Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3730/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3730/2022 Açar sözlər: (qeyri-yaşayış obyektinin sökülməsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı “qeyri-yaşayış obyektinin sökülməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(107)-443/2022 nömrəli mülki iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ümumi sahəsi 363,9 m2 olan ünvan 1i ünvanda yerləşən 197 saylı apteki satın almışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair Şəhadətnamə (6 nömrəli reyestr kitabının 96-cı səhifəsində 002462 qeydiyyat nömrəsi, xx.xx.2007-ci il tarixli, 002462 nömrəli) vermişdir.
2. Bundan sonra həmin aptekin altında yerləşən 1482 m2 torpaq sahəsini satın almış, buna dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi və şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamə (2 nömrəli reyestr kitabının 66-cı səhifəsində 000828 qeydiyyat nömrəsi, xx.xx.2007-ci il tarixli, 000828 nömrəli) vermişdir.
3. Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru Eyyub Eyyubovun 14 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış 61C-20 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rə dd edilmişdir.
4. Həmin material üzrə araşdırma aparılan zaman Cavabdeh3ndən rayon Prokurorluğuna daxil olmuş xx.xx.2020-ci il tarixli 191 saylı məktubdan görünür ki, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamla ünvan 1 sakini Cavabdeh1 verilmiş 18 mart 2020-ci il tarixli 11 saylı qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək ünvan 1i ərazisində, Bakı-ŞamaxıYevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşay ış obyektinin Cavabdeh1 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına istinad edərək onunla əsaslandırmışdır ki, satın aldığı aptekin baş plandan çıxarışına əsasən, aptekin yerləşdiyi torpaq sahəsi 2000 m2-dir. Həmin torpaq sahəsinin cənubunda poçt və radio qovşağının binası, daha sonra isə Bakı-Şamaxı-Yevlax yolu yerləşmişdir. Bakı-Şamaxı-Yevlax yolu genişləndirilərək yenidən tikilən zaman poçt və radio qovşağının binası sökülərək başqa yerə köçürülmüşdür. Yolun sol tərəfi isə aptekin yerləşdiyi torpaq sahəsinin kənarına kimi genişləndirilmişdir. İddiaçı həmin torpaq sahəsini satın alarkən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin nümayəndələri əmlakın texniki inventarlaşdırması bürosu müəssisə və obyektin texniki pasportunu hazırlamış, 003361 nömrəli, 07 iyun 2007-ci il tarixli həmin texniki pasportun «torpaq sahəsinin təsnifatı» başlıqlı səhifəsində ərazinin ümumi torpaq sahəsinin sənəd üzrə 2000 m2, faktiki 1482 m2 olduğu göstərilmişdir ki, həmin 518 m2 torpaq sahəsi Bakı-Şamaxı-Yevlax yolunun tərəfi çiyni boyunca 8 metrlik ərazidir. Həmin ərazinin isə yolun mühafizə zonasına aid edildiyi bildirilmişdir. Bu səbəbdən ona satılan torpaq sahəsi 518 m2 əskik olmuşdur. İddiaçı torpaq sahəsini hasarlayarkən cənub sərhədi yolun mühafizə zonası boyunca təxminən eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2 torpaq sahəsində açıq saxlamışdır.2020-ci ilin may ayının əvvəllərində Cavabdeh1 Cavabdeh3 başçısının icazəsi sənədi olduğu nu bildirərək aptekin qarşısında, bir hissəsi onun mülkiyyətində (eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2) torpaq sahəsində, bir hissəsi yolun mühafizə zolağında tikinti işləri görməyə başlamışdır. Tikintinin qanunsuz aparıldığını bildirib dayandırılması xahiş edilsə də, buna məhəl qoyulmamışdır. X3 Respublika Baş Prokurorluğuna müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz qeyri-yaşayış obyekti tikildiyini bildirmiş, bunun əsasında Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma aparılmışdır. Göyçay rayon prokurorluğu tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHB-nin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı-ŞamaxıYevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi olmadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınması üçün akt tərtib edilmişdir. Bundan sonra memarlıq-planlaşdırma layihəsini İcra Hakimiyyətinə təqdim etmişlər. İcra hakimiyyəti xx.xx.2020-ci il tarixdə, 11 nömrəl i tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısı xx.xx.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğunun aşkarlandığını bilib, Cavabdeh1 verilmiş qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədini ləğv etmişdir. Göründüyü kimi, Cavabdeh1 xeyrinə qanunsuz hərəkətlər etmiş Göyçay RİHB-nin Qaraməryəm kənd İƏD üzrə nümayəndəsi, Cavabdeh2, Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X2 və Cavabdeh3 başçısı qanunsuz əməllərinin ifşa olunduğunu bildikdən sonra qanunsuz əməllərindən əl çəkdiklərini bildirsələr də, Cavabdeh1 yenə də himayədarlıq edirlər. Cavabdeh1 Göyçay rayon prokurorluğunun müstəntiqi X4 14 avqust 2020-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi bar ədə qərarından sonra tikinti işlərini davam etdirir. Digər cavabdehlərin köməyi ilə həmin ərazini aldığını gizlətmir. Cavabdehlər bu qanunsuz əməlləri ilə onun mülkiyyət hüququnu məhdudlaşdırmışlar. Göstərilən qeyri-yaşayış obyekti cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir.
7. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz edərək bildirmişdir ki, cavabdeh mübahisəli tikilini Cavabdeh3 müvafiq icazəsi əsasında və baş memar tərəfindən təsdiq edilmiş layihə əsasında inşa etmişdir. Tikinti işlərinə başlayarkən memar tərəfindən tikinti aparılmağa icazə verilən ərazi yerindəcə göstərilmiş, tanıdılmışdır. Tikinti işlərinə başlayarkən və bundan sonra iddiaçı tərəf tikintinin bir hissəsinin onun ərazisinə düşdüyünü bildirməmi ş, heç bir etiraz və narazıçılıq olmamışdır. Tikinti işləri başa çatdıqdan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin sökülməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tikintinin 4,2 m2 hissəsi iddiaçıya məxsus əraziyə düşür. Bundan heç cavabdehin özünün də xəbəri olmamışdır. Çünki cavabdeh tikinti işlərini müvafiq razılığa əsasən, həmçinin yerində ona göstərilmiş perimetr çərçivəsində aparmışdır. İddiaçı cavabdehi vaxtında məlumatlandırmadığından, etiraz etmədiyindən, cavabdeh tikintini müvafiq icazəyə əsasən ona təqdim edilmiş ərazidə apardığından hesab edir ki, iddia əsassızdır.
8. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli vəsatət verilmiş, vəsatətdə məhkəmə tikinti texnik i ekspertizası keçirilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 10/1512 saylı rəyindən görünür ki, ünvan 1ində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin 4,2 m2 hissəsi iddiaçıya məxsus 1482 m2 torpaq sahəsinin qarşı tərəfinə (küçə ilə əhatə olunan hissədə) düşdüyü müəyyən olunur.
9. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 noyabr 2021-ci il tarixli, 2(046)-177/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus 1482 m 2 torpaq sahəsinin 4,2 m2 hissəsinə düşən hissəsinin Cavabdeh1 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 m2 olan torpaq sahəsi və ümumi sahəsi 363,9 m2 olan 197 saylı aptek iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunmuşdur. Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHB-nin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi omadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış, həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Göyçay rayon İçra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınmasından ötrü akt tərtib edilmişdir. Bundan sonra memarlıq planlaşdırma layihəsi ilə birlikdə icra hakimiyyətinə təqdim olunmuşdur. Cavabdeh3 başçısı xx.xx.2020-ci il tarixdə 11 nömrəli tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma zamanı Cavabde h3 başçısının xx.xx.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğu aşkarlanmış, xx.xx.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli 11 nömrəli qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir. Cavabdehin inşa etdiyi tikilinin 4,2 m2 hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşür. Göründüyü kimi, cavabdehin inşa etdiyi tikilinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür, bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş, o, torpaq sahəsindən məhrum olmuşdur.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin, 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, qətnamə qismən – iddia təmin edilməyən hissədə qanunsuz, əsassız və ədalətsizdir. Ona görə ki, məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyri-yaşayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi nəticəsinə gəlsə də, qanunsuz olaraq i ddianı qalan hissədə təmin etməmişdir. Halbuki, özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu səbəbdən hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, qanunla özbaşına tikilinin maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülməsi mümkün olduğu halda, məhkəmə bunu etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyri-yaşayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi, lakin iddianın qalan hissədə təmin edilməməsi barədə nəticəyə gələrkən, gəldiyi nəticəni bir cümlə ilə “iddia qalan hissədə təmin olunmur” yazaraq qətnaməni əsaslandırmamışdır.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelly asiya instansiyası məhkəməsi) 2(107)-443/2022 nömrəli mülki iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, müvafiq ekspertiza ilə ünvan 1ində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin yalnız 4,2 kv.m. hissəsi iddiaçıya məxsus 1482 kv.m torpaq sahəsinin qarşı tərəfinə (küçə ilə əhatə olunan hissədə) düşməsi müəyyən edilmişdir.
15. İddiaçı apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə təqdim olunmuş sənədlərlə, o cümlədən verilmiş ekspert rəyi onun bu dəlilini təkzib etmişdir. İddiaçı yalnız ünvan 1ində yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.
16. Apellyasiya instansiya məhkəməsi mübahisəsi gedən 518 kv.m torpaq sahəsi üzərində ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verərək hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi (518 kv.m hissə) mülkiyyət hüququ ona məxsus deyildir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin h aktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə Novruz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamədən görünür ki, məhkəmə 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyri- ya şayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi nəticəsinə gələrkən qanuni əsas kimi Mülki Məcəllənin 180-cı maddəsinə istinad etmişdir. Normanın tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun tərəfindən qaldırılmış hazırkı iddianın "subyektiv hüququ yoxdur” əsası ilə təmin edilməməsi qanunsuz və əsassızdır. Ona görə ki, cavabdeh tərəfindən özbaşına tikilmiş qeyri-yaşayış obyekti iddiaçıya məxsus torpaq sahəsinə və aptekə gediş gəlişi təmin edən 2-cı piyada yolunun qarşısında tikildiyindən iddiaçının özünə məxsus aptekə gediş gəlişi təmin edən 2-cı piyada yolundan istifadə etməsi məhdudlaşmış, bununla da onun hüquqları pozulmuşdur. Məhkəmə 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyri-yaşayış obyektinin 4.2 kv.metr hissəsinin sökülməsi nəticəsinə gəlsə də, qanunsuz olaraq iddianı qalan hissədə təmin etməmişdir.
20. Həmçinin iddiaçı özəlləşdirdiyi aptekə aid 2000 m2 toıpaq sahəsinin 1482 m2 -ni satın almış, qalan 518 kv.metr hissəsini satın almamışdır. Həmin ərazidə cavabdeh özbaşına tikili tikdiyindən iddiaçının torpaq sahəsinin qalan 518 kv.metr hissəsini satın almaq hüququnu məhdudlaşdırmış, bununla da onun hüquqları pozulmuşdur. İddiaçı özəlləşdirdiyi aptekə ayrılmış 2000 m2 torpaq sahəsinin 1482 m2 -ni satın almış, qalan 518 kv.metr hissəsinə isə gözlənilən mülkiyyət hüququ vardır. Lakin cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikili iddiaçının özəlləşdirdiyi aptekə ayrılmış 2000 m2 torpaq sahəsinin qalan 518 kv.metr hissəsini satın alınaq hüququnu məhdudlaşdırır.
21. Bu səbəbdən məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, qanunla özbaşına tikilinin maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülməsi mümkün olduğu halda, məhkəmə bunu etməmiş, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvlərini təkrarlayaraq Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 157.8-ci, 164.1-ci və 180-cı maddəsinin tətbiqində səhvə yol vermiş və həmin maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 25. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
27. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik e dən şəxsə də mənsubdur.
28. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
29. Maddə
180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
30. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqla rın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin baxış predmetini iddianın təmin edilməyən hissəsi təşkil etdiyindən hazırkı kassasiya şikayətinin dəliləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. 40.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 41.Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa edilmiş tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onu n maraqlarına toxunsun. 42.Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). 43.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 44.Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və o nlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
45. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 46.Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 47.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin inşa etdiyi tikilinin 4,2 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsin in üzərində inşa edildiyi, tikilinin digər hissəsinin inşa edildiyi torpaq sahəsinin isə iddiaçıya aid olmadığı müəyyən edilmişdir. 48.Buna görə də,məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikilmiş tikilinin qalan hissəsi iddiaçının hüquq mənafelərini pozmadığı üçün iddiaçının həmin tikilinin tam sökülməsini tələb etmək hüququ mövcud deyildir. 49.İddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tikilinin altında yerləşən torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olması barədə dəlilləri şəxsi mülahizə xarakteri daşıyır. Həmçinin kassasiyada irəli sürülən yeni dəlili, cavabdeh tərəfindən özbaşına tikilmiş qeyri-yaşayış obyektinin iddiaçıya məxsus torpaq sahəsinə və aptekə gediş gəlişi təmin edən 2-cı piyada yolunun qarşısında ti kilməsi və iddiaçının özünə məxsus aptekə gediş gəlişi təmin edən 2-cı piyada yolundan istifadə etməsini məhdudlaşdırması iş üzrə yeni fakt olmaqla iddia ərizəsində istinad edilməyən faktdır və həmin fakt üzrə məhkəmə araşdırmaları aparılmamışdır. Mülki Prossesual Məcəllənin 407.2-ci maddəsinə əsasən isə kassasiya şikayətində yeni faktlara istinad edilə bilməz. 50.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin madd iprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 51.Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 52.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-443/22 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.