Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair» mülki iş üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(105)-918/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli “Vəsiyyətnamə”yə əsasən, XXX Firuzə Dadaş qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. 2. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı məktuba görə, bacısı Firuzə Dadaş qızı tərəfindən qoyulmuş və xx.xx.2022-ci il tarixdə 2V-51 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə olduğundan birinci dərəcəli ailə üzvləri qanun üzrə vərəsə ola bilər. Odur ki, onun bacısı Firuzə Dadaş qızından qalmı ş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüququ yoxdur.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı XXX Firuzə Dadaş qızının cavabdehlər X6, Sumqayıt “Asan Xidmət” Mərkəzi, X2 və üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı mülki iş üzrə iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX Firuzə Dadaş qızı ilə X6 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X3 adına olan Sumqayıt şəhəri, 2- ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018ci il tarixli çıxarış ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022- ci il tarixdə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiq edilmiş Firuzə Dadaş qızının Cavabdeh1 adına verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lal-kar olan xx.xx.1948-ci il təvəllüdlü bacısı Firuzə Dadaş qızı xx.xx.2023-cü ildə vəfat etmişdir. O, «Korona-19» virusuna yoluxmuş, ömrünün son aylarında xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Əvvəlcə, bacısı qızı X6 onun vəz iyyətindən istifadə edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n, ev 40/45-də yerləşən 14 saylı, bir otaqlı mənzilini ələ keçirmək məqsədi ilə onu aldadaraq, ona bağışlama müqaviləsinə imza etdirmiş və mənzilini ələ keçirmişdir. Bunu ona X4 xəbər vermişdir. Bundan xəbər tutduqdan sonra, o, bunu mərhuma anlatmış və o, onun və qardaşı Nümayəndə2 köməkliyi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt «Asan Xidmət» Mərkəzində bağlanmış 4Ə/1748 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, bu hadisə mərhumun əsəbdən xərçəng xəstəliyinə tutulmasına səbəb olmuşdur. Onlar məhkəmədə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənziln üzərindən həbsin götürülməsi ilə məşğul olarkən digər bacısı-Cavabdeh1 mərhum bacısının xəstəliyindən istifadə edərək adına vəsiyyətnamə imzalatmağa nail olmuşdur. Vəsiyyətnamə mərhum Firuzə Dadaş qızının iradəsini əks etdirməmişdir. Çünki bacısı Sumqayıt Onkoloji Xəstəxanada müalicə alarkən gecə qardaşı onun yanında qalmış, ertəsi gün isə bacısı onlardan gizlin xəstəxanadan çıxardılmış və hara aparılması onlardan gizlədilmişdir. Sağlığında qardaşı bacısından mənzilini kimə miras qoymaq istədiyini soruşmuş, o da mənzilini bacısı Bəstiyə miras qoymaq istədiyini bildirmişdir. Bacısını axtarmış, onu cavabdehin qızı Novxanı kəndində yaşayan İlhamənin evində aşkar etmişdir. Bacısı vəfat etdikdən sonra cavabdeh nəinki ona yas mərasimi vernəmiş, qəbrinin üstünü götürməmiş, hətta ona yas verilməsinə mane olmuşdur. Belə ki, nə mənzilində, nə də evinin həyətində olan mağarda yas keçirməyə imkan verməmiş və işdə marağı olan vəsiyyətnamənin tərtibində şahid qismində iştirak etmiş, qonşu X4 mağarın qapısını tutaraq onların mağara daxil olmaqlarına mane olmuşdur. Məcburiyyət qarşısında qalaraq əvvəl yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən mağarın 1 saat ərzində qapısını açdırmış və yasa gələn qonaqları həmin mağara apararaq mərhumun yasını təşkil etmiş və qəbrinin üstünü düzəltdirmişdir. xx.xx.2023-cü ildə notariat orqanına mirası qəbul etmək üçün müraciət edərkən mərhum bacısının Cavabdeh1 adına vəsiyyətnamə verdiyi haqda m əlumat almışlar. Cavabdeh mərhumun xəstəliyindən, lal-kar olmasından, latın qrafikasını bilməməsindən istifadə edərək, onu aldadaraq ona vəsiyyətnaməni imzalatdırmışlar. Vəsiyyətnamənin bütün əmlaka verilməsi, yəni həmin vaxt evin sənədinin tələb olunmaması, yalnız 2 şahidin iştirakı ilə verilməsi buna dəlalət etmişdir.
6. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, qadın tam anlaqlı vəziyyətdə olmuşdur. 2018-ci ildə bacısı qızı İradə onu aldadaraq qeydiyyata düşmək adı ilə bağışlama ərizəsinə imza etdirmişdir. Bundan xəbər tutan mərhum Firuzə Dadaş qızı həmin bağışlama müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış və bütün məhkəmələrdə iddia təmin olunmuş və qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvəsini almışdır. Firuzə öz ü şəxsən məhkəmələrdə iştirak etmişdir. Əgər Firuzəni cavabdeh aldatsa idi, o cavabehi bununla bağlı məhkəməyə verərdi. Lakin göründüyü kimi, vəsiyyətnamə verdikdən 5 aydan çox keçəndən sonra dünyasını dəyişmiş, cavabdehə verilən vəsiyyətnamə barədə heç bir narazılığı olmamışdır. Mərhum ölən günə qədər cavabdehlə yaşamışdır. Onun bütün maddi məsrəflərinin qarşılanmasını cavabdeh və oğlu Elşad, qızı İlhamə etmişdir. Ölən günə qədər ağlı başında olmuşdur. Heç vaxt bununla bağlı şikayəti olmamış və həkimə müraciət olunmamışdır. Onun xəstəliklə bağlı bütün xərclərini də cavabdeh tərəf etmişdir. İddiaçı mərhumun doğma bacısı olsa da, ondan xəbəri olmamışdır. Belə ki, iddiada mərhumun guya onkologiya xəstəxanasında yatıb müalicə olmasının qeyd olunması yalan olaraq həqiqəti əks etdirməmişdir. Çü nki mərhum Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 6 gün reanimasiyada yatmış və oradan da buraxılmışdır. Vəsiyyətnamə özü apellyasiyada bağışlama müqaviləsinin etibarsızlığına baxılarkən yazılmışdır. Bu halda aldatma ehtimalı sıfıra bərabər olmuşdur. Mərhumun onkoloji xəstəliyi bir neçə il əvvəl aşkarlanmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.
7. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, Sədəflə qonşu olmuşdur. Firuzə Dadaş qızını da tanımışdır. O, lal-kar olmuşdur. O, həmişə Firuzəni Sədəfin evində görmüşdür. Vəsiyyətnamə veriləndə notariusda o da həmin vəsiyyətnamənin verilməsində iştirak etmişdir. Həmin vaxt orada, Firuzə, Sədəf və tərcüməçi var idi. Notarius tərəfindən deyilənlər Firuzəyə tərcüməçi tərəfindən bildirilmişdir ki, o da başını hərəkət etdirərək raz ı və narazılığını o formada demişdir. Vəsiyyətnamənin verilməsində Firuzənin özünün könüllü razılığı əsasında yazılmış və o da şahid kimi həmin sənədə imza etmişdir.
8. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, Firuzə onun qonşusu olmuş və Firuzə yataq xəstəsi olana qədər tək yaşamışdır. Xəstələnəndən sonra ona bacısı Sədəf baxmağa gəlmişdir. Sədəf ölən günə qədər Firuzənin yanında yaşamışdır. Notariusda vəsiyyətnamə veriləndə o, da orada iştirak edərək vəsiyyətnaməyə şahid kimi imza etmişdir. Firuzə özü könüllü olaraq vəsiyyətini Sədəfə etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin sadalanan halları onu dem əyə əsas vermişdir ki, iddiaçı Firuzə Dadaş qızının xərçəng xəstəliyi, eyni zamanda lal-kar olması onun anlaqsız olmasına istinad etmişdir. Lakin, məhkəmə iclasında tərəflərin izahatından və şahid ifadələrindən aydın olmuşdur ki, vəsiyyətnamə qanunauyğun olaraq tərtib edilərək şahidlərin və tərcüməçinin iştirakı ilə imzalanmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 354.1, 354.2, 1133.1, 1133.2, 1145, 1166, 1167, 1179, 1220.0, 1120.0.1, 1220.0.2, 1220.0.3, 1223.2, 1225.1, 1225.2, 1225.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 124.2 və 217.4-cü maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını tam araşdırmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Faktiki olaraq mənzilə dair əlində sənəd olmayan mərhum Füruzə Dadaş qızının 2 şahidin iştirakı ilə daşınmaz əmlaka dair sənəd təqdim etmədən bütün əmlaka dair vəsiyyətnamə qoyması onun gerçək iradə ifadəsi ola bilməz. Bundan başqa bir neçə il əvvəl Cavabdeh1 mübahisəli mənzilin sənədini oğurladığından, o polisə müraciət etmiş, Sumqayıt Karlar Cəmiyyənin köməkliyi ilə sənədi geri almışdır. Həmçinin Sumqayıt Təcili Yardım Xəstəxanasında stasionar müalicə alan mərhum bacısının gecə yanında qardaşı Teymur qalmış, səhər işə getmiş, axşam işdən qayıtdıqda mərhum Füruzənin xəstəxanadan çıxarıldığını görmüşdür. Onun hara, kim tərəfindən aparıldığı gizlədilmişdir. Polisə məlumat veriləcəyi bildiriləndən sonra onun cavabdehin qızı İlhamənin bağında olduğunu bildirmişlər. İşə baxan məhkəmə cavabdeh tərəfin xeyrinə qərəzli verilən şahid ifadələrinə istinad etmiş, lakin iddiaçı tərəfin əvvəlcədən məhkəməyə siyahısını təqdim etdiyi şahidləri dinləməmişdir. Məhkəmə mərhumun cavabdehə vəsiyyətnamə verməzdən əvvəl 18 yaşlı qıza aldanılaraq bağışlanma müqaviləsinə imza etdiyinə daha sonra həmin müqavilənin məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməsinə əhəmiyyət verməmişdir. Göstərilən hallar apellyasiya instansi yası məhkəməsi tərəfindən yenidən araşdırılmalıdır.
14. Məhkəmə kollegiyasının iclasında şahid X1 ifadə verərək bildirmişdir ki, Azərbaycan Karlar Cəmiyyətində “Jest dili tərcüməçisi” vəzifəsində işləyir. Mübahisələndirilən vəsiyyətnamə tərtib olunarkən dəvət olunmuş, o da həmin vəsiyyətnamənin mahiyyətini vəsiyyət edənə başa salmışdır. Həmin vaxt vəsiyyət edən razılığı olduğunu və heç bir etirazının olmadığını bildirmişdir. Bundan əlavə vəsiyyət edən tam anlaqlı olmaqla, öz hərəkətlərinin mənasını tam başa düşmüşdür.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə) 3 iyun 2024cü il tarixli, 2(105)-918/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2 9 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, XXX Firuzə Dadaş qızı xx.xx.2022-ci il tarixli, 2V-51 reyestr nömrəli vəsiyyətnamə ilə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.
17. Vəsiyyətnamənin tərtibatından görünür ki, vəsiyyətnamə texniki vas itələrin köməyi ilə tərtib olunmuş, sonra həmin vəsiyyətnamə vəsiyyət edən, iki şahid və vəsiyyətnamənin məğzini izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin (surdo tərcüməçinin) imzaları ilə təsdiq edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, habelə hazırki apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, şikayətin dəlilləri ilə razılaşmamışdır.
19. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın əsasını miras qoyanın vəsiyyətnamə tərtib edilərkən xərçəng xəstəsi, eyni zamanda lal-kar olması ilə bağlı anlaqsız olması, sonuncunun vəsiyyət olunanın təsiri altında olması təşkil etsə də, bu hallarla bağlı məhkəmələrə hər h ansı sübut təqdim olunmamışdır.
20. Əksinə, məhkəmə kollegiyası araşdırmaları zamanı (birinci instansiya məhkəməsinin icraatında şahidlər, apellyasiya icraatı zamanı isə tərcüməçi qismində iştirak etmiş şəxslər) vəsiyyətnamə tərtib edilmiş şəxslər dindirilmiş və həmin şəxslər vəsiyyət edənin anlaqlı vəziyyətdə olmaqla onların yanında imza etdiyini, vəsiyyətnamənin məğzinin və məzmununun vəsiyyət edənə aydın olduğunu, sonuncunun heç bir etirazının olmadığını bildirmişlər.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə həmçinin qeyd etmişdir ki, vəsiyyətnamə Mülki Məcəllənin 1179.2, 1180.1, 1183.1 və 1188ci maddələrinin tələblərinə uyğun tərtib olunmuş, iddiaçının şikayətində istinad etdiyi hallar vəsiyyətnamənin miras qoyanın iradə ifadəsinə uyğun olmamasını t əsdiq etmir və həmin vəsiyyətnamənin etibarsızlığı üçün səbəb ola bilməz.Həmin vəsiyyətnamə tərtib və təsdiq edilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edilmiş, həmin zaman vəsiyyətnamənin, habelə əqdlərin etibarsızlığına səbəb olacaq hala yol verilməmişdir.
22. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
23. Apellyasiya instansiy ası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 346.1, 1133.1, 1166, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1183, 1188, 1225.1, 1225.2, 1225.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 60, 61, 62, 63, 64-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 124.2 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-918/2024 saylı qətnaməsini ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, lal-kar olan mərhumun öz hərəkətlərinin nəticəsini anlamaq və dərk etmək qabiliyyəti olmamışdır,məhz buna görə də o birinci dəfə bağışlama müqaviləsi bağlanarkən aldadılmış və tiəkrarən onun bu durumundan istifadə edən cavabdeh mərhumun bir otaqlımənzili üzərində gələcəkdə tam səlahiyyət əldə etmək üçün vəsiyyətnaməni əldə etmişdir. Təsadüfi deyildir ki,məhz əvvəlki bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən xəbəri olan və mərhum Firuzə Dadaş qızının kənar şəxslərin təsiri altına düşməsini və qorxu keçirməsini, düçar olduğu onkoloji xəstəliyə görə psixoloji problemlər yaşadığını bilən Q.Xəlilova vəsiyyətnamənin tərtibində şahid kimi iştirak etmişd ir,məhz bu şəxsin şahid kimi imza atması da bu halı təsdiq edir. Bundan başqa vəsiyyətnaməni imzalayan şəxs 74 yaşındadır, lal-kardır, savadsızdır, onkoloji xəstədir, bu halda notariusun yalnız 2 şahidin iştirakı ilə vəsiyyətnaməni təsdiqləməsi düzgün olmamış, bu halda notarius 4 nəfər şahidin iştirakını təmin etməli və onunla vəsiyyətnamənin izahı, yaradacağı hüquqi nəticələri barədə izahetmə prosesi də video çəkilişə yazılmalı idi, belə ki, burada söhbət yalnız fiziki qüsurlu şəxsdən deyil, eyni zamanda bu əqdə qədər başqa bir əqdi aldadılmaqla imzalamış şəxsdən gedir. Vəsiyyətnamə tərtib olunduğu ərəfədə və ondan sonra da Firuzə Dadaş qızı stasionar və ambulator müalicələr alır və ona qida borusunun xərçəngi, ağciyərə metostaz verməsi diaqnozu qoyulur vuə daimi olaraq dava dərman vasi tələri, ağrıkəsicilər qəbul edir və məhz bu dərmanların təsiri altında olan şəxsdən vəsiyyətnamə alınır, halbuki vəsiyyətnamə verildikdən 5 ay sonra o dünyasını dəyişmişdir. Vəsiyyətnamə verilən zaman Firuzə Dadaş qızının mülkiyyətində hər hansı bir əmlak olmamışdır,belə ki,onun mülkiyyətində olmuş 1 otaqlı mənzil həmin ərəfədə digər bacısı qızının mülkiyyətində idi,lakin adına hər hansı bir daşınmaz və daşınar əmlakın olmamasına baxmayaraq notariat ofisi həmin vəsiyyətnaməni rəsmiləşdirmişdir. Mərhumun vəsiyyətnamə tərtib olunarkən səhhətində olan problemlər, ağır diaqnozdan əziyyət çəkən insanın vəsiyyətnamə rəsmiləşdirilən zaman anlaqlı ola bilməsi məsələsinin aydınlaşdırılması və xəstəliyin insan psixolojiyasına təsiri, sərbəst iradə ifadəsini bildirə bilməsi məsələsinə aydınlıq gətiri lməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və bu prosesdə yalnız tərcüməçinin iştirak etməsi ilə kifayətlənməklə vəsiyyətnamənin qanuni tərtib olunması qənaətinə gəlmişdir. Mənzili ələ keçirmək niyyətində olan cavabdeh qohumları ilə birlikdə əvvəlcə mərhumu xəstəxanadan çıxararaq Novxanı kəndində yerləşən evlərinə aparır və oradan da notariusa aparmaqla ondan vəsiyyətnamə alırlar. Həmin vəsiyyətnaməyə imza atam Mehman Əzizovun şəxsiyyət vəsiqəsində ünvanı ünvan 2 inzibati binasının ünvanı olduğu üçün həmin vəsiqə etibarsız sayılmış,lakin notarius onun imzasını təsdiq etmişdir. Digər bir məsələ vəsiyyətnamədə olan imzanın mərhum Firuzə Dadaş qızına məxsusluğunun şübhə doğurması olmuş və iddiaçının nümayəndəsi imzanın digər sənədlərdə olan imzadan fərq ləndiyini bildirməklə məhkəmə-xətt ekspertizasının keçirilməsini məhkəmədən xahiş etsə də məhkəmə bu vəsatəti təmin etməmişdir. Mərhum sağlığında bütün bacı-qardaşlarının yanında deyirdi ki,bu mənzil bacım Bəstinindir və bu fikirdə olan mərhumun vəziyyətindən istifadə edən cavabdeh öz adına vəsiyyətnamə almış və bacısı vəfat etdikdən sonra cavabdeh nəinki ona yas mərasimi verməmiş, qəbrinin üstünü götürməmiş, hətta ona yas verilməsinə mane olmuşdur. Belə ki, nə mənzilində, nə də evinin həyətində olan mağarda yas keçirməyə imkan verməmiş və işdə marağı olan, vəsiyyətnamənin tərtibində şahid qismində iştirak etmiş, qonşu X4 (cavabdehin rəfiqəsi) mağarın qapısını tutaraq onların mağara daxil olmaqlarına mane olmuşdur. Məcburiyyət qarşısında qalaraq iddiaçı əvvəl yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən mağarın 1 saat ərzində qapısını açdırmış və yasa gələn qonaqları həmin mağara apararaq mərhumun yasını təşkil etmiş və qəbrinin üstünü düzəltdirmişdir. xx.xx.2023-cü ildə notariat orqanına mirası qəbul etmək üçün müraciət edərkən mərhum bacısının Cavabdeh1 adına vəsiyyətnamənin verildiyini bilmişdir. Cavabdeh mərhumun bu sənədi evlə bağlı verildiyini bilməməsi üçün həmin vəsiyyətnaməni bütün əmlaka tərtib etdirmiş və nəticədə miras qoyanın düşdüyü ağır vəziyyətdən, savadsızlığından, xəstəliyindən, fiziki qüsurlu olmasından, latın qrafikasını bilməməsindən istifadə etməklə əmlaka yiyələnmişdir. İşdə olan sənədlərdə vəsiyyətnamənin həmin vaxt stasionar müalicələrdə olan və ağır onkoloji xəstəliyin metostaz verdiyi bir mərhələsində olan xəstə adından tərtib olunduğu tərəfi ndən imzalandığı təsdiq olunsa da məhkəmə bu hala əhəmiyyət verməmiş və vəsiyyətnaməni qanuni saymışdır.Digər tərəfdən vəsiyyətnamə tərtib olunan zaman mərhumun adında hər hansı bir əmlak olmamışdır.
26. Məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə yalnız qarşı tərəfin təqdim etdiyi sübutları daha mötəbər və inandırıcı hesab etmişdir. Halbuki işdə olan sənədlər-mərhum Firuzə Dadaş qızının bir dəfə də aldadılmaqla mülkiyyətində olan mənzili bağışlaması və həmin əqdin məhkəmə qaydasında etibarsız sayılması,onun vəsiyyətnamə imzalanan zaman xəstəxanada yatması, ağır onkoloji xəstəldikdən əziyyət çəkməsi, lal-kar olması və savadsızlığı, latın qrafikasını bilməməsi kimi halları təsdiqləyən sübutları məhkəmə nəzərə almamışdır. Bundan başqa həmin vəsiyyətnamə imzalanarkən düçar olduğu xəstəliklə bağlı onun həmin vaxt iradəsini ifadə edib-etməməsinə aydınlıq gətirilməsi ilə bağlı məhkəmə məhkəmə tibb ekspertizası təyin etməmiş və bu da qanunsuz bir qətnamənin çıxarılması ilə nəticələnmişdir. İddiaçı vəsiyyətnamədə olan imzanı mübahisələndirsə də məhkəmə bununla bağlı məhkəmə xətt ekspertizası təyin etməmişdir.
27. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1179, 1180,1183 və 1225-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli, 2(105)-918/20 24 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Etirazın dəlili kimi qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, əksinə həmin normalar düzgün tətbiq edilmiş, məhkəmələrin gəldiyi nəticə işin hallarına və iş materiallarında olan sübutlara tam uyğundur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması n əticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
32. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
34. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
35. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
36. Maddə 1 180.1 Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
37. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
38. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
39. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
40. Maddə 1183.3. Əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
41. Maddə 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.
42. Maddə 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.
43. Maddə 1188.Vəsiyyətnam ənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
44. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
45. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır.
46. Maddə 1225.3. Əgər vəs iyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
47. Maddə
47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında bir gə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
48. Bənd
60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır.
49. Bənd
61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
50. Bənd
62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.
51. Bənd 63 Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
52. Bənd 64 Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətl əndirilməlidir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxı mdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəsiyyətnaməni imzalayan şəxs 74 yaşında, lal-kar, savadsız, onkoloji xəstə olduğu, bu halda notariusun yalnız 2 şahidin iştirakı ilə vəsiyyətnaməni təsdiqləməsinin düzgün olmadığı, bu halda notariusun 4 nəfər şahidin iştirakını təmin etməli və onunla vəsiyyətnamənin izahı, yaradacağı hüquqi nəticələri barədə izahetmə prosesi də video çəkilişə yazılmalı olduğu barədə dəlilləri ilə əlaqədar bildirir ki, həmin dəlillər əsassızdır. Belə ki, əvvəla həmin dəlillər apellyasiya şikayətində irəli sürülməyib.Digər tərəfdən mülki qaqnunvericiliyin tələblərinə əsasən əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitməgörmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməli olduğu müəyyənləşdirilmişdir.Lakin iş materialları ilə iddiaçının vəsiyyət edənin görmə qabiliyyətinin tam məhdud olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təsdiqlənmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, vəsiyyət edən şəxsin notariusun yanında olduğu halda vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnamənin izahı, yaradacağı hüquqi nəticələri barədə izahetmə prosesinin video çəkilişə yazılmalı olması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəsiyyətna mədə olan imzanın mərhum Firuzə Dadaş qızına məxsusluğunun şübhə doğurması və iddiaçının nümayəndəsinin imzanın digər sənədlərdə olan imzadan fərqləndiyini bildirməklə məhkəmə-xətt ekspertizasının keçirilməsini məhkəmədən xahiş etsə də məhkəmənin bu vəsatəti təmin etmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, bu dəlil də apellyasiya şikayətində irəli sürülməmiş, apellyasiya instansiyası məhkəməsində belə vəsatət verilməsi isə iş materialları ilə təsdiqlənmir.
68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin digər dəlilləri formal mülahizələrdir, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əs asən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)918/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.