Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-295/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları: Göyçay rayonunun Cəyirli kəndində yerləşən 393,7 kv.metr ümumi, 310,2 kv.metr əsas, 83,5 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi 24 sentyabr 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 09 iyul 2019-cu il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları tərəfindən həmin əmlak kompleksində quraşdırılmış sayğaca baxış keçirilərkən xüsusi maqnit vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırılması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Həmin akta əsasən “Mərkəzi Aran” RETSİ tərəfindən İddiaçı 2.549,43 manat məbləğində cərimə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instan siya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən yeməkxananın sayğacına hər hansı müdaxilənin olmamasını, X1yə görə ödənişləri vaxtında həyata keçirməsini, sayğaca müdaxiləyə görə ona cərimə hesablanmasının qanunsuz olmasını əsas göstərməklə onun **********1 №-li abonent koduna hesablanmış cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-895/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.B.Fəttahov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək sayğaca baxış keçirilən zaman ona məxsus yeməkxananın X2 tərəfindən icarə hüququ əsasında idarə olunmasını, 09 iyul 2019-cu il tarixli sayğaca müdaxilə barəd ə tərtib olunmuş aktın da istehlakçının nümayəndəsi kimi onun tərəfindən imzalanmasını, həmin hüquq pozuntusuna görə məsuliyyətin də Nun üzərinə düşməsini, cərimənin ondan tutulmasının qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-295/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(046)-895/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində - 2332,15 manat pulun **********1 №-li abonent kodundan silinməsi hissəsində ləğv edilərək iddia tələb inin həmin hissədə təmin edilib 2549,43 manat məbləğində cərimə borcunun 2332,15 manatının iddiaçının abonent kodundan silinməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək iddiaçıya sayğaca müdaxiləyə görə cərimənin 1 ay müddət üçün hesablanmalı olması barədə məhkəmə kollegiyasının nəticəsinin düzgün olmamasını əsas göstərməklə qətnamənin qismən ləğv edilib iddianın tam həcmdə təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassa siya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “X1 Qaydaları”nın 833-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacının hesab mexanizminin xüsusi maqnit vasitəsi ilə dayandırılması barədə tərtib olunmuş akta əsasən iddiaçıya 2549,43 manat məbləğində cərimə hesablanmışdır. Həmin cərimə yeməkxananın gün ərzində 12 saat işləməsi nəzərə alınmaqla 352 gün üçün hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 №-li qərarla təsdiq edilmiş 2.4.2-ci əlavəyə və həmin qərarın 8.2-ci bəndinə əsaslanaraq hesab etmişdir ki, həmin pozuntuya görə iddiaçıya 352 gün üçün deyil 30 gün üçün cərimə hesablanmalı idi. Belə olduqda iddiaçının cavabdehə olan cərimə borcu 30 gün üçün 217,28 manat təşkil etmiş olur. Yuxarıda göstərilən Qaydalara edilmiş 2.4.2-ci əlavəyə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). Həmin qərarın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cih azlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bil məz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-295/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3715/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3715/2021
16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver