Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3724/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili X5nun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətna məsindən İddiaçıvə vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X5 Notariat ofisində qeydə alınmış 16 aprel 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə ilə Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 22.07.1988-ci il tarixində rəs mi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 01.02.1992-ci il tarixdə X2 və 15.04.2004-cü il tarixində X4 adlı uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı Cavabdeh1 ilə birgə nikah dövründə Qəbələ rayonu Yemişanlı kəndində 0.72 ha torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişlər. Bu barədə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 7 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində 02.09.2011-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda, nikah müddətində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov m/s ərazisində inşa edilmiş çoxmərtəbəli binadan m üqavilə ilə təmirsiz mənzil almışlar. 2019-cu ilin əvvəllərində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması və geniş mənzil alaraq həmin mənzilə köçmələri barədə razılaşmışlar. Bu məqsədlə, yəni Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması üçün Cavabdeh1 05.02.2019-cu il tarixdə etibarnamə vermişdir. O, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi üçün etibarnamənin məzmunu ilə tanış ola bilməmişdir. 28.04.2019-cu il tarixdə Cavabdeh1 nəinki Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzili satdığını, hətta Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərin də tikilmiş fərdi yaşayış evini də öz doğma bacısı oğlu olan Cavabdeh2 bağışladığını öyrənmişdir. O, bu xəbəri eşidən kimi dərhal notariat kontoruna gedib məlumatı dəqiqləşdirməyə çalışmışdır. Notariat kontorundan bildirilmişdir ki, Cavabdeh1 16.04.2019-cu il tarixdə ünvan 1ində 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini bacısı oğlu olan Cavabdeh2 bağışlamışdır. Cavabdeh1la bu barədə nə qədər danışmağa cəhd etsə də, heç bir nəticəsi olmamışdır. Evi onun razılığı olmadan cavabdehin bacısı oğluna bağışladığı üçün aralarında dava-dalaş olmuş və cavabdeh, özünə məxsus əşyaları toplayıb evdən getmişdir. O, hal-hazırda qızı ilə tək kirayədə yaşayır və uşağın bütün maddi xərcləri qardaşı tərəfindən qarşılanır. Onların oğlu atasının bu hərəkətinə görə evdə n çıxıb getmişdir. Cavabdeh1 evi tərk edəndən bir neçə gün sonra, ona məhkəmədən nikahın pozulması barədə elektron bildiriş gəlmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh1 Nizami Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması” tələbi ilə iddia qaldırmışdır. Göründüyü kimi, Cavabdeh1 ona başqa məqsədlə vermiş olduğu etibarnamədən sui-istifadə edərək Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 97 saylı, 11.04.2019-cu il tarixli arayışla da qeydiyyatda olduğu təsdiq olunan ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini heç bir əsas olmadan və ən əsası onun razılığı olmadan öz doğma bacısı oğluna bağışlamışdır. Halbuki o, həmin evdə qeydiyyatdadır və fərdi yaşayış evi nin bağışlanması zamanı heç bir razılıq ərizəsi verməmişdir. Həm torpaq sahəsi, həm də fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 mənzili doğma bacısı oğlu olan Cavabdeh2 bağışlamaqla onun əmlak hüququnu kobud şəkildə pozmuş, ona başqa məqsədlə verdiyi etibarnaməni öz xeyrinə istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 24 sentyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rafael Eyvazov-sədrlik edən və məruzəçi, Zaur Əliyev və Fuad Talışınski)X5 nömrəli, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 No tariat ofisinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçıvə vəkili Nümayəndə kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarına əsasən kobud şəkildə pozulmaqla qəbul edildiyindən tam əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh1 16 aprel 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlama müqaviləsini İddiaçı nümayəndəsi qismində etibarnamə əsasında imzalamaqla birgə nikahda olduqları zaman əldə olunan və yeganə əmlakları olan ünvan 1i ünvanında yerləşən 0.72 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini öz bacısı oğlu Cavabdeh2 iddiaçının razılığı (iradə ifadəsi) olmadan bağışlaması və dərhal sonra məhkəmədə nikahın pozulması barədə iddia qaldırmasında Cavabdeh1 əsas məqsədi iddiaçını ona çatacaq əmlakdan məhrum etmək olmuşdur. Bu xüsusatlar cavab dehin özünün qismən etirafedici ifadəsi və işdə olan sübutlarla təsdiq olunsa da və eyni zamanda apellyasiya şikayətində qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsində işə baxan hakim qeyd edilənlərə heç bir hüquqi qiymət verməmiş, bundan başqa qətnamədə nə Cavabdeh1, nə də ki, digər Cavabdeh2 məhkəmədə vermiş olduqları izahatları qətnamədə göstərməmişdir. Halbuki, məhkəmə iclasında cavabdeh (hədiyyəni qəbul edən) Cavabdeh2 əmlakın nə üçün ona bağışlandığını heç özü də bilməmiş, eyni zamanda bağışlanma prosesindən İddiaçı məlumatı olmadığını eşitdiyini bildirmişdir. Apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin etibarnamə üzrə təmsilçi Cavabdeh1 iddiaçı X1 adından bağladığı bağışlama müqaviləsini, eləcə də razılıq ərizəsinin iddiaçının iradəsini ifadə edibetməməsi ni aydınlaşdırmamışdır. Apelyasiya məhkəməsi sadalanan halları, eləcə də etibarnamənin üçüncü şəxslər qarşısında məhz iddiaçını təmsil etmək və təmsilçi Cavabdeh1 maraqları daxilində deyil, məhz İddiaçı maraqları üçün verildiyini nəzərə almadan, etibarnamə üzrə bağlanmış bağışlama müqaviləsinin, verilmiş razılıq ərizəsinin bilavasitə iddiaçının iradəsini ifadə edib-etməməsini, bu iradə ifadəsinin əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında, məsələn: iddiaçının həmin etibarnaməni aldatma, onun ağır vəziyyətə düşməsi və cavabdehin bundan sui-istifadə etməsi nəticəsində onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur edilib-edilməməsini, ən əsası bağışlama müqaviləsinin, razılıq ərizəsinin iddiaçının iradəsini ifadə edib-etməməsini araşdırmadan, bağışl ama müqaviləsinin etibarlı olmaqla, həmin müqavilənin və razılıq ərizəsinin onun iradəsini ifadə etməsi barədə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş etibarnamədən istifadə edərək, dolayı yol ilə şəxsən özü barəsində müqavilənin bağlanmasına şərait yaratmışdır. İddiaçı etibarnamə yazılan, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi apelyasiya şikayətində qeyd edilmiş olsa da, apelyasiya məhkəməsi tərəfindən bu xüsusat araşdırılmamışdır. Halbuki Cavabdeh1 vermiş olduğu etibarnamədə, iddia ərizəsində, hətta apelyasiya baxışı zamanı məhkəmənin təxirə salınması üçün məhkəmə bildirişi kötüyündə “imza”-ların yanında iddiaçının adı və soyadı iddiaçı tərəfindən kiril əlifbası ilə yazılmışdır. Apelyasiya məhkəməsi isə bu ciddi, diqqətəlayiq xüsusata ümumiyyətlə məhə l qoymamış və bu hala qətnamədə heç bir qiymət verməmişdir. Apelyasiya Məhkəməsi bağışlama müqaviləsi üzrə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, onların müqaviləyə qədərki danışıqlarını, eləcə də sonrakı hərəkətlərini, müqavilə bağlandıqdan sonra iddiaçıya bu barədə məlumatın verib-vermədiyini, iddiaçı bağışlanmadan xəbər tutan kimi cavabdehə nə üçün onun xəbəri olmadan torpaq və evi bacısı oğluna bağışlaması kimi iradından sonra cavabdehin həmin günü evdən çıxıb getməsi, dərhal Nizami rayon Məhkəməsində “nikahın pozulması” tələbi ilə iddia qaldırması və kimi digər hərəkətləri nəzərə almadan, həmin müqavilənin uydurma əqd olmaqla onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanıb-bağlanmaması araşdırmadan Nizami rayon Məhkəməsinin qətnaməsi ilə razılışmış dır. Halbuki, işdən və izahatlardan görünür ki, sözügedən etibarnaməni əldə etdikdən sonra cavabdehin hərəkətləri əslində iddiaçının əmlakdan ona çatası paydan məhrum etməyə yönəlmişdir. Apelyasiya məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, məhkəmə araşdırılması səthi aparılmaqla nəyinki maddi hüquq normalarının pozulması, eyni zamanda prosessual hüquq normalarının pozulması ilə nəticələnən, eyni zamanda prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki və mülki prosessual qanunvericiliyi düzgün tətbiq etməyərək, iddiaçının iş materiallarında olan dəlillərinə diqqət yetirmədən birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv etmişdir. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək qeyd etmiş dir ki, İddiaçı apelyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılarkən müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl edilərək qanuni və əsaslı qətnamə çıxarılmışdır. Belə ki, Qəbələ rayonu Yemişanlı kəndində yerləşməklə ona məxsus olan 0,72 ha torpaq sahəsini və həmin sahədə inşa etmiş olduğu fərdi yaşayış evinin özgəninkiləşdirilməsi keçmiş həyat yoldaşı, yəni hazırki mülki iş üzrə İddiaçı bilavasitə öz razılığı ilə baş vermişdir. Yəni bu məsələ ilə əlaqədar İddiaçı ilə birlikdə 05 fevral 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə gedərək İddiaçı tərəfindən 5 (beş) il müddətinə) könüllü olaraq, öz iradəsi əsasında ona ƏN-İ seriyalı 78192 saylıetibarnamə verilmişdir. Həmin etibarnamə əsasında İdd iaçı harada yerləşəməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək,...o cümlədən satmaq, bağışlamaq və digər səlahiyyətləri ona vermişdir. Notariat ofisində etibarnamə tərtib edilib İddiaçı verildiyi zaman notarius tərəfindən etibarnamənin məzmunu, mahiyyəti qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri ona izah edilərək o, etibarnaməni imzalamışdır. Odur ki, Qəbələ rayonunun Yemişanlı kəndində yerləşməklə ona məxsus olan 0,72 ha torpaq sahəsi və həmin sahədə inşa etdiyi fərdi yaşayış evini bacısının oğlu Cavabdeh2 bağışlamağı barədə X5 notariat ofisində 4Ə-200 nömrəsi ilə qeydə alınmış 16.04.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə bağ lanmışdır, tamamilə qanuni və əsaslıdır, həmin müqavilə üzrə tərəf olmayan İddiaçınm onun etibarsız hesab edilməsi üçün nümayəndəsi ilə birlikdə verdikləri kassasiya şikayəti isə qanunsuz və əsassızdır. prosessual məsələlər Məhkəmə iclasında iştirak edən İddiaçıvə vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili X5 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçiları işə bax ılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı ilə Cavabdeh1 22 iyul 1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahdan iki uşaqlarının olması işin mübahi sə olunmayan hallarıdır. Tərəflərin birgə nikah dövründə ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində 02.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, cavabdeh iddiaçıya verdiyi 05.02.2019-cu il tarixli etibarnamədən istifadə etməklə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini 16.04.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən bacısı oğlu Cavabdeh2 bağışlamışdır. İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab olunmasını mübahisələndirmiş, bunu onunla əsaslandırmışdır ki, 2019-cu ilin əvvəllər ində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 ilə nikah müddətində aldıqları Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması və geniş mənzil alaraq həmin mənzilə köçmələri barədə razılaşmışlar. Bu məqsədlə, yəni Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması üçün Cavabdeh1 05.02.2019-cu il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədən istifadə edilməklə ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin baldızının oğluna bağışlanması onun iradə ifadəsi əsasında olmamışdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, Qəbələ rayonunun Yemişanlı kəndində yerləşməklə ona məxsus olan 0,72 ha torpaq sahəsi və həmin sahədə inşa etdiyi f ərdi yaşayış evini bacısının oğlu Cavabdeh2 bağışlamağı barədə X5 notariat ofisində 4Ə-200 nömrəsi ilə qeydə alınmış 16.04.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır, Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 334.1, 337.1, 339.1, 355, 359.1, 362.1, 666.1, 668.1.1, 670.1-ci maddələrinə istinad etməklə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yeni inşa edilmiş binadakı mənzillə bağlı cavabdehlə MTK arasında yalnız müqavilə mövcud olmuş və həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmədiyindən onun notarial qaydada a lqı-satqısı mümkünsüz olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən Cavabdeh1 etibarnamənin məhz həmin mənzilin satılması üçün verilməsi ağlabatan deyildir. Həmçinin, iddiaçı əqdin aldatma yolu ilə bağlanmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu yalnız özünün izahatı ilə əsaslandırmağa çalışmışdır. Beləliklə də, iddiaçı iddia etdiyi, əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Məhkəmə kollegiyası irəli sürülmüş tələbin mahiyyəti üzrə tərəflərin izahatlarının, kassasiya şikayətinin dəlillərinin təhlilinə əsasən və mübahisəli əqd bağlandıqdan əvvəl və sonra yaranmış vəziyyətə qiymət verməklə hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, Cavabdeh1 izahatında əmlakı mühafizə etmək və qızları yetkinlik yaşına çatdıqdan sonra onun adına keçirmək üçün bağışladığını, başqa sözlə, bağışlamanın formal əsaslarla olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu dəlil üzrə mövqeyi ondan ibarət olmuşdur ki, bağışlanmış əmlak hədiyyə alanın mülkiyyətinə keçdiyindən, sonuncu gələcəkdə onun üzərində istəyinə uyğun qaydada sərəncam vermək hüququna malikdir. Lakin, bu hal hazırki vəziyyətdə əqdin etibarsızlığı ilə nəticələnə bilməz. Hətta, tərəflərinin bağışlamanı şərtlərin və ya öhdəl iklərin yerinə yetirilməsindən asılı etmələri durumunda belə, bu hal özü-özlüyündə əqdin etibarsızlığına deyil, sonradan (şərtlərin və ya öhdəliklərin yerinə yetirilməməsi halında) maraqlı şəxslərin müvafiq tələb (MM-nin 670, 673-cü maddələri və s.) hüququnun yaranmasına əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin (hədiyyə alanın) da izahatında ona bağışlanmış əmlakın mühafizəsini həyata keçirərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olmasını bildirməsinə işin faktiki araşdırılmış halları və mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd m ülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqavi ləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilm iş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqa uyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olun ması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bunun üçün isə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübut ları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qə rarı). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Həmin qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikasının MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehin adına beş il müddətinə verdiyi etibarnamədə bütün əmlakının satılması, bağışlanması səlahiyyətlərinin göstərilməsinə baxmayaraq sonuncunun bu etibarnamə ilə hansı əmlak üzərində sərəncam vermək səlahiyyəti olmasını tam aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmədiyindən onun notarial qaydada alqı-satqısının mümkünsüz olduğunu qeyd etsə də, cavabdehin qeyd edilən həmin mənzillə bağlı etibarnamə əsasında iddiaçının adından hansı hərəkətləri etməsini araşdırmamış, həmin mənzilin satılması ilə bağlı qarşılıqlı razılıq olduğu halda, birgə nikah dövründə əldə edilmiş digər əmlak olan ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin bağışlanması barədə müqaviləni mübahisələndirməsinin həqiqətən də bu əqdin bağlanmasından məlumatsız olmasına dəlalət etmə sinə, məhkəmənin etibarnamənin məzmununa istinad etməklə belə razılığın olmasını güman etməklə, tərəflərin həqiqi iradə ifadəsinin müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 izahatlarından görünür ki, Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan 5 otaqlı mənzili 125000 manata satıb başqa ev almışdır, həmin evin pulundan oğluna ev alması üçün 40000 manat pul vermişdir. Göründüyü kimi, 28.04.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzili satılmasını iddiaçı heç bir halda mübahisələndirmir, əksinə etibarnamənin məhz bu məqsədlə də verildiyini təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi 05 fevral 2019-cu il tarixli etibarnamədə Cavabdeh1 əmlakın satılması, bağışlanması səlahiyyətlərinin olmasına istinad edərək onun ünvan 1ində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini 16.04.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlamaqda haqlı olmasına dair qənaəti və bununla bağlı maddi hüquq normalarının tətbiqi ilə kollegiya razılaşmır, hesab edir ki, işə baxan məhkəmə X5 Notariat ofisində qeydə alınmış 16 aprel 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan əhəmiyyətsiz əqd olmasına, görünüş üçün bağlanmasına dair iş materiallarında olan sübutlara (cavabdehlərin izahatlarına) düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində sual-cavab zamanı cavabdehləri n verdiyi izahatların məzmunundan görünür ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqdd ir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarınıdüzgün təfsir etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmi n etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3724/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3724/2020
21.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver