Məhkəmə qərarları › İş №2(102)-3735/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3735/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3735/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömr əli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 10 mart 1975-ci ildə Ərizəçi Allahverdi oğlunun adına əmək kitabçası açılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 16 fevral 2021-ci il tarixli məktuba əsasən sonuncunun təqdim etdiyi sənədlərdə uyğunsuzluq (şəxsiyyət vəsiqəsində olan atasının adı təqdim edilmiş əmək kitabçasında qeyd olunan atasının adı ilə) aşkar edildiyinə görə ona yaşa görə əmək pensiyasının təyin etməkdən imtina verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci insta nsiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10 mart 1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının ərizəçiyə – xx xxxxxx 1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi 4 ay Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində işləmiş və əmək kitabçası həmin idarədə açılmışdır. Lakin 10 mart 1975-ci il tarixdə açılan əmək kitabçasında atasının adı səhvən “Allahverdi” kimi qeyd edilmişdir. Həmin vaxt bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğun aradan qaldırması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi və həmin idarənin tabe olduğu nazirlik ləğv edilmişdir. İşlədiyi idarə ləğv edildiyindən qeyd olunan hüquqi əhəmiyyətli faktı başqa qaydada təsdiqləmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixl i, 2(067)-2004/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) ərizə təmin edilmiş, 10 mart 1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 307.2.5, 307.2.11, 308-ci maddələrinə istinad edərək və iş üzrə dindirilmiş şahidlər X3 və X1 ifadələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələləri ilə iş üzrə mərkəz filialı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il t arixli, 2(067)-2004/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi rədd edilmişdir.

2. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 307.2.5, 308 və 310-cu maddələrinə istinad edərək hesab etmişdir ki, birinci insta nsiya məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir.

3. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsinin çoxdan ləğv edildiyini qeyd etsə də, həmin halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əhəmiyyət verməmiş, 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi Allahverdi oğluna məxsus olması faktı müəyyən etməklə, prosessual qanunvericiliyin tələbini kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın də lilləri:

6. Ərizəçi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin, Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasında fəaliyyətdə olan nazirliklər sırasında Mənzil Kommunal Təsərrüfatı Nazirliyi mövcud deyildir. Həmin Nazirlik və on un yerli qurumlarının səlahiyyətinə 20-25 il əvvəl xitam verilmişdir. Ərizəçinin əmək kitabçasında olan səhvin başqa qaydada aradan qaldırılması qeyri-mümkündür.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 14. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifə lərini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (d üzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul e dilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən qətnamə qəbul olunarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və əsassız nəticəyə gəlinmişdir.

18. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən əmək fəaliyyətini Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində başlamasını, həmin İdarə tərəfindən onun adına əmək kitabçasının açılmasını, əmək kitabçasında atasının adının səhv qeyd olunmasını və həmin səhvi başqa qaydada düzəldə bilməməsini əsas gətirməklə, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.

19. Ərizəni rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ərizəçi Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsinin ləğv edilməsinə dair sübutları təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya məhkəməsin in gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, göstərilən hal ərizənin rəddi üçün əsas ola bilməz.

21. Belə ki, hazırda Azərbaycan Respublikası icra orqanlarının arasında “Mənzil Kommunal Təsərrüfatı Nazirliyi” adlı Nazirliyinin mövcud olmaması və onun tabeliyində hər hansı idarənin fəaliyyət göstərməməsi hamıya bəllidir və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə uyğun olaraq həmin halın sübut edilməsinə ehtiyac yoxdur.

22. Ərizəçinin adına iddia olunan əmək kitabçasını tərtib edən təşkilat mövcud olmadığı isə, orada yol verilmiş səhvin məhkəmədən kənar başqa qaydada düzəldilməsinin mümkün olmaması da aşkardır.

23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçidən əmək kitabçasını verən təşkilatın mövcud olmaması barədə sübutun təq dim edilməsini tələb etməklə, onun pensiya təminatı almaq və məhkəməyə müraciət etmək hüquqlarını pozmuşdur.

24. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi ərizəçinin göstərdiyi sənədin ona məxsus olub-olmamasını verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalı, o cümlədən zəruri bildiyi hallarda müvafiq arxiv idarələrinə sorğuların verilməsi məsələsini tərəflərlə müzakirə etməli və tələb üzrə yekun qərar qəbul etməlidir.

25. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyət li məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sa dəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

27. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

28. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

29. İşə yenidən baxan məhkəmə ərizəçinin tələblərinin və apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, ərizəçinin təqdim etdiyi sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələr inin tələbləri baxımından düzgün hüquqi qiymət verməli və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə, yekun məhkəmə aktı qəbul etməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-299/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar