Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-373/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “özbaşına tikilinin sökülməsi, ekspert rəyi, subyektiv hüquq”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi tələbinə dai mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli q ətnaməsindən Cavabdeh kassasiya şikayətinə 19 fevral 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən, sahəsi 36,50 kv.m olan 9 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bununla bağlı ona daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli çıxarış verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 oktyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ev 36, 6 otaqlı 9 saylı mənzil ilkin olaraq 06 sentyabr 1997-ci il tarixdə X10 adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 21 saylı DNK-nın 06 sentyabr 1997-ci il tarixli 3MA-572 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 3 otağı X1 adına qeydiyyatda alınmış, Bakı şəhəri 42 saylı DNK-nın 05 noyabr 1997-ci il tarixli 3MA-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X16 özünə məxsus 3 otağı X5 bağışlamış, Nərimanov Rayon İcra Hakimiyyətinin 114 nömrəli 12 mart 2003-cü il tarixli sərəncamına və 700 nömrəli 08 noyabr 2004-cü il tarixli sərəncamına əsasən A.V.Ələkbərovaya məxsus mənzil yaşayış sahəsi 96,9 kv.m, köməkçi sahəsi 107,55 kv.m olmaqla 7 otaqlı hesab edilmiş, həmin sərəncamlara, eyni zamanda ailə üzvlərinin razılıq ərizələrinə və Forma-2 arayışına əsasən 04 yanvar 2005-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir.
3. Bakı şəhəri 9 saylı DNK-nın 11 oktyabr 2008-ci il tarixli 2V-1-156 reyestr nömrəli “Qanun üzrə vərəs əlik hüququ haqqında” şəhadətnaməsinə əsasən 3 otaq (36,5 kv.m) X3 adına qeydiyyatdan keçmiş, daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli 29 dekabr 2017-ci il tarixli sərəncamına əsasən 7 otaqlı olan mənzilin təyinatı dəyişdirilmiş və qeyri-yaşayış sahəsinə keçirilmiş, 17 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı DNK-da 8İ-6325 reyestr nömrəsi ilə təsdiqlənmiş bölgü sxeminə əsasən 3 otaqlı mənzil X6 və qeyri-yaşayış sahəsi X5 bölünmüş, Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli 10 oktyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
4. Həmçinin, Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-28 reyestr nömrəli 17 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 3 otaqlı (36,5 kv.m) mənzili Cavabdeh bağışlamışdır və 06 fevral 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda da sonuncunun mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ev 36, 9 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış ti kililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmiş, sərəncamda nəzərdə tutulmuşdur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilsin.
7. Həmin sərəncamla ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin və Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək MTKya tapşırılmışdır.
8. Bakı şəhər İcra Hakimiyy əti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 14/243 nömrəli ayrıc aktı ilə MTK-ya Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı əsasında Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1,2509 hektar torpaq sahəsi verilmişdir.
9. İddiaçı Mənzil-Tikinti Kooperativi 22 fevral 2006-cı il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır.
10. MTK tərəfindən 09 iyul 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nərimanov rayon İcra Hakimiyyətinin başçılarına eyni məzmunlu müraciətlər (mək tublar) ünvanlanmış, məktublarda Eldəniz adlı sakinin (Cavabdeh həyat yoldaşı) piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edərək orada iaşə obyekti (kafe-restoran) inşa etdiyi, apardığı qanunsuz tikinti işləri ilə bağlı edilən xəbərdarlıqlara məhəl qoymadığı bildirilməklə, zəbt olunmuş torpaq sahələrinin, səki və yolun boşaldılması, orada aparılan özbaşına tikililərin sökülüb ərazinin ilkin vəziyyətinin bərpa edilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
11. MTK-nın Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı şikayət ərizəsinə həmin qurumun verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaş X9 barəsində müraciət qanunvericiliyə müvafiq olaraq araşdırılmış, müraciətin mülki xarakterli olduğu müəyyən olunmuşdur.
12. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı X9 izahatında bildirmişdir ki, o və ailə üzvləri tərəfindən Nərimanov rayonu, Xan Şuşinski küçəsində hər hansı qanunsuz tikinti aparılmamış, piyada üçün nəzərdə tutulmuş yola heç bir müdaxilə olunmamış, sadəcə olaraq abadlaşdırma işləri aparılmış, onlara məxsus ərazidə səliqəsəhman yaradılmışdır. Onlara məxsus yaşayış sahəsində ailənin dolanışığı ilə bağlı kafe fəaliyyətini bərpa etmişdir. Hal-hazırda ailənin maddi durumunu həmin obyektlə tənzimləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Mənzil-Tikinti Kooperativi (bundan sonra “iddiaçı” və ya “MTK”) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafenin) cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması MTK-ya həvalə edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələn dirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən olunmuşdur. MTK tərəfindən hazırkı vaxta kimi qeyd olunan ərazidə yerləşən bir sıra yaşayış və qeyriyaşayış obyektləri hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş, onların yerində yeni və müasir yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Hazırda MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər çərçivəsində həmin ərazidə yerləşən və sahiblərindən satın alınmış digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin sahələrin kommunal təchizatlarının kəsilməsi istiqamətində işlər aparılır.
15. Son vaxtlar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamı il ə əhatə olunan ərazidə yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində MTK-nın apardığı işlərə maneələr yaradılmağa başlanmış, bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının özbaşına dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusuna səbəb olmaqla yanaşı, MTK-nın qanuni fəaliyyətinə problemlər yaratmışdır.
16. Cavabdeh də Nərimanov rayonu, Xan Şuşinski küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edərək orada özbaşına iaşə obyekti (kaferestoran) inşa etmişdir. Dəfələrlə cavabdehin həyat yoldaşı X4 qanunsuz hərəkətlərinə son qoyulması, özbaşına tikilini sökərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir.
17. MTK tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə dair şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmiş, Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, şikayətlə əlaqədar sənədlər əldə edilmiş, X4 izahat alınmışdır. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən ümumi sahəsi 36,50 kv.metr olan 9 saylı mənzil mülkiyyət hüququ ilə 06 fevral 2020-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Xan Şuşinski küçəsinin piyada yolunun bir hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənə d və ya həmin qeyri-yaşayış sahəsinin tikintisinə aidiyyəti orqanların icazə sənədi təqdim olunmamışdır. Cavabdehin həyat yoldaşı X9 izahatında həmin qeyri-yaşayış sahəsinin (obyektin) həyat yoldaşına məxsus olduğunu, qeyri-yaşayış sahəsinin kafe kimi fəaliyyət göstərdiyini bildirmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh ona məxsus olmayan torpaq sahəsini zəbt edərək orada qanunvericiliklə tələb olunan icazə sənədləri olmadan özbaşına tikili inşa etmişdir.
18. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
19. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirmiş, izahatında göstərmişdir ki, iddiaçı MTK-nın müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinki küçəsində yerləşən daşınmaz əmlakların sökülməsi ilə bağlı iddiaçıya hər hansı səlahiyyət verilməmişdir.
20. Birinci instansiya məhkəıməsi 04 noyabr 2021-ci il tarixində mübahisəsi gedən ərazidə yerində müayinə həyata keçirmiş, müayinə (yerli baxış) zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərir, evin qarşısında artırma vardır və sahəyə daxil olduqdan sonra evdən həyətə qapı açılır.
21. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını “X7” MMC-nə tapşırmışdır. 22. “X7” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli rəyinə əsasən cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üz rə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsi 169,18 kv.m təşkil edir, əmlak “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsidir və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportu ekspertiza tədqiqatına təqdim olunmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün olmadı. Cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlak və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsi faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları ilə toqquşur. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ü mumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
23. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaya etirazın dəlilləri ilə rəy üstüstə düşür. Belə rəydə hüdudların toqquşduğu qeyd edilib. Halbuki iddiya etirazda da hüdudların toqquşduğu, cavabdehin iddiaçının torpaq sahəsinin hüdudularını keçmədiyi bildirilib.
24. Birinci instansiya məhkəməsində həmin rəyi vermiş ekspert X12 bildirmişdir ki, sxemin fotoşəklindən də göründüyü kimi 1,2509 ha torpaq sahəsi sərəncamla iddiaçının istifadəsinə verilmişdir. Cavabdehə faktiki sahəsi 169,18 kv.m təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 36, mənzil 9 məxsusdur. Həmin sahənin 129,46 kv.m sahəsi MTK-ya məxsus olan qeyri-yaşayış sahəsinin hüdudları ilə toqquşur. Qərardadda sual olaraq toqquşub-toqquşmaması qoyulduğund an o, "xxxx" kimi qeyd etmək məcburiyyətində qalmışdır. "xxxx" dedikdə, həmin hissənin MTK-nın hüdudları daxilinə düşdüyünü nəzərdə tutmuşdur. Eyni zamanda, mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür.
25. Birinci instansiya məhkəməsi 13 yanvar 2022-ci il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını "X7” MMC-nə tapşırılmışdır. 26. “X7” MMC-nin 30 iyun 2022-ci il tarixli rəyinə görə cavabdehə məxsus ünvan 5 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi old uğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportun tədqiq edilməsi mümkün olmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün deyildir. Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiy yəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin (ayrıc aktı əsasında MTK-ya verilmiş 1.2509 ha torpaq sahəsi şimaldan səki və M.Sənani küçəsi ilə, şərqdən elektrik yarımstansiyası, 9 mərtəbəli yaşayış binaları və Azadlıq prospekti ilə, cənubdan səki və N.Yusifbəyli küçəsi ilə, qərbdən isə səki, X.Şuşinski küçəsi və 7 mərtəbəli bina ilə həmsərhəddir) hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanita r qovşağı daxildir) MTKnın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(005)-222/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edi lmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və “X7” MMC-nin bank hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərcinin Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir. (hakim Solmaz Ədilova)
28. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən 9 nömrəli mənzilin ümumi sahəsi 06 fevral 2020-ci il tarixli çıxarışa əsasən 36,50 kv.m, faktiki-naturada isə 169,18 m2-dir. Qeyd olunan daşınmaz əmla kın 132,68 kv.m hissəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikili inşa edilmiş və yeməkxana kimi fəaliyyət göstərir.
29. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli tikili özbaşına tikinti sayılır, belə ki, o, müvafiq sənədləşmə olmadan tikilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 nömrəli 30 iyun 2022-ci il tarixli rəyində də göstərilmişdir ki, cavabdehə məxsus sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın (mənzilin) faktiki (naturada) ümumi sahəsi 169,18 kv.m təşkil etməklə, həmin əmlakın sahəsi sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıqdır. Bundan başqa, cavabdehə məxsus sənəd üzrə ümumi sahəsi 36,5 m2 olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 129,46 kv.m hissəsi fakti ki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan daşınmaz əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 39,72 kv.m hissəsi isə MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşir. Beləliklə, cavabdehə məxsus həm sənəd üzrə, həm də sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan sahənin cəmi ölçüsü 129,46 kv.metr təşkil edir. Belə olan təqdirdə iddiaçının sökülməsini tələb etdiyi qanunsuz tikilinin 92,96 kv.m sahəsi MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarında yerləş ir. (129,46-36,5=92,96).
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mütəxəssisin gəldiyi nəticələr əsas götürülməklə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə MTKnın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi qanuni və əsaslıdır.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa e dilmiş sahəsi 132,68 kv.m olan qanunsuz tikintinin 39,72 kv.m (132,68-92,96) hissəsi MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşdiyindən, iddiaçının həmin qanunsuz tikintinin 39,72 kv.m hissəsinin cavabdehin hesabına sökülməsini və ərazinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180-ci, Mənzil Məcəlləsinin 24.1-ci, 27.5-ci, Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində d əyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndi ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
34. Cavabdeh apellyasiya şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını nəzərə almadığı, MTK-ya sərəncam əsasında ayrılmış torpaq sahəsinin MTK tərəfindən qəbul edilməməsinə və sahənin sərhədlərinin müəyyən olunmamasına əhəmiyyət vermədiyi, c avabdehin əmlakının texniki pasportunu əldə edib onu tədqiq etmədiyi, cavabdehin tikinti apardığı sahənin M.Sənani küçəsi istiqamətində olmaqla MTK-ya ayrılmış torpaq sahəsində yerləşmədiyi arqumentləri ilə əsaslandırılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi 09 fevral 2023-cü il tarixli qərardadla iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
36. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1426 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir: - 1) ünvan 6 ünvanında yerləşən 9 saylı mənzil Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc akt ı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir; - 2) Cavabdehin faktiki (naturada) istifadəsində olan əmlakın (“Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyini nəzərə alınaraq, tədqiq olunan əmlakın sənəd üzrə 36,5 kv.m sahədən 132,68 kv.m (169,18 – 36,5) artıq olduğu müəyyən edilir; - 3) ünvan 6 ünvanında yerləşən 9 saylı mənzilin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli çıxarışında göstərilən 36,5 m2 sahəsinə edilmiş artırmaların inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqı nda qanunun tələblərinə uyğun deyil; - 4) tədqiq olunan 9 saylı mənzil kimi qeydiyyata alınmış, hazırda isə vahid əmlak kimi daşınmaz obyekt olaraq təyinatı üzrə yeməkxana kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinin 129,46 kv.m olan hissəsi faktiki olaraq Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün, 14/243 nömrəli ayrıc aktı ilə MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən ümumi sahəsi 39,72 kv.m olan sahənin (28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı) MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(005)-222/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə, Xumar Mərdanova)
38. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq gösrəmişdir ki, hazırki halda apellyasiya baxışının həddini birinci inst ansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Cavabdeh isə şikayətində qətnamənin ləğvini istəsə də, onun iradə ifadəsi qətnamənin məhz iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, işin müəyyən olunan halına görə cavabdehin mülkiyyətində olan mənzilə bitişik inşa olunmuş, hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxili ndə yerləşir.
40. Bu səbəblə həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.
41. Buna görə də birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas təşkil edir.
42. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə vurğulamışdır ki, qanunvericili yin mənasına görə, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili maraqlı şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə, həmin şəxslər də tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Hazırda yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi MTKnın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi üçün həmin MTK tikilinin sökülməsində maraqlı şəxs kimi qəbul olunmalıdır.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 5.3, 14.2.1, 18, 139.1, 152, 157.8, 158.1, 158.4, 180.1, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 68, 111-ci, “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - apellyasiya instansiya məhkəməsi qanunvericiliyin normalarının tələblərini kobudcasına pozmuş, nəzərə almamışdır ki, iddiaçının özünə məxsus olmasını istinad etdiyi 1,2509 ha. torpaq sahəsi dövlətin mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində MTK-nın mülkiyyət, icarə və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Halbuki, dövlət mülkiyyətində olan torpaq sah ələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. İddaçının dövlət qeydiyyatına alınmayan hər hansı hüququnun müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermədiyi halda, birinci və apellyasiya instansiyaları məhkəmələri hansı əsaslarla və maraqlarla iddiaçının mövcud olmayan hüquqlarına təminat verirlər?; - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etsə də, əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının istinad elədiyi torpaq sahəsi üzərində icarə, istifadə və ya mülkiyyət hüquqları qeydə alınmamışdır; - bundan başqa, məhkəmələr əsassız olaraq cavabdehin inşa etdiyi tikilini özbaşına tikili kimi qəbul etmişlər. Halbuki, tikilinin inşa edilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər olmuş, cavabdeh tərəfindən əlavə olaraq yalnız küçə tərəfdən təxminən 30 kv.m ölçüdə əlavə tikili inşa edilmişdir ki, bu tikilinin sökülməsini də yalnız səlahiyyətlərinə aid olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tələb edə bilərdi; - həmçinin iddaçının tikdiyi və sənədi olmayan hissə ilə bağlı bütün dövlət qurumları 20 ildən artıq müddədir ki, faktiki olaraq səssiz qalmaqla öz razılıqlarını bildirmiş və bu hal mübahisə predmeti olmamışdır. Belə olan vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 180-ci maddəsinə istinad etməsi əsassız olmuşdur; - nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn möv cudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır; - “X7” MMC-nin xx.xx.2022-ci il tarixli rəyində konkret qeyd edilmişdir ki, “sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) MTKnın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərində n) kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir”. Göründüyü kimi, cavabdehə məxsus qeyri-yaşayış sahəsi MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsindən kənarda yerləşdiyi halda, apellyasiya instansiyası məhkəməsi bu hala, ümumiyətlə əhəmiyyət verməmiş, işdə olan ekspert rəyi tədqiq edilməmiş və qiymətləndirilməmişdir; - qanunverciliyin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hazırki iş üzrə iddiaçı cavabdehə məxsus olmaqla əlavə inşa edilmiş kafenin sökülməsini tələb etməsinə baxmayaraq, birinci və apellyasiya instansiya məhkəmələri, cavabdehə məxsus bütün əlavə tikililərin sökülməsi barədə əsasız və qanunsuz qətnamə qəbul etmişlər. B ununla da məhkəmələr iddia tələbindən kənara çıxmışlar. Məhkəmə kollegiyaları tərəfindən mübahisənin mülki və ya kommersiya mübahisəsi olub-olmaması, tərəflərin fərdi sahibkar olub-olmamaları, çıxarılması mübahisə olunan ərazinin yaşayış təyinatlı deyil, qeyri-yaşayış sahəsi olması araşdırılmamışdır. Bütün bunlardan başqa apelyasiya məhkəməsi cavabdehin və vəkilinin iştirakını təmin etmədən işə baxıb qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli, 15 aprel 2014-cü il tarixli sərəncamına əsasən Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksək mərtbəli yaşayış binalarının tikintisi MTK-ya həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən edilib. MTK hazırki vaxta kimi qeyd edilən ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış obyektlərini hüquq müəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alaraq sökmüş, onların yerində yeni, müasir binalar inşa etmiş, ərazini abadlaşdırmışdır. Lakin son vaxtlar sözügedən sərəncamla əhatə olunan ərazidə bəzi yaşayış və qeyir-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində MTK tərəfindən aparılan işlərə maneələr yaradıl mağa başlanılmışdır. Belə ki, bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusuna səbəb olmaqla yanaşı, MTK-nın qanuni fəaliyyətinə, vətəndaşların gediş-gəlişinə də maneə törədir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoyulması xahiş olunsa da, heç bir nəticə əldə edilməmişdir. Bu hala müvafiq səlahiyyətli orqanlar da etinasız yanaşmışdır. Hazırki iş üzrə hər iki məhkəmə ekspertiza rəylərinə istinad etmiş, tikinti normalarının pozulması, qanunsuz tikililərin mövcudluğu nəzərə alınaraq müvafiq qərarlar qəbul edilmişdir. Buna görə də kassasiya şikayəti əsassız olduğuna görə təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki ş əxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaran ır. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya ba xışının predmeti və apellyasiya instanasiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
51. İddia ərizəsindən görünür ki, MTK Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafenin) cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir. MTK tələbinin əsası kimi cavabdehin mülkiyyətində olan mənzilin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə, cavabdehin həmin mənzilə bitişik qanunsuz tikili inşa etməsinə istinad etmişdir.
52. İşin müəyyən edilmiş hallarına görə ünvan 8 ünvanında yerləşən 9 nömrəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir, mənzilin ümumi sahəsi 36,50 m2, faktikinaturada isə 169,18 m2-dir. Qeyd olunan daşınmaz əmlakın 132,68 m2 hissəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikili inşa edilmiş və yeməkxana kimi fəaliyyət göstərir.
53. Ekspert r əyinə əsasən cavabdehin mülkiyyətində olan mənzil Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilindədir, cavabdehin faktiki (naturada) istifadəsində olan əmlakın (“Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyini nəzərə alınarsa, tədqiq olunan əmlak sənəd üzrə 36,5 kv.m sahədən 132,68 kv.m (169,18 – 36,5) artıqdır. Hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq təyinatı üzrə yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 129,46 kv.m olan hissəsi faktiki olaraq MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hü dudları daxilində yerləşir. Cavabdehin mənzilinə bitişik vəziyyətdə yerləşən ümumi sahəsi 39,72 kv.m olan sahə (28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı) MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür.
54. Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi MTKnın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 92,96 kv.m olan hissə cavabdeh tərəfindən müvafiq icazə sənədi ol madan inşa edildiyi üçün qanunsuz tikilidir. Qanunsuz tikili olduğu üçün həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Cavabdehin həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iddianı göstərilən əsasla təmin edərkən düzgün nəticəyə gəlməmişlər. İşin ekspert rəyinə əsasən müəyyən edilən hallarından görünür ki, MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində olan 92,96 kv.m olan tikili cavabdehin mülkiyyətində olan mənzilə bitişik olmaqla vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərir.
56. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Sərəncamın 2.2-ci bəndinə görə isə MTK sahəni yerində qəbul etm əlidir.
57. Göründüyü kimi, iddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamına görə MTK sahəni yerində qəbul etməlidir.
58. Bu baxımdan, 14/243 saylı ayrıc aktı ilə MTK-ya ayrılmış 1,2509 ha torpaq sahəsinin MTK tərəfindən hansı vəziyyətdə qəbul edilməsi, mübahisədə adı keçən özbaşına tikilinin torpaq sahəsinin qəbul edilmə anında mövcud olub-olmaması, mövcud olduğu halda iddiaçının həmin ərazini özbaşına tikili ilə qəbul edib-etməməsi, yaxud həmin tikilinin cavabdeh tərəfindən sonradan, yəni torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edildiyi vaxtdan sonra inşa edilməsi halları işdən görünmür.
59. Bundan əlavə, cavabdehin tikilidən nə vaxtdan istifadə etməsi, tikilinin kommunal xidmətlərlə təchiz edilib-edilməməsi, həmin tik ilinin sökülməsi ilə bağlı müvafiq dövlət və ya bələdiyyə orqanının hər hansı təşəbbüsünün olub-olmaması müəyyən edilməyib. Nəzərə alınsa ki, Sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir, belə olan halda, qeyd edilən hallar müəyyən edilmədən iddiaçı tərəfindən hər hansı kompensasiya məbləği ödənilmədən, başqa sözlə, qarşılıqlı razılaşma olmadan iddianın təmin edilməsi əsaslı sayıla bilməz.
60. Məhkəmə kollegiyası məsələ ilə bağlı diqqəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarına da çəkir.
61. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında hesab etmişdir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
62. Göründüyü kimi, Konstitusiya Məhkəməsi kompensasiyanın həcminin onun özbaşına tikilliyə və qanuni əsaslarla əldə edilən əmlaka görə eyni meyarlara əsasən hesablanmasını düzgün saymamaqla, özbaşına tikiliyə görə də kompensasiyanın ödənilməsini istisna etməmiş, yalnız kompensasiyasının həcminin eyni meyarlara əsasən hesablanmasının düzgün olmadığını vurğulamışdır. Başqa sözlə, özbaşına tikilinin onu inşa etmiş şəxs üçün iqtisadi dəyərə malik olması istisna edilmir.
63. İşin müəyyən edilmiş hallarına görə cavabdeh inşa etdiyi tikilidən “Tut Ağacı” adı altında yeməkxana kimi istifadə edir.
64. Bu baxımdan, məhkəmələr Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən işdə əks edilən hüquqi mövqeyini nəzərə almadan, iş üçün mühüm əhəmiyyət daşıyan hallara (58-59-cu bəndlər) aydınlıq gətirmədən iddiaçının kompensasiya təkilif etmədən cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakının sökülməsini qət etməklə səhvə yol vermişlər.
65. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sos ial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
66. Azərbaycan Respublikası Konstitusiyasının istinad edilən norması geniş anlamda hər bir vətəndaşa düçar olduğu məhrumiyyətin əvəzinin ödənilməsinə təminat verir. Buna görə də cavabdehin inşa etdiyi tikilinin özbaşına tikili olması müəyyən edilsə də, tikilinin inşa edilməsinin vaxtı, tikilinin kommunal xidmətlərlə təchiz edilib-edilməməsi, cavabdehin ondan istifadəsinə dövlət və ya bələdəyyə orqanları tərəfindən hər hansı etirazın bəyan edilib-edilməməsi və s. bu kimi işin hallarına aydınlıq gətirmədən iddiaçının kompensasiya təklif etməyərək cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakının sökülməsi tələbini irəli sürməsi və həmin tələbin təmin edilməsi hər bir vətəndaşın layiqli həyat səviyyəsinə təminat verən konstitusio n hüquqlarına xələl gətirərdi.
67. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
68. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edi lsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxşına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.