Məhkəmə qərarları › İş №2(102)-3718/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3718/2019

03.06.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3718/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, tərcüməçi Cumazadə Ceyhun Rizvan oğlunun, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh ASC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12903/2018 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim F.Məmmədov) 15.08.2018-ci il tarixli, 2(011)6264/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh ARDNŞ Cavabdeh qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X4 **********00020 saylı abonent hesabına itirilmiş qazın bərpası üzrə hesablanmış 1857.60 manat və sayğacın dəyərinə görə tələb olunan 212.28 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 18.12.2018-ci il tarixli, 2(103)-12903/2018 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xəta i rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli, 2(011)-6264/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 02.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evdə yaşayan X1 əsassız olaraq qaz sərfinə görə borc kimi yazılmış olan 1857.60 manatın və həmçinin sayğac borcuna görə hesablanmış 213 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikay ətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən mənzilin təbii qazla təmin edilməsi ilə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən onun evinə qaz sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən 07.04.2018-ci il tarixdə iddiaçının evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirilmiş, ********** saylı akta əsasən iddiaçıya məxsus qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, baxış keçirilən zaman iddiaçı akta imza etməkdən imtina etmişdir. Köhnə sayğac yenisi ilə əvəz edilmiş və qazın verilməsi dayandırılmamışdır. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən tərtib edilmiş 30.03.2018-ci il tarixli rəyə əs asən sayğacın hesablanma mexanizmin qoruyucu qapağın üzərində olan blompun əzildiyi müəyyən edilmişdir. Rəyə əsasən mənzildə qeyri-qanuni istifadə edilmiş təbii qazın dəyərinin hesabatı ilə bağlı 30.03.2018-ci il tarixli akt tərtib edilmiş və abonentin koduna 2376 manat borc yüklənmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci, MPM-nin 77.1, 76.1, 76.2, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12903/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxs lər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəki kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 07.02.2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının evində quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş, əvəzetmənin səbəbi kimi sayğacın zavod plombunun alt hissəsinin zədəli olduğu qeyd edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 30.03.2018-ci il tarixli, MSK*************-1 saylı aktında qaz sayğacının yoxlanılması nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində olan plombun əzildiyi qeyd edilmiş, 30.03.2018-ci il tarixli, *********** saylı “Təbi i qazdan istifadə qaydalarının pozulması haqqında” aktla iddiaçının mənzilində quraşdırılmış sayğac üzrə itirilmiş qazın dəyəri olaraq 1857,6 manat borc hesablanmışdır. Aktda iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Baxılan iş üzrə iddiaçının yaşadığı ünvanda mexaniki sayğac 07.02.2018-ci il tarixində “İtron” markalı G4 tipli sayğacla əvəz edilmişdir. Sayğacda qüsurun olması barədə cavabdehin əməkdaşları tərəfindən sonradan - 30.03.2018-ci il tarixində birtərəfli qaydada tərtib edilmiş rəy və akt sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi barədə birmənalı qənaətə gəlmək üçün əsas vermir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd e tmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borc, habelə yeni sayğacın dəyərinin iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydala rına müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci, MPM-nin 77.1, 76.1, 76.2, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinin pozulması faktı müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)12903/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar