Məhkəmə qərarları › İş №2(102)-3714/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3714/2022

16.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3714/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- in 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-340/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X4 arasında bağlanmış nikah 21 iyul 1983-cü ildə pozulmuşdur.

2. Nəsimi rayon İcra Komitəsi tərəfindən verilmiş 011074 nömrəli xx.xx.1989-cu il tarixli orderə əsasən Bakı şəhəri, Nəsimi ra yonu, Cəbiyev küçəsi ünvanında yerləşən 26 nömrəli evin yaşayış sahəsi 29,47 kv.m. olan 2 otaqlı 26 nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cəbiyev küçəsində yerləşən 26 nömrəli evin 26 nömrəli mənzili İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır.

4. Bakı şəhəri 14 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 20 avqust 1996-cı il tarixli vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvan 1 ünvanında yerləşən şəxsi yaşayış mənzilini Cavabdeh vəsiyyət etmişdir.

5. Bakı-Nəsimi RPİ-i tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nə əsasən İddiaçı xx xxxxx 1935-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş və hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır.

6. Abşeron RPŞ tərəfindən 30 iyun 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nə əsasən Cavabdeh xx xxxxxxxx 1983-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş və halhazırda ünvan 4 ünvanında qeydiyyatdadır. 7. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş 7E-24060 reyestr nömrəli etibarnamə ilə İddiaçı X10 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipoteka nı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş arayışa (Forma 2) əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan-da İddiaçı Mehdiqulu oğlu 1995-ci ildən qeydiyyatdadır. 9. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “hədiyyə verən” İddiaçı adından nümayəndəsi X15 ilə “hədiyyə alan” Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən ünvan 1 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili hədiyyə alana bağışlamışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan küçəsində yerləşən 26 nömrəli evin yaşayış sahəsi 29.6 kv.m, yardımçı sahəsi 12.9 kv.m., ümumi sahəsi 42.5 kv.m olan 2 otaqlı 26 nömrəli mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 11. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən İddiaçı tərəfindən X10 verilmiş xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur.

12. İddiaçı 15 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında iddiaçının adından cavabdeh ilə bağlanmış ünvan 1 ünvanında ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzilə (bundan sonra – mübahisəli mənzil) dair 13 iyul 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzilin yerləşdiyi küçənin adı əvvəllər M.R.Cəbiyev küçəsi olduğu üçün iddiaçının bəzi sənədlərində məlum mənzilin ünvanı ünvan 6l ona məxsus olduğu dövrdən hal-hazıra kimi o, həmin mənzildə yaşayır. Onun xxx adlı üç qızı olsa da, o, arvadı ilə boşandığı üçün qızları ondan ayrı yaşamış, o isə mülkiyyətində olan mənzildə tək yaşamışdır. Hal-hazırda qızlarının öz ailələri vardır. İddiaçı arvadından boşandığı üçün qızları onunla münasibət saxlamamış və evinə gedib-gəlməmişlər. Lakin, 2018-ci ilin noyabr ayında onun qonşusu X3 vəziyyətinin ağır olduğunu görüb, bu barədə qızlarına telefonla məlumat vermiş və həmin məlumat əsasında iddiaçının qızları onun yanına gəlmişlər. Həmin vaxt qızları onun vəziyyətinin ağır olduğunu görüb, dərhal ona lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxarmışlar. Bundan sonra məlum olmuşdur ki, onun qardaşı oğlu cavabdeh 2014-cü ildə müxtəlif bəhanələrlə onu aldadaraq 6 iyul 2014-cü il tari xli etibarnamə almış və həmin etibarnamə əsasında da bir həftə sonra, yəni 13 iyul 2014-cü ildə ona məxsus mənzili oğlu cavabdehə bağışlamışdır. Lakin, o, 1935-ci il təvəllüdlüdür, habelə yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlanmasını həmin vaxt bilməmişdir. 2018-ci ilin axırlarında qonşusu ona yaxılaşıb mənzili almaq istədiyini bildirdikdə, o, evin satmadığını bildirmişdir. Qonşu buna təəccüblənmiş və mənzilin satıldığını X6 dediyini bildirmişdir. Bundan sonra dəqiq məlum olmuşdur ki, qardaşı oğlu onu aldadaraq 6 iyul 2014-cü il tarixdə verdiyi etibarnamədən istifadə edərək, 13 iyul 2014-cü il tarixdə mənzili öz oğlunun adına bağışlamışdır. Bu bağışlama əsasında cavabdeh öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Etibarnamənin verildiyi tarix ilə bağışlama arasında cəmi bir həftə vaxt keçmiş, onun evi bağışlamaq niyyəti olsa idi, bunu özü edə bilərdi. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal iddiaçının belə etibarnaməni verilməyində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, tərəfindən verilən etibarnamədə onun iradə ifadəsi mənzilin təmiri üçün Bankdan pulun alınmasına yönəlmişdir. Bu iradə ifadəsini həyata keçirmək üçün etibarnamə əsasında onu təmsil edən X15 vasitəsi ilə o, özü çıxış etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə X6 maraqları daxilində deyi l, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Lakin, mübahisəli mənzil sənədlər üzərində bağışlansa da, faktiki olaraq onun istifadəsində qalmışdır. Bu da onu sübut etmişdir ki, bağışlama müqaviləsi uydurma əqddir. Buna görə də, X10 verilmiş 6 iyul 2014-cü il tarixli etibarnamə onun tərəfindən 3 yanvar 2019-cu il tarixdə ləğv olunmuşdur.

15. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1935-ci il təvəllüdlü iddiaçı onun atası X6 əmisidir. İddiaçıya həmişə onlar, yəni əsasən də onun atası X15 baxmışdır. İddiaçının çox ağır günləri olmuş, atası iddiaçını müalicə etdirmiş və iddiaçının pis günündə onun yanında olmuşlar. İddiaçının bədənindəki yaralarla bağlı onu müayinəyə aparmış və bütün xərclərini cəkmişlər. İddiaçının qızları onunla danışıb əlaqə saxlamamışlar. İ ddiaçı xəstə olduğunu nəzərə alıb, onun əziyyətini çəkdiyi və daim onun yanında olduğu üçün evi ona bağışlamaq qərarına gəlmişdir. Bu səbəbdən də, iddiaçı X15 6 iyul 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında da 13 iyul 2014- cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil ona bağışlanmışdır. İddiaçının özü həmin mənzili ona bağışlamaq istəmiş, buna görə də, həmin müqavilə bağlanmışdır. İddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün onun atasına etibarnamə verməzdi. Hal-hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana özləri müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini də iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu b eş il ərzində edərdi. Bu əsassız iddianın verilməsi iddiaçının özü deyil, qızlarının təşəbbüsü olmuşdur. Odur ki, o, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddiaçının vəsatəti əsasında cəlb edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs X15 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun əmisidir. Boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş və iddiaçı ilə maraqlanmamışlar. Buna görə də, bütün bu illər ərzində iddiaçıya o, baxmışdır. O, oğlu cavabdeh ilə birgə iddiaçıya baxmış, onu müalicə etdirmiş, yaşlı və xəstə olduğu üçün bütün ev işlərini o özü görmüş, əmisi yaşlı olduğundan kommunal xərclərini özü ödəmişdir. 2014-cü ildə iddiaçı xəstə olduğunu bildirərək ona baxdıqları üçün və pis günündə həmişə onun ya nında olduqları üçün mənzilini cavabdehə bağışlamaq qərarına gəlmişdir. Bu səbəbdən, iddiaçı yaşlı və xəstə olması ilə əlaqədar sənədləşmə işini həll edərək mənzili cavabdehə bağışlamaqdan ötrü ona 6 iyul 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnaməyə görə 13 iyul 2014-cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil cavabdehə bağışlanmışdır. İddiaçının özü həmin mənzili cavabdehə bağışlamaq istəmiş və buna görə də, həmin müqavilə bağlanmışdır. Əgər iddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün ona etibarnamə verməzdi. Hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Habelə, iddia ərizəsini iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqavi ləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi. Odur ki, o, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

17. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun mərhum ərinin yaxın dostu olmuşdur. İddiaçı mübahisəli mənzildə yaşayır. Onun xxx adlı üç qızı vardır. İddiaçı 1983-cü ildə arvadı ilə boşanmış və boşandıqdan sonra özünə məxsus mənzildə tək yaşayır. İddiaçı tez-tez onlara gəlib-getmişdir. 2018-ci ilin noyabr ayında onlar evlərini təmir edərkən iddiaçı çox pis vəziyyətdə onlara gəldi. Nə baş verdiyini soruşduqda, pis vəziyyətdə olduğunu, X15 adlı qohumunun onu aldadıb notariusa apardığını və mənasını bilmədiyi sənədlərə qol çəkdirdiyini bildirmişdir.

18. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşudur və o, sonuncunu 1986-cı ildən etibarən tanıyır. İddiaçının xxx adlı üç qızı olsa da, o, arvadından boşandığı üçün özünə məxsus mübahisəli mənzildə tək yaşamışdır. Lakin, iddiaçı arvadı ilə boşandıqdan sonra qızları da əlaqəni kəsərək onunla maraqlanmamışlar. O, qonşu kimi maraqlanıb əlindən gəldiyi qədər iddiaçıya köməklik etmişdir. Onun evinə qohumlardan yalnız X15 gəlib-getmiş, son vaxtlar isə o da az-az gəlmişdir. 2018-ci ilin noyabr ayında iddiaçı bir neçə gün görsənmədiyi üçün narahat olmuş və onun evinə getmişdir. Evə daxil olduqda onun çox xəstə və ağır vəziyətdə olduğunu görmüşdür. O, vəziyyətin çox pis olduğunu görüb telefonla qızları ilə əlaqə saxlayıb vəziyyəti onlara bildirmişdir. Elə həmin gün qızları iddiaçının yan ına gəlmiş və onu çətin vəziyyətdən çıxarmışlar. Elə həmin vaxt bildilər ki, qardaşı oğlu X15 iddiaçını notariusa aparıb mənzilini oğlunun adına keçirmişdir.

19. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X20 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızı xin əridir. İddiaçının xxx adlı üç qızı vardır. Sonucu 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmişlər. O, ilk dəfə iddiaçının evinə 23 noyabr 2018-ci ildə getmişdir. Həmin gün iddiaçının z adlı qonşusu zəng edərək onun vəziyyətinin ağırlığı barədə məlumat vermiş və onlar həmin gün ora getmişlər. Ev pis gündə olmuş və evdən kəskin qoxular gəlmişdir. O, iddiaçıdan hal-əhval tutduqda iddiaçı bildirmişdir ki, onu X15 adlı qohumu bu hala salmışdır və ondan narazılıq etmişdir.

20. Məhkəmədə şahid qismində dindi rilmiş X7 şahid X20 ilə eyni məzmunlu ifadə vermişdir.

21. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Onlar ailədə üç uşaq - o, bacıları lvə x olmuşlar. Lakin, 1983-cü ildə anası və atası ayrılmış və onlar anaları ilə yaşamışlar. Bundan sonra atası evlənməmiş, tək yaşamış, anası ilə atası boşandıqdan sonra münasibətləri pis olduğu üçün onlarda atası ilə əlaqə saxlamamışlar. Lakin bilmişlər ki, atası özünə məxsus mübahisəli mənzildə tək yaşayır və atasına qohumları, yəni atasının qardaşı oğlu X15 baxmışdır. 2018-ci ilin noyabr ayının sonlarında atasının qonşusu z ona zəng edərək atasının vəziyyətinin çox ağır olduğunu bildirmiş və o, bacısı xin həyat yoldaşı Aqillə atasının yaşadığı mənzilə getmişlər. Mənzilə daxil olduqda atası ağır xəstə idi və onu yara basmışdı. Mənzilə isə üfunətdən girmək mümkün deyildi. Onlar mənzili təmizləmiş, atasına lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxartmışlar. Atasına əmisi oğlu X15 baxdığı üçün ona iradlarını bildirmişlər. Bu zaman onlara məlum olmuşdur ki, X15 2014-cü ildə müxtəlif bəhanələrlə atasını aldadaraq 6 iyul 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında bir həftə sonra, yəni 13 iyul 2014-cü ildə atasına məxsus mənzili oğlu cavabdehə bağışlamışdır. Onlar bunun həqiqiliyini öyrənmək üçün atası ilə söhbət etdikdə, məlum olmuşdur ki, 1935-ci il təvəllüdlü atası yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlandığını bilməmişdir. X15 atasını aldadaraq öz adına etibarnamə almış və həmin etibarnamə əsasında da mənzili cavabde hin adına keçirmişdir. Atası isə həmin vaxt bunu bilməmişdir. Yalnız 2018-ci ilin payızında atası qonşudan eşitmişdir ki, X15 onun evinə müştəri axtarır. Bundan sonra atası mənzilin öz adına olmadığını öyrənmişdir. Atası ona bildirmişdir ki, o, heç vaxt yaşadığı mənzili kiməsə vermək, yaxud bağışlamaq fikri olmamışdır. X15 evin təmiri üçün kredit almaqdan ötrü etibarnamə almış və həmin etibarnamə əsasında mənzili cavabdehin adına keçirmişdir.

22. Cavabdeh vəsatət verərək, iddia tələbi üzrə iddia müddətini tətbiq edib, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdehin vəsatəti əsasında Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 185 nömrəli 30 yanvar 2020-ci il tarixli ekspert rəyi ilə iddiaçının xx.xx.2014-cü il tarixdən çox vaxt keçdiyindən psixi vəziyyətini retrospektiv qiymətləndirmək üçün onun həmin dövrdə psixi vəziyyətini təsvir edən hər hansı tibbi sənəd mülki iş materiallarında təqdim olunmamışdır. İddiaçının 2014-cü ildəki psixi vəziyyəti barədə mülki iş materiallarında hər hansı tibbi sənəd olmadığından onun həmin dövrdəki psixi vəziyyətini qiymətləndirmək mümkün olmamışdır. İddiaçının 6 iyul 2014-cü ildə 50 il müdddətinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda X10 ƏN-İ Ne 447803 saylı Etibarnaməni verərkən öz həkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini düzgün idarə etmək iqtidarında olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçıda hal-haz ırda müəyyən edilən “üzvi mənşəli yüngül koqnitiv pozuntunun” bir neçə il ərzində formalaşdığını və həmin pozuntunun yoxlanılan şəxsi öz hərəkətlərinin mənasını dərk etmək və onları düzgün idarə etmək iqtidarından məhrum etmədiyini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, iddiaçı 20 avqust 2019-cü ildə 3 il müddətinə Bakı şəhəri 14 saylı notariat ofisində X13 AR-İ N° 847962 saylı etibarnaməni verərkən öz hərəkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini düzgün idarə etmək iqtidarında olmuşdur.

24. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

25. Abşeron Rayon Məhkəməsin in (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-209/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X15 əmlakın mülkiyyətçisi iddiaçının verdiyi etibarnamə əsasında əmlakı oğlu – cavavdehə bağışlamışdır. Göründüyü kimi, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Halbuki, bağışlama müqaviləsi iddiaçının yox, məhz təmsilçinin və ailə üzvlərinin maraqlarına xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilinin X15 tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı X6 adına verdiyi etibarnaməni ləğv etdirmiş və iş materiallarından göründüyü kimi bundan bir qədər sonra iddiaçı hazırkı iddia tələbi ilə 27 avqust 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə baxışında işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda da mübahisəli mənzildə yaşayır. Bu isə bir daha onu təsdiq etmişdir ki, həqiqətən də, iddiaçının mübahisəli mənzili özgəninkiləşdirmək fikri olmamışdır. Qanunvericiliyin tələbinə görə tərəfin iradə ifadəsi əqdin etibarlılığının başlıca şərtidir.

27. Cavabdehin vəkilinin hazırkı iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzilin cavabdehin adına özgəninkiləşdirildiyini yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilinin X15 tərəfindən satılmasını bildirmiş və bundan sonra, iddiaçı cavabdehin atası X6 adına verdiyi etibarnaməni ləğv etdirmiş və iş materiallarından göründüyü kimi bundan bir qədər sonra 27 avqust 2019-cu il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, yəni iddiaçı hazırkı iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 359.3, 362.1, 377.1, 377.2, 666.1, 667.1, 668.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İddiaçının vəkilinin vəsatəti əsasında X2 iddiaçının hüquqi varisi qismində tanınmışdır.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-385/2021 nömrəli mülki iş üzrə 31 mart 2021ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması q ət edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi 16 iyun 2020-ci il tarixli məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı ərazi idarəsinin və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin məhkəmə iclasına dəvət olunmalarının zəruriliyini qeyd etsədə, lakin həmin şəxslərin nə işə cəlb olunmaları və nədəki hansı statusda işə cəlb edilməli olması həmin tarixli protokolda öz əksini tapmamış və bu barədə qərardad qəbul etməmişdir. Halbuki, qəbul etmiş olduğu məhkəmə aktı ilə onların hüquq və mənafelərinə toxunan məsələni həll etmişdir. Buda ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasını qaçılmaz etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən mənzillə bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili öz doğma oğlu iş üzrə cavabdehə bağışlamışdır. Bununla da qanunvericiliyin tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Ha lbuki, bağışlama müqaviləsi iddiaçının yox, məhz təmsilçinin və ailə üzvlərinin maraqlarına xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin axırlarında qonşusu iddiaçıya mənzilinin X15 tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı X6 adına verdiyi etibarnaməni ləğv etdirmiş və hazırki iddianı qaldırmışdır.

34. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi zamanı dindirilmiş c, z, b və qifadələrində 2018-ci ilin noyabr ayında qonşuları iddiaçının vəziyyətinin pis olduğu və bu barədə onun qızları ilə əlaqə saxlayıb onlara bildirdiklərini və gəlib onu çətin vəziyyətdən çıxardıqlarını, sonuncunun qohumu X5 narazılıq edərək onu bu hala saldığı bildidiyini qeyd etmişlər.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil heç vaxt cavabdehin istifadəsində və sahibliyində olmamış, əksinə istər müqavilədən əvvəl, istərsə də müqavilədən hazırkı vaxta qədər də mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur.

36. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin bağışlanılması müqaviləsi iddiaçının iradə ifadəsini yanlış təsəvvür yaratmaqla aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığı tələbi əsaslı hesab olduğundan təmin edilməlidir.

37. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab etmişdir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərə findən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir.

38. Məhkəmə kollegiyası cavabdehin müddətin tətbiqi barədə ərizəsinə gəldikdə isə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zam anın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.

39. Bununla yanaşı məhkəmə kollegiyası Mülki Məcəllənin 354.2-ci ma ddəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd etmişdir ki, bağışlama müqaviləsinin bağlanması iddiaçıya məhz 2018-ci ilin payız ayında qonşusu tərəfindən ona mənzilin X15 tərəfindən satılmasını bildirdikdən sonra məlum olduğundan, iddiaçı həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmədən 27 avqust 2019-cu ildə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 339.2, 354.2, 359.1, 359.3, 362.2, 375.2, 666.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

41. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4512/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsindəki imza sonuncunun etibarnamədəki və iş materiallarında olan sənədlərdəki, o cümlədən şəxsiyyət vəsiqəsindəki imzasından açıq-aydın fərqlənmişdir. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazlarda, o cümlədən izahatlarında iddia ərizəsindəki imzanın iddiaçıya məxsus olmadığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və iddia ərizəsindəki imzanın iddiaçıya məxsus olubolmamasını müəyyənləşdirməmişdir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin bağlanması iddiaçıya məhz 2018-ci ilin payız ayında qonşusu tərəfindən ona mənzilin X15 tərəfindən satılmasını bildirildikdən sonra məlum olduğundan, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmədən 27 avqust 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Bununla bağlı kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kəsici müddətin axımını müəyyənləşdirərkən düzgün olmayan nəticəyə gəlmişdir. xx.xx.2014-cü il tarixli etibarnamə ilə iddiaçı X10 digər hüquqlarla yanaşı mübahisə predmeti olan evi 3-cü şəxslərə bağışlamaq hüququnu da etibar etmişdir. Yəni iddiaçı X10 etibarnamə verildiyi tarixdən sonra mübahisə predmeti olan mənzil barəsində sonuncunun istənilən sərəncam verəcəyini, o cümlədən mənzilin bağışlana biləcəyini istisna etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, müddətin axımının 2018-ci ilin payız aylarından başlaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il t arixli etibarnaməni X10 mübahisə predmeti olan evin təmiri məqsədi ilə bankdan kredit götülünməsi üçün verilmişdir. Qeyd edilən halın sübutu kimi iddiaçı cnın, znın, bun və Qaçay Cəbrayılovun şahid ifadələrinə əsaslanmışdır. Lakin şahidlər ifadələrində xx.xx.2014-cü il tarixli etibarnamənin məhz mübahisə predmeti olan evin təmiri üçün bankdan kredit götürülməsi məqsədi ilə verildiyini sübut edən hər hansı hala istinad etməmişlər.

46. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı hissədə qəbul etdiyi qətnaməni bağışlama müqaviləsinin iddiaçının mənafeyinə uyğun olmaması, bağlanan əqdin iddiaçının iradəsinə zidd olması ilə əsaslandırsa da, bununla bağlı hər hansı mötəbər sübuta istnad etməmişdir. Əksinə işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı bu müqaviləni bağlamaq üçün etibarnamə verməmişdən əvvəl, yəni konkret olaraq 20 avqust 1996-cı ildə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə mübahisə predmeti olan mənzili cavabdehə vəsiyyət etmişdir.

47. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1324.5, 354.2, 359.1, 359.3, 362.1, 362.2, 666.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

48. Apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

49. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1787 nömrəli 28 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış bağışlama müqaviləsin in etibarsız hesab edilməsinə dair iddia ərizəsinin 3-cü vərəqəsində “İddiaçı” yazılarının önündəki imzanın iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

50. X17 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş 15 fevral 2022-ci il tarixli ərizədə iddia ərizəsinin sonuncu vərəqində “imza” yazısının qarşısındakı imzanın ona məxsus olması, həmin vaxt iddiaçının 14 saylı Notariat Ofisində alınmış xx.xx.2019-cu il tarixli, 7E-6437 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi onun adından olan iddia ərizəsinin imzalanması, həmin etibarnamənin mülki iş materiallarına əlavə olunması bildirilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-340/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədr lik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməməsi qət edilmişdir.

52. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmadığı üçün, iddia ərizəsinin icraata qəbul edilməsinin düzgün olmaması barədə gətirdiyi dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Hazırkı iş üzrə obyektiv, tam və hərtərəfli araşdırılma aparılması baxımından iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin məhkəməyə sübut qismində təqdim edilən, X17 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən iddia ərizəsindəki imzanın ona məxsus olması göstərilmiş və iş materialları ilə X11 həmin vaxtda iddiaçının nümayəndəsi olması və beləliklə qanunvericiliyə uyğun olaraq, sözügedən iddia ərizəsini imzalama səlahiyyətinə malik olması sübuta yetirilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etmiş, izahatlar vermiş, şahid ifadələri ilə tanış olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətincə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması, iddia tələbinin iddiaçının iradə ifadəsinin olmaması, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə maraqlı olmaması kimi qiy mətləndirilə bilməz.

53. Apellyasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, İddiaçı R.Abdullayevə xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Etibarnamənin məzmunundan görünür ki, o, bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. Həmin etibarnamə ilə iddiaçı digər hüquqlarla yanaşı mübahisə predmeti olan evi 3-cü şəxslərə bağışlmamaq hüququnu da etibar etmişdir. Yəni iddiaçı etibarnamə verildiyi tarixdən sonra mübahisə predmeti olan mənzil barəsində sonuncunun istənilən sərəncam verəcəyini, o cümlədən mənzilin bağışlana biləcəyini istisna etməmişdir. Belə olan halda müddətin axımının 2018ci ilin payız aylarıd an başlanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, etibarnaməni mübahisə predmeti olan evin təmiri məqsədi ilə bankdan kredit götürülməsi üçün vermişdir. Bu faktların sübutu üçüns isə 3 nəfər şahidin ifadələrinə istinad edir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlarla razılaşmamışdır.

54. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. 337.2, 337.4, 337.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. İddiaçının hüquqi varisi X2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamədə etibar edilənə mənzilin bağışlanması səlahiyyətinin verilməsi, etibar edilənə həmin səlahiyyətdən etibar edənin bu barədə tapşırığı olmadan istifadə etmək hüququ verilməmişdir. İddiaçı da belə bir tapşırığı olmadığı halda, onun mənafeyinə və iradəsinə zidd olaraq əmlakının bağışlanılmasını aldadılması kimi qiymətləndirərək, bu bağışlamadan xəbərdar olduğu anda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə olan birinci apellyasiya icraatından fərqli olaraq, ikinci apellyasiya icraatı zamanı Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası həmçinin 324.5, 404.1, 404.2, 666.1-ci maddələrini tətbiq etməyərək, mübahisəli mənzilin heç vaxt cavabdehin ist ifadəsində və sahibliyində olmamasını, əksinə, müqavilədən sonra da mənzilin iddiaçının sahiblik və istifadəsində qalmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının aldadılmasını və bağışlama müqaviləsinin aldadılma, etibardan sui-istifadə etmə nəticəsində bağlanması hallarını düzgün qiymətləndirməmiş və tətbiq etməli olduğu Mülki Məcəllənin 337.1, 339.2-ci maddələrini tətbiq etməmişdir.

57. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337.1, 339.2, 354.2, 359.3, 404.1, 404.2, 666.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyas iya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

61. Maddə 339.2. Şəxs əqd ba ğlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

62. Maddə 354.2. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən so nra isə maraqlı şəxs bu hüququnu itirir.

63. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

64. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

65. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

66. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pro sessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

77. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola biləcək halların müəyyən edilmədiyini və müqavilənin etibarsızlığı ilə bağlı tələb etmə müdd ətinin xx.xx.2014-cü ildən başlandığını qeyd etmişdir.

78. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının prosessual hüquq varisi tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(105)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar