Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3733/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakSeyfəddin Sadıx oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Əliyev abdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(103)-9619/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Əliyev Seyfəddin Sadıx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(005)61/2019 saylı qətnaməsi ilə (hаkim A.N.Novruzova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 05.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 9.946 (doqquz min doqquz yüz qırx altı) manat əsas, 3.984 (üç min doqquz yüz səksən dörd) A BŞ dolları faiz borcu, 1.000 (bir min) ABŞ dolları, cəmi 14.930 (on dörd min doqquz yüz otuz) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində 05.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, mənzilinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzin də boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 145 manat pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9619/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov,X.Ə.Sarıyev) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(005)-61/2019 nömrəli qətnaməsinin ləğv e dilməsi, Cavabdeh1 9.946 ABŞ dolları əsas, 3.139,26 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə, cəmi 14 085, 26 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi (qətnamə icra olunan günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla), tutmanın kredit müqaviləsinin təminatı qismində 05.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldildikdə, ipoteka predmetinin ilkin satış qiymətinin 46.000 manat məbləğ ində müəyyən olunması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 145 manat, apelyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olan 200 manat pul vəsaitinin, cəmi 345 manat pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 10.399 ABŞ dolları əsas, 3.984 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, cəmi 15.383 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 94b saylı evin, 29 saylı mənzilinə yönəldərək, açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cava bdeh2 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakın ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında 05 iyun 2015-ci il tarixli, № 12-2607 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə, 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. 05 iyun 2015-ci il tarixli, № 12-2607 saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanan 05 iyun 2015-ci il tarixli, № 12-2607 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 539 nömrəli reyestr kitabının 49653 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən 23.3 kv.metr ümumi, 18.0 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Kredit müqavilələrinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 05 iyun 2015-ci il tarixli, № 12-2607 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 10399 ABŞ dolları əsas borc, 3984 ABŞ dolları faiz borcu, 1090 ABŞ dolları cərimə olmaqla, cəmi 15383 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 6.3 -cü maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Kredit müqaviləsinin 2.3-ci maddəsinə əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən hesablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 5-ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipotekasaxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Beləliklə, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, habelə icranın gecikdirilməsi ilə vurmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəki li Əliyev Seyfəddin Sadıx oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası faizləri silmək, azaltmaq hüququna malik olsa da, bu hüquqdan vətəndaşın vəziyyətini yaxşılaşdırmaq, ədalətli qərar qəbul etmək üçün istifadə etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, kredit götürdükdən sonra ağır maddi və maliyyə problemləri nəticəsində yaranmış çətinlik səbəbindən iddiaçıya ödənişi hissə-his sə ödəmək barədə təklif etsə də, iddiaçı tərəf bununla razılaşmamış, apelyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyərək, Cavabdeh1 hüquqlarını pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan pulun manatla nəzərdə tutulduğu halda apelyasiya instansiyası məhkəməsi tutulan pulun ABŞ dolları ilə ödənilməsini qət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Əliyev Seyfəddin Sadıx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələbl ərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 vəkili Əliyev Seyfəddin Sadıx oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 22% dərəcəsi hesablanmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05.06.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 15.000 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan İddiaçı ASC-nin 08.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit müddətinin sonuna, yəni 05.06.2018-ci il tarixinə İddiaçı ASC-yə 9.946 ABŞ dolları məbləğində əsas, 4003 ABŞ dolları məbləğində faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 14.949 ABŞ dolları məbləğində borcu var. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarının sur ətindən görünür ki, Cavabdeh1 05 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə yaranmış borcu barədə məlumat verilməklə borcun ödənilməsi tələb edilmiş, əks halda qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2019-cu il tarixli, 9815 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 05 iyun 2015-ci il tarixli, 12-2607 tarixli kredit müqaviləsi üzrə kredit müddətin bitdiyi tarixə, yəni 05.06.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 10.308,05 ABŞ dolları, faiz borcu isə 4.103,45 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir; İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli, 21659 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 05 iyun 2015-ci il tarixli, 12-2607 tarixli kredit müqaviləsində nəzərdə tutulan şərtlər nəzərə alınaraq, Cavabdeh1 İddiaçı ASC-yə 04.12.2017-ci il tarixə əsas borcu 10.308,05 ABŞ dolları, faiz borcu isə 3.139,26 ABŞ dolları, 10.05.2019-cu il tarixə əsas borcu 10.308,05 ABŞ dolları, faiz borcu isə 6.1213,73 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 05.06.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkə n 35.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzili üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 539 nömrəli reyestr kitabının 49653 nömrəli vərəqində qeydiyyata alınmışdır; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 539 nömrəli reyestr kitabının 49653 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 54 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 047104 nömrəli, 02.06.2015-ci il tarixli forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzilində Cavabdeh1 və onun ailə üz vləri olan qız Cavabdeh2 Akif qızı və nəvəsi Cavabdeh3 daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İşdə olan “Heba Consulting MMC-nin 09 oktyabr Ç-693 nömrəli məktubundan görünür ki, MMC-ni 0637/19/AMRB saylı qiymətləndirmə hesabatının nəticə hissəsinə əsasən ünvan 1 ünvanındakı 4 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh1 xü susi mülkiyyətində olan 23.3 kv.metr ümumi, 18.0 kv.metr yaşayış və 5.30 kv.m yardışçı sahədən ibarət 1 otaqlı 29 nömrəli mənzilin bazar qiyməti 46 min manat, likvid qiyməti 43 min manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, A zərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti ç atanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olar aq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 İddiaçı ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 15.000 ABŞ dolları məbləğində pulu almış və həmin kredit müqaviləsi üzrə tərti b edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizlərin, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin banka 10.399 ABŞ dolları məbləğində əsas, 3.984 ABŞ dolları məbləğində faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 15.383 ABŞ dolları məbləğində borcun olduğunu iddia etmiş və hazırda cavabdehdən həmin məbləği tələb edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 05.06.2018- ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və kredit müddətinin sonuna, yəni 05.06.2018ci il tarixə cavabdehin banka olan borcu əks etdirən maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə 05.06.2018-ci il tarixə olan borcu 9.946 ABŞ dolları məbləğində əsas, 4003 ABŞ dolları məbləğində faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 14.949 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra ödəniş 18.04.2019-cu il tarixdə 305,93 ABŞ dolları məbləğində olmuş və həmin ödəniş iddiaçı tərəfindən təqdim edilmiş 05.06.2018-ci il tarixə olan borcu əks etdirən maliyyə arayışında nəzərə alınmışdır. Cavabdeh iddiaçı tərəfindən tələb edilən borc məbləğini mübahisələndirmiş və onun vəsatəti əsasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edil miş ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə kredit müddətin bitdiyi tarixə, yəni 05.06.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan 10.308,05 ABŞ dolları əsas və 4.103,45 ABŞ dolları faiz borcunun yarandığı müəyyən edilmişdir. Eyni zamanda, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticəsi üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli, 21659 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 05 iyun 2015-ci il tarixli, 12-2607 tarixli kredit müqaviləsində nəzərdə tutulan şərtlər nəzərə alınaraq, Cavabdeh1 İddiaçı ASC-yə 04.12.2017-ci il tarixə əsas borcu 10.308,05 ABŞ dolları, faiz borcu isə 3.139,26 ABŞ dolları, 10.05.2019-cu il tarixə əsas borcu 10.308,05 ABŞ dolları, faiz borcu isə 6.12 13,73 ABŞ dolları təşkil edir. Göründüyü kimi, Cavabdeh1 05.06.2015-ci tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-müh asibatlıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, lakin ekspert rəyi ilə əsas borcu qismində müəyyən edilmiş məbləğ iddiaçı tərəfindən təqdim edilmiş 05.05.2019-cu il tarixli maliyyə arayışında əsas borc qismində qeyd olunmuş məbləğdən artıq olduğundan, hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 05.05.2019-cu il tarixli maliyyə arayışı əsas götürülməli və 9.946 ABŞ dolları məbləğində əsas borc Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi faiz borcu məbləği ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-muhasibatlıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş 10 oktyabr 2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməli, iddia tələbi faiz borcu tutulması hissəsində qismən təmin edilməli, iddia ərizəsinin verildiyi 04 dekabr 2017-ci il tarixə iddia üzrə faiz borcu qismində tələb edilən 3.139,26 ABŞ dolları məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Habelə iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin edilməli və iddia üzrə tələb edilən 1.000 ABŞ dolları cərimə borcu da Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilm əsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; -34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; -36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bi lər; -36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; -39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; -47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əld ə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; -59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; -59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya instansiyası məh kəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 05.06.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 35.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı m əhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının ərizəsi əsasında qeyd edilən bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 94b nömrəli evin, 29 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3cü maddəsinə istinadən qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka müqaviləsində razılaşma olmuş və həmin müqavilə ilə ipoteka predmetinin ilkin satış qiyməti 35.000 manat məbləğində məbləğində müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq qiymətləndirmə ekspertizası təyin etmişdir. “Heba Consulting MMC-nin 0637/19/AMRB saylı qiymətləndirmə hesabatının nəticə hissəsinə əsa sən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanındakı 4 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 23.3 kv.metr ümumi, 18.0 kv.metr yaşayış və 5.30 kv.m yardışçı sahədən ibarət 1 otaqlı 29 nömrəli mənzilin bazar qiyməti 46 min manat olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 manat məbləğində müəyyən olunmalıdır. Kassasiya kollegiyası kassatorun ödənişin hissə-hissə icra edilməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 432.2-ci maddəsinə görə əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayı bsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. İş materiallarından göründüyü kimi iddiaçı ödənişin hissə-hissə icrasını qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan pulun manatla nəzərdə tutulduğu halda apelyasiya instansiyası məhkəməsinin tutulan pulun ABŞ dolları ilə ödənilməsini qət etməsi dəlilinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 06.07.2015-ci il tarixdən 05.06.2018-ci il tarixidək hər ay 562,68 ABŞ dolları (ilk ay 535,68 ABŞ dolları və sonuncu ay 559,32 ABŞ dolları) ödəniş etməklə 14.727,50 ABŞ dolları əsas, 5.498,62 ABŞ dolları məbləğində faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilədə ödənişin ABŞ dolları ilə ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində isə texniki səhvə yol verilərək bir-birinə zidd olmaqla əsas borc məbləği “manatla”, faiz borcu isə “dollarla” ifadə olunmuşdur. Buna görə kassasiya şikayətinin həmin dəlili əsassızdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya ş ikayətində apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfi ndən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9619/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3733/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3733/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver