Məhkəmə qərarları › İş №2(102)-3727/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3727/2023

15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3727/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Bağırova) Şüküfə Hacı qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Göygöl rayon Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın və texniki pasportun ləğvi, miras əmlaka vərəsə tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi, mirasın qəbul edilməsi) Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(104)2190/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X16 və Verdiyeva (Məmmədova) Qəndaf Əsəd qızı 12 dekabr 1958-ci ildə nikaha daxil olmuşlar. 2. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.9 kv.m olar fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur.

3. Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,17 ha torpaq sahəsi verilmişdir.

4. X16 08 may 2010-cu ildə ölmüşdür.

5. Göygöl rayon Dövlət Notariat Kontoru tərəfindən 27 yanvar 2012-ci ildə verilmiş Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə 08 may 2010-cu ildə vəfat etmiş X4 qalmış miras əmlakın: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhəri Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli 414 nömrəli arayışına əsasən ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə X8 mülkiyyət hüququ tanınmışdır.

6. Göygöl rayon Dövlət Notariat Kontoru tərəfindən 27 yanvar 2012-ci ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 08 may 2010-cu ildə vəfat etmiş X5 vərəsələri həyat yoldaşı X18 və o ğulları Cavabdeh2, X22 və Cavabdeh1dur. Miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhəri Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli 414 nömrəli arayışına əsasən ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tikili “A” 53.9 kv.m ümumi sahəsi 42.2 kv.m, 2 yaşayış otağı, 11.7 kv.m köməkçi sahə, 51.1 kv.m zirzəmidən ibarətdir. 7. ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53,9 kv.m olan fərdi yaşayış evi üzərində X13 adına 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə və X8 5/8 hissədə ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. X18 03 fevral 2015-ci ildə ölmüşdür.

9. X22 və Verdiyeva (Məmmədova) Xəyalə Fərman qızı 19 sentyabr 2017-ci il də nikaha daxil olmuşlar.

10. X22 10 avqust 2020-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 X5 və X9 vərəsəsi tanınması və onlardan qalan miras əmlakı onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Göygöl rayon Notariat kontoru tərəfindən verilmiş 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş 12 avqust 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarış əsasında verilmiş texniki pasportun ləğv edilməsi, mərhum X14 Göygöl rayonu Tülallar kəndində yerləşən f ərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsə X13 vərəsəsi kimi miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, X10 miras qalmış Göygöl rayonu Tülallar kəndində yerləşən fərdi yaşayış evinə və həmin yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsinə və həmçinin Vidadi Verdiyevdən miras qalmış 0,06 ha torpaq sahəsinə dair vərəsəliyi qəbul etməsi və həmin miras əmlakının onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia belə əsaslandırılmışdır ki, iddiaçı mərhum X22 ilə el adəti ilə 18 iyul 2010-ci ildə ailə qurmuş, nikahlarını 19 sentyabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra iddiaçı X5 mülkiyyətində olan ünvan 4 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, hazırda həmin evdə azyaşlı övladı X19 ilə birlikdə yaşayır. Həmin evdə yaşa dığı dövrdə mərhum X5 övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan evdə qalmamış və mirası faktiki olaraq qəbul etməmişlər. Belə ki, onların Göygöl şəhərində müxtəlif ünvanlarda evləri olmuş və həmin evlərdə öz ailə üzvləri ilə birgə yaşayaraq təsərrüfat aparmışlar. Həmçinin, iddiaçının mərhum həyat yoldaşı Vidadi Verdiyev sözügedən ailənin kiçik övladı olduğundan ata və anasına o baxmış və mirası faktiki olaraq qəbul etmişdir. Lakin, sonradan vərəsəlik ilə bağlı müddət keçdikdən sonra, yəni 27 yanvar 2012-ci il tarixdə Cavabdeh2, Vidadi Verdiyev və Cavabdeh1 Göygöl rayon Dövlət notariat kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə təqdim etmiş, həmin ərizələrə uyğun olaraq notarius tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsinin tələbləri pozulmaqla q anun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Göygöl rayon Notariat Kontorunun 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən mərhum Vidadi Verdiyev tərəfindən Cavabdeh2, Cavabdeh1 vərəsəlik şəhadətnaməsinin verilməsi barədə razılıq ərizəsi olmamış, həmçinin 08 noyabr 2010-cu il tarixə kimi veriləsi ərizələr bir il iki ay sonra, yəni 27 yanvar 2012-ci il tarixdə verilmişdir. Göygöl rayonu Tülallar kəndində iddiaçının mərhum həyat yoldaşı Vidadi Verdiyevin anasına məxsus fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,17 ha torpaq sahəsi və mərhum həyat yoldaşı X17 məxsus Göygöl şəhəri ərazisində 0,06 ha torpaq sahəsi mövcuddur və iddiaçı da Vidadi Verdiyevin birinci dərəcəli vərəsəsi kimi miras əmlakları qəbul etmişdir. Həmçinin, 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsində Göygöl rayon Notariat kontoru tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsinin tələbləri pozulmuş və nəticədə iddiaçının da vərəsə kimi hüquqları pozulmuşdur. İddiaçı X13 vərəsəsi olduğundan və onun payına düşən əmlakı qəbul etdiyindən, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.

13. Daha sonra İddiaçı1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X15 məxsus olan Göygöl rayonu Tülallar kəndində yerləşən fərdi yaşayış evinə dair X13 vərəsəsi kimi miras əmlakı qəbul etməsi və həmin evin iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixi, 2(066)-94/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) iddia təmin edilərək, Göygöl rayon Notariat kontoru tərəfindən verilmiş 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Göygöl rayon Notariat kontoru tərəfindən verilmiş 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli 12 avqust 2017-ci il tarixli çıxarışın və texniki pasportunun ləğv edilməsi, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,17 ha torpaq sahəsinin, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin torpaq sahəsinin X22 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, X10 miras qalmış əmlakların İddiaçı1 tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, X10 miras qalmış Göygöl şəhərində yerləşən JN-2525A şə hadətnaməli 0,04 ha torpaq sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsi, qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 Hacı Məhərrəm oğlunun və X8 övladı olmuş və onların ölümündən sonra ünvan 3 ünvanda yerləşən miras əmlakda yaşamaqla, faktiki qəbul etmişdir. X22 öldükdə isə İddiaçı1 onun birinci növbəli vərəsəsi olmuşdur. Həmçinin, X13 ölümündən sonra ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı1 yaşamaqla X13 miras əmlak payını faktiki qəbul etmişdir. X10 miras qalmış Göygöl şəhərində yerləşən 0,04 ha torpaq sahəsini onun birinci dərəcəli vərəsəsi olduğundan İddiaçı1 qəbul etmişdir. Ona görə də, onun adına rəsmiləşdirilməlidir. Göygöl rayonu, Tülallar kəndində yer ləşən 0,17 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən evin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin ½ hissəsi X6 vərəsələrinə miras qalmış və vərəsələrindən X22 tərəfindən qəbul edilmişdir. Göygöl rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 27 yanvar 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə Mülki Məcəllənin 1246-cı və 1248-ci maddəsinin tələbləri pozulmaqla (Zirəddin və Şüküfənin razılığı olmadan) verilmişdir. X1 vəfat etdiyi gündən 1 il 2 aydan sonra verilmişdir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1159.1.1, 1162, 1243.2, 1246 və 1248-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 218.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdehlər Cavabde h2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixi, 2(066)-94/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, onların vərəsəlik hüquqlarının tanınması və miras qalmış əmlaka paylarının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(104)-2190/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixi, 2(066)-94/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və 53,9 kv.m olan fərdi yaşayış evinin mərhum X7 miras qalan payına X13 (İddiaçı1 əri) 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə paylarının müəyyən edilməsi, Göygöl rayonu Tülallar kəndində yerləşən mərhum X7 miras qalan 0,17 ha torpaq sahəsinin X13 (İddiaçı1 əri), Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissədə olmaqla paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki prosessual normanın tələbinə riayət etməyərək iddia tələbindən kənara çıxmış və qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsini qət etmişdir.

20. Daha sonra birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, qanunvericiliyin tələblərini pozmaqla vərəsələrin dairəsini düzgün müəyyən etməmişdir. İş materialları, o cümlədən işin halları ilə müəyyən olunmuşdur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsini və Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli qərarı ilə 0,17 ha torpaq sahəsini faktiki olaraq miras qoyan X11 vəfatından sonra birinci növbə vərəsələri X22 (İddiaçı1 əri), Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bu işin mübahisəsiz halıdır. Belə ki, X25 şəhəri Nizami küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 28 saylı evdə ailəsi ilə birlikdə anasının sağlığında və ölümündən sonra öldüyü – 10 avqust 2020-ci il tarixədək yaşamış və mirası qəbul etmişdir. Cavabdeh1 da Göygöl şəhəri, Nizami küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 28 saylı evin digər hissəsində anasının sağlığında və ölümündən sonra yaşamaqla mirası qəbul etmişdir. Cavabdeh2 isə Göygöl rayonu Tülallar kəndində X11 adına olan 0,17 ha torpaq sahəsini əkibbecərməklə, həmçinin anasının sağlığında və ölümündən sonra orada yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir.

21. Məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə miras kütləsinə ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 53,.9 kv.m. olan fərdi yaşayış evi və Göygöl rayonu Tülallar kəndində yerləşən 0,17 ha torpaq sahəsi daxildir. Ona görə də, həmin miras əmlaklar onu qəbul etmiş birinci növbə vərəsələr arasında aşağıdakı qaydada bölünməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133.2, 1159.1, 1159.1.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1248.1, 1255-ci, Mülki Prosessu al Məcəllənin 217.2, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(104)-2190/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1ci, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 218.3, 220.3, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, məhkəmə iddiaçının X13 birinci dərəcə vərəsəsi olmasını nəzərə almamış və onu vərəsəsi kimi tanımamı şdır. Apellyasiya məhkəməsi heç bir əsas olmadan iddianın iddiaçının mərhum əri Vidadi Verdiyevdən qalan miras əmlakları qəbul etməyi və onun adına olan Göygöl şəhərindən yerləşən JN-2525A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsini adına rəsmiləşdirilməsi hissəsində rədd etmişdir. Halbuki, apellyasiya məhkəməsi öz qətnaməsində X13 ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamasını, həmçinin onun ölümündən sonra həmin evdə iddiaçının yaşadığını müəyyən etmişdir. Nəticəyə baxdıqda isə, apellyasiya məhkəməsi birinci dərəcəli vərəsəni, yəni iddiaçını mərhum əri X13 vərəsəsi tanımamış və Vidadi Verdiyevdən qalan miras əmlakları qəbul etməsini rədd etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mərhum X5 5 övladı olmuş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə 3 övladı olduğu göstərilmişdir. Miras açıldıqdan 1 il 2 ay sonra 3 övladın razılığı ilə vərəsəlik şəhadətnaməsinin verilməsi Mülki Məcəllənin 1246 və 1248.1-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin Cavabdeh1 miras əmlakı qəbul etməsini heç bir sübutla əsaslanmamışdır. Belə olan halda, Cavabdeh1 mirası qəbul etməsi ilə bağlı qətnamə qəbul etməsi acıq aşkar maddi hüquq normasının pozulmasıdır. Məhkəmə iddiaçının tələblərinə qiymət verməmişdir. Belə ki, o, iddia ərizəsində mərhum əri X13 mərhumlar X5 və X12 vərəsəsi olması və onlardan qalan miras əmlakı əri X22 tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşdirmə barədə verilən ərizə qətnamənin təsviri hissəsində göstərilməmiş və ona münasibət bildirilməmişdir.

26. Kassasiya şikayətinə Azə rbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hü quqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 3

3. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 iddiaçının əri X22 ilə yanaşı mərhum valideynlərindən miras qalmış əmlakı qəbul etmişlər. Belə olan halda, məhkəmə həmin əmlaklarda cavabdehlərin payını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. 34. 27 yanvar 2012-ci ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməli olmasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin şəhadətnamədə miras qoyanın bütün vərəsələrinin qeyd olunmaması iddiaçıya şəhadətnaməni mübahisələndirmək hüququnu vermir. Belə ki, iddiaçı yalnız əri olmuş mərhum Vidadi Verdiyevdən qalan hüquqlar çərçivəsində iddia vermək hüququna malikdir. Qeyd olunan şəha dətnamədən isə müəyyən olunur ki, Vidadi Verdiyevin atasından qalan əmlakdan payı müəyyən olunmuşdur. Mərhumun digər övladlarına miras payın verilməməsi iddiaçının tələbi üzrə həmin şəhadətnamənin ləğv üçün əsas ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, şəhadətnamə verildiyi tarixdən ölümünə kimi Vidadi Verdiyev tərəfindən mübahisələndirilməmişdir. Əksinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində şəhadətnamədə qeyd olunan payda qeydiyyata alınmışdır. Beləliklə, onun miras əmlakın şəhadətnamədə göstərilən qaydada bölünməsinə razılığı olmuşdur.

35. Kassasiya şikayətinin digər dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının ərindən qalan əmlaka vərəsəlik hüququnun tanınması rədd edilməmişdir. Bununla bağlı hər hansı ifadə qətnamə də müəyyən olunmur. Əksinə qətnamənin nəticə hissəsinin tərtibatından da görünür ki, miras əmlaka payı müəyyən olunan X13 adından sonra iddiaçının adı da qeyd olunmuşdur.

36. Bu dəlillərlə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı və onun azyaşlı övladı mərhum X13 birinci növbəli vərəsəsi olmaqla, onların vərəsəlik hüquqları mübahisələndirilmir. Odur ki, iddiaçı mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada ərindən qalan miras əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir.

37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasında kı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(104)-2190/2022 nömrəli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar