Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3718/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın faktiki qəbulu 26.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, müstəqil tələb irəli sürən üçüncü şəxs X iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-152/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayəti nə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən olunur ki, 04 dekabr 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla AZ5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə aiddir.
2. Həmçinin iş materiallarından görünür ki, X12 01 may 1968-ci il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra onun vərəsələri kimi X8 (vəfat etmişdir), X10 (vəfat etmişdir), X (21 noyabr 1986-cı il tarixdə vəfat etmişdir) və X13 (vəfat etmişdir) qalmışlar.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, X 1968-ci ildə vəfatından sonra ondan miras qalmış evdə oğlu X və ailə üzvl əri yaşamağı davam etdirmişlər.
4. Bundan başqa iş materiallarından görünür k, X 21 noyabr 1986-cı il tarixdə vəfat etmişdir. X vəfatından sonra onun vərəsələri kimi uşaqları - İddiaçı, X14, X11, X, X16 (03 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir) və arvadı X9 (11 iyun 2012-ci il tarixdə vəfat etmişdir) qalmışlar.
5. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ayrı-ayrı vaxtlarda notariat orqanına müraciət edərək, 01 may 1968-ci il tarixdə vəfat etmiş X5 qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın tərəflərindən qəbul edilməsi ilə bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin, Cavabdeh xüsusi notariusu tərəfindən İddiaçı və mübahisə predme ti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ayrı-ayrı vaxtlarda göndərilmiş məktublarda onlara babaları X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti buraxdıqları bildirilmiş, buraxılmış müddətin bərpası və mirasın faktiki qəbulunun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mərhum X2 miras qalmış miras evdən mirasın qəbulu faktının müəyyən edilməsi, miras payların onun miras payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması v ə dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 21 noyabr 1986-cı il tarixdə vəfat etmiş mərhum atası X, mərhum atası X isə 01 may 1968-ci il tarixdə vəfat etmiş öz atası X5 qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 04 dekabr 2019-cu il tarixli çıxarışına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum X4nun adınadır. X4 01 may 1968-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. O, babasının vəfat etdiyi dövrü xatırlamır. X2 qalmış mirasa atası X sahiblənmişdir. Onun babası X1 orada nənəsi X yaşamışdır. Babası ilə nənəsinin vəfatından sonra onun vərəsələri kimi atası X, əmiləri X,X və bibisi X qalmışlar. Atası X 21 noyabr 1986-cı il tarixdə vəfat etmişdir. Onun əmisi X3 Federasiyasında yaşamış və orada da vəfat etmişdir. Digər əmisi X10 gənc vaxtlarından Bakı şəhərində yaşamışdır. Bibisi X isə Şəki şəhərində başqa bir ünvanda yaşamışdır. Onun atası X isə vəfat etdiyi günədək öz ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamışdır. O, özü də həmin evdə yaşamışdır. Onun əmiləri və bibisi gənc yaşlarından həmin evdən çıxıb getmişlər. Bibisi babasının sağlığında hərdən həmin evə gəlib-getsə də, babası vəfat etdikdən sonra bibisi həmin evə gəlməmişdir. Bibisinin uşaqlarından hazırda 2-3-ü sağ qalmışdır. Miras qoyanlardan qalmış evlə bağlı vərəsəliyə dair arayış alarkən arayışda göstərilən məlumatları o özü bildirmişdir. Onun Rusiyada y aşayan əmisi ilə əlaqəsi olmamışdır. Əmisinin vəfatını sonradan eşitmişdir. ünvan 6 ünvanında yerləşən ev qardaşı X adına olmuş və özəlləşmədə onun adına sənədləşdirilmişdir. Onun ailə üzvlərindən bacıları X və X ünvan 3 ünvanında yerləşən evdə onunla birlikdə yaşamışlar. X26 1978-ci ildən də əvvəl həmin evdə yaşamamışdır. Çünki, X Rusiya Federasiyasına getmişdir. Anasının sağlığında anası çağırdıqda X elə-belə gəlib anasını görüb getsə də, anasının qayğısına qalmamışdır. X onun atasının yasında iştirak etməmişdir. Çünki, atası 1986-cı ildə vəfat etmiş və həmin vaxt X Rusiyada olmuşdur. Hətta, anası da vəfat etməmişdən əvvəl xəbər göndərsə də, X anasını görməyə gəlməmişdir. X həyatını Rusiyada keçirmişdir. X anası evləndirmişdir. Onun atası sağlığında öz atasının qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, bundan sonra atasından qalmış mirasa əmlakda yaşamaqla faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. O, özü də atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin, atasının digər vərəsəsi olan və hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X atasının dəfn və yas mərasimlərində iştirak etməmiş, ümumiyyətlə atasının vəfatından sonra atasından qalmış mirası faktiki olaraq qəbul etməmişdir. Lakin, o atasından, atası isə öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişlər. Lakin, onlar mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notarial əməliyyatları həyata keçirə bilmirlər. Onlar həmin mirasın adlarına rəsmil əşdirilməsi ilə bağlı Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişlər, lakin notariat kontoru tərəfindən mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə onların tələblərindən imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
9. X da müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ərizə ilə məhkəməyə müraciət edərək, onu, yəni X İddiaçı Cavabdehnə qarşı onun 21 noyabr 1986-cı il tarixdə vəfat etmiş mərhum atası X, mərhum atası X isə 01 may 1968-ci il tarixdə vəfat etmiş öz atası X5 qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini v ə atası X ünvan 4 ünvanında yerləşən və mərhum atası X5 qalmış miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, onun da atası X qalmış ünvan 4 ünvanında yerləşən atasından qalmış mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/4 hissəsinə payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Müstəqil tələb irəli sürən üçüncü şəxs X ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci ilə kimi həmin evdə yaşamış və 2000-ci ildə ailə qurduqdan sonra hazırda yaşadığı evə köçmüşdür. Onun anası 2012-ci ilə kimi XXx küçəsində yerləşən 15 nömrəli evdə yaşamışdır. Anasının sağlığında həmin evə gəlib-getmişdir. Lakin, İddiaçı 2014-cü ildə xxx küçəsi 73/32 ünvanında yerləşən evi bütünlüklə öz adına rəsmiləşdirmişdir. Həmin ev anasıın, X, X və qardaşı xX adına olmuşdur. Onlar 1991-ci ildən həmin evdə qeydiyyatda olmuşlar. 2013-cü ildə X adına özəlləşdirildikdən sonra onunla bağlı məhkəmə mübahisəsi olmuşdur. O, doğulan gündən xxx küçəsində yerləşən 15 nömrəli evdə yaşamışdır. Doğulan gündən həmin evdə o, qardaşı X, bacıları X, X və X yaşamışlar. Babası həmin evdə vəfat etmişdir. Həmin evdə əmisi, bibisi yaşamamışdır. Onun atası ölən gününə həmin evdə o, qardaşı, bacıları və anası yaşamışlar. Bacısı X 1989-cu ildə ərə getmiş, lakin 1989-cu ilə qədər həmin evdə yaşamış, qardaşı X 1993-1994-cü illərdə Rusiyaya getmiş və 2010-cu ildə vəfat etmişdir. Lakin, X və X həmin evdə yaşamaqda davam edirlər. O, özü atasından qalmış, atası da öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Buna görə də hazırki iddia ərizəli ilə məhkəməyə müraci ət etmişdir. O, X iddiasının onun özünün atasından qalmış mirası qəbul etməsi ilə bağlı hissəsi ilə razı deyildir. Çünki, o, atası vəfat etdikdən sonra atasından qalmış mirasa yiyələnmişdir. O, həmin həyətdə qaraj, tualet inşa etdirmişdir. Onun atasından qalmış mirasdan pay almaq fikri olmuş, lakin, digər bacı-qardaşlarının ondan əvvəl müraciət etmələrini gözləmişdir. Lakin, qanunları yaxşı bilmədiyindən mirası qəbul etməsi ilə bağlı notariusa müraciət etməmişdir. Həmin evdə bağlı kommunal xərcləri 2000- ci ildə yaşayana qədər özü ödəmiş, 2013-cü ilədək isə anası ödəmişdir. Lakin, kommunal ödənişlərlə bağlı sənədləri saxlamamışdır. O, özü 1981-ci ildən 1984-cü ilədək Şəki ticarətində fəhlə, 1984-cü ildən 1986-cı ilə kimi TER-də sürücü işləmişdir. Sonra Rusiyaya gedib gəlirdi. Atası vəfat e dəndə Rusiyada olmuş və atasının vəfatından 4 ay sonra, yəni 1987-ci ilin aprelində Rusiyadan gəlmişdir. Atası 1986-ci ilin noyabrında vəfat etmişdir. 1988-ci ilin may ayında onu axtarışla həmin evdə tutaraq Rusiyaya aparmışlar. Rusiyaya 2 il həbs edilmşdir. 1990cı ildə azadlığa çıxdıqdan sonra Azərbaycana gəlmişdir. Onun atası sağlığında öz atasının qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, bundan sonra atasından qalmış mirasa əmlakda yaşamaqla faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. O, özü də atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin, o, mirasın adına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notarial əməliyyatları həyata keçirə bilmi r. Onlar həmin mirasın adlarına rəsmiləşdirilməsi ilə bağlı Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, lakin notariat kontoru tərəfindən mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə onların tələblərindən imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
11. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Xn iddiası isə qismən təmin edilmiş, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Xn mərhum ataları X 01 may 1968-ci il tarixdə vəfat etmiş öz atası X5 qalmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən i barət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı 21 noyabr 1986-cı il tarixdə vəfat etmiş mərhum atası Xqalmış həmin (ünvan 7 ünvanında yerləşən) fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X iddiasının atasıX qalmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın ¼ hissəsinə payının tanınması tələbinə dair hissəsinin təmin edilməməsi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X dövlət büdcəsinə hər birinin ayrı-ayrılıqda ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbu l etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları öz atası X5 qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq vəfat edənədək atası ilə birlikdə miras evdən istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, notariat kontoruna müraciət etməyi zərurət hesab etməmişdir. Bununla da İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları öz atasından qalmış həmin mirası qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X izahatları, həmçini n şahid ifadələri ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları X öz atası X5 qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul etmişdir.
13. Bundan başqa məhkəməyə təqdim edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X izahatlarından, həmçinin şahid ifadələrindən göründüyü kimi İddiaçı atası Xn qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq atası vəfat edənədək onunla birlikdə yaşamış, atasının dəfn və yas mərasimlərində yxından iştirak etmiş, atasının vəfatından sonra da həmin evdə yaşamağa davam etməklə miras evdən istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, bu gündə həmin evdə yaşayır, notariat kontoruna müraciət etməyə zərurət hesab etməmişdir. Bununla da İddiaçı öz atasından qalmış həmin mirası qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Buna görə də məhkəmə İddiaçı mərhum atası X qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul etmişdir.
14. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X izahatlarından, həmçinin şahid ifadələrindən göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxs X atası X qalmış mirasa faktiki olaraq sahiblik etməmiş, mirasa yiy ələnməmiş, ümumiyyətlə atasının dəfn və yas mərasimlərində iştirak etməmiş, dəvət etdiyi şahidin ifadəsindən onun atasının vəfatından bir neçə il keçdikdən sonra həmin evə gəlməsi müəyyən edilmiş, miras əmlakı faktiki surətdə idarə etməmiş, mirasa yiyələnməmiş, ümumiyyətlə mirası qəbul etməsini hər hansı bir şəkildə nümayiş etdirməmiş, həmçinin, mirası qəbul etməsi üçün notariat kontoruna da qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Bununla da müstəqil tələb irəli sürən üçüncü şəxs X öz atasından qalmış həmin mirası qəbul etməsi ilə bağlı miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür.
15. Məhkəmə araşdırması zamanı da müstəqil tələb irəli sürən üçüncü şəxs X atasından qalmış miras qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti bərpa edilməsi üçün üzürlü hal müəyyən edilməmişdir.
16. Məhkəmə öz mövqeyini 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 532, 552-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs X apellyasiya şikayəti vermişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-152/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(075)-499/2020 nömrəli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X mərhum ataları X 21 noyabr 1986-cı il tarixdə və babaları X12 01 may 1968-ci il tarixdə vəfat etdiklərindən, onların babalarından atalarına və atalarından özlərinə qalmış mirasın qəbul edilməsi ilə bağlı iddialarına 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) müvafiq müddəaları tətbiq edilməlidir.
20. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
21. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənə r), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
22. Həmin Məcəllənin 552-ci maddəsinə görə, miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur.
23. Göründüyü kimi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları X öz atası X5 qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq vəfat edənədək atası ilə birlikdə miras evdən istifadə etmiş, atasının vəfatından sonra da miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsi almasa da, mirası faktiki qəbul etdiyini həmin mirasa münasibətdə davranışı ilə nümayiş etdirmişdir. Bununla da İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları öz atasından qalmış həmin mirası qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınmasına təşəbbüs göstərməmişdir. ilə bağlı müddəti ötürmüşdür. X mərhum atası X5 qalmış fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı məhkəməyə təqdim edilmiş sənədlərlə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X izahatları, həmçinin şahid ifadələri ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X ataları X öz atası X5 qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, qəbul etdiyi mirasa dair vaxtında notariat orqanından vərəsəlik şəhadətnaməsi almamasını üzrlü hal kimi qəbul etmişdir.
24. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X izahatlarından, həmçinin şahid ifadələrindən müəyyən olunduğu kimi, İddiaçı da atası X qalmış mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, atasının sağlığından başlayaraq atası vəfat edənədək onunla birlikdə yaşamış, atasının dəfn və yas mərasimlərində yaxından iştirak etmiş, atasının vəfatından sonra da həmin evdə yaşamağa davam etməklə miras evdən istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hal-hazırda da həmin evdə yaşayır, lakin qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişdir. Bununla da İddiaçı öz atasından qalmış mirası faktiki qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Məhkəmə İddiaçı mərhum atası X qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzrlü hal kimi qəbul etmişdir.
25. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı məhkəmə qaydasında X6 onun atası olması, özünün isə X6 nəvəsi olması hüquqi faktlarını müəyyən etdirməsi, mübahisəli miras əmlakın (fərdi yaşayış evinin) mərhum atası X6 mülkiyyəti olması barədə DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən 04 dekabr 2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alması kimi gördüyü işlər iddiaçının faktiki qəbul etdiyi miras daşınmaz əmlakı öz adına rəsmiləşdirmək üçün də səylər göstərməsinə dəlalət ed ir.
26. Həmçinin məhkəmə araşdırılmasında təqdim edilmiş sənədlərdən, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XX izahatlarından, həmçinin şahid ifadələrindən göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs X atası PXn qalmış mirasa faktiki olaraq sahiblik etməmiş, mirasa yiyələnməmiş, ümumiyyətlə atasının dəfn və yas mərasimlərində iştirak etməmiş, təqdim etdiyi şahidin ifadəsindən onun atasının vəfatından bir neçə il keçdikdən sonra həmin evə qayıdıb gəlməsi müəyyən edilmiş, miras əmlakı faktiki surətdə idarə etməmiş, mərhum atasından qalmış mirasla son illərədək maraqlanmamış və orada yaşamamış (valideynlərinin sağlığı dövründən ailəsi ilə birlikdə ünvan 8 ünvana qeydiyyatda olmuş), ümumiyyətlə mirası qəbul etməsini hər hansı bir şəkildə nüm ayiş etdirməmiş, nə də mirası qəbul etməsi üçün notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Bununla da müstəqil tələb irəli sürən üçüncü şəxs X öz atasından qalmış mübahisəli mirası faktiki qəbul etməmiş, digər tərəfdən də, miras şəriki olmaq üçün vərəsəlik şəhadətnaməsi almaqla bağlı qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.
27. Məhkəmə araşdırmasında müstəqil tələb irəli sürən üçüncü şəxs X atasından qalmış mirası qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi üçün üzrlü hal müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Müstəqil tələb irəli sürən üçüncü şəxs X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
32. Müstəqil tələb irəli sürən üçüncü şəxs X məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə m üstəqil tələb irəli sürən üçüncü şəxs X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. (maddə 527)
38. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. (maddə 532)
39. Miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur. (maddə 552) Mülki Prossesual Məcəllə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
44. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
45. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-152/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.