabı qeyd edilmişdir. Cavabdeh1 verilmiş çıxarışda olan sahənin mübahisəli torpaq sahəsi olduğu göstərilmişdir. Buna əsaslanan məhkəmə də iddianı rədd etmişdir. Lakin Cavabdeh1 aldığı mübahisəli torpaq sahəsi X4 xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsinə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin 0,12 hissəsini təşkil edir. Həmin müqavilədə (yaxud müqavilənin əlavəsində) torpaq sahəsinin koordinatları, yaxud xəritəsi olmadığından həmin sahənin məhz Cavabdeh1 hazırda mülkiyyətində olan torpaq sahəsi olması heç bir mötəbər sübutla təsdiq edilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə göstərilmişdir k i, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı uçun tələb olunan sənədlər sırasında bağ sahəsinin planı və ölçüsü qeyd edilmişdir. Onların torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrində və əlavəsində Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı mövcuddur. Mübahisəli məsələ ilə bağlı analoji proseslər əvvəllərdə məhkəmələrin icraatında olmuş və analoji işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mövcuddur və həmin qərarda mübahisəli məsələ ilə bağ lı bir sıra hüquqi məsələlər qeyd edilmişdir. Analoji proseslər də hazırki mübahisəli bağ torpaq sahəsi ilə bağlı verilmişdir. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin müddəti 1991-ci ildə bitməsindən sonra onun özü tərəfindən uzadılmamış və yaxud onun vəfatından sonra ailə üzvlərindən heç biri müqavilənin uzadılması ilə bağlı müraciət etməmişlər və bundan başqa, həmin bağ sahəsindən istifadə edilməmiş, bağa aqrotexniki qulluq gostərilməmış və bağ sahəsi baxımsız qalmışdır. Hazırki mülki işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keç irilmək üçün müraciət etməmişdir. Yalnız xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra mübahisəli bağ torpaq sahəsini adına qeydiyyata aldırmış və qısa bir müddətdən sonra xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə mübahisəli bağ torpaq sahəsini X4 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alarkən həmin torpaq sahəsinə dair mərhumun icarə müqaviləsinin hüquqi qüvvəsinin olub-olmamasını nəzərə almamışdır. Eyni zamanda həmin bağ torpaq sahəsi ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən artıq torpaq sahəsinin onların qanuni mülkiyyətində olmasına baxmayaraq kobud pozuntuya yol verilərək cavabdehlərin adına rəsmiləşdirərək çıxarış ve rmişdir. Corat bağlar zonasında yerləşən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsini X11 və sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsini Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətlərinə verilməsi barədə xx.xx.2005-ci il tarixli və 12 iyul 2005-ci il tarixli qərarlar qəbul edərkən Sumqayıt bələdiyyəsi tam səlahiyyətli olmuş, yəni həmin bağ torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Bu səbəbdən də mübahisəli bağ torpaq sahələrini qanuni yolla əldə etdiklərindən həmin bağ torpaq sahələrinin yeganə mülkiyyətçiləri hesab edilməlidirlər.

22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi də apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini əsassız və ədalətsizdir, qətnamə ma ddi və prosessual hüquq normalarının aşkar pozuntuları ilə, habelə iş üzrə mövcud olan halların və faktların düzgün qiymətləndirilməməsi ilə çıxarılmışdır. Məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı iclasının qərarı ilə X11, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı iclasının qərarı ilə Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. Sonradan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhər 6 s aylı notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi İddiaçı1, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi isə İddiaçı2 satılmışdır. Adı çəkilən alqı-satqı müqavilələri əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2006-cı ilin mart ayında mübahisələndirilən müvafiq bağ torpaq sahələrinə dair iddiaçıların adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Belə olan halda, X1 və Cavabdeh2 adlarına qanunsuz şəkildə verilmiş reyestr çıxarışları ilə Cavabdeh2 özünə məxsus olmayan bələdiyyə mülkiyyətinə aid edilərək yuxarıda qeyd olunmuş qaydada özgəninkiləşdirilmiş torpaq sa hələrini birləşdirərək Cavabdeh1 satması qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqı-satqı əqdi əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Belə ki, cavabdehlərin mülkiyyət hüququ 2016-cı ildə, iddiaçıların mülkiyyət hüququ isə 2006-cı ildə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə bu halı nəinki nəzərə almamış, çıxarılmış məhkəmə qətnaməsində buna, ümumiyyətlə, qiymət verməkdən yayınmışdır. Məhkəmə iddiaçıların iddia tələblərini rədd etməklə həm onların mülkiyyət hüquqlarını, həm də Sumqayıt bələdiyyəsinin torpaq sahələrinin keçmiş mülkiyyətçisi kimi sahiblik hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, mübahisələndirilən torpaq sahələri Sumqayıt bələdiyyəsinin mülkiyyətində olmuş və qanuni şəkildə X11 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyət inə verilmişdir. Belə olan halda, Cavabdeh2 bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarları ilə X11 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmiş sonuncular tərəfindən də 2006-cı ildə iddiaçılara satılaraq onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş torpaq sahələrini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirməsi və digər şəxsə satması hər hansı şəkildə qanuni sayıla bilmədiyi kimi, bu cür qanunsuz alqı-satqı əməliyyatları nəticəsində torpaq sahələrini əldə etmiş şəxsin də torpağın qanuni alıcısı sayılması əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə iş materiallarında olan sənədlərə və ekspert tərəfindən verilmiş rəyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. İşdə olan sənədlərdən görünür ki, 2332 saylı bağ torpaq sahəsi kimi təqdim olunan t orpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində torpağın texniki pasportu və sxemi tərtib olunmamışdır. Bununla da X1 adına hüquqmüəyyənedici sənəd verilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, X1 və sonradan cavabdehlərin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərkən qanunun tələblərinə zidd olaraq qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət qurumu tərəfindən hazırlanmalı olan torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə edilmədən hüquqların dövlət qeydiyyatı həyata keçirilmişdir. Məhkəmə aşkar olan bu kimi faktlara və sübutlara düzgün hüquqi qiymət vermək əvəzinə, q anunsuzluğa yol verməyi üstün tutmuşdur. Məhkəmə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin X1 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən hansı əsasla mübahisələndirilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olduğu qənaətinə gəldiyini araşdırmamış, eyni zamanda DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin yüklü torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almasına da hər hansı hüquqi qiymət verməmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmədə bildirdikləri əsassız olmaqla yanaşı, DƏDRX-nin 2 saylı Ərazi İdarəsini n X1 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən yol verdiyi aşkar qanun pozuntusunu ört-basdır etmək məqsədi daşıyır. Belə ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün kadastr baza məlumatları hazırda ƏMDK-nin müxtəlif qurumlarında, o cümlədən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılır. Sadəcə olaraq cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri lazımi araşdırma aparmadan yüklü torpaq sahəsi üzərində X1 hüququnu dövlət qeydiyyatından keçirmişlər. Məhkəmənin qətnamə çıxararkən ekspert rəyinə istinad etməsini də əsassız hesab edir. Çünki ekspert faktiki olaraq müxtəlif bəhanələr gətirməklə verilən suallara aydınlıq gətirməkdən yayınmışdır. Halbuki iddiaçıların şəhadətnamələri mülkiyyət hüququna dair sənəd olmaqla yanaşı, bu sənədlərdə olan mə lumatlar, o cümlədən torpağın koordinatları haqqında məlumatlar X13 saxlanılır. Ekspertin guya koordinatları müəyyənləşdirə bilməməsi səbəbindən torpaqların üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirə bilməməsi barədə verdiyi rəy iddia tələblərinin rədd edilməsi üçün də əsas hesab edilə bilməz. Həmçinin məhkəmənin Cavabdeh2 və digər vərəsələrin adlarına verilmiş vərəsəlik hüququna dair şəhadətnamələrə dair münasibətini də düzgün saymır. İşdə olan sənədlərə də əsasən, Sabir Həsənəliyev 1998-ci ildə vəfat etdiyi halda, vərəsəlik hüququna dair sənədlər 2016-cı ildə tərtib olunmuşdur. Halbuki mübahisələndirilən torpaq sahəsi həmin vaxtadək iddiaçıların faktiki istifadəsində olmuşdur. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçi rilmədiyini göstərir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin iddiaçılarla yanaşı, Sumqayıt bələdiyyəsinin də hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, məhkəmə sadalanan qanun normalarını tətbiq edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinə düzgün hüquqi qiymət verməli olduğu halda, bunu etməmişdir. Cavabdeh2 da etiraf etdiyi kimi, torpaq sahəsindən atası istifadə etmişdir. Atası vəfat etdikdən sonra isə bağa gedib-gələn olmamışdır. Eyni zamanda iş materiallarında X1 da torpaqdan vəfat edənədək istifadəsini təsdiq edən hər hansı sübut yoxdur. X12 ilə 2332 saylı bağ torpaq sahəsinə dair torpaq icarə müqaviləsi 27 dekabr 1982-ci il tarixdə bağlanılmış və qüvvədə olma müddəti 1992-ci il tarixədək nəzərdə tutulmuşdur. 1992-ci il tarixdən sonra nə X12, nə də onun ailə üzvləri torpaqdan istifadə etməmişlər. Bu səbəbdən 2332 saylı bağ torpaq sahəsi “Torpaq islahatı haqqında” qanunun normaları əsasında X4 əvəzsiz mülkiyyətinə verilə bilməzdi və DƏDRX-nin 2 saylı Ərazi İdarəsi S.Həsənəliyevin hüququnu dövlət qeydiyyatına alarkən aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə sadalanan qanun normalarını düzgün tətbiq etməyərək sözügedən torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq yaranmış mülkiyyət hüququnu tamamilə nəzərə almamışdır.

23. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-2271/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh2 arasında bağlanmış 02 iyul 2016-cı il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilə bilməz. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh1 istifadəsindədir və mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tari xli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır və onun ölümü ilə əlaqədar vərəsələri X7, Cavabdeh2 və X8 olmuş, X7 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cav abdeh2 bağışlamışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 torpaq sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi də mübahisələndirməmişlər. Halbuki Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin daşınmaz əmlakın X4 mülkiyyətində olması əsası ilə verilmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 152.1, 152.5, 567, 646, 648.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər.

27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbay can Respublikası Sumqayıt Bələdiyyəsi kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.

28. İddiaçılar kassasiya şikayətini onunla əsaslanırmışdılar ki, onların mülkiyyətlərində olan bağ torpaq sahələrini X9 Sumqayıt şəhəri 6 saylı DNK-nın təsdiq etdiyi 4Ə/1-42 nömrəli və 4Ə/1-43 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilələri əsasında alaraq, adlarına JN2703B və JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əldə etmişlər. Onlar qeyd edilən torpaq sahələrinin mulkiyyətçilərı olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin həmin ərazidə kommunikasiya və kanalizasiya xətləri olmadığından torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. H əmin torpaq sahəsində hasar çəkilməsi prosesini gördükdə müəyyən etmişlər ki, bu torpaq sahəsinə başqa bir şəxsin də hüquqi sənədləri mövcuddur. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində olduqda, orada sənədlərə baxaraq bildirmişlər ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də çıxarışı mövcuddur, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (onlarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətl i icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir. Müqavilədən görünür ki, icarə müqaviləsinin müddəti 1991-ci ilədək müəyyən edilmişdir. X12 1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X3 bağlar zonasında sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə neçə illərdir qulluq etdiyindən və orada meyvə ağacları əkdiyindən Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin sahənin sənədləşdirilərək mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti nəzərə alınaraq Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən Corat bağları ərazisində sahəsi 600 kv.m olan 2333d saylı bağ torpaq sahəsinin X11 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tərəflər arasında həmin bağ torpaq sahəsinin alqı-satqıs ı həyata keçirilmişdir. Sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsi ilə bağlı alqı-satqı və sənədləşmə eyni qaydada Məcidov Ədalət Əhməd oğlu ilə Sumqayıt bələdiyyəsi arasında həyata keçirilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı ilə həmin bağ sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, mərhum atası X12 ilə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmiş, atasının sağlığında torpaq sahə si üzərində 100 ədəd şam ağacı əkilmiş və orada budka da yerləşdirmişdilər. Lakin atası rəhmətə gedəndən sonra o, torpaq sahəsinə baş çəkməmişdir. 2016-cı ildə qapılarını bir nəfər şəxs döyərək atasının adına torpaq sahəsinin olduğunu və satmaq istəyibistəməməsini soruşmuşdur. Beləliklə, 2000 manat müqabilində torpaq sahəsini həmin şəxsə satmışdır. Lakin sənədlərdən müəyyən olunur ki, Cavabdeh2 həmin şəxsə etibarnamə vermiş və həmin şəxs də etibarnamə əsasında torpağın sənədləşmə işlərini həll edərək dövlət reyestrində qeydiyyata aldırmış və bundan sonra Cavabdeh1 satmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən də orada Cavabdeh2 qeyd etdiyi kimi hər hansı ağac əkilməsi və yaxud budka yerləşdirilməsinin şahidi olmamışdır. Boş torpaq sahəsi və ətrafında vətəndaşlara məx sus bağ sahələri və tikililər olmuşdur. Torpaq sahələrinin üst-üstə düşməsi və digər məsələlərlə bağlı vəsatətləri əsasında məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında çoxsaylı suallar qoyulmuşdur. Əsasən də o sual qoyulmuşdu ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi hansı ərazidə yerləşir və Cavabdeh1 hazırda mülkiyyətində olan Corat bağlar ərazisində yerləşən 2332 nömrəli sahəsi 0,12 ha olan bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi i lə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin hansı hissəsini təşkil edir. Lakin ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş və ümumiyyətlə, ekspert bütün suallara üzrə cavabında müəyyənləşdirmək mümkün olmamışdır cavabı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə göstərilmişdir ki, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı uçun tələb olunan sənədlər sırasında bağ sahəsinin planı və ölçüsü qeyd edilmişdir. Onların torpağın mülkiyyətə v erilməsinə dair şəhadətnamələrində və əlavəsində Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı mövcuddur. Mübahisəli məsələ ilə bağlı analoji proseslər əvvəllərdə məhkəmələrin icraatında olmuş və analoji işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mövcuddur və həmin qərarda mübahisəli məsələ ilə bağlı bir sıra hüquqi məsələlər qeyd edilmişdir. Analoji proseslər də hazırki mübahisəli bağ torpaq sahəsi ilə bağlı verilmişdir. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X12 arasında bağlan mış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin müddəti 1991-ci ildə bitməsindən sonra onun özü tərəfindən uzadılmamış və yaxud onun vəfatından sonra ailə üzvlərindən heç biri müqavilənin uzadılması ilə bağlı müraciət etməmişlər və bundan başqa, həmin bağ sahəsindən istifadə edilməmiş, bağa aqrotexniki qulluq gostərilməmış və bağ sahəsi baxımsız qalmışdır. Hazırki mülki işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirilmək üçün müraciət etməmişdir. Yalnız xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra mübahisəli bağ torpaq sahəsini adına qeydiyyata aldırmış və qısa bir müddətdən sonra xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə mübahisəli bağ torpaq sahəsini X4 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alarkən həmin torpaq sahəsinə dair mərhumun icarə müqaviləsinin hüquqi quvvəsinin olub-olmamasını nəzərə almamışdır. Eyni zamanda həmin bağ torpaq sahəsi ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən artıq torpaq sahəsinin onların qanuni mülkiyyətində olmasına baxmayaraq kobud pozuntuya yol verilərək cavabdehlərin adına rəsmiləşdirərək çıxarış vermişdir. Corat bağlar zonasında yerləşən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsini X11 və sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsini Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətlərinə verilməsi barədə xx.xx.2005-ci il tarix li və xx.xx.2005-ci il tarixli qərarlar qəbul edərkən Sumqayıt bələdiyyəsi tam səlahiyyətli olmuş, yəni həmin bağ torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Bu səbəbdən də mübahisəli bağ torpaq sahələrini qanuni yolla əldə etdiklərindən həmin bağ torpaq sahələrinin yeganə mülkiyyətçiləri hesab edilməlidirlər. Məhkəmə prosesində məhkəmə tikinti ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmiş, lakin vəsatət əsassız olaraq təmin edilməmişdir.

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi kassasiya şikayətini belə əsaslandırılmışdır ki, Məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Corat bağları ərazisində yer ləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı iclasının qərarı ilə X11, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 saylı iclasının qərarı ilə Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. Sonradan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhər 6 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi İddiaçı1, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi isə İddiaçı2 satılmışdır. Adı çəkilən alqı-satqı müqavilələri əsasında keçmiş Dövlət Torpaq və X əritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2006-cı ilin mart ayında mübahisələndirilən müvafiq bağ torpaq sahələrinə dair iddiaçıların adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Belə olan halda, X1 və Cavabdeh2 adlarına qanunsuz şəkildə verilmiş reyestr çıxarışları ilə Cavabdeh2 özünə məxsus olmayan bələdiyyə mülkiyyətinə aid edilərək yuxarıda qeyd olunmuş qaydada özgəninkiləşdirilmiş torpaq sahələrini birləşdirərək Cavabdeh1 satması qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqı-satqı əqdi əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Belə ki, cavabdehlərin mülkiyyət hüququ 2016-cı ildə, iddiaçıların mülkiyyət hüququ isə 2006-cı ildə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə bu halı nəinki nəzərə almamış, çıxarılmış məhkəmə qətnaməsində buna, ümumiyyətlə, qiymət verməkdən yayınmışdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini rədd etməklə həm onların mülkiyyət hüquqlarını, həm də Sumqayıt bələdiyyəsinin torpaq sahələrinin keçmiş mülkiyyətçisi kimi sahiblik hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, mübahisələndirilən torpaq sahələri Sumqayıt bələdiyyəsinin mülkiyyətində olmuş və qanuni şəkildə X11 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. Belə olan halda, Cavabdeh2 bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarları ilə X11 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmiş sonuncular tərəfindən də 2006-cı ildə iddiaçılara satılaraq onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş torpaq sahələrini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirməsi və digər şəxsə satması hər hansı şəkildə qanuni sayıla bilmədiyi kimi, bu cür qanunsuz alqı-satqı əməliyyatları nəticəsində torpaq sahələrini əldə etmiş şəxsin də torpağın qanuni alıcısı sayılması əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə iş materiallarında olan sənədlərə və ekspert tərəfindən verilmiş rəyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. İşdə olan sənədlərdən görünür ki, 2332 saylı bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində torpağın texniki pasportu və sxemi tərtib olunmamışdır. Bununla da X1 adına hüquqmüəyyənedici sənəd verilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, X1 və sonra dan cavabdehlərin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərkən qanunun tələblərinə zidd olaraq qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət qurumu tərəfindən hazırlanmalı olan torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə edilmədən hüquqların dövlət qeydiyyatı həyata keçirilmişdir. Məhkəmə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin X1 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən hansı əsasla mübahisələndirilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olduğu qənaətinə gəldiyini araşdırmamış, eyni zamanda 2 saylı Ərazi İdarəsinin yüklü torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almasına da hər hansı hüquqi qiymət verməmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmədə bildirdikləri əsassız olmaqla yanaşı, 2 saylı Ərazi İdarəsinin X1 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən yol verdiyi aşkar qanun pozuntusunu ört-basdır etmək məqsədi daşıyır. Belə ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün kadastr baza məlumatları hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif qurumlarında, o cümlədən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılır. Sadəcə olaraq cavabdeh 2 saylı Ərazi İdarəsinin nümayəndələri lazımi araşdırma aparmadan yüklü torpaq sahəsi ü zərində X1 hüququnu dövlət qeydiyyatından keçirmişlər. Məhkəmənin qətnamə çıxararkən ekspert rəyinə istinad etməsini də əsassız hesab edir. Çünki ekspert faktiki olaraq müxtəlif bəhanələr gətirməklə verilən suallara aydınlıq gətirməkdən yayınmışdır. Halbuki iddiaçıların şəhadətnamələri mülkiyyət hüququna dair sənəd olmaqla yanaşı, bu sənədlərdə olan məlumatlar, o cümlədən torpağın koordinatları haqqında məlumatlar X13 saxlanılır. Ekspertin guya koordinatları müəyyənləşdirə bilməməsi səbəbindən torpaqların üst-üstə düşübdüşməməsinə aydınlıq gətirə bilməməsi barədə verdiyi rəy iddia tələblərinin rədd edilməsi üçün də əsas hesab edilə bilməz. Həmçinin məhkəmənin Cavabdeh2 və digər vərəsələrin adlarına verilmiş vərəsəlik hüququna dair şəhadətnamələrə dair münasibətini də düzgün saymır. İşdə olan sənədlərdən də görünür ki, X12 1998-ci ildə vəfat etdiyi halda, vərəsəlik hüququna dair sənədlər 2016-cı ildə tərtib olunmuşdur. Halbuki mübahisələndirilən torpaq sahəsi həmin vaxtadək iddiaçıların faktiki istifadəsində olmuşdur. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçirilmədiyini göstərir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin iddiaçılarla yanaşı, üçüncü şəxsin də hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir.

30. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7645/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiy yəsinin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspertiza rəyi iddiaçıların mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ekspertiza rəyi i ddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxeminin təqdim olunmadığına əsaslanılsa da həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərtib edilmişdir. Eyni zamanda, iddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların olması qeyd edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-144/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayə tləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş 10/509 saylı, 25 fevral 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, AR ƏMDX DƏKRXnin Bakı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan 2333d nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməmisini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan B-2333b nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-27Ö1B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cav abdeh1 məxsus ünvan 1 torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisi 2332 saylı torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi, lakin Sumqayıt şəhər X22 İcraiyyə komitəsinin Bağ Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.1982-ci si tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müq avilədə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim edilmədiyindən hansı hissəsini təşkil etdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və Z. Məmmədova verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsi Torpağın mülkiyyət verilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş torpaq sahəsinin pian ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B, Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələ rin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan hazırda mübahisələndirilən bağ sahəsinin ölçüləri və sərhədləri ilə eynilik təşkil edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır.

34. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını iddia etsələr də bunu əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 məxsus ünvan 1 torpaq sahəsi yerdə müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. Yəni iddiaçılar cavabdehə məxsus torpaq sahəsinin onlara məxsus torpaq sahəsi ilə eynilik təşkil etdiyini və ya üst-üstə düşdüyünü sübut edə bilmirlər. Bundan başqa iddiaçılar mübahisəli torpaq sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməmişlər. Halbuki digər əməliyyatlar, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, bağışlama, alqısatqı müqaviləsi və s. hərəkətlər, əməliyyatlar məhz onunla əlaqədardır və ondan sonra yaranmışdır. X1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırda qüvvədədir, belə olduqda ondan doğan hüquqi nəticələrin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 152.1, 152.5, 567, 646, 648.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü, Azərbaycan Respublikasının MPM-in 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. İddiaçılar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçıların daha əvvəl yaranmış mülkiyyət hüquqlarını pozaraq məhkəmə heç bir hüquqi əsas olmadan cavabdehi mübahisəli torpaq sahəsinin faktiki mülkiyyətçisi və vicdanlı əldən edən hesab etmiş və iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin onlara məxsus olmasını sübuta yetirə bilmədiklərini qeyd etmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq cavabdehin çıxarışında qeyd olunan sahənin uyğun gəldiyini qeyd etsə də cavabden hüquqlarının reyestrdə qeydə alınması üçün əsas olmuş sənədin məhz mübahisəli torpaq sahəsinə aidiyyatı olub-olmamasını müəyyən edə bilm əmişdir. Əvvəlki apellyasiya məhkəməsinin nəticələrini təkrarlamış və kassasiya məhkəməsinin göstərişlərini araşdırmamışdır. Məhkəmə mübahisə üzrə həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsi torpaq sahələrini F.Əliyevaya və Ə.Məcidovun mülkiyyətinə verilməsi barədə qərar qəbul edərkən tam səlahiyyətli olmuş, yəni həmin torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Ona görə iddiaçılar vicdanlı əldə edən sayılırlar.

38. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5272/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə gö ndərilmişdir.

39. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

40. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə ilkin məhkəməmühəndis ekspertizası keçirilmiş və verilmiş ekspert rəyindən aydın olur ki, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B kod 30900016 şəhadətn amə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Birinci apellyasiya icraatının nəticəsində məhz həmin rəyə istinad edilərək qətnamə qəbul etmişdir. Lakin apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə qərar ında göstərmişdir ki, «… ekspertiza rəyi iddiaçıların mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilməmişdir.

41. Ekpertiza rəyi iddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxeminin təqdim olunmadığına əsaslanılsa da həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərt ib edilmişdir.

42. İddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların olması qeyd edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır.

43. Keçirilmiş ekspertiza rəyləri ilə ekspert qarşısına qoyulan suallara tam və ətraflı cavab verilməmişdir.

44. İkinci apellyasiya baxışı zamanı yenidən ekspertiza təyin edilərək rəy alınsa da faktiki olaraq ekspertiza təyin edilməsinə dair qərardadda əvvəlki qərardadın məzmunu ilə eynilik təşkil edən suallar qoyulmuşdur ki, bu da kassasiya instansiyası məhkəməsinin göstərişlərin icra olunmaması ilə nəticələnmşdir. Şübhəsiz ki, suallara verilən cavablar əvvəlki rəydə olan cavabla tamamilə eynilik təşkil etmişdir.

45. Apellyasiya instyansiyası məhkəməsi göstərişlərin icrasına nail olmaq üçün ilkin olaraq həm iddiaçının, həm də cavabdehə ayrılmış torpaq sahələrinin ilkin ayrılma sənədlərini, bu sənədləri saxlayan orqanlardan tələb edilməsini müzakirə etməli, bundan sonra mübahisə üzrə işin düzgün və hərtərəfli araşdırılmasına yardım göstərə biləcək suallar müəyyən olunaraq (müəyyən edilmiş situasiyalara uyğun) ekspertiza tədqiqatına təqdim olunmalı idi. Nə qədər ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsini bələdiyyə torpağı, cavabdeh tərəf dövlət torpağı hesab edir, bu halda torpaq sahəsini onu ayıran şəxslərin hansının mülkiyyətində olmasını müəyyən etməli, hər iki tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmasını nəzərə alınaraq müvafiq reyestrdə aparılmış qey diyyatların təfsilatını özündə əks edirən göstəricilərin ekspertə təqdim olunması təmin olunmalıdır.

46. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin tərəflərin malik olduqları hüquqmüəyyənedici sənədlərin verilməsi zamanı müəyyən edilən koordinatlara və müvafiq göstərişlərin icrası ilə bağlı əldə ediləcək sənədlər əsasında torpaq sahələrinin eynilik təşkil etməsi və ya üst-üstə düşməsinin müəyyən olunması (şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının müəyyən edilməsi üçün) məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

47. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29.1, 29.4-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 152.1, 152.5, 157.2, 404.1, 406.2, 567, 568.1, 646.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 111-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.3, 416.1, 416.2, 417.1.3, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə) İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın tələbi təmin edilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh2 adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 12.000 (on iki min) manat pul məbləği alınaraq Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onu nla əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.

50. Hazırki iş üzrə Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0,06 ha olan 2333d nömrəli bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X11 adına JN-2087B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, bundan sonra İddiaçı1 həmin torpaq sahəsini notariat kontorunda təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında əldə etməsi və adına JN2703B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi, digər sahəsi 0,06 ha olan 2333b nömrəli bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə Məcidov Ədalət Əhməd oğlunun adına JN2435B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırla nması, daha sonra İddiaçı2 həmin torpaq sahəsini notariat kontorunun təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında əldə etməsi və sonuncunun adına JN-2701B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi işin mübahisəsiz halıdır.

51. Mövcud iddia tələbi bir neçə tələbdən ibarət olduğundan, Cavabdeh2 torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsinə dair ilkin tələb digər tələbləri özündən asılı etdiyindən, apellyasiya instansiyası məhkəməsi ilk öncə həmin tələbə qiymət verilməsini zəruri hesab etmişdir.

52. Ədalətli məhkəmə araşdırılması hüququnu təmin etmək məqsədilə ilk öncə mübahisəli torpaq sahəsinin eyni torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin 1982-ci ildə Sumqayıt şəhər XDS İK-nin qərarı ilə cavabdehin mərhum ata sı S.Həsənəliyevə ayrılarkən Bağlar Təsərrüfatı İdarəsinin balansında, iddiaçılar əldə edənədək isə Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olması məhkəmə kollegiyası tərəfindən müəyyənləşdirilmiş və bundan sonra torpaq sahələrini ayıran orqanlara müvafiq sorğular verərək, tərəflərə ayrılmış torpaq sahələrinin ilkin ayrılma sənədlərini tələb edərək müəyyən edilmiş situasiya uyğunluğu (şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının müəyyən edilməsi üçün) məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması üçün ekspertiza təyin edilmişdir. Alınmış 13 oktyabr 2023cü il tarixli ekspert rəyində 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyinə istinadən qeyd olunmuşdur ki, JN-2703B və JN-2701 nömrəli şəhadətnamələrdə ver ilmiş ölçülər mövcud torpaq sahəsinin faktiki vəziyyətindəki ölçülərinə qismən uyğundur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələrinin yeri naturada mövcud olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, JN-2703B və JN-2701B nömrəli şəhadə tnamələrdə göstərilən torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdə torpaq sahəsinin konfiqurasiyası ilə uyğunluq təşkil edir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, istifadədə olan məlumat bazasında Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bğlar Təsərrüfatı idarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə də göstərilən sahəsi 0.20 ha olan Sumqayıt, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpağ sahəsinə aid plan, cizgi, sxem və ya eskiz tərtib edilməsi barədə məlumat qeyd edilməmişdir.

53. Apellyasiya baxışı zamanı iş üzrə rəy vermiş həmin mütəxəssislərin dindirilməsi zərurəti yarandığından, X6 və X10 məhkəmə iclasına dəvət olunaraq dindirilərkən hər biri ayrı-ayrılıqda JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə götərilən torpaq sahələrinin yeri naturada mövcud olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və mübahisəli torpaq sahəsinin eyni torpaq sahələri olduğu bildirilmişdir. Həmçinin qeyd etmişlər ki, baxmayaraq ki, müqavilə əsasında Cavabdeh1 adına mülkiyyət sənədi və plan ölçü verilsə də, torpaq sahəsinə mərhum Sabir Həsənəliyev adına verilmiş xx.xx.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə də göstərilən sahəsi 0.20 ha olan Sumqayıt, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpağ sahəsinə aid plan, cizgi, sxem və ya eskiz tərtib edilməsi barədə heç bir məlumat qeydə alınmamışdır.

54. Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0,06 ha olan 2333d nömrəli və 0,06 ha olan 2333b nömrəli bağ sahələrinə Sumqayıt Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29, 32 nömrəli qərarları, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 və 02/1280 nömrəli xx.xx.2005-ci il tarixli rəyləri ilə əvvəlcə Məcidov Ədalət Əhməd oğlu ilə X11 adına JN2435B nömrəli (kod ********), xx.xx.2005-ci tarixli, JN-2087B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanmaqla iddiaçılar Zamir və İddiaçı1la həmin torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamaqla sonuncuların adına JN-2701B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli, JN2703B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir.

55. Göründüyü kimi iddiaçıların mübahisəli torpaq sahələrinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və onunla bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 təxminən 10 il əvvəl qeydə alınmışdır.

56. İşdən görünür ki, eyni torpaq sahəsi dövlət tərəfindən iki dəfə müxtəlif şəxslərin adına iki fərqli tarixdə və fərqli nömrələr ilə rəsmi dövlət qeydiyyatına alınmış və həmin dövrdə buna dair mülkiyyəti təsdiq edən müvafiq rəsmi sənədlər verilmişdir. Eyni torpaq sahəsinə dair müxtəlif tarixlərdə verilən bu mülkiyyət sənədlərləri əsasında da alqı-satqı və bununla bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.

57. Belə ki, mübahisəli 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsi əvvəlcə xx.xx.2005ci il tarixində X11 adına JN-2087B nömrəli (kod ********) mülkiyyət olaraq rəsmi dövlət qeydiyyatına alınmış və daha sonra onun tərəfindən 20 yanvar 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı1 adına JN2703B (kod ********) mülkiyyət olaraq rəsmi dövlət qeydiyyatına alınmışdır. Həmin mübahisəli 0,12 ha torpaq sahəsinin digər 0,06 ha hissəsi isə JN2435B (kod ********) nömrə ilə əvvəlcə 17 dekabr 2006-cı ildə mülkiyyətçi olaraq Məcidov Ədalət Əhməd oğlunun adına rəsmi dövlət qeydiyyatına alınmış, daha sonra xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında həmin bu torpaq sahəsi xx.xx.2006-cı il tarixində mülkiyyətçi olaraq İddiaçı2 adına rəsmi dövlət qeydiyyatına alınmışdır. Lakin mübahisəli 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixind ə 27 noyabr 1998-ci il tarixində vəfat etmiş olan X4 adına icarə müqaviləsi əsasında ********** nömrəli rəsmi dövlət qeydiyyatına alınmış, daha sonra 25 iyun 2016-cı il tarixdə Sumqayıt ASAN xidməti tərəfindən verilən vərəsəlik haqqında şəhadətnamə əsasında 27 noyabr 1998-ci il tarixində vəfat etmiş olan X2 qalan miras əmlak kimi sözügedən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində mülkiyyətçi olaraq onun oğlu Cavabdeh2 adına rəsmi dövlət qeydiyyatın alınmışdır. Bundan sonra sonuncu xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh1 satmış və bu əqd əsasında xx.xx.2016-cı il tarixdə torpaq sahəsinə Cavabdeh1 adına çıxarış verilmişdir.

58. Göründüyü kimi mövcud məhkəmə mübahisəsinin həlli mübahisəli torpaq sahəsi ilə mülkiyyət hüququnun kim və ya kimlərə mə nsub olması ilə bağlıdır.

59. Qeyd olunmalıdır ki, tərəflər arasındakı hüquqi mübahisənin həlli baxımından Cavabdeh1 münasibətdə vicdanlı əldə etmə institutunun tətbiqini mümkünsüz edir, ona görə ki, kökündə daşınmaz əmlakın dövlət reyestrinin tamlığı və düzgünlüyünə dair etimadın qorunmasına əsaslanan vicdanlı əldə etmə ilə bağlı qaydalar daşınmaz əşya ilə bağlı rəsmi dövlət reyestrində yalnız bir qeydiyyat nömrəsinin (səhifəsinin) olması hallarını nəzərdə tutmuşdur. Başqa sözlə, istər “etimadın qorunması prinsipi”, istər Mülki Məcəllənin 5-ci fəslinin 2-ci paraqrafında yer alan müddəalar, istərsə də daşınmaz əmlakın dövlət reyestri haqqında qanun tamamilə daşınmaz əmlakla bağlı yalnız bir nömrənin verilməsi hallarını tənzimləyir. Odur ki, bir daşınmaz əmlak ilə bağlı iki ayrı qeydiyyatın aparıldığı hallar Mülki Məcəllənin 140-cı maddəsində qeyd olunan “daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezmupsiyası” əsaslanan vicdanlı əldə etmə ilə bağlı Mülki Məcəllənin 148.2 və 149-cu maddələrinin tətbiq dairəsi (dispozisiya şərtləri) xaricindədir. Mülki Məcəllənin 140, 148.2 və 149-cu maddələrində nəzərdə tutulan müddəaların bir daşınmaza dair 2 ayrı nömrənin verilməsi hallarında istifadə edilməsi bu qaydaların xidmət etdiyi məqsəd və funksiyaların xaricində olmaqla, həm də praktiki cəhətdən də mümkün deyil, ona görə ki, bir daşınmaz əşya ilə bağlı bir neçə qeydiyyatın eyni vaxtda mövcud olması onlardan hər hansı birini vicdanlılıq baxımından əldə edilməsini faktiki olaraq mümkünsüz edir. Belə ki, hər iki qeydiyyatın açıq olduğu və bu səbəblə də hər kəs tərəfindən bilindiyi qəbul edilərsə, onda bu qeydiyyatlardan hər hansı birinə əsaslanıb mülkiyyət hüququ əldə etmək istəyən şəxsin digər qeydiyyatdan da xəbərdar olmasının qəbul edilməsi qanuni və hüquqi bir məcburiyyətdir (MM.m.148.1 və Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanun m. 5). Çünki vicdanlılıq çıxarışa deyil, çıxarışın əsasında dayanan mülkiyyətə dair rəsmi dövlət qeydiyyatına münasibətdə nəzərə alınmalıdır. Bu səbəblə də bir daşınmaz əmlaka dair bir neçə qeydiyyatın mövcud olması halında əldə edənin həmin daşınmaz əşya ilə bağlı bütün qeydiyyatlardan məlumatlı olması lazım gəlir. Belə olan halda daşınmaz əmlakla bağlı digər qeydiyyatdan məlumatlı olan şəxsin vicdanlılığından söhbət gedə bilməz.

60. Bundan başqa, eyni daşınmaz əşya ilə bağlı müxtəlif qeydiyyatların oldu ğu halda reyestrdəki bu rəsmi dövlət qeydiyyatlarına əsaslanıb mülkiyyət və s. əşya hüququ əldə edən müxtəlif şəxslərdən hansının vicdanlılığı qorunmalı olması ilə bağlı qeyd olunmalıdır ki, mövcud icraatda olduğu kimi mülkiyyətə dair rəsmi dövlət qeydiyyat sənədlərinə etimad edib əldə edən iddiaçıların, yoxsa onlardan 10 il sonra digər şəxsdən başqa qeydiyyata əsaslanıb hüququ qeydiyyata alınan Cavabdeh1 vicdanlılığının qorunmalı olması baxımından hər hansı birinin üstün tutulması hüququn təməl prinsipi olan ədalətliliyə və konkret olaraq konstitusion normanın tələbi olan bərabərlik prinsipinə zidd olar.

61. Nəticə etibarı ilə belə bir vəziyyət vicdanlı əldə etmə institununun təyinatı xaricində olduğundan və hər iki nömrədə qeydə alınan əşya hüquqları baxımından vicdanlı əldə etmə institu nun eyni anda işləməsi mümkünsüzləşdiyi üçün yalnız həqiqi hüquq sahiblərinin mənafeyi məhkəmə tərərindən nəzərə alınıb qorunmalıdır. Yəni belə bir vəziyyətdə həqiqi hüquq sahibi adına olan qeydiyyat ilə əsassız qeydiyyata etimad edən qarşı-qarşıya gəldikdə etimad prinsipinin işləməsi mümkünsüzləşdiyi üçün əlbəttə ki, həqiqi hüquq sahibinin üstün tutulması lazım gəlir. Başqa sözlə bu kimi hallarda əsassız qeydiyyata etimad edənin əsaslı qeydiyyata etimad edəndən üstün tutulması nəticəsini əmələ gətirən bir yanaşmanın qəbul edilməsi, aydın məsələdir ki, yolverilməzdir.

62. Bu mənada qeyd etmək lazımdır ki, mübahisəli 0,12 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə X1 adına icarə müqaviləsi əsasında özəlləşdirilməsi qanuna və hüquqa zidd olmuş, ona görə ki, həmin sözügedən torpaq sahəsi ictimai mülkiyyətdə yox, şəxsi mülkiyyətdə olmuşdur. Halbuki yalnız ictimai mülkiyyətdə olan əmlak özəlləşdirmə predmeti ola bilər, şəxsi mülkiyyətdə olan bir torpaq sahəsinin yenidən özəlləşdirilməsindən bəhs edilməsi isə, sadəcə olaraq ağlasığmazdır. Həmçinin o vurğulanmalıdır ki, hətta mübahisəli torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirildikdən sonra iddiaçıların adına mülkiyyət olaraq qeydiyyata alınmış olduğu bir anlığa ehtimal edilərsə, yenə də iddiaçılar həm vicdanlı əldə etmə (çünki həmin vaxt mübahisəli torpaq sahəsinə dair yalnız bir rəsmi dövlət qeydiyyatı olmuş, sonradan başqa qeydiyyatın əlavə olunması geriyə şamil oluna bilməz) və hətta Mülki Məcəllənin 178.5-ci maddəsinə uyğun olaraq 10 illik vicdanlı sahiblik əsasında mülkiyyəti əldə etmiş olarlar.

63. Apellyasiya inst ansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ mövcud əqd əsasında cavabdehlərdən daha əvvəl əldə edildiyindən, vicdanlı alıcı olaraq iddiaçıların mülkiyyət hüququ müdafiə edilməli, Cavabdeh1 isə vicdanlı əldə edən hesab edilməməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsinə dair tələblə bağlı qeyd etmişdir ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə il ə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı).

65. Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən mübahisəli torpaq sahəsi istifadədə olan məlumat bazasında Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə mərhum X12 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən 0.20 ha torpaq sahəsi 10 illik sonuncunun istifadəsinə verilmiş (1981-1991-ci ilədək). Lakin bundan geriyə qalan sonrakı müddətdə istər icarəçi S.Həsənəliyev sağlığında, istərsə də onun ölümündən sonra keçən 18 il ərzində ailə üzvlər i tərəfindən icarə münasibətlərinin davam etməsi üçün heç bir təşəbbüs göstərilməmişdir.

66. İcarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar qanunvericiliklə müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir, bu şərtlə ki, ailə üzvləri icarəçi olmağa razılıq vermiş olsun və icarə münasibətlərinin davam etdirilməsi üçün müqavilə onların adına vərəsəlik qaydasında təsdiqlənsin. Lakin hazırki işdə belə bir hal mövcud deyil.

67. İşdən görünür ki, mərhum Sabir Həsənəliyev ilə torpaq sahəsinin icarə müqaviləsi xx.xx.1982-ci il tarixdə bağlanmış, müqavilənin 27 dekabr 1992-ci il tarixədək qüvvədə olması müəyyən edilmiş, Sabir Həsənəliyev 27 noyabr 1998-ci ildə vəfat etmişdir. Həmin müqavilənin tərəfi olan Cavabdeh2 atası Sabir Həsənəliyev 1998-ci ildə vəfat etməsinə baxmayara q, sonuncu vəfat etməzdən əvvəl (1992-ci il müqavilənin müddətinin keçdiyi 6 il ərzində) özü, ölümündən sonra ailə üzvlərindən heç biri, o cümlədən Cavabdeh2 icarə münasibətlərinin davam etdirilməsi (müqavilə müddətinin uzadılması və onunla bağlanması) üçün əvvəlki Sumqayıt şəhər bağlar İdarəsinə müraciət etməmiş, yalnız icarəçinin ölümündən təxminən 18 il sonra, yəni 2016-ci ildə mübahisəli torpaq sahəsinin 12 ha hissəsinə artıq mövcud olmayan icarə müqaviləsi əsasında mərhum Sabir Həsənəliyevin adına müvafiq çıxarış əldə etmişdir.

68. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir.

69. Nəzərə alınmalıdır ki, qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir.

70. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhər XDS İK-nin qərarına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən mərhum Sabir Həsənəliyevin icarəsinə verilmiş Sumqayıt şəhər Corat bağlar massivində yerləşən torpaq sahəsinin 0,12 ha hissəsi üzərində Sabir Həsənəliyevin mülkiyyət hüququnu qeydə almaqla Cavabdeh2 icarəçi hesab edilməsi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qanunsuz hesab edilməlidir.

71. İddia tələbinin xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissələrinə gəldikdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

72. İddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisəli torpaq sahəsinə iddiaçılar sahiblik etsə də, Cavabdeh2 vərəsəlik şəhadətnaməsi əldə etməsi digər Cavabdeh1 həmin sahəni hasara almaq istərkən araşdırma zamanı əldə etdiy i reyestr xidmətinin cavabından sonra məlum olduğundan, Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddət ötürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsinə Cavabdeh2 icarə hüquq olmadığından, vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

73. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyindən, miras payın bağışlanılması və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsidə etibarsız hesab edilməlidir.

74. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 12.000 (on iki min) manat pul məbləği digər Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılmalıdır.

75. İddia tələbinin reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə k ollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

76. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.7, 140, 148.2, 149.2, 153.4, 337.1, 337.2, 337.5, 1272ci, Azərbaycan Respublikasının MPM-in 217.2, 372.1, 372.7, 420-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 8-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 y anvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci və 2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

77. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Aapellyasiya məhkəməsinin 2(105)-29/2024 №li xx.xx.2024-cü iltarixli qətnamətarixli qətnaməcini tamamilə, ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

78. Cavabdeh kassasiya şikayətini on unla əsaslandırmışdır ki, işdən görünür ki, mübahisəli 0,12 ha torpaq sahəsinin 0,06 ha olan 2333d nömrəli bağ sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarı əvvəlcə xx.xx.2005-ci il tarixində X11 adına rəsmiləşdirilmişdir. Digər, sahəsi 0,06 olan 2333b nömrəli bağ sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli qərarı ilə Məcidov Ədalət Əhməd oğluna verilmişdir. Göründüyü kimi, məlumat bazasında mübahisləi torpaq sahələrinin də yerləşdiyi 0,20 ha torpaq sahəsinin mərhum Sabir Həsənəliyevə verilməsi barədə Sumqayıt şəhər bələdiyyəsinin məlumatı olmuşdur. Həmin torpaq sahəsi bir nömrə altında bağ sahəsi kimi Sabir Həsənəliyevə icarəyə verilmişdir. Lakin bələdiyyə tərəfindən həmin bağ sahəsi iki yerə bölünərək müxtəlif müxtəlif nömrəli bağ saləri kimi rəsmiləşdirilərək yuxarı qeyd edilən şəxslərin adlarına rəsmiləşdirilmişdir. Lakin məhkəmə tərəfindən bu hal ümumiyyətlə araşdırılmamışdır. İş materiallarından görünür ki, S.Həsənəliyevə verilmiş bağ sahəsi dövlət mülkiyyətində olmuş, bələdiyyələr yarandıqdan sonra 2000-ci ildən Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Bundan əlavə, bələdiyyə tərəfindən qeyd edilən torpaq sahələri ilə bağlı qərar qəbul edilərkən “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli, 587-İQ nömrəli Azərbaycan Respublikası qanunu qüvvəddə olmuşdur. Həmin qanunun 15-ci maddəsinə görə Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçiri lir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Məhkəmə qətanməsində Torpağın icarəsi haqqında qanunun 13-cü maddəsinə əsaslanmışdır. Bələdiyyənin qərarları qəbul edərkən qüvvədə olan «İcarə haqqında» Azərbaycan Respublikası Qanununu 13-cü maddəsinin 5-ci bəndinə gör ə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Sabir Həsənəliyev 1998-ci ildə vəfat etmişdir. Həmin dövrə qədər bağ sahəsinin icarə müqaviləsinin xitam olunması barədə mülkiyyətçidən xəbərdarlıq edilməmişdir. Eyni zamanda Sabir Həsənəliyev tərəfindən belə bir təklif mülkiyyəçiyə göndərilməmişdir. Bu isə avtomatik olaraq bağlanmış müqavilənin uzadılması deməkdir.

79. S.Həsənəliyevlə torpağın icarəyə veniilməsi barədə müqavilə yuxarıda qeyd edilən torpaq sahələri ilə bağlı Sumqayıt şəhər bələdiyyəsi tərəfindən qərar qəbul edilrəkən və S.Həsənləiyev hüquqi varisi tərəfindən 0,20 ha torpaq sahəsinə çıxarış alınarkən qüvvəddə o lmuşdur. Ona görə Cavabdeh2 2332 nömrəli bağ sahəsinə icarə hüququ olan şəxsdir, onun həmin bağ sahəsinə mülkiyyət hüququ və həmin hüquqdan doğan hərəkətlər etmək hüququ olmuşdur.

80. S.Həsənəliyevlə Sumqayıt XDS-nin İK arasında bağlanmış icarə müqaviləsinə xitam verilmədiyindən həmin bağ sahəsi onun ailə üzvlərinə, o cümlədən hüquqi varisinə mülkiyyətinə verilməli idi. Ona görə də birinci instansiya məhkəmə düzgün olaraq həmin torpaq sahəsinə S.Həsənəliyevin hüquqi varisinin mülkiyyət hüququnun olması qənatinə gəlmişdir.

81. Məhkəmə toplanmış sübutlara düzgün huquqi qiymət verməmiş, S.Həsənəliyevlə bağlı bağ sahəsinin icarə müqaviləsinin ləğv edilmədiyi və həmin bağ sahəsi ilə bağlı bütün hüquqların onun hüquqi varisi İlqar Hüseynova keçdiyi halda və bününla bağlı bütün subutlar olduğu halda məhkəmə bu hallara düzgün, təbiq edilməli huquq normalarına uyğun hüquqi qimyət verməyərək bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab etmiş və onun həmin bağ sahəsiilə bağlı sərancam vermək, sahiblik hüqunun olmadığı qənatinə gəlmişdir.

82. Kassasiya şikayəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 25-ci. Azərbaycan Respublikasının MPM-in 88-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

83. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

84. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

85. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövl ət qeydiyyatı üçün əsas hesab olunur.

86. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

87. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

88. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

89. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

90. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

91. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münas ibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

92. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

93. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

94. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyy at orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

95. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu

96. Maddə 13 Bənd 6(ikinci hissə). İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

97. Maddə 15(dördüncü hissə).İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

98. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

99. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərt ibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hüquq münasibəti yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə

100. Bənd

1. Və təndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

101. Bənd

2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətə ndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

102. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

103. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

104. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

105. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

106. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

107. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

108. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

109. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

110. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

111. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

112. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

113. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

114. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üz rə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

115. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

116. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

117. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-29/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar