Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Finoko BOKT” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "Finoko BOKT” ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4227/2024 nömrəli 22 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 335-də yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan isə mülkiyyətçi İddiaçıdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)176/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "Finoko BOKT” ASC-yə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman sonuncunun yazılı razılığı alınmamışdır, bu səbəbdən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-488/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, Mülki Prosessual Məcəlləsinin 261.0.2, 77-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadında təsbit olunmuş hüquqi mövqeyə istinad etməklə onunla əsaslandırmışdır ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri hazırkı ipoteka müqaviləsi üzrə mövcud deyildir. Hazırkı mübahisə üzrə ipoteka müqavilə mülki qanunvericiliyin tələblərinə əsasən notarial qaydada bağlanmışdır. Odur ki, forma əsası ilə etibarsızlıq halı mövcud deyildir. Müqavilənin məzmunu ilə bağlı, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı, hazırkı mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Subyekt tərkibi ilə bağlı, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla anlaqlı və tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. İpoteka qoyan isə mülkiyyətçi İddiaçı çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyi-nəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir.
7. Araşdırma zamanı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Lakin Bakı Apellvasiva Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-176/2023 nömrəli qətnaməsi nəzərə alınmaqla hazırkı iddia tələbinin əsasını müqavilə öhdəlikləri üzrə əqdin etibarsızlığı deyil, əşya hüququ üzrə əqdin etibarsızlığı təşkil etdiyindən mülki iş üzrə icraata xitam verilməli deyil, mahiyyəti üzrə baxılaraq yekun akt qəbul edilməlidir.
8. İddiaçının hüquqi müdafiəsin in əsasını məhz iddiaçının oğlu X1 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman onun yazılı razılığının alınmaması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən sözügedən xüsusat ipoteka müqaviləsinin etibarsız hesab edilməsi əsası qismində çıxış edə bilməz.
9. İpoteka müqaviləsi üzrə mülkiyyətçi mülkiyyət hüquqlarından istifadə etməklə daşınmaz əmlakı etibarlı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Həmçinin əgər etibarsızlıq əsasları mövcuddursa belə, bu barədə X7 hüquqlarının pozulması ilə bağlı iddia irəli sürə bilər. İpoteka qoyan İddiaçı isə ipoteka müqaviləsi bağlanan zaman bu xüsusat məlum olmuşdur. Odur ki, müqavilə tərəfinə məlum olan xüsusatın hüquqdan sui-istifadə etməklə sonradan mübahisələn dirilməsi hüquqi hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, Mülki Prosessual Məcəllənin 77, 88, 217.3 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, X7 tərəfindən əmlakın ipoteka ilə yüklü edilməsi üçün razılıq ərizəsi verilməmişdir. Eyni zamanda, “məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə” vəsatət verilməsinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməyərək MPM-nin 97.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə işin halları araşdırmamaqla MPM-nin 217.3-cü maddəsinin tələbini pozub.
12. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-4227/2024 nömrəli 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi) X10 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, başqa şəxsin hüquqlarının pozulması əsası ilə subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilən iddia üzrə qanunla müəyyən edilmiş müddətlər də ötürülmüşdür.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337.1, 337, 354-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddələrinə, “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilm əsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, maddədən aydın olduğu kimi, mülki qanunvericiliyin şərtlərinin pozulması ilə bağlanmış əqd etibarsız əqddir. Həmin maddənin ikinci bəndindən aydın olur ki, əqd barəsində mübahisə edilirsə, o, bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, iddiaçı öz iradəsini ifadə edərək əqdi mübahisələndirmişdir. Çünki iş materiallarından aydın olur ki, əmlak ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan X3 razılıq alınmamışdır
17. Məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
21. Maddə 324.4. Müqaviləni bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
22. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağla batan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 3 37.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
30. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanma sına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymə t verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(103)4227/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.